Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 


10 
“İFADƏLİ OXUDAN PRAKTİKUM” 
fənninin predmeti, məqsəd və vəzifələri 
 
Təhsil islahatının müasir mərhələsində müəllimin peşə hazır-
lığı, ixtisas səviyyəsinin yüksəldilməsi mühüm vəzifə kimi qarşıda 
durur.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət 
Strategiyası”nda qeyd edilir ki, son 30-40 il ərzindəki elmi-texnoloji 
tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və 
vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz 
fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məz-
mununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik 
və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş 
bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq 
etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların kon-
kret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsas-
lanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir
.1 
Ədəbiyyat müəlliminin ana dilinin kamil bilicisi olması, yüksək 
nitq mədəniyyətinə, zəngin dil xəzinəsindən, bədii sözdən istifadə 
bacarığına yiyələnməsi çox əhəmiyyətlidir.
Müəllimin əsəri ifadəli oxumağı bacarması, ifadəli oxu təlimi 
metodikasına yiyələnməsi onun peşə bacarıqlarının mühüm tərkib 
hissəsi sayılır. Əslində bədii əsəri ifadəli oxumağı bacarmayan 
müəllimin ədəbiyyat fənnini tədris etməsi qeyri-mümkündür.
Bu baxımdan pedaqoji ali məktəblərin filologiya və ibtidai 
təhsilin pedaqogikası və metodikası fakültələrində “İfadəli oxudan 
praktikum” kursunun tədrisi mühüm əhəmiyyət kəcb edir. Şa-
girdlərin bədii əsəri emosional-obrazlı qavramasının təmin edil-
məsində təlim prosesində həyata keçirilən müxtəlif yaradıcı işlərlə 
yanaşı, ifadəli oxu da mühüm rol oynayır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin