Həbsxanalarda Vərəmə Nəzarət Proqramı çərçivəsində psixoloji xidmətlərin göstərilməsi məqsədi ilə psixoloqlar üçün texniki tapşiriq



Yüklə 14.2 Kb.
tarix23.02.2017
ölçüsü14.2 Kb.
Həbsxanalarda Vərəmə Nəzarət Proqramı

çərçivəsində psixoloji xidmətlərin göstərilməsi

məqsədi ilə psixoloqlar üçün

TEXNIKI TAPŞIRIQ
Vəzifələr:


  1. Təlim modullarının işlənib hazırlanması:

    1. Həbsxanalarda Vərəmə nəzarət proqramının tibbi heyəti üçün

    2. Həbsxanalarda Vərəmə nəzarət proqramının qeyri-tibbi heyəti üçün

  2. Tədqiq edilmiş modullar əsasında təlimçilik fəaliyyətində iştirak etmə

  3. Həbsxanalarda vərəm üzrə Təlim mərkəzinin təlimçisinə, Həbsxanalarda Vərəmə nəzarət Proqramının qeyri-tibbi heyətini modul üzrə təlimləndirməyi öyrətmək və onun müstəqil fəaliyyətinə imkan yaratmaq

  4. Vərəmli məhbuslar üçün psixoloji konsultasiyalar planlaşdırmaq və onların keçirilməsinə dəstək olmaq

Modullarda işıqlandırılmış gözlənilən istiqamətlər:

  1. Məhbuslar:

    1. Həbsdə saxlanılan zaman psixoloji müvazinətin pozulması və nəzarəti

    2. Vərəm xəstəliyinə tutulan zaman psixoloji müvazinətin pozulması və nəzarəti

  2. Həbsxanalarda Vərəmə nəzarət proqramının heyəti:

    1. Tibbi personalın psixoloji müvazinətin pozulması və nəzarəti

    2. Qeyri-tibbi personalın psixoloji müvazinətin pozulması və nəzarəti

Zaman intervalı:

  1. Texniki tapşırığa müvafiq modulların işlənib hazırlanması – 2 ay

  2. Təlim planına əsasən, tədqiq edilmiş modulların təlim edilməsi (12 dərs)

  3. Vərəm üzrə Təlim Mərkəzinin təlimçisinə, Həbsxanalrda Vərəmə Nəzarət Proqramının qeyri-tibbi heyətinə, modul üzrə təlimlərin keçirilməsini öyrətmək - 6 ay

  1. Vərəmli məhbuslar üçün psixoloji konsultasiyaların planlaşdırılması və onların keçirilməsinə dəstək olmaq - Təlim Planı müddətində 2 dəfə

Tələblər:

Mühüm:

- Ali tibbi/psixoloji təhsil

- Psixoloji konsultasiyaların təqdim edilməsində ən azı 3 il təcrübə

- Təlim materiallarının işlənib hazırlanması və müxtəlif auditoriyalara təqdim edilməsi sahəsində əsaslı bacarıq

- Azərbaycan dilini bilmə

Arzu edilənlər:

- Psixologiya üzrə magistr dərəcəsi

- Həbsxanalarda və/və ya psixoloji pozuntu risk qruplarına aid olan insanlarla işləmək bacarıqları

- Icra olunacaq işə kreativ və çoxtərəfli yaxınlaşma

- Rus və/və ya Ingilis dilini bilmə

Əlavə suallar üçün Ədliyyə Nazirliyi Tibb baş idarəsinin Qlobal Fondun Layihə İcra Qrupun satınalma üzrə mütəxəssisi Samir Quliyevə müraciət edə bilərsiniz:

Tel.: 012 5674886 (daxili 21)

Email.: s.guliyev@prisonhealth.az

Maraqlı şəxslər 05 İyul 2013-cü il tarixinə qədər aşağıdakıları təqdim etməlidir:

Hüquqi şəxslər:

- Konseptual təklif və büdcə (1 səhifədən az olmamaq şərti ilə)

- Portfolio, Nizamnamə, əsasnamə, VÖEN

Fiziki şəxslər:

- Konseptual təklif və büdcə (1 səhifədən az olmamaq şərti ilə)

- CV, diplom(lar)

- VÖEN


Qeyd:


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə