Plan Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir?



Yüklə 273,5 Kb.
səhifə1/5
tarix05.12.2023
ölçüsü273,5 Kb.
#173177
növüYazı
  1   2   3   4   5
Akademik yazi (1)



Sərbəst iş


Ad:Gülnar
Soyad:Qədirova
Fənn:Akademik yazi
Müəllimin adi: Əliyev Ümudvar
Mövzunun adi: Akademik yazının 10 qızıl qaydası.

Plan



  1. Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir?

  2. Akademik yazı növlərinin quruluşu.

  3. 10 qızıl qayda.


Akademik yazı qaydaları nədir və onları bilmək niyə vacibdir?

Qloballaşmanın, informasiya-kommunikasiya bumunun özü ilə gətirdiyi yenilik və üstünlüklərdən biri də elm və təhsil sahəsində yanaşmaların, standartların unifikasiyalaşması, yəni vahid bir forma alması və bunun tez bir zamanda yayılaraq dünya elm ictimaiyyəti tərəfindən fəal istifadə olunmasıdır.
İnformasiya-kommunikasiya texnologiyalarının sayəsində müxtəlif xarakterli elmi tədbirlər - konfrans, simpozium, konqres və s. haqqında dünya elm ictimaiyyətini operativ olaraq məlumatlandırmaq və bu toplantılarda onların iştirakını təmin və təşkil etmək əvvəlki dövrlərlə müqayisədə qat-qat asanlaşıb. Bu kontekstdə beynəlxalq elm və təhsil məkanına inteqrasiya etmək, ümumi məsələlər haqqında eyni “dildə danışmaq” zərurəti yaranır. Bu “ümumi dilə” nələr daxildir? Tərəflərin bir-birini anlamasında bu amilin rolu nə dərəcədə vacibdir? “Ümumi dili” mənimsəməklə nələrə nail olmaq olar? Beynəlxalq elm və təhsil sisteminə inteqrasiyada tərəflərin bir-birini anlaması üçün dünyanın bir çox qabaqcıl universitet və təhsil mərkəzlərində qəbul olunmuş standartlara bələd olmaq lazımdır.
Akademik yazı elmin və ali təhsilin ayrılmaz atributlarından biridir. Daha dəqiq ifadə etmək lazım gələrsə, onun özəlliyini müəyyənləşdirən meyarlardan biridir. Universitetdə təhsil alarkən və ya işləyərkən hansı birimiz kurs işi, diplom işi (hazırda əsasən buraxılış işi adlanır) və bu tipli oxşar yazı işləri yazmamışıq? Və ya özümüz də daxil olmaqla, hansımız elmi iş yazmaq tapşırığı alan tələbənin və ya gənc tədqiqatçının keçirdiyi təşviş və narahatlıq hisslərinə şahid olmamışıq? Elmi iş yazmaq gənc insanda bu tapşırığın öhdəsindən gələ bilməyəcəyi qənaətini yaradır. Ona elə gəlir ki, bu, keçilməz meşəyə düşmək və ya ucu-bucağı görünməyən bir okeanın ortasında təkbaşına qalmaq qədər müşkül və məşəqqətli işdir. Məsələnin öhdəsindən gəlmək üçün tələbə və ya gənc tədqiqatçının ilk cəhdi daha təcrübəli adamlardan kömək ummaq, məsələn, yuxarı kurslarda oxuyanların və ya bu yollardan keçmiş həmkarlarının fikrini soruşmaq, proses haqqında təsəvvür yaratmaq olur. Kitabxanalara gedib hazır buraxılış işlərini vərəqləmək, onun yazılma qaydaları, quruluşu haqqında məlumat toplamaq da çıxış yollarından biri sayılır. Qeyri-müəyyənlik, müəllim və professorların yanında biliksiz, hazırlıqsız görünmək qorxusu nə qədər gənci elmi iş yazmaq istəyindən daşındırır. Maraqlısı budur ki, bəzi tələbələrin bu sahədəki passivliyi professor-müəllim heyəti tərəfindən tez-tez təndiq olunur. Lakin bu tənqid və danlaq “notları” məsələnin həllinə kömək etmir, çünki hər il, xüsusilə yay sessiyalarında tələbələr buraxılış işlərini müdafiə və ya semestrarası dövrlərdə kurs işlərini təqdim edərkən vəziyyətin dəyişməz olaraq qaldığını görürük. Bu isə belə bir fikrə gətirir - bəlkə biz diqqətimizi səbəbə deyil, daha çox nəticəyə yönəldirik?
Elə isə səbəb nədir? Bunun çox sadə cavabı var - bəzi ali təhsil müəssisələri istisna olmaqla, ölkəmizdə akademik və ya peşəkar yazı qaydalarının nə məktəblərdə, nə də universitetlərdə ayrıca bir fənn kimi öyrədilməməsi. Beynəlxalq akademik yazı qaydalarına bələd olmaq həm də dünya elm sisteminə inteqrasiya olmaq, orada qəbul olunmuş standartları mənimsəmək və onun effektlərindən yararlanmaq deməkdir. Bütün dünyada elmi işlərin standart bir yazılma forması var. Həmin meyarlara uyğun gəlməyən işlər beynəlxalq elmi jurnallar tərəfindən qəbul edilmir. Akademik yazı qaydalarına əməl etmək savadlılıq, mədəniyyət və məsuliyyətin göstəricisidir. Hazırda yazı mədəniyyəti ilə bağlı orta və ali təhsil müəssisələrində müəyyən problemlər var; bir sıra obyektiv səbəblərdən bəzi elm adamlarının beynəlxalq akademik yazı qaydaları haqqında təsəvvürləri o qədər də geniş deyil, bəzən isə yetərincə məhduddur. Bu isə, hər şeydən əvvəl, Sovet təhsil sistemində formalaşmış yazı standartlarının post-Sovet ölkələrində hələ də prioritet mövqeyə malik olması amili ilə bağlıdır. Digər səbəblərdən biri də, heç şübhəsiz ki, dil amilidir. Bir zamanlar latın dili elm dili sayıldığı kimi, çağdaş dünyada ingilis dilinin bu statusa yüksəlməsi faktı çoxlarımıza bəllidir. Bu səbəbdən də dünya elm sistemində baş verən proseslər haqqında məlumat əsasən ingilis dilində paylaşılır. Dil biliyi bu zəngin mənbələrdən istifadə etməyə imkan verməyən şəxslərin bir çox yeniliklərdən kənarda qalması ehtimalı böyükdür. Lakin beynəlxalq elm və təhsil sistemində tətbiq olunan qayda və standartlar haqqındakı informasiyanın tərcümə olunaraq yerli şəraitə uyğunlaşdırılması bu problemi həll edə bilər.
Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur.Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.
• Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır.
Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.

Yüklə 273,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin