Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir


Təcili şəkildə yardım etmək tələb olunduqda



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə8/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   ...   4   5   6   7   8   9   10   11   ...   17

Təcili şəkildə yardım etmək tələb olunduqda və ya qaçılmaz təhlükə mövcud olduqda, aşağıdakı məsələləri
nəzərə almaq lazımdır:
70
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
28
Qabiliyyət, imkan və qəyyumluqla bağlı xüsusi mülahizələr üçün bax: Tədbirlər Planı 16.

l
İlk öncə öz təhlükəsizliyinizi təmin edin.
l
Təcili tibbi yardım tələb olunursa, xəstənizi və onu müşayiət edən və ya nəzarət edən hər hansı şəxsi
buna inandırmalı ola bilərsiniz. Xəstənizin sağlamlıq vəziyyətinə diqqət yetirin və xüsusilə zorakılıqla bağlı
olduqda, xəstənizin sağlamlıq vəziyyətinin pisləşməsinin səbəbləri üzərində dayanmayın.
l
Siz təcili tibbi yardımın sizin tibb müəssisənizdə göstərilməli olduğu vəziyyətlərlə qarşılaşa bilərsiniz (bax:
Tədbirlər planı 11).
l
Xəstəniz təkdirsə və polislə əlaqə saxlamağa razıdırsa və ya şəxsin təxirəsalınmaz təhlükəsizliyi baxımından
zəruri görünürsə, bunun məsləhətli addım olduğuna inandırmaqla məsələni xəstə ilə asta‐asta və aydın
şəkildə müzakirə edin. Mümkün olduqda xüsusi olaraq etibar etdiyiniz polis əməkdaşına müraciət edin
(bax: Tədbirlər planı 10).
İSTİNADLAR VƏ RESURSLAR
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007 (İnsan
alveri qurbanlarına birbaşa yardımla bağlı BMqT‐nin Təlimat Sənədi, BMqT, Cenevrə, 2007)
2004
2004 The Mental Health Aspects of Trafficking in Human Beings: Training manual, IOM, Bu‐
dapest, Hungary, 2004 (İnsan Alverinin psixi sağlamlıq aspektləri 2004: Təlim vəsaiti, BMqT,
Budapeşt, Macarıstan, 2004)
2001
Medical Manual, 2001 Edition, IOM, Geneva, 2001. (Tibbi vəsait, 2001‐ci il nəşri, BMqT, Cenevrə,
2001.)
Pan American Health Organization, Women Health and Development Pro‐gram and Organization
for American States, Inter‐American Commission on Women
(Ümumamerika Səhiyyə Təşkilatı, Amerika Dövlətləri üçün Qadınların sağlamlıq və İnkişaf Proqramı və Amerika
Dövlətləri Təşkilatı, Qadınlarla bağı Amerika Ölkələri Komissiyası)
2001
“Trafficking for Sexual Exploitation”, Fact Sheet of the Program on Women, Health and Develop‐
ment, Washington, DC, July 2001 (“Cinsi istismar məqsədilə insan alveri”, Qadın, Sağlamlıq və
İnkişaf Proqramının məlumat bülleteni, Vaşinqton, iyul 2001)
Zimmerman, C. və C. Watts,
2003
WHO Ethical and Safety Recommendations for Interviewing Trafficked Women, World Health Or‐
ganization, Geneva 2003. (İnsan alverinə məruz qalmış qadınların müsahibə olunması ilə bağlı
ÜST‐nin etika və təhlükəsizlik tövsiyələri, Ümumdünya Səhiyyə Təşkilatı, Cenevrə 2003.)
Zimmerman, C. və digərləri
2008
“The health of trafficked women: a survey of women entering posttrafficking services in Europe”,
American Journal of Public Health, vol. 98, no. 1, January 2008, pp. 55–59. (“İnsan alverinə məruz
qalmış qadınların sağlamlığı: Avropada insan alverinə məruz qaldıqdan sonrakı xidmətlərdən
istifadə edən qadınlarla sorğu”, Amerika İctimai Səhiyyə Jurnalı, 98‐ci cild, № 1, yanvar 2008,
səh. 55‐59.)
71
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 7: 
Müdafiə və təhlükəsizlik
PLANI
YEDDİ

Tədbirlər Planı 7: 
Müdafiə və təhlükəsizlik
ƏSASLANDIRMA
Bütün insan alveri qurbanları fiziki təhlükəsizlik və müdafiə hüququna malikdirlər. Beynəlxalq standartlara görə
“Dövlətlərin beynəlxalq hüquq əsasında insan alverinin qarşısını almaq, insan alverini araşdırmaq və insan
alverçilərini təqib etmək və insan alveri qurbanlarına yardım etmək və qorumaq üçün lazımi səylər göstərmək
məsuliyyəti vardır.”
29
Müdafiə insan alverinə qarşı görülməli olan üç tədbirdən (qarşısını alma, müdafiə, cinayət təqibi) biridir və insan
alveri qurbanına yardım paketinin mühüm elementidir. Səhiyyə işçisi üçün “müdafiə” anlayışı insanların sağlamlıq
ehtiyaclarını ödəmək və təhlükəsiz qalmasına kömək etmək deməkdir.
30
İnsan alveri çox zaman mütəşəkkil cinayətkarlıq şəbəkələrini əhatə edən cinayət fəaliyyətidir. İnsan alveri
qurbanlarının və tibb işçilərinin təhlükəsizliyi və ya fiziki müdafiəsi həmişə ən yüksək prioritetlər arasında olmalıdır.
İnsan alverçiləri üçün insan alveri qurbanını itirmək gəlir itkisi və nəzarətin itirilməsinin rəmzidir. Bəzi hallarda,
insan alverçilərindən qaçmış şəxslər, xüsusilə də insan alverçisinə qarşı cinayət istintaqında iştirak etdikdə, onlar
tərəfindən təqib edilə bilərlər.
Mahiyyət etibarilə, tibb işçiləri insan alveri qurbanının təhlükəsizliyi üçün məsuliyyət daşımasalar da, tibbi yardım
məqsədilə onlara müraciət etmiş və ya yönləndirilmiş şəxslərin sağlamlığına və təhlükəsizliyinə mümkün olan
hər bir vasitə ilə töhfə vermək və onları özlərini təhlükəsiz hiss edə biləcəkləri xidmətlərə yönləndirmək vəzifəsinə
malikdirlər. Həmçinin, insan alveri halları heç də həmişə tibbi yardım və dəstək göstərən şəxslər üçün təhlükə
törətməsə də, səhiyyə işçiləri özləri və digər heyət üzvləri üçün potensial təhlükəsizlik riskləri ilə əlaqədar diqqətli
olmalıdırlar. Bu Tədbirlər planında insan alveri qurbanının və işçi heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə
tibb müəssisəsinin həyata keçirə biləcəyi bəzi tədbirlər təsvir edilmişdir. 
ZƏRURİ TƏDBİRLƏR
İnsan alveri qurbanlarına yardımın əsas prinsipi ondan ibarətdir ki, tədbirlər və xidmətlər “müdafiə sahəsi”
adlandırılan prinsip əsasında həyata keçirilməlidir.
31
Bu isə yardım və yönləndirmə prosesində təhlükəsizliyin
29
BMT‐nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, İnsan hüquqları və insan alveri ilə bağlı tövsiyə olunan prinsiplər və
təlimatlar, BMT‐nin İnsan Hüquqları üzrə Ali Komissarının İqtisadi və Sosial Şuraya təqdim etdiyi hesabat, (E/2002/68/Əlavə
1), BMT‐nin İqtisadi və Sosial Şurası, Nyu‐York, 20 may, 2002
30
Geniş mənada, müdafiə, həmçinin insan alveri qurbanlarının müdafiəsini gücləndirən sosial, siyasi və hüquqi mühitin
yaradılması deməkdir. Beynəlxalq səviyyədə insan alverinə məruz qalmış şəxsləri qəbul edən dövlətlər üçün bu, misal üçün
digər ölkələrdən olan qurbanlarına ölkədə qanuni şəkildə yaşamaq icazəsi verən xüsusi yaşayış icazələrinin və ya vizaların
təklif edilməsi kimi başa düşülə bilər. Müdafiə həmçinin insan alverindən xilas olmuş şəxslərin hüquqlarına hörmətlə
yanaşılmaqla onların öz ölkələrinə və ya mənşə regionuna təhlükəsiz şəkildə qayıtmasına kömək etməklə bağlı ola bilər.
bax: BMqT‐nin İnsan Alveri ilə Mübarizə üzrə Modulları.
31
Beynəlxalq Miqrasiya Təşkilatı, BMqT‐nin İnsan Alveri ilə Mübarizə üzrə Modulları: geri qayıdış və reinteqrasiya, BMqT,
Cenevrə, 2005.
75
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

prioritetləşdirilməsi, o cümlədən qurbanları insan alverçiləri və ya onlarla əlbir şəxslərin zərər, təhdid və ya hədə‐
qorxularından qorumaq üçün səylərin göstərilməsi deməkdir.
32
İnsan alveri halları ilə bağlı məxfiliyin ciddi şəkildə təmin edilməsi səhiyyə işçilərinin həyata keçirə biləcəkləri əsas
təhlükəsizlik tədbiridir. İnsan alveri qurbanlarına yardım göstərən tibb müəssisələrinin əməkdaşları insan alveri
hallarının məxfiliyi ilə bağlı təsbit edilmiş və təlimatlandırılmış effektiv qaydalara malik olmalıdırlar (bax: Tədbirlər
planı 9). İnsan alveri qurbanın şəxsi məlumatları, yeri və şəraiti haqqında məlumatlar daima mühafizə olunmalıdır
(bax: Tədbirlər planı 7, 9 və 10). Bu, təkcə sizin və insan alveri qurbanının insan alverçilərinin qisasından qorumaq
üçün deyil, həm də insan alveri qurbanlarını ailələri və ya icmaları tərəfindən stiqmaya məruz qalmaqdan qoru‐
maq üçün vacibdir. Müdafiə tədbirlərinə həmçinin şəxsləri medianın diqqət və ya təhqirlərindən qorumaq daxildir.
Səhiyyə işçilərinə insan alveri qurbanlarının jurnalistlərlə ünsiyyətini, film çəkilişi məqsədilə və mətbuatla digər
müsahibələri təşkil etmək qətiyyən məsləhət görülmür. Səhiyyə müəssisələri həssas qrupa daxil olan şəxslər üçün
tibbi yardım və dəstəklə bağlı təhlükəsiz və məxfi yer kimi görülməlidir. Mətbuatla bağlı aydın siyasət prinsipləri
müəyyənləşdirilməli və işçilər təlimatlandırılmalıdır.
Diqqətlə dinləmə insan alveri hallarında mühüm təhlükəsizlik vasitəsidir. Tibb işçiləri xəstələri ilə bağlı hər hansı
təhlükəsizlik risklərini öyrənmək üçün vaxt ayırmalıdırlar. İnsan alveri qurbanları çox zaman üzləşə biləcəkləri hər
hansı təhlükələrdən xəbərdar olmaq və onları şərh etmək baxımından daha yaxşı mövqeyə malik olurlar. Lakin
tibb işçiləri heç vaxt insanları müzakirə etməyə hazır olmadıqları təfərrüatları açıqlamağa məcbur etməməli və
ya onlara təzyiq göstərməməlidirlər. Məlumatların toplanması qeyri‐məcburi şəkildə həyata keçirilməlidir. Digər
xidmət təminatçıları və ya polisin cəlb olunduğu hallarda, tibb işçiləri insan alveri qurbanı və özləri ilə bağlı poten‐
sial təhlükəsizlik riskləri haqqında məlumat əldə etməlidirlər. Onlar mümkün riskləri aradan qaldırmaq üsulları
ilə bağlı səlahiyyətli şəxslərdən və ya orqanlardan məsləhət almalıdırlar.
İşlək yönləndirmə şəbəkələri və prosedurları həlledicidir (bax: Tədbirlər planı 10). Tibb işçiləri təhlükə hiss etdikdə
kimə müraciət edəcəklərini əvvəlcədən bilməlidirlər. Bəzi ölkələrdə insan alveri hallarına qarşı xüsusi polis idarəsi
mövcuddur; bəzi yerlərdə insan alveri ilə mübarizə üzrə qaynar xətt tibb işçilərinə böhran vəziyyətində kömək
edə biləcək mütəxəssislərlə əlaqə saxlamaqda yardımçı ola bilər (bax: Tədbirlər planı 10).
İnsan alverin halları ilə bağlı spesifik təhlükəsizlik protokolunun və ya davranış kodeksinin olması əməkdaşlar və
xəstələr üçün təhlükəsiz şəraitin təmin edilməsinə köməklik göstərə bilər. Səhiyyə müəssisələri insan alveri halları
ilə bağlı xüsusi təhlükəsizlik planı işləyib hazırlaya və potensial problemlər yarandıqda, işçiləri və xəstələri
təhlükəsizlik qaydaları və əsas əlaqə şəxsləri haqqında xəbərdar edə bilərlər.
Bilmək lazımdır ki,
l
Təhlükəsizlik insan alveri hallarında prioritet məsələdir, lakin tam təhlükəsizlik mümkün olmaya bilər.
l
Risklərin qiymətləndirilməsi və idarə edilməsi, yaxın ətrafdan və vəziyyətdən xəbərdar olmaq və xəstənin
fikirlərini və narahatlıqlarını diqqətlə dinləməklə şəxsi təhlükəsizlik gücləndirilə bilər.
l
Potensial risklərin şişirdilməsi işçilərin narahatlığına səbəb olarsa da, insan alveri qurbanları ilə ünsiyyətdə
olan hər bir şəxs mümkün risklər barədə xəbərdar edilməlidir. 
Səhiyyə orqanları
İnsan alveri qurbanları və işçilər üçün mümkün təhlükəsizlik problemlərini müəyyən etmək üçün risk
qiymətləndirməsi həyata keçirilməlidir. Tibb müəssisəsi yerli kontekstdən asılı olaraq insan alveri qurbanlarına
yardım zamanı yarana biləcək mümkün təhlükələri nəzərə alıb həyəcan siqnalı və ya fövqəladə hallarda,
təhlükəsizlik personalı kimi xüsusi təhlükəsizlik tədbirləri həyata keçirə bilər. 
32
BMT‐nin İnsan Haqları üzrə Ali Komissarlığı (2002). Maddə 2.
76
İnsan alveri̇ qurbanlarina ti̇bbi̇ xi̇dmətləri̇n göstəri̇lməsi̇
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Tibb işçiləri
Öz təhlükəsizlikləri üçün məsuliyyət daşımalı və müəyyən edilmiş hər hansı təhlükəsizlik prosedurlarına riayət
etməlidirlər:
l
Şəxsi əlaqə məlumatlarını paylaşmamalı və ya insan alveri qurbanlarını evinə aparmamalıdır.
l
Tərcüməçilər cəlb edilərkən onlara işin təfərrüatlarını açıqlamamaqla bağlı xəbərdarlıq etməlidirlər (bax:
Tədbirlər planı 2).
l
İnsan alveri qurbanının sağlamlıq vəziyyətini aidiyyəti olmayan üçüncü tərəflərlə və ya mətbuatla
müzakirə etməməli və ya onlara açıqlama verməməlidirlər. 
l
İnsan alveri qurbanının sağlamlıq vəziyyəti ilə bağlı məsələləri ictimai yerlərdə və ya ailə və ya dostların
yanında müzakirə etməməlidirlər.
Fərdi tibbi dəstək xidmətləri həyata keçirən tibbi heyət insan alveri qurbanlarının istismar oluna biləcəyi yerlərdə
əlavə təhlükəsizlik tədbirləri görməlidirlər. Təhlükəsizlik tədbirləri fərdi dəstək xidmətləri göstərən qruplar
arasında bir qədər fərqli ola bilər, lakin ümumi prinsiplərə aşağıdakılar daxildir:
l
Heç zaman tək işləmək olmaz. Fərdi tibbi dəstək xidmətləri həyata keçirən tibb işçiləri həmişə iki və ya
daha çox nəfərdən ibarət qruplarla işləməlidirlər.
l
Ofis işçilərinin sizin nə vaxt iş növbəsində olduğunuzdan və növbədən nə vaxt qayıtdığınızdan xəbərdar
olması üçün giriş və çıxış prosedurları müəyyən edilməlidir.
l
Təcrid edilmiş ərazilərdə daha çox ehtiyatlı olmaq lazımdır.
l
Özünüzlə bağlı ayıq‐sayıq olun və fərdi dəstək xidməti göstərən digər həmkarlarınıza da ayıq‐sayıq olmağı
tövsiyə edin.
l
Fərdi dəstək xidmətlərinin həyata keçirilməsi zamanı həmişə təhlükəsiz şəkildə ünsiyyət yaradın və şəxsi,
yaşayış yeri və ya yaxınlarınız haqqında məlumatları aşkar edə biləcək şəxsi söhbətlər etməyin. Şəxsi tele‐
fon nömrələrinizi və ya ünvanlarınızı paylaşmayın.
l
Hər hansı hadisə və ya ciddi təhlükəsizlik təhdidi halında təxirəsalınmaz cavab tədbirləri görmək üçün
ofisiniz, digər yardım təşkilatları və ya yerli polislə bağlı əvvəlcədən xəbərdarlıq sistemi işlənilib
hazırlanmalıdır. 
İnsan alveri qurbanları
l
İnsan alveri qurbanlarını onların müdafiə edilməsinə yönəlik cəhdlər barədə xəbərdar etmək və onları
ətrafdakı şəxslərdən ehtiyatlı olmağa və narahatlıqlarını ifadə etməyə təşviq etmək lazımdır. Onlara
həmçinin öz təhlükəsizliklərinin və onlara yardım edən şəxslərin təhlükəsizliyinin qorunmasında rol
oynamalı olduqları izah edilməlidir.
l
Mümkün olduqda, insan alveri qurbanlarının digər xidmət təşkilatlarına ilk, bəzi hallarda isə sonrakı
səfərləri zamanı müşayiət olunmalarını təşkil etməyə cəhd göstərin.
İSTİNADLAR VƏ RESURSLAR
Beynəlxalq Miqrasiya Təşkilatı
2007
The IOM Handbook on Direct Assistance for Victims of Trafficking, IOM, Geneva, 2007. (BMqT‐
nin insan alveri qurbanlarına birbaşa yardım haqqında təlimat sənədi, BMqT, Cenevrə, 2007)
2005
IOM Counter‐Trafficking Training Modules: Return and reintegration, IOM, Geneva, 2005. (BMqT‐
nin insan alveri ilə mübarizə haqqında təlim modulları: Qayıdış və reinteqrasiya, BMqT, Cenevrə,
2005)
77
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı
2002
Recommended Principles and Guidelines on Human Rights and Trafficking, Report of the United
Nations High Commissioner for Human Rights to the Economic and Social Council
(E/2002/68/Add.1), United Nations Economic and Social Council, New York, 20 May 2002. (İnsan
Hüquqları və İnsan alveri ilə bağlı tövsiyə olunan prinsiplər və təlimatlar, Birləşmiş Millətlər
Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının İqtisadi və Sosial Şurasına təqdim etdiyi hesabat
(E/2002/68/əlavə 1), Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurası, Nyu‐York, 20 may
2002)
78
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 8:
Özünə yardım
PLANI
SƏKKİZ

Tədbirlər Planı 8:
Özünə yardım
ƏSASLANDIRMA
İnsan alverinə məruz qalmış insanlara dəstək təmin etmək adətən olduqca zəngin təcrübə deməkdir. Lakin
zorakılıqla bağlı dəqiq təfərrüatların və zorakılığın insan alveri qurbanlarının həyatına təsirlərinin detalları tibb
işçiləri üçün stresli ola bilər.
İnsan alveri qurbanları ilə işləyən insanların qəzəb, ağrı, məyusluq, kədər, şok, qorxu və stres emosiyaları yaşaması
qeyri‐adi deyil. İş həmçinin enerji səviyyəsinə təsir edə və narahat yuxu, somatik şikayətlər və hipererauzl
vəziyyətinə səbəb ola bilər. Bəzi tibb işçiləri xəstələrinin əziyyətli təcrübələri haqqında beyindən çıxmayan təsvirlər,
fikirlər və qarabasmalardan əziyyət çəkə bilərlər. Bu simptomlar “əlavə travmatik stres” kimi təsvir olunur və
travma sonrası stres pozğunluğuna oxşardır, lakin bu, başqasının başına gəlmiş travmatik hadisədən təsirlənmə
halıdır. Xəstənin travmatik vəziyyətini “yenidən yaşayan” tibb işçiləri çox zaman həm xəstədən, həm də onun
travmasından xilas olmaq istəyirlər. Həmçinin, onların özlərinin və onlara yaxın insanların təhlükəsizliyi ilə bağlı
narahatlıqları da arta bilər.
İfrat travma haqqında eşitmək tibb işçisinin dünya, digər insanlar və özü haqqında baxışlarını dəyişdirə bilər. Tibb
işçisi dünyanı daha təhlükəli yer kimi görə, digər insanlara olan etibarını itirə və şəxsi acizlik və ümidsizlik hissinə
qapıla bilər. Tibb işçiləri bu cür dəyişikliklərə özlərini xəstələrdən təcrid etməklə və “mərhəmət yorğunluğu” ad‐
lanan hadisə ilə reaksiya verə bilərlər. Bu, xəstələrin əzablarına qarşı güc, empatiya və ya dözümlülük göstərməyə
marağın itməsi deməkdir. Tibb işçiləri arasında “mərhəmət yorğunluğu” həmçinin “iş yanması” sindromunun
əlamətlərini ehtiva edir. Bu adekvat dəstək almadan uzun müddət əhəmiyyətli səy tələb edən şəxslərlərarası
münasibətlərə məruz qalmanın nəticəsində meydana çıxan emosional tükənmə və fəallığın azalması ilə
xarakterizə olunur.
Travma yaşamış xəstələrə dəstəyin tibb işçilərinə təsirinə dair araşdırma nəticəsində müəyyən edilmişdir ki, tibb
işçisinin öz rolu haqqında mülahizələri əlavə travma mərhəmət yorğunluğu ilə əlaqəli ola bilər.
33 
Ümumi fikirlərə
“Mən hamıya və yubanmadan kömək edə bilərəm”; “Xəstələrimə nə qədər çox vaxt ayırsam, o qədər çox kömək
edə bilərəm”; və “Mən hər şeyi bilə bilərəm. Hamını sevə bilərəm” kimi aid edilə bilər.
Xəstələrin sayı, təşkilati dəstək səviyyəsi, təlim, iş nəzarəti və psixoloji dəstək kimi sistem məsələləri də travmalı
işin tibb işçilərinə təsirləri ilə əlaqəlidir.
ZƏRURİ TƏDBİRLƏR
İşinizin xarakteri ilə əlaqədar təhlükəsizliyiniz haqqında narahatsınızsa, fiziki müdafiə ilə bağlı tövsiyələrin verildiyi
Tədbirlər planı 7‐ni nəzərdən keçirin. Lakin bilməlisiniz ki, təhlükə ilə bağlı artan narahatlıqlar da əlavə travmatik
stres əlaməti ola bilər. Aşağıdakı tövsiyələrdə insan alveri qurbanlarına tibbi yardım göstərməyin potensial mənfi
təsirlərini minimuma endirmək üçün sistemlərin tətbiqi haqqında məlumat verilmişdir.
81
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
33
Daha ətraflı məlumat üçün bu Tədbirlər planının sonunda verilmiş istinadlara müraciət edin.

Təşkilatlar və rəhbərlər üçün tövsiyələr
İşçilərin psixoloji sağlamlığı üçün ilkin tələb onların təhlükəsizliyini təmin etmək üçün rəhbərlik tərəfindən bütün
zəruri addımların atıldığını hiss etməkdir. Birincisi, işçilərin öz iş vəzifələrini həyata keçirmək üçün lazımi səviyyədə
təlimləndirilmiş olması və onların bunu hiss etməsi vacibdir.
l
Müəyyən tibbi personalın işlərinin məqsədlərini, məhdudiyyətlərini və peşəkar dəstək və stresli
vəziyyətlərin idarə edilməsi məsələlərinin aydın şəkildə təsvir edən vəzifə öhdəliklərinin olmasını təmin
etmək lazımdır. Bu öhdəliklər mütəmadi olaraq nəzərdən keçirilməli və qiymətləndirilməlidir. Aydın
şəkildə müəyyən edilmiş vəzifələr və mövcud resurslar işçilərin yüklənmə və ya acizlik hissindən xilas
edə bilər.
l
Bu təlimatların bir nüsxəsi işçilər arasında paylanmalı və onlar potensial əlavə travmalar, işdə emosional
tükənmə sindromu və xroniki yorğunluqla qarşılaşa biləcəkləri barədə xəbərdar etdilməlidirlər.
l
Müntəzəm klinik nəzarət müəyyən edilməlidir. Klinik nəzarət tibbi yardımın keyfiyyətini təmin etmək və
mərhəmət yorğunluğu riskini minimuma endirmək üçün vacibdir. Bu cür nəzarətin mövcudluğu müxtəlif
parametrlər üzrə dəyişir. Mümkün olduqda müntəzəm şəkildə təyin edilməli olan klinik nəzarət qrup
səviyyəsində həyata keçirilə bilər, lakin işçilər həm də fərdi nəzarətə malik olmalıdır. Nəzarət məsələlərini
idarəetmə məsələlərindən ayırmaq həmin nəzarət menecer tərəfindən həyata keçirilən zaman
mühümdür. 
l
Klinika işçisinin iş yükünün həcmi və mürəkkəbliyi ilə bağlı aydın qaydalar müəyyən edilməlidir; bu, işdə
emosional tükənmə riskini azaltmağa kömək edə bilər. Balanslaşdırılmış iş yükünü təmin etmək üçün
personalın iş yükü rəhbərlərlə mütəmadi olaraq təhlil edilməlidir. Mümkün olduqda, tibb işçisinin iş yükü
fərqli əsaslarla müəyyən edilməlidir. Məsələn, yalnız insan alveri qurbanlarına yardım göstərən mərkəzdə
xəstəyə birbaşa tibbi yardım xəstələrlə birbaşa əlaqə tələb etməyən işlərlə birləşdirilə bilər; buraya
həmçinin müxtəlif reabilitasiya mərhələlərində xəstələrə xidmət etmək də daxil ola bilər.
l
Personalı nəzarət olunan emosiyalardan və dəliqanlılıqdan çəkindirmək lazımdır. Mümkün olduqda,
xidmətlər qarşılıqlı dəstək mədəniyyəti və tibb işçilərinin işləri ilə bağlı emosiyalarının müzakirə
edilməsinə imkan verən şəraiti təşviq etməlidir.
l
Səhiyyə işçiləri üçün onlara şəxsən çətin olan xəstə qəbulunun digər həmkarlara ötürülməsinə imkan
verən prosedur müəyyən edilməlidir.
l
Səhiyyə işçilərinin sağlam iş‐həyat balansını saxlamağa təşviq edin. Səhiyyə işçilərini xəstələrə kömək
etmək üçün öz istirahət və sosial həyatlarına laqeyd yanaşmaqdan çəkindirmək lazımdır. 
Səhiyyə işçiləri üçün tövsiyələr
l
Xəstələrlə razılaşdırılmış məqsədlər (birbaşa müalicə planına uyğun müəyyən edilmiş və xəstənin üzləşdiyi
çətinliklərə əsaslanan məqsədlər) əsasında işləyin. Bu, həm sizə, həm də xəstənizə real gözləntilərə malik
olmaqda və acizlik və ümidsizlik hisslərinin qarşısını almaqda kömək edəcək; bu, həmçinin iş hüdudlarınızı
birlikdə müəyyənləşdirməyə kömək edəcək.
l
Müsbət təcrübələri və özünəyardımı təmin etmək məqsədilə işlərinizi mütəmadi olaraq klinik kura‐
torunuz və ya həmkarlarınızla müzakirə edin.
l
İş yükünüzlə mübarizə aparırsınızsa, bunu kuratorunuzun və həmkarlarınızın nəzərinə çatdırın. Bunu
etməmək xəstələriniz və özünüz üçün zərərli ola bilər.
l
Həmkarlarınıza qayğıkeş münasibət göstərin; bu, xidmətinizdə səmimi iş mühiti yaratmağa va onu
qoruyub saxlamağa kömək edəcək.
l
Sosial dəstək şəbəkənizdən və asudə vaxtınızdan özünüzə qayğı  göstərmək üçün istifadə edin. Buraya
tətil məzuniyyəti, işdən sonra dincəlmək və müntəzəm olaraq idmanla məşğul olmaq kimi davranışları
aid edilə bilər.
l
Travmalı şəxslərlə iş, xidmət təminatçısının malik olduğu həll olunmamış mümkün emosional çətinlikləri
tətikləyə bilər. İlk addım olaraq bunu məxfiliyi təmin edəcək etibar etdiyiniz şəxslə müzakirə edin.
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin