Bu vəsaitdəki fikirlər müəlliflərə aiddir və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) mövqeyini əks etdirmir


İnsan alveri qurbanları haqqında bütün məlumatlar təhlükəsiz yerdə saxlanılmalıdır



Yüklə 19.66 Kb.
Pdf просмотр
səhifə4/17
tarix02.03.2017
ölçüsü19.66 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   17

12. İnsan alveri qurbanları haqqında bütün məlumatlar təhlükəsiz yerdə saxlanılmalıdır. İnsan alveri
qurbanları haqqında məlumatlar və materiallar mümkün olduqca kodlaşdırılmalı və kilidlənmiş
qovluqlarda saxlanmalıdır. Elektron məlumatlar şifrə ilə müdafiə olunmalıdır. 
Uşaqlarla bağlı xüsusi qeyd: Zorakılıq və ya istismara məruz qalmış uşaqlar üçün tibbi xidmət xüsusi diqqət tələb
edir. Uşaqların onlara təsir edəcək qərarlarda iştirak etmək hüququ da daxil olmaqla, yuxarıdakı prinsiplər uşaqlara
da tətbiq edilməlidir. Hər hansı qərar uşağın adından verilirsə, uşağın ən mühüm maraqları əsaslı şəkildə nəzərə
alınmalı və müvafiq prosedurlara əməl edilməlidir. Avropada insan alverin qurbanı olmuş uşaqların hüquqlarının
müdafiəsi ilə bağlı UNICEF‐in İstinad Təlimatında bu məsələlərlə bağlı bəzi təlimatlar verilmiş və istinad üçün
əlavə resurslar tövsiyyə edilmişdir (daha ətraflı məlumat üçün  istinadlar bölməsinə müraciət edin).
Bu prinsiplər insan alveri vəziyyətində olan və ya həmin vəziyyətdən xilas olmuş şəxslərin zəifliyini
müəyyənləşdirən hüquqlar‐əsasında tibbi yardım strategiyaları üçün əsas ola bilər. Prinsiplər yalnız insan alveri
qurbanları ilə təmasda ola biləcək bütün tibbi personala çatdırıldıqda və qeyd olunan prinsiplərin yerinə
yetirilməsinə müntəzəm şəkildə nəzarət edildikdə tam şəkildə səmərli ola bilər.
26
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
14
Qabiliyyət, imkan və qəyyumluqla bağlı xüsusi mülahizələr üçün Tədbirlər Planı 16‐ya müraciət edin.

Cədvəl 2: Etik və təhlükəsiz müsahibələrlə bağlı 10 rəhbər prinsip 
15
İSTİNADLAR VƏ RESURSLAR
BMT‐nin Uşaq Fondu
2004
Reference Guide on Protecting the Rights of Child Victims of Trafficking in Europe, UNICEF, 2006.
(Avropada insan alverinin qurbanı olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı istinad sənədi,
UNICEF, 2006)
BMT‐nin Qaçqınlar üzrə Ali Komissarlığı
2003
Sexual and Gender‐Based Violence against Refugees, Returnees, and Internally Displaced Persons:
Guidelines for prevention and response, UNHCR, Geneva, May 2003. (Qaçqınlar, geri qayıdan
şəxslər və məcburi köçkünlərə qarşı cinsi və gender zorakılığı: Profilaktika və cavab tədbirləri ilə
bağlı təlimat, BMT QAK, Cenevrə, may 2003.)
Zimmerman, C. və C. Watts,
2003
WHO Ethical and Safety Recommendations for Interviewing Trafficked Women, World Health Or‐
ganization, Geneva 2003. (İnsan alveri qurbanı olan qadınların müsahibə olunması ilə bağlı ÜST‐
nın Etik və Təhlükəsizlik Tövsiyələri, Cenevrə, 2003)
2005
Guidelines for Gender‐Based Violence Interventions in Humanitarian Settings: Focusing on Pre‐
vention of and Response to Sexual Violence in Emergencies, IASC, Geneva, September 2005. (Hu‐
manitar vəziyyətlərdə gender zorakılığı müdaxilələri üzrə təlimat: Fövqəladə hallarda cinsi
zorakılığın qarşısının alınması və cavab tədbirlərinin görülməsi, IASC, Cenevrə, sentybr, 2005)
27
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
1
Zərər vurmayın
2
Öz missiyanızı bilin və riskləri qiymətləndirin.
3
İstiqamətləndirmə məlumatlarını hazırlayın və yerinə yetirə bilməyəcəyiniz vədlər
verməyin.
4
Tərcüməçiləri və həmkarları müvafiq şəkildə seçin və hazırlayın.
5
Məxfiliyi və gizliliyi təmin edin.
6
Məlumatlılıq əsasında razılıq əldə edin.
7
Hər bir şəxsin vəziyyətinin və təhlükəsizliyi ilə bağlı risklərin həmin şəxsin özü
tərəfindən qiymətləndirilməsini dinləyin və hörmət nümayiş etdirin.
8
Şəxsləri təkrar travmaya məruz qoymayın.
9
Təcili müdaxilə üçün hazırlıqlı olun.
10
Toplanmış məlumatlardan səmərəli istifadə edin.
15
2003‐cü ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Cenevrədə nəşr edilmiş C. Zimmerman və C. Watts‐ın müəllifliyi ilə
İnsan alverinə məruz qalmış qadınların müsahibə olunması üçün ÜST‐nin Etika və Təhlükəsizlik məsələləri ilə bağlı Tövsiyələri
adlı araşdırma materialları əsasında hazırlanmışdır.

TƏDBİR
LƏR
Tədbirlər Planı 1: Travmadan xəbərdar
tibbi yardım
PLANI
BİR

Tədbirlər Planı 1:
Travmadan xəbərdar tibbi yardım
ƏSASLANDIRMA
İnsan alverinə məruz qalmış bir çox şəxs insan alveri qurbanı olmazdan əvvəl, insan alveri qurbanı olarkən və
bəzən insan alveri qurbanı vəziyyətindən xilas olduqdan sonra həyat üçün təhlükəli və ya travmatik hadisələr
yaşamış olacaqlar. Fiziki xəsarətlər səbəbindən bəlli zorakılıqdan əziyyət çəkməklə yanaşı, zorakılıq nəticəsində
insan alveri qurbanları daha az nəzərə çarpan sağlamlıq problemlərinə də malik ola bilərlər.
Bu Tədbirlər Planı bu cür travmatik təcrübələrin təsirini etiraf edən insan alveri qurbanlarına tibbi yardım
göstərməklə bağlı əsas mexanizmləri ehtiva edir. İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsinin
məqsədi aşağıdakıları təmin etməkdir. Tibbi yardım:
l
şəxslərin ehtiyaclarına uyğunlaşdırılmış olmalıdır;
l
dəstəkverici olmalı və ittiham etməməlidir;
l
insan alveri qurbanına hərtərəfli şəxsiyyət kimi yanaşmaqla təkcə klinik simptomların siyahısından ibarət
olmamalı, kompleks və vahid olmalıdır;
l
cəsarətləndirici olmalı, xəstənin informasiya əldə etmək, məxfilik, fiziki toxunulmazlıq və qərarların qəbul
edilməsində iştirak etməklə bağlı hüquqlarına hörmət etməlidir;
l
xəstənin əsas götürüldüyü müalicə planı vasitəsilə onun şəfa tapmasına və reabilitasiyasına dəstək
verilməlidir. 
Travmadan xəbərdar tibbi yardım travmatik təcrübələrin (xüsusilə, faktiki insan alveri təcrübəsindən əvvəl məruz
qalınmış zorakılıqlar) şəxsin həyat və davranışına, özünüqavrama hisslərinə və bədən üzvlərinə təsirinin nəzərə
alınması ilə bağlıdır.
16
İnsan alveri qurbanları bu cür travmatik təcrübələrin təsiri nəticəsində çox zaman kompleks
simptomlar və xəstəlik vəziyyətlərinə malik olurlar (bax: Tədbirlər planı 4, 5, 11, 12, 13 və 15). Tibbi müayinədən
keçməklə bağlı həddən artıq ehtiyatlılıq, tibb işçilərinə etibar etməmək, digər insanlarla dolu olan qəbul otağında
oturmaqdan, gözləməkdən və tibbi prosedurlardan qorxmaq kimi bütün hallar baş vermiş zorakılıqlarla əlaqədar
ola bilər. Travmadan xəbərdar tibbi yardım göstərən səhiyyə işçiləri özlərinin gündəlik klinik təcrübələrinə trav‐
matik təcrübələrin onların xəstələrinin davranışlarına, bədən orqanları və sağlamlıqlarına necə təsir göstərmiş
ola biləcəyinə dair qiymətləndirmələri də daxil edirlər. Bu cür xəstələrlə klinikada yalnız qısa müddətdə təmasda
olan (məsələn, şəxs başqa yerə köçürülərkən) səhiyyə işçilərinin ittiham etmədən, təsəlli əsasında yanaşması
xəstəyə heç bir şəxsin incidilməməli olduğu və bərabər rəftara layiq olduğunu çatdırmaq imkanı yaradır. İnsan
alveri qurbanları ilə daha uzun müddət işləmək imkanı olan səhiyyə işçiləri üçün yaşanmış zorakılıqların etiraf
olunduğu travmadan xəbərdar şəkildə yanaşma xəstələrdə inam yaratmağa xidmət edə, zorakılıq və insan alveri
təcrübələrinə dair müzakirələri asanlaşdıra bilər.
17
31
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
16
Harris, M. və R.D. Fallot, "Travmadan xəbərdar xidmət sistemi konsepsiyasının hazırlanması: zəruri paradiqma dəyişikliyi",
Əqli sağlamlıq xidmətləri ilə bağlı yeni istiqamətlər89‐cu cild, 2001‐ci ilin yazı, səh. 3–22 və Elliott və digərləri, "Travmadan
xəbərdar və ya travmanı nəzərə almamaq: Qadınlarla bağlı travmadan xəbərdar xidmətlərin prinsipləri və tətbiqi", İctimai
Psixologiya Jurnalı, 33‐cü cild, 4‐cü nömrə ("Eyni zamanda baş verən pozuntulara və travma tarixçəsinə malik qadınların
ehtiyaclarının qarşılanması" ilə bağlı xüsusi buraxılış), iyul 2005, səhifə 461‐477.

Mədəni normalar, yaş, təhsil, cins və şəxsi tarixçələr insan alveri qurbanlarının travmatik təcrübələrə necə reaksiya
vermələrinə təsir göstərir; bu cür reaksiyalara hirs, düşmənçilik, qıcıqlanma, özünə xəsarət yetirmə və imtina
etmə, eləcə də keyləşmə və ya dissosiasiya vəziyyəti daxil ola bilər (bax: Tədbirlər planı 12). Qeyd edək ki, trav‐
matik təcrübələrə reaksiyalar, klinik qəbul zamanı simptomların açıqlanması və xəstələrin baş verənləri necə
təsvir etməsi nəzərə çarpacaq dərəcədə fərqlidir. Bu o deməkdir ki, bütün insan alveri qurbanlarına yanaşmaq
üçün hər hansı ümumi “doğru yol” mövcud deyildir.
Lakin təcrübələr göstərir ki, səhiyyə işçilərinin xəstələri iştiraka təşviq etməsi, klinik təmas zamanı məlumat və
dəstək təklif etməsi xəstələrin cəsarələndirilməsi üçün faydalıdır.
18
İnsan alveri qurbanlarında fiziki və psixoloji
problemlərin əlaqəli olmasını qəbul edən tibb işçiləri fiziki və psixi sağlamlıq ehtiyaclarını kompleks şəkildə həll
edə bilərlər.
Travmadan xəbərdar tibbi yardım xəstə‐əsaslı tibbi yardım konsepsiyasıdır, yəni, xəstələrin klinik təmasın bütün
mərhələlərində qərar qəbul etmə prosesində həlledici mövqeyini qəbul edən tibbi yardımdır. İnsan alveri
təcrübələrinin mühüm xüsusiyyətləri çox zaman qeyri‐müəyyənlik və hadisələr, xüsusilə zorakılıq və laqeydlik
üzərində nəzarətin olmamasıdır. Şəxsin bədən üzvləri və hərəkətləri üzərində şəxsi nəzarəti itirməsi psixoloji
sağlamlığa əhəmiyyətli təsir göstərə bilər. 
Səhiyyə işçiləri mümkün qədər qısa müddətdə və xeyirxahlıqla hər bir şəxsin qərar qəbul etmə gücünü bərpa
etməlidirlər. Klinik təmas müddətində xəstələri qərarların verilməsində iştirak etməyə həvəsləndirmək insan
alverinə məruz qalmış şəxslərin cəsarətini itirməsinin və ya təkrar travma almasının qarşısını almağa kömək edir.
Buna nail olmaq üçün təkcə tibb işçilərinə deyil, həm də qəbul şöbəsinin əməkdaşlarına və həkim köməkçilərinə
təlim keçmək lazımdır. Onlar xəstələrin ehtiyaclarına qayğıkeşliklə yanaşmalıdırlar; həmçinin onlar xəstələri tibbi
xidmətlərin çatdırılması prosesinə tərəfdaş kimi cəlb etməlidirlər. Tibbi xidmət təminatçıları xəstələri müalicə
planının işlənib hazırlanmasında iştirak etməyə cəsarətləndirdikdə, çox güman ki, xəstələr tibbi yardımların
göstərilməsində fəal iştirak etdiklərini hiss edəcək və təyin olunan müalicəyə daha çox riayət edəcəklər.
Tələb olunan fəaliyyətlər
Klinik cəhətdən “təhlükəsiz mühit” yaratmaq
l
Hüquqlara əsaslanan mühitdə tibbi yardım göstərilməsini qarşıya məqsəd qoyun:
m
Klinikada səmimi münasibət hökm sürür (işçilər ixtisaslıdır və məlumatlar bir çox dillərdə mövcud‐
dur).
m
Xəstələrin hüquqları aydın şəkildə, şifahi və yazılı formada təqdim edilir.
m
Xəstələrin hüquqlarına həmişə hörmətlə yanaşılır (misal üçün xəstənin sənədlərinin məxfiliyini qo‐
rumaq və tarixçələrin yazılması və fiziki müayinə üçün ayrıca yer ayırmaq). 
l
Xəstələrə daima dəstəkləyici və cəsarətləndirici prizmadan yanaşmaq məqsədilə əməkdaşlara və tibb
işçilərinə keçirilən təlimlərdə travmaların insan davranışına təsirləri, o cümlədən xəstənin qəzəb,
qıcıqlanma, aqressivlik və ya çəkingənlik və asosiallıq kimi travma‐sonrası reaksiyaları izah edilməlidir.
32
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD
17
Chang, J.C. və digərləri, "Ailədaxili zorakılıq haqqında soruşmaq: zərərçəkmiş qadınlardan səhiyyə işçilərinə tövsiyələr",
Xəstələrin maarifləndirilməsi və konsultasiya, 59‐cu cild, 2‐ci nömrə, noyabr 2005, səhifə 141‐147.
18
Elliott, D və digərləri (2005); Morrissey, J.P. və digərləri, "Eyni zamanda baş verən pozuntulara malik qadınlara travmadan
xəbərdar müdaxilələrin on iki aylıq nəticələri", Psixiatrik Xidmətləri, 56‐cı cild, 10‐cu nömrə, oktyabr 2005, səh 1213‐1222;
Huntington, N. və digərləri, "Eyni zamanda baş verən pozuntulara və travma tarixçəsinə malik qadınlara xidmət göstərilməsi
ilə bağlı hərtərəfli yanaşmanın yaradılması və tətbiqi", İctimai Psixologiya Jurnalı, 33‐cü cild, 4‐cü nömrə ("Eyni zamanda
baş verən pozuntulara və travma tarixçəsinə malik qadınların ehtiyaclarının qarşılanması" ilə bağlı xüsusi buraxılış), iyul
2005, səhifə 395‐410.

l
Xəstə ilə təmasda olan hər bir şəxs – hətta kargüzarlıq və ya tibbi dəstək işçiləri – insan alveri qurbanının
sağlamlığına müsbət və ya mənfi təsir göstərə bilər. 
l
Həmişə heç bir zərər verməməyə çalışın – insan alveri tarixçəsinin qeyri‐ixtiyarı şəkildə açıqlanması,
məxfiliyin pozulması, ittihamedici şərhlər və ya xəstənin məruz qaldığı zorakılıq tarixçəsinin zərurət ol‐
madan və ya duyğusuz şəkildə araşdırılması xəstənin tibbi yardım müəssisəsinə qarşı inamsızlıq və qorxu
hissini artıra bilər. Səhiyyə işçiləri xəstələri dəstəkləyən yaxşı təlim keçmiş personal və aydın iş standartları
vasitəsilə insan alveri qurbanlarının təkrar travma almaq ehtimalını minimuma endirə bilərlər. Məsələn,
xəstələrə onların sənədlərinin kilidli dolablarda və ya giriş kodlu kompüter fayllarında necə saxlanılacağını
nümayiş etdirmək və peşəkar etika kodeksinin xəstənin icazəsi və ya məhkəmə qərarı olmadan bu fayllara
başqalarının baxmasının qarşısını aldığını izah etmək faydalı ola bilər.
l
Xəstə tibb müəssisəsində olarkən onunla asta‐asta və aydın ünsiyyət qurmaq lazımdır. Bura xəstələrin
savadlılıq səviyyəsini və dil anlama imkanlarını müvafiq şəkildə qiymətləndirmək və xəstənin baş verənləri
anlaması üçün əyani vasitələrdən istifadə üsulları daxildir. Bu zaman tərcüməçilərin köməyinə də ehtiyac
ola bilər (bax: Tədbirlər planı 3).
l
Müayinə zamanı nələrin baş verəcəyi barədə xəstələrə əvvəlcədən dəqiq və asan anlaşılan məlumatlar
vermək onların məlumatlılığını təmin etmək və onlara düşünülmüş qərarlar qəbul etmək imkanı yaratmaq
baxımından vacibdir. İnsan alverinə məruz qalmış şəxslərin qurban olarkən məlumatsız və nəzarət altında
olduqları nəzərə alınarsa, bu, xüsusilə vacibdir.
l
Verbal, vizual və yazılı vasitələrdən istifadə etməklə məlumatlı razılığı müzakirə etmək üçün hazırlıqlı
olun. Xəstənin tibb müəssisində olduğu müddət boyunca səhiyyə işçiləri kliniki tarixçənin yazılması,
müayinə və digər xidmətlərin və ya müalicənin könüllülük əsasında həyata keçirildiyini təkrar‐təkrar
xəstənin diqqətinə çatdırmalıdırlar. Məlumatları həm şifahi, həm də yazılı təqdim etmək lazımdır;
xəstələrə sual vermək üçün müxtəlif imkanlar yaradılmalıdır.
l
Xəstələrə həmişə müstəqil qərar vermək imkanı yaradılmalıdır. Klinik xidmətlər könüllüdür və xəstələr
əvvəlcədən aydın şəkildə izah edilmiş prosedurlar, müayinələr və ya müalicə ilə bağlı nələrin onlara uyğun
olub (və ya olmadığı) haqqında qərar qəbul etmək hüququna malikdirlər. İmtina etmək hüquqlarının
olduğu mürəkkəb, uzun və ya stresli prosedurlar zamanı müntəzəm və müvafiq mərhələlərdə təkrar
edilməlidir.
l
Tibb işçiləri və inzibati personal məxfiliklə bağlı məhdudiyyətləri anlamalıdırlar. Klinik vəziyyət intihar və
ya qətl meylləri və ya cinsi zorakılıq faktları da daxil olmaqla, müəyyən davranışları və ya vəziyyətləri
məruzə etmək baxımından müxtəlif mandatları şərtləndirir. Xəstələrə hər hansı klinik xidmətlərin
göstərilməsindən əvvəl məxfiliklə bağlı həmin məhdudiyyətlər barədə xəbərdarlıq edilməlidir. Məxfilik
barədə əlavə məlumat 9 və 16‐cı Tədbirlər Planında verilmişdir. 
l
Xəstələrin müxtəlif ehtiyaclarını dəstəkləmək məqsədilə resurslar şəbəkəsinə çxış imkanları
genişləndirilməlidir. Səhiyyə işçiləri qida, mənzil, sığınacaq, təhsil, hüquqi yardım və iş bacarıqlarının
artırılması kimi ehtiyacları qarşılamaq məqsədilə digər səhiyyə xidmətləri və dəstək təşkilatları ilə əlaqə
yaratmaqla bağlı müəyyən edilmiş qaydalarla tanış olmalıdırlar (bax: Tədbirlər planı 10.)
Travmadan xəbərdar tibbi yardım xəstələrin keçmişdə başlarına gələn zorakılıq hadisələrinin onların
sağlamlıqlarına və səhiyyə müəssisəsindəki ünsiyyətlərinə potensial təsirlərindən xəbərdar olmaq və müvafiq
tədbirlər görmək məqsədi daşıyan yuxarıdakı prinsiplərə və tədbirlərə əsaslanır.
İSTİNADLAR VƏ RESURSLAR
Chang, J. C. və digərləri
2005
“Asking about intimate partner violence: advice from female survivors to health care providers”,
Patient Education and Counseling, vol. 59, no. 2, November 2005, pp. 141–147. (“Ailədaxili
33
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

zorakılıq haqqında soruşmaq: zərərçəkmiş qadınlardan səhiyyə işçilərinə tövsiyələr, 59‐cu cild,
№2, noyabr 2005, səh. 141‐147) 
Clark, H. və A. Power
2005
“Women, co‐occurring disorders, and violence study: a case for trauma‐informed care”, Journal
of Substance Abuse Treatment, vol. 28, no. 2, March 2005, pp. 145–146. (“Qadınlar, paralel
pozğunluqlar və zorakılıq araşdırması: travmadan xəbərdar tibbi yardım”, Narkotik asılılığın
müalicəsindən bəhs edən jurnal, 28‐ci cild, 2‐ci nömrə, mart 2005, səh. 145‐146)
Elliott, D. və digərləri
2005
“Trauma‐informed or trauma‐denied: principles and implementation of trauma‐informed serv‐
ices for women“, Journal of Community Psychology, vol. 33, no. 4 (special issue on ‘Serving the
needs of women with co‐occurring disorders and a history of trauma’), July 2005, pp. 461–477.
(“Travmadan xəbərdar və ya travmanı nəzərə almamaq: qadınlarla bağlı travmadan xəbərdar
xidmətlərin prinsipləri və tətbiqi", İctimai Psixologiya Jurnalı, 33‐cü cild, 4‐cü nömrə ("Eyni za‐
manda baş verən pozuntulara və travma tarixçəsinə malik qadınların ehtiyaclarının qarşılanması"
ilə bağlı xüsusi buraxılış), iyul 2005, səhifə 461‐477.)
Harris, M. və R.D. Fallot
2001
“Envisioning a trauma‐informed service system: a vital paradigm shift”, New Directions for Mental
Health Services, vol. 89, Spring 2001, pp. 3–22. ("Travmadan xəbərdar xidmət sistemi
konsepsiyasının hazırlanması: zəruri paradiqma dəyişikliyi", Əqli sağlamlıq xidmətləri ilə bağlı
yeni istiqamətlər, 89‐cu cild, 2001‐ci ilin yazı, səh. 3–22)
Huntington, N. və digərləri
2005
“Developing and implementing a comprehensive approach to serving women with co‐occurring
disorders and histories of trauma”, Journal of Community Psychology, vol. 33, no. 4 (special issue
on ‘Serving the needs of women with co‐occurring disorders and a history of trauma’), July 2005,
pp. 395–410. (“Eyni zamanda baş verən pozuntulara və travma tarixçəsinə malik qadınların
ehtiyaclarının qarşılanması" ilə bağlı xüsusi buraxılış”, İctimai psixologiya jurnalı, 33‐cü cild, 4‐cü
nömrə), iyul 2005, səh. 395–410)
Morrissey, J.P. və digərləri
2005
“Twelve‐month outcomes of trauma‐informed interventions for women with co‐occurring dis‐
orders”, Psychiatric Services, vol. 56, no. 10, October 2005, pp. 1213–1222. (“Eyni zamanda baş
verən pozuntulara malik qadınlara travmadan xəbərdar müdaxilələrin on iki aylıq nəticələri",
Psixiatrik Xidmətləri, 56‐cı cild, 10‐cu nömrə, oktyabr 2005, səh 1213‐1222)
Salasin, S.
2005
“Evolution of women’s trauma‐integrated services at the Substance Abuse and Mental Health
Services Administration”, Journal of Community Psychology, vol. 3, no. 4 (special issue on ‘Serving
the needs of women with co‐occurring disorders and a history of trauma’), July 2005, pp. 379–
393. (Narkotik asılılığı psixi sağlamlıq xidmətləri Administrasiyasında qadınların travmadan inte‐
qrasiya xidmətlərinin təkmilləşdirilməsi, İctimai psixologiya jurnalı, 3‐cü cild, 4‐cü nömrə (“Eyni
zamanda baş verən pozuntulara və travma tarixçəsinə malik qadınların ehtiyaclarının
qarşılanması" ilə bağlı xüsusi buraxılış”), iyul 2005, səh. 379–393)
34
İnsan alveri qurbanlarına tibbi xidmətlərin göstərilməsi
SƏHİYYƏ İŞÇİLƏRİ ÜÇÜN RƏHBƏR SƏNƏD

TƏDBİR
LƏR
Tədbirlər Planı 2: Mədəni dəyərlərə
uyğun fərdi tibbi yardım
PLANI
İKİ 

Tədbirlər Planı 2:
Mədəni dəyərlərə uyğun fərdi tibbi yardım
ƏSASLANDIRMA
İnsan alverinə məruz qalmış kişi, qadın və uşaqlar, çox güman ki, olduqca fərqli tarixçəyə və bir sıra sosial, mədəni,
iqtisadi, etnik və ya dil fərqlərinə malikdirlər. İnsan alveri qlobal miqyasda baş verdiyindən, insanlar tibbi yardım
aldıqları ölkədən fərqli ölkələrdən və uzaq bölgələrdən ola bilərlər. İnsan alverçiləri tərəfindən təcrid və idarə ol‐
unan şəxslər istismara məruz qalarkən harada yerləşdikləri barədə az təsəvvürə malik olurlar və klinika şəraitinə
düşdükdə də hələ də harada olduqlarını anlamaya bilərlər.
Mədəni dəyərlərə uyğun tibbi yardım (həmçinin “mədəni həssaslıq” və ya “mədəni səriştə” adlanır) tibbi
xidmətlərin müxtəlif mədəni dəyərlərə malik insanların xəstəlikləri keçirmək, ifadə etmək və tibbi yardıma reak‐
siya vermək tərzlərini nəzərə almaqla təmin edilməsinə əsaslanır. Dil və savadlılıqla bağlı maneələr, ünsiyyət
üslubları, səhiyyə sisteminə inamsızlıq səviyyələri və fərqli gözləntilər, gender rolları və ənənələri və dini inanclar
şəxsin xəstəlikləri necə keçirməsinə və ona necə reaksiya verməsinə təsir göstərir.
Bu Tədbirlər planı xəstələrin sağlamlıq və tibbi yardım ehtiyacları ilə bağlı mədəniyyətlər arasında potensial
fərqləri nəzərə alan fərdi tibbi yardımın müstəsna əhəmiyyətini vurğulamaq məqsədilə travmadan xəbərdar
şəkildə tibbi yardım haqqında Tədbirlər planı 1‐ə əsaslanır. Tibbi yardımın mədəni cəhətlər nəzərə alınmaqla
göstərilməsinə dair təlimat həmçinin tərcüməçilərin xidmətindən istifadəyə həsr olunan Tədbirlər planı 3 ilə
birlikdə nəzərdən keçirilməlidir. Uşaq və yeniyetmələrə tibbi yardım üçün tələb olunan xüsusi yanaşmalar
Tədbirlər Planı 5‐də təsvir edilmişdir.
İnsanların şəxsi, mədəni və sosial‐iqtisadi mənsubiyyəti, təhsil səviyyəsi və insan alveri vəziyyətində olarkən
başlarına gəlmiş hadisələr, onların xəstəlik və sağlamlıq təcrübələrinə və səhiyyə xidmətləri ilə bağlı gözləntilərinə
təsir edə bilər. İnsan alverinə məruz qalmış şəxslərdə, məsələn, səhiyyə sistemi də daxil olmaqla, hər hansı rəsmi
qurumla bağlı dərin qorxu ola bilər. Onlar həmçinin insan alverinə məruz qaldıqlarına görə utana bilərlər. Təyinat
yerindəki səhiyyə sistemi haqqında məlumatsızlıq (səhiyyə xidmətləri və xəstələrin məxfiliyi ilə bağlı hüquqları
barədə) adətən insanların qorxu və tərəddüdlərini artırır.
Dil maneələri və məhdud savadlılıq səviyyəsi xəstə ilə tibb işçisi arasında ünsiyyətlə bağlı ən çətin problemlərdir.
Anlaşılmazlıqlar və qeyri‐adekvat fərziyyələr yanlış diaqnozlara, müalicəyə düzgün riayət etməməyə və
ümumiyyətlə zəif nəticələrə rəvac verə biləcəyindən, dil maneələri müvafiq tərcümə dəstəyi vasitəsilə qısa
müddətdə aradan qaldırılmalıdır (bax: Tədbirlər planı 3). Xəstələrin və səhiyyə işçilərinin mənsubiyyəti və bilik
səviyyəsi arasında əhəmiyyətli fərqlər olduqda, xəstələrin öz narahatlıqlarını ifadə etməsi, səhiyyə işçilərinin isə
simptomları və ehtiyacları qiymətləndirməsi çətin ola bilər. Xüsusilə, zorakılığın “adi hala çevrildiyi” vəziyyətləri
yaşamış qadınlar başlarına gələnlərin ciddiliyini daha yüngül şəkildə ifadə edə bilərlər.
İnsanlar öz xəstəlik və ehtiyaclarını fərqli şəkildə ifadə etsələr də, onların hər birinə ittiham etmədən, kompleks
şəkildə və xəstə‐mərkəzli tibbi yardım dəstəyi verməyi bacarmaq məqsədilə tibbi personal, mümkün olduqda,
travmadan xəbərdar şəkildə tibbi yardımla bağlı təlimlərdə iştirak etməlidir (bax: Tədbirlər planı 1). Bu yanaşmanın
tərkib hissəsi kimi səhiyyə işçiləri və onların işlədikləri klinikalar da mədəni və dil baxımından müvafiq tibbi yardım
təmin etməlidirlər. Mədəni dəyərlərə uyğun ünsiyyət xəstəyə öz ehtiyaclarını ifadə etmək və həmin ehtiyacların
anlaşılmasını təmin etmək məqsədilə mövcud təcrübələri uyğunlaşdırmağı və müvafiq resursları
müəyyənləşdirməyi (məsələn, tərcüməçi) tələb edir. Tərcüməçilər diqqətlə seçilməlidir. Təsadüfən yaxınlıqda


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə