Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir



Yüklə 19,66 Kb.
Pdf görüntüsü
səhifə5/17
tarix02.03.2017
ölçüsü19,66 Kb.
#9916
1   2   3   4   5   6   7   8   9   ...   17

37
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

olan, yetkinlik yaşına çatmamış və ya insan alveri qurbanını müşayiət edən şəxslərdən tərcüməçi kimi istifadə
etmək olmaz (bax: Tədbirlər planı 3, 6 və 10).
ZƏRURİ TƏDBİRLƏR
Mədəni dəyərlərə uyğun tibbi yardım göstərmək üçün:
l
Dil maneələri olduqda tərcüməçi xidmətindən istifadəni təmin edin (bax: Tədbirlər planı 3).
Tərcüməçilərin şəxsi və ya telefon vasitəsilə xidmətlərindən istifadə imkanları da daxil olmaqla, xəstənin
dil ehtiyaclarını müəyyənləşdirən sistem yaradılmalıdır.
l
Məlumatın aydın üsullarla çatdırılmasını təmin etmək məqsədilə şəxsin savadlılıq səviyyəsi
qiymətləndirilməlidir. Bəzi insanlar əyani vəsaitlərdən istifadə etməklə verilən informasiyalara yaxşı cavab
verirlər.
l
İnsanların reaksiyaları və ya davranışı haqqında tələsik və ya mənfi fərziyyələr irəli sürmək olmaz. Fərdi
reaksiyalarla bağlı mümkün mədəni, sosial və ya şəxsi səbəblər nəzərə alınmalıdır.
l
Mənzil təminatı, hüquqi və maliyyə çətinlikləri də daxil olmaqla, mövcud sosial stres amilləri müəy yən ‐
ləşdirilməli və sosial xidmətlərə yönləndirmələr müvafiq qaydada və vaxtında həyata keçirilməlidir (bax:
Tədbirlər planı 10).
l
Xəstələrin öz xəstəlikləri barədə düşüncələri aşkar edilməlidir. İzahlı modellə bağlı aşağıdakı bölməni
nəzərdən keçirin.
l
Mümkün olduqda, xəstənin eyni cinsdən olan tibb işçisi istəyinə, eləcə də, müayinə olunmaq üçün kimə
icazə verməsi haqqında seçiminə hörmətlə yanaşılmalıdır.
l
Xəstənin reabilitasiyası zamanı onun dini inaclarının əhəmiyyəti, eləcə də onların dini və mədəni inancları
baxımından insan alveri təcrübələrinə yanaşması nəzərə alınmalıdır.
İzahetmə modeli 
Xəstənin xəstəliklə bağlı düşüncəsinin araşdırılması xüsusilə bır sıra simptomların qiymətləndirilməsi zamanı
vacibdir. “İzahetmə modeli” tibb işçilərinə mədəni stereotiplərin qarşısını almaqda kömək edə biləcək,
qiymətləndirilmə işinə praktiki yanaşmadır. Hər bir mədəniyyət haqqında hər şeyi bilmək mümkün olmadığından,
insan alveri qurbanlarına tibbi yardımla bağlı gözləntiləri barədə necə sual verməyi öyrənmək vacibdir. Xəstənin
simptomlarla bağlı mövqeyini aşkarlamaq üçün təklif olunan suallara bunlar daxildir:
1. Problem nədədir? Baş verənləri necə təsvir edirsiniz?
2. Sizcə, sizin probleminizə nələr səbəb olmuşdur? Necə?
3. Niyə problemin qeyd etdiyiniz zaman başladığını düşünürsünüz?
4. O, sizə necə təsir edir?
5. Sizi ən çox narahat edən nədir? (Şiddət? Müddət?)
6. Sizcə, necə müalicə olunmalısınız? (Gözləntiləriniz hansılardır?)
Tibb işçisi‐xəstə arasında danışıq
Xəstənin narahatlıqlarını araşdırdıqdan, xəstəliklə bağlı fikirlərini (xəstənin izahetmə modelini) əldə etdikdən və
zəruri olduqda tərcüməçi və əyani vəsaitlərin köməyindən istifadə etdikdən sonra başa düşülən, mümkün və
davamlı müalicə planı hazırlamaq üçün xəstə ilə işləmək lazımdır.
Növbəti mərhələlər üçün hər bir xəstənin spesifik məlumatlarının və fərdi xüsusiyyətlərinin nəzərə alındığı,
qarşılıqlı şəkildə qəbul olunan planın tərtib edilməsi “xəstəni müalicəyə riayət etməyə vadar etmək”dən “xəstənin
şəfa tapmasında və reabilitasiyasında ona dəstək vermək” üsuluna keçməyi tələb edir. Müalicənin insan alveri
38
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

qurbanı ilə əməkdaşlıq əsasında planlaşdırılması məsuliyyətli dəstək və nəzarət hissinin artmasını təmin edir: bu,
xəstənin narahatlıqlarının dinlənildiyi və başa düşüldüyü barədə xəstəyə siqnal vermək deməkdir.
Qarşılıqlı məqbul müalicə planı xəstə tərəfindən alqışlanacaq və nəticələrin yaxşılaşmasına gətirib çıxaracaq. Bu
cür danışıqlar klinik təmas qısamüddətli olduqda (məsələn, xəstə saxlama mərkəzində və ya tranzitdə olduqda)
və ya xəstənin tibbi sığorta və ya tibbi xidmətlərin pulunu ödəmək üçün resursları olmadıqda maneə ilə üzləşə
bilər.
19
Xəstələrlə, xüsusilə fərqli bioqrafiyaları olan xəstələrlə ünsiyyət və danışıq üçün əlavə vaxt sərf etməli
olduğunuzdan ehtiyatlandığınıza baxmayaraq, faktlar göstərir ki, bu strategiyalardan istifadə etdikdə əslində di‐
aqnoz və müalicə üçün tələb olunan vaxt azalmış olur. Səhiyyə işçiləri mədəni dəyərlərə uyğun tibbi yardım təklif
etdikdə, xəstələr daha çox səmimiyyət göstərir və ünsiyyətə meyilli olurlar. Öz xəstəliklərini fərqli şəkildə ifadə
edə biləcək şəxslərin tibbi tarixçəsini əldə etmək və digər tibbi təcrübələrdən xəbərdar olan şəxslər üçün müalicəni
planlaşdırmaq məqsədilə bu üsullardan istifadə etdikdə daha az vaxt tələb oluna və təxmini, yanlış diaqnozlar və
tibbi yardıma riayət etməməklə müqayisədə daha təsirli ola bilər.
İSTİNADLAR VƏ RESURSLAR
Brach, C. və I. Fraser
2000
“Can cultural competency reduce racial and ethnic disparities? A review and conceptual model”,
Medical Care Research and Review, vol. 57, no. 4 suppl., December 2000, pp. 181–217. (“Mədəni
imkanlar irqi və etnik uyğunsuzluqları azalda bilərmi? İcmal və konseptual model”, Tibbi xidmət
araşdırması və təhlili, 57‐ci cild, 4 saylı əlavə, dekabr 2000, səh. 181–217)
Carrillo, J. E. və digərləri
1999
“Cross‐cultural primary care: a patient‐based approach”, Annals of Internal Medicine, vol. 130,
no. 10, 18 May 1999, pp. 829–834. (“Mədəniyyətlərarası ilkin yardım: xəstəyə yönəlik yanaşma”,
Daxili təbabət xronikaları, 130‐cu cild, 10‐cu nömrə 18 may 1999, səh. 829–834)
Culhane‐Pera, K.A. və digərləri
1997
“A curriculum for multicultural education in family medicine”, Family Medicine, vol. 29, no. 10,
November‐December 1997, pp. 719–723. (“Ailə təbabətində çoxmədəniyyətli təhsil proqramı”,
Ailə Təbabəti, 29‐cu cild, 10‐cu nömrə, noyabr‐dekabr 1997, səh. 719–723)
Davis, D.A. və digərləri
1995
“Changing physician performance: a systematic review of the effect of continuing medical edu‐
cation strategies”, Journal of the American Medical Associationvol. 274, no. 9, 6 September
1995, pp. 700–705. (“Həkimin fəaliyyətinin dəyişməsi: davamlı tibbi təhsil strategiyalarının
təsirinin sistematik icmalı”, Amerika Tibb Assosiasiyasının jurnalı, 274‐cü cild, 9‐cu nömrə, 6
sentyabr 1995, səh. 700–705)
Day, J.H. və digərləri
2006
Risking Connection in Faith Communities: A training curriculum for faith leaders supporting
trauma survivors, Sidran Institute Press, Baltimore, Maryland, USA, 2006. (Dini icmalarda riskli
39
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
19
Sağlamlıq hüququ qəbul edilmiş insan hüququdur və bir çox ölkələr zorakılıq qurbanları, təcili tibbi yardıma ehtiyacı olan
şəxslər və həssas qruplar üçün səhiyyə xidmətlərindən universal istifadə imkanları yaratmağa çalışırlar. Lakin əslində pul
ödəmək imkanı olmayan və mövcud sosial xidmətlərə müraciət etmək üçün tələb olunan şəxsiyyəti müəyyənləşdirən
sənədləri olmayan insan alveri qurbanı üçün zəruri tibbi və psixoloji yardım göstərmək olduqca qəliz ola bilər. Digər xidmət
təminatçıları,  xüsusilə  insan alveri qurbanlarının bir çox qeyri‐tibbi ehtiyaclarını ödəmək təcrübəsi olan təminatçılarla
koordinasiya vacibdir (bax: Tədbirlər Planı 10).

əlaqə: travma almış qurbanlara dəstək verən dini liderlər üçün tədris proqramı, Sidran İnstitutu‐
nun Mətbəəsi, Baltimor, Merilənd, ABŞ, 2006)
Denoba, D. L. və digərləri
1998
“Reducing health disparities through cultural competence”, American Journal of Health Educa‐
tion,  vol. 29 (5 Suppl.), pp. S47–S58. (Mədəni imkanlar vasitəsilə sağlamlıq disbalansının
azaldılması, Amerika Tibbi Maarifləndirmə Jurnalı, 29‐cu cild (5 saylı əlavə), səh. S47–S58)
Joos, S. K. və digərləri
1996
“Effects of a physician communication intervention on patient care outcomes”, Journal of General
Internal Medicine, vol. 11, no. 3, pp. 147–155. (“Həkimin ünsiyyət müdaxilələrinin xəstənin
müalicə nəticələrinə təsirləri”, Ümumi Daxili Təbabət Jurnalı, № 3, səh. 147–155)
40
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 3: 
Tərcüməçilərlə iş
PLANI
ÜÇ

Tədbirlər Planı 3: 
Tərcüməçilərlə iş
ƏSASLANDIRMA
Dəqiq ünsiyyət insan alveri qurbanlarına keyfiyyətli, hüquqlara əsaslanan tibbi xidmət təmin etmək baxımından
vacibdir. İnsan alverinin mahiyyəti səbəbindən bir çox insan alveri qurbanına tibbi yardım öz ölkələrindən kənarda
onların dilini bilməyən səhiyyə işçiləri tərəfindən təklif olunur. (Həmçinin, ölkə daxilində insan alverinə məruz
qalmış şəxslər də dil maneələri ilə üzləşə bilərlər.) Bu hallarda, tibbi yardım çox zaman tərcüməçilər vasitəsilə
təklif edilir. İnsan alveri qurbanları ilə ünsiyyətə təsir göstərə biləcək mədəni, cins, yaş və digər amillərin (məsələn,
savadlılıq, əlillik, mədəniyyət və ya potensial imkan) mövcud olduğunu da nəzərə alaraq bu Tədbirlər planı
tərcüməçilər vasitəsilə ünsiyyətlə bağlıdır. (Ünsiyyətlə bağlı digər mövzular haqqında daha ətraflı məlumat üçün
bax: Tədbirlər planı 1, 2, 5, 9 və 10.)
Tibb müəssisələrində tərcüməçilərlə iş xoş, eləcə də çətin ola bilər. Zorakılıq və psixiatrik simptomlar kimi
mövzuları tərcüməçilər vasitəsilə müzakirə etmək daha çətin ola bilər. Bəzi səhiyyə işçiləri öz xəstələrindən ayrı
düşdüklərini bildirir və müalicələr uzun müddət davam etdiyindən işlərində özlərini daha az səmərəli və ya əsəbi
hiss edirlər. Lakin bir çox hallarda tibbi yardım strategiyaları insan alveri qurbanı ilə daha yaxşı ünsiyyəti, qurbanın
daha yaxından iştirakını təmin edən və tibb işçisinin qurbanın mədəni anlayışları əsasında ondan daha dəqiq
məlumat əldə etməsini təşkil edən tərcüməçi ilə iş vasitəsilə təkmilləşdirilə bilər (bax: Tədbirlər planı 2).
Tibb müəssisələrində tərcüməçilər müxtəlif funksiyaları yerinə yetirə bilərlər. Tərcüməçi ilə işləyən zaman onun
yerinə yetirə biləcəyi potensial funksiyanı nəzərdən keçirməyə dəyər. Bu funksiya tibb müəssisəsindən, xəstənin
ehtiyaclarından və tərcüməçinin və klinikanın həkiminin peşəkar təcrübəsindən asılı olacaq. Tərcüməçilər üçün
aşağıdakı funksiyalar müəyyən edilmişdir:
l
Neytral və qərəzsiz xidmət göstərən tərcüməçi.
l
Tibb işçisi və müştəriyə izahatlar, mədəniyyət və məzmunla bağlı anlayışları təmin edən mədəniyyət
vasitəçisi.
l
Xəstənin maraqlarını təmsil edən vəkil.
l
Xəstə və səhiyyə işçisi arasında münaqişələri həll edən vasitəçi və ya barışdırıcı.
l
Klinikanın həkiminə xəstələrin yerinə yetirilməmiş ehtiyaclarını müəyyəndirməkdə köməklik göstərən və
xəstəyə dəstək verən əlaqələndirici əməkdaş.
l
Tərcümə xidməti göstərməklə yanaşı, terapevtik funksiyanı da həyata keçirən ikidilli əməkdaş. 
ZƏRURİ TƏDBİRLƏR
Tərcüməçi ilə işə başlamazdan əvvəl insan alveri qurbanı və tərcüməçi ilə işinizi qurmaq üçün nəzərdən keçirmək
istəyə biləcəyiniz bəzi hazırlıqlar vardır.
43
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Tərcüməçinin seçilməsi
Tərcüməçinin seçilməsi insan alveri qurbanının, eləcə də tibb işçisinin təhlükəsizliyi və rifahı üçün vacib olan son
dərəcə əhəmiyyətli addımdır. Aşağıdakı əsas ehtiyat tədbirlərinə riayət edilməlidir:
l
İnsan alveri qurbanının dostları, ailə üzvləri, işəgötürənləri və ya iş yoldaşları və ya onu müşayiət edən
şəxs olduqlarını bildirən şəxslərə tərcüməçilik etməyə icazə verilməməlidir. Bu şəxslər insan alveri
vəziyyətinin tərkib hissəsi ola və ya insan alverçilərinə məlumat ötürə bilərlər.
l
Yetkinlik yaşına çatmayan şəxslərdən və ya insan alveri qurbanının uşaqlarından tərcüməçi kimi istifadə
edilməməlidir.
l
Qurbanla eyni kənddən və ya icmadan olan şəxsə tərcüməçilik etmək imkanı verilməməlidir (nə mənşə,
nə də təyinat yerində). Bu, insan alveri qurbanının sərbəst danışmasına mane ola bilər; verilən
məlumatlar “dedi‐qoduya” çevrilə və ya xəstənin ləkələnməsi ilə nəticələnə bilər. 
l
Qurbanın mənsub olduğu etnik qrup və ya sosial sinfinə qarşı ayrı‐seçkilik sala biləcək və ya keçmişdə
baş vermiş hadisələrə (məsələn, cinsi zorakılıq və ya fahişəlik) görə nifrət edilən şəxsə tərcümə etmək
imkanı verilməməlidir.
l
Uşaqlarla müsahibə zamanı xüsusilə ehtiyatlı olmaq lazımdır. Onların qəyyumu kimi çıxış edən şəxsin
onların insan alverinə cəlb olunmasında iştirak edə biləcəyi ehtimalına xüsusilə diqqət yetirilməlidir. 
Xəstə ilə təmas üçün
l
İnsan alveri qurbanının ana dili və şivəsi və hər hansı başqa digər dildə danışıb‐danışmadığı
müəyyənləşdirilməlidir.
l
Xəstənin milliyyəti, dini və cinsi nəzərə alınmalıdır (bax: Tədbirlər planı 2).
l
Tərcümə üçün imkan verən daha uzun vaxt təyin edilməlidir.
l
Tərcümə xidmətlərindən istifadə etmək niyyətini insan alveri qurbanına izah etmək üçün yol tapmaq
üçün cəhd edilməlidir.
l
İnsan alveri qurbanını seçilmiş tərcüməçinin hər hansı səbəbdən onu narahat edib‐etmədiyini bildirməyə
cəsarətləndirmək üçün cəhd göstərilməlidir.
Tərcüməçi üçün
l
Tərcüməçini və ya onun iş yerini mövzu (məsələn, zorakılıq, təcavüz və s. əhatə edə biləcək məxfi tibbi
müzakirələr) ilə bağlı məlumatlandırmaq lazımdır. Bunu etmədikdə, tərcüməçi istəksiz görünə və ya
mövzu ilə bağlı narahatlıq hissi keçirə bilər.
l
İnsan alveri qurbanları ilə iş zamanı məxfilik olduqca vacib olduğundan (bax: Tədbirlər planı 7 və 9)
tərcüməçinin roluna və məxfiliyi qorumaqla bağlı vəzifələrinə aydınlıq gətirilməsini nəzərdən keçirə
bilərsiniz. Agentliklə və ya şəxslə razılaşdırılmış standart əməliyyat proseduru buna misal ola bilər. 
l
İnsan alveri qurbanının sizinlə və tərcüməçi ilə işləməyi təhlükəsiz hesab etdiyi münasibətə nail olmaq
üçün bütün konsultasiyaları eyni tərcüməçi ilə həyata keçirmək vacibdir. Tərcüməçi xidmətini təşkil
edərkən agentlik və fərdi tərcüməçiyə gələcək seanslarda da eyni tərcüməçidən istifadə etməyi
planlaşdırdığınızı bildirməyiniz vacibdir.
l
Tərcüməçi şəxsi əlaqə məlumatlarını və insan alveri qurbanı haqqında məlumatları başqaları ilə
paylaşmamaqla bağlı xəbərdar olunmalıdır. 
44
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

Konsultasiya zamanı
l
Tərcüməçiyə və qurbana özlərini təqdim etmək üçün müəyyən vaxt verilməlidir.
l
Tərcüməçini təqdim etmək lazımdır; tərcüməçinin agentliyin məxfilik siyasətinə sadiq peşəkar şəxs olduğu
təsdiq edilməlidir.
l
Qurbandan ona mane ola biləcək təhlükəsizlik və ya mədəniyyətlə bağlı hər hansı məsələnin olub
olmadığını soruşmaq lazımdır.
l
Xüsusi terminlərdən imtina etmək üçün səy göstərilməlidir.
l
Bütün mənaların və fikirlərin mükəmməl şəkildə çatdırılmalı olduğunu gözləmək lazım deyil.
l
Atalar sözü və məsəllərdən istifadədən çəkinmək lazımdır, çünki onlar çox zaman mədəniyyətlə bağlı olur
və tərcümə zamanı mənalarını itirirlər. 
l
Danışıq tempinizi aşağı salmaq lazım gələ bilər. Cümləniz uzun olarsa, onun məzmununu tərcüməçi üçün
ümumiləşdirin. Tərcüməçinin sizin nəzərdə tutduğunuz mənanı aydın şəkildə başa düşüb düşmədiyini
yoxlayın.
l
Müsahibə zamanı tərcüməçiyə öz işini həyata keçirmək üçün kifayət qədər fasilələr verin.
l
Tərcüməçi ilə həddən çox familiarlıq nümayiş etdirməyin və xəstədə təcrid olunma, tərk edilmə və ya
qorxu hissi yarada biləcək, tərcümə tələb olunmayan məsələləri tərcüməçi ilə müzakirə etməkdən
çəkinin. 
l
Tərcüməçini xəstə ilə yalnız buraxmayın. Bu cür vəziyyətlərdə tərcüməçilər onlarla razılaşdırılmamış
məsələlərlə bağlı qurbana yardım etmək üçün təzyiq hiss edə bilərlər.
l
Tərcüməçinin rəğbət və ya mərhəmət göstərib‐göstərmədiyini müşahidə edin.
l
Tərcüməçinin qurbana danışmaq imkanı verib‐vermədiyini və ya nəzarəti öz üzərinə götürüb‐
götürmədiyini və şəxsə izahat verib‐vermədiyini müşahidə edin. 
Konsultasiyadan sonra
l
Tərcüməçidən mədəniyyət məsələlərini aydınlaşdırmağı və görüş zamanı aydın olmayan məsələlərin
mənasını izah etməsini xahiş edin.
l
Unutmayın ki, tərcüməçi heç də mütləq travma almış şəxslərlə işləmək üçün təlimlər keçməmişdir və
nəzarət və ya müstəqil təhlillə bağlı çətin ki, dəstək verə bilsin. Tərcüməçini seans zamanı qarşılaşdığı
emosional halları və çətinlikləri müzakirə etməyə təşviq etmək vacibdir. 
l
Tərcüməçinin davranışı haqqında ciddi şübhələriniz varsa, bunu tərcüməçi ilə müzakirə edin. Tərcüməçi
tərcümə agentliyinin əməkdaşıdırsa, agentliyə öz rəyinizi bildirin.
l
Özlərinə etibar edilə biləcəyini nümayiş etdirmiş tərcüməçilərlə səmərəli iş birliyini qoruyub saxlamaq
imkanlarını nəzərdən keçirin.
İSTİNADLAR VƏ RESURSLAR
Raval, H.
2005
“Being heard and understood in the context of seeking asylum and refuge: communicating with
the help of bilingual co‐workers”, Clinical Child Psychology and Psychiatry, vol. 10, no. 2, 1 April
2005, pp. 197–216. (“Sığınacaq axtarma kontekstində eşidilmək və başa düşülmək: iki dildə
danışan iş yoldaşlarının köməyi ilə ünsiyyət”, Kliniki uşaq psixologiyası və psixiatriyası, 10‐cu cild,
2‐ci nömrə, 1 aprel 2005, səh. 197–216)
Tribe, R. və H. Raval (Eds.)
2003
Working with Interpreters in Mental Health, Brunner‐Routledge, Hove, United Kingdom and New
York, NY, USA, 2003 (Psixi sağlamlıq sahəsində tərcüməçilərin xidmətindən istifadə, Brunner‐
Routledge, Hove, Birləşmiş Krallıq və Nyu‐York, NY, ABŞ, 2003)
45
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 4: Sağlamlığın kom‐
pleks qiymətləndirilməsi
PLANI
DÖRD

Tədbirlər Planı 4:
Sağlamlığın kompleks qiymətləndirilməsi
ƏSASLANDIRMA
Bir çox insan alveri qurbanı bir sıra zorakılıq və digər sağlamlıq risklərinə məruz qaldıqlarından sağlamlığın kom‐
pleks qiymətləndirilməsi vacibdir.
20
Xəstələr kliniki təmas zamanı diqqət mərkəzində olan xüsusi simptomlara
malik olsalar da, eyni zamanda bir neçə xəstəliyin baş vermə ehtimalı ilə əlaqədar onlar hərtərəfli tibbi və psixi
sağlamlıq qiymətləndirməsi tələb edə bilərlər. İnsan alveri qurbanlarının üzləşə biləcəkləri bir sıra sağlamlıq
problemlərindən xəbərdar olmaq kompleks tibbi problemləri olan xəstələrin problemlərinin həlli zamanı sistemli
yardım yanaşmasından istifadə etməkdə sizə yardımçı bilər. İnsan alveri kontekstindən asılı olaraq, insan alveri
qurbanları müxtəlif zorakılıq, təcavüz və digər sağlamlıq risklərinə məruz qalmış ola bilərlər. Məsələn, cinsi is‐
tismara məruz qalmış uşaq həm də, fiziki zorakılıq, zəif qidalanma və yuxu məhrumiyyətinə məruz qalmış ola
bilər. “Başdan‐ayağa” diqqətli qiymətləndirmələr inkişaf səviyyəsinə uyğun olmalıdır. Uşaqların müayinə edilməsi
zorakılığa məruz qalmış uşaqlara tibbi yardım və məhkəmə‐tibbi ekspertizası üzrə səriştəsi olan səhiyyə işçiləri
tərəfindən aparılmalıdır (bax: Tədbirlər planı 5 və 12). 
İnsan alverinə həssaslığı artıran yoxsulluq və acınacaqlı yaşayış şəraiti kimi amillər də ilkin zəif sağlamlıqdan xəbər
verdiyindən, bir çox qurban insan alverinə məruz qalmazdan əvvəl sağlamlıq vəziyyətini pisləşdirmiş ola bilərlər.
21
22
Bir çox xəstələrdə insan alveri vəziyyətində olarkən daha da kəskinləşmiş əlavə çoxsaylı fəal tibbi problemlər
(məsələn, astma, şəkərli diabet, anemiya və parazitoz) ola bilər. Pis qidalanma, məhdudiyyətlərdən ibarət həyat
tərzi və səhiyyə xidmətlərindən məhdud istifadə imkanı ilə basırıq vəziyyətlərdə yaşamaq sağlamlığın zəifləməsinə
və daha şiddətli simptomlara gətirib çıxarır.
23
Tibb işçiləri denge qızdırması, malyariya, vərəm və digər geniş
yayılmış xəstəlikləri nəzərdən qaçırmamaq üçün xəstənin mənşə ölkəsindəki xəstəliklərin yerli epidemiologiyasını,
tranzit ölkənin mühitini və insan alverinin təyinat ölkəsi haqqında məlumatları öyrənməyə cəhd etməlidirlər.
İnsan alveri qurbanının fiziki və psixi sağlamlıq simptomları xüsusilə insan alveri vəziyyətində olarkən və ya dərhal
sonra özlərinin kəskinləşmə dövrlərində çox zaman bir‐biri ilə qarışmış olurlar. Açıq‐aydın üzvi səbəb olmadan
somatik simptomlar qeyri‐adi olmasa da, əsas üzvi səbəblərin nəzərdən qaçırılmamasını təmin etmək üçün
hərtərəfli qiymətləndirilmə tələb edir. İnsan alveri qurbanlarında simptomların çoxu bir‐birləri ilə kəsişirlər və
travmasonrası reaksiyalarla kəskinləşirlər. Travma tarixçəsi ilə bağlı somatik və davranış simptomlarına anoreksiya,
xroniki yorğunluq, xroniki baş ağrıları, xroniki ağrı, başgicəllənmə, emosional keyləşmə, düşmənçilik, hipererauzl,
hiper‐sayıqlıq, qıcıqlanma, həvəssizlik, yaddaş problemləri, diqqət zəifliyi, travmatik hadisələri təkrar yaşamaq
və yuxu pozuntuları daxil ola bilər. Bu post‐travmatik simptomlar insan alveri qurbanlarının ümumi zəif sağlamlıq
vəziyyətini daha da pisləşdirir (bax: Tədbirlər planı 1 və 12).
49
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
20
Bu Tədbirlər Planında tibb işçilərinin travmadan xəbərdar tibbi yardım (bax: Tədbirlər Planı 1) və mədəni dəyərlərdəki
fərqliliklər nəzərə alınmaqla tibbi yardım (bax: Tədbirlər Planı 2) haqqında əsas prinsiplərdən xəbərdar olduqları, müvafiq
müəyyənləşdirmə və təhlükəsizlik qiymətləndirmələrinin həyata keçirildiyi (bax: Tədbirlər Planı 7) və hüquqi vəkillik və
sosial xidmətlərə yönləndirmə variantlarının müəyyən edildiyi (bax: Tədbirlər Planı 10) güman edilir.
21
Beyrer, C., "İnsan alveri sağlamlıq problemidirmi?" The Lancet, 363‐cü cild, 9408‐ci nömrə, 14 fevral 2004‐cü il, səhifə 564.
22
Zimmerman, C. və digərləri. (2003).
23
Wolffers, I. və digərləri, "Miqrasiya, insan hüquqları və sağıamlıq", The Lancet, 362‐ci cild, 9400‐cü nömrə, 13 dekabr 2003‐
cü il, səhifə 2019‐2020.

İnsan alveri qurbanları ilə bağlı tibbi qiymətləndirmələr rəhbər prinsiplər (bax: Fəsil 3) əsasında və travmadan
xəbərdar və xəstəyə yönəlik tibbi yardım üzrə təsvir edilmiş üsullardan istifadə etməklə (bax: Tədbirlər planı 1 və
2) həyata keçirilməlidir. İnsan alveri ilə bağlı vəziyyətlərdə məxfilik və gizlilik olduqca mühüm əhəmiyyət kəsb
edir. Tarixçənin hazırlanması və müayinə xəstə ilə təklikdə qalmaqla (yəni, tibb işçisinin və zəruri olduqda xəstənin
yaxın adamının iştirakı ilə, lakin onu müşayiət edən digər şəxslərin iştirakına yol verilməməklə) həyata
keçirilməlidir. Yadda saxlamaq lazımdır ki, xəstə dəstək xidməti tərəfindən klinikaya istiqamətləndirilmiş olduqda
və ya klinikada “xəstələr üçün hüquq məsləhətçiləri” və ya “mədəniyyət vasitəçiləri” fəaliyyət göstərdikdə,
24
tibbi
təmas zamanı, xüsusilə ilkin təmas zamanı bu, əməkdaşların iştirakı arzuolunandır. Qeyd edildiyi kimi insan
alverinə məruz qalmış şəxslər başqalarına etibar etməyə və yeni mütəxəssislərə öz narahatlıqlarını ifadə etməkdə
çətinlik çəkə bilərlər. Bəzi xəstələr partnyorlarının və ya ailə üzvlərinin onların yanında olmasını istəsələr də,
qurbanın onu müşayiət edən şəxsdən otağı  tərk etməyi xahiş etməkdə çətinlik çəkə biləcəyini nəzərə alaraq,
qurbanla müəyyən qədər təklikdə qalmaq imkanı mühümdür. Qeyd etmək lazımdır ki, hər bir şəxs üçün eyni cür
məxfiliyi təmin etmək məqsədilə klinikaya müraciət zamanı bütün xəstələrin təklikdə və ayrıca qəbul edilməsi
klinikanın siyasəti olmalıdır.
ZƏRURİ TƏDBİRLƏR
Klinik təmasla bağlı məqsədlər 
l
Xəstə üçün tibbi yardımın fərdi, dəstəkləyici, ittiham etməyən və kompleks şəkildə həyata keçirildiyi
təhlükəsiz mühit təmin edilməlidir (bax: Tədbirlər planı 1 və 2). 
l
Xəstəyə müayinənin səbəblərini, həyata keçirilmə üsullarını, nəticələrin açıqlanma qaydalarını və
nəticələri kimlərin görə biləcəyini izah etmək lazımdır. 
l
Klinik təmasın insan alveri qurbanının səhiyyə sistemi ilə yeganə əlaqəsi ola biləcəyini nəzərə alaraq
(məsələn, şəxs insan alveri vəziyyətinə qayıda, saxlama mərkəzi və ya tranzit mərhələsində ola bilər),
kompleks sağlamlıq qiymətləndirməsi həyata keçirilməlidir. Bura simptomların hərtərəfli və sistemli
şəkildə yoxlanılması, diqqətlə “başdan ayağa” müayinə və müvafiq laboratoriya testlərinin həyata
keçirilməsi, insan alveri qurbanlarının digər kompleks və xroniki xəstəliklərlə bağlı vəziyyətlərinin nəzərə
alınması daxildir (bax: Uşaqların və yeniyetmələrin müayinəsi zamanı spesifik amillərin nəzərə alınması
ilə bağlı Tədbirlər planı 5).
l
Klinik təmas zamanı xəstə tərəfindən aşkarlanmış tibbi problemlərə mümkün qədər çox diqqət yetirmək
lazımdır. Sadəcə tibb işçisinin marağına xidmət edən suallar məqbul suallar deyil.
l
Mümkün olduqda, spesifik psixoloji sağlamlıq diaqnozlarını və müalicə ehtiyaclarını müəyyənləşdirmək
üçün zəruri olan təfərrüatlı qiymətləndirmə məqsədilə psixi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi
üzrə təlim keçmək və/və ya psixiatrın xidmətlərindən yararlanmaq lazımdır. Travmatik təcrübələrin
xəstələrin simptomlarına təsiri, müalicə prosedurlarına riayət etmək və nəticələr şişirdilmiş ola bilməz
(bax: Tədbirlər planı 1 və 12). 
l
Xəstələri hər hansı testin nəticələri ilə əlaqədar məlumatlandırmaq üçün ardıcıl, müəyyən və təhlükəsiz
məlumatlandırma mexanizminin və xəstələri preventiv tibbi yardım da daxil olmaqla, cari tibbi xidmətlərlə
təmin etmək üçün rahat vasitələrin olmasını təmin etmək lazımdır.
l
Mümkün olduqca, insan alveri qurbanlarının onların sağlamlığı, təhlükəsizliyi və rifahı üçün vacib olan
qida, sığınacaq, hüquqi yardım, psixi sağlamlığa dəstək, təhsil və iş bacarıqlarının artırılması da daxil ol‐
maqla çoxsaylı ehtiyaclarını qarşılamaq üçün resurslarla və xidmətlərlə əlaqəsi təmin edilməlidir (bax:
Tədbirlər planı 10).
Yüklə 19,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin