Bilal Həsənli Nazilə Abdullazadə


İfadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İfadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir 
sıra ədəbi-nəzəri anlayışların mənimsədilməsi təmin edilir. 
 
Məlumdur ki, ədəbi-tarixi faktları, nəzəri biliklərə yiyələnmə-
dən əsərin bədii dilin gözəlliyini duymaq, təsvir olunanları, ideya-
məzmunu dərindən qavramaq mümkün deyildir. İfadəli oxu zamanı 
şagird nəzəri biliklərindən istifadə edərək yazıçının təsvir etdiyi 
həyat hadisələrini, insan talelərini qəhrəmanların yaşantılarını dərk 
edir, keçirdiyi hisləri, həyəcanları duyur, mətnaltı mənanın mahiy-
yətinə nüfuz edir. 
İfadəli oxu ilə bağlı işlər zamanı dərsdə bədii söz sənətinə 
yaradıcı münasibət mühiti yaradılır, şagirdlərdə nəzəri biliklərdən 
bəhrələnməklə əsərin sənətkarlıq xüsusiyyətlərini dəyərləndirmək 
bacarığı formalaşdırılır. 
Əsərdəki fonetik, leksik, qrammatik səviyyədə obrazlılıq, 
poetik sintaksis, heca, əruz, sərbəst vəzn, satira, yumor, mübaliğə, 
kinayə, bədii sual, mətnaltı məna, monoloq, dialoq kimi sənətkarlıq 
məsələlərinin öyrədilməsində ifadəli oxunun əhəmiyyəti böyükdür.
Məsələn, M.Ə.Sabirin “Doğrudan da, Məmdəli, qeyrət həlal olsun 
sənə!” satirasının öyrənilməsi zamanı kinayə, sarkazm haqqında 
nəzəri məlumatın dərindən mənimsənilməsi, nəticə etibarilə əsərin 
ideyasının şagird tərəfindən dərindən başa düşülməsi baxımından
ifadəli oxu əvəzsiz vasitədir. 
1
Azərbaycan ədəbiyyatı tarixi. 6 cilddə, III c. Bakı: Elm, 2009, s.666-668. 


28 
Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə! 
Baği-şəhdə etdiyin işrət həlal olsun sənə! 
Əhlinə şah olduğun dövlət həlal olsun sənə! 
Verdiyin məşruteyi-millət həlal olsun sənə! 
C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasında məşhur 
dialoqun – İsgəndərin kinayə dolu sözlərinin və Şeyx Nəsrullahın 
cavab reaksiyasının ifadəli oxusu nəticəsində hər iki obrazın 
xarakteri dərindən qavranılır. 
Şe y x N ə s r u l l a h
(İskəndərə).
Cənabınız da bir mənsəb sahibisiniz ya 
yox? 
İ s k ə n d ə r. Xeyr, mən heç bir şey sahibi deyiləm. Mənsəb sahibi bu 
ağalardır. 
(Heydər ağanı və Əliqulu bəyi göstərir).
Mən ancaq bu meyvələrin 
içində itburnu gülüyəm. 
Ə l i q u l u b ə y 
(Heydər ağaya).
Yəqin genə keflidi. 
Ş e y x N ə s r u l l a h 
(İskəndərə).
Belə məlum olur ki, sizin dərsiniz bu 
ağaların dərsindən azdır ki, bir mənsəbə çata bilməmisiniz. 
İ s k ə n d ə r. Bəli, bəli, bunlar elm dəryasıdırlar. İndi də ki, inşallah, siz 
cənabdan ölü diriltmək elmini öyrənərlər, onda daha lap alim olarlar, inşalah! 
Ş e y x N ə s r u l l a h 
(hacılara).
Hacı Həsən ağa, təvəqqe edirəm bu 
biədəbi buradan kənar edəsiniz! Bu mürtəd Allah-taalanın hikmətinə istehza 
eləyir
 (Hacı Həsən və qeyriləri İskəndəri hədələyib,salırlar eşiyə). 
H e y d ə r a ğ a. Şeyxəna, onun ağlı başında deyil, çünki gecə-gündüz 
keflidir. 
M i r B a ğ ı r a ğ a. Hələ kefliliyi qalsın kənarda, hələ hicabı da danır. 
Deyir ki, gərək övrətlər üzüaçıq gəzələr. 
Ş e y x Nəs r u l l a h 
(çox ucadan).
Necə? 
H a c ı K ə r i m. Xeyr, Mir Bağır ağa, o qələti eləyə bilməz. 
M i r B a ğ ı r a ğ a. Necə eləyə bilməz? Hazır dünən məgər doqquz 
yaşında bacısına deməyib ki, dur çıxaq küçəyə gedək, gəzək. Nə bilim, gün çıxıb, 
çiçəklər açıb. Mən öz qulağımnan eşitmişəm. 
Ş e y x Nə s r u l l a h 
(durur ayağa).
Vaveyla, vaveyla! 
(Adamlar hərəkətə 
gəlir və hamı qalxır ayağa, Şeyx Nəsrullah qapıya tərəf hücum eləyir). 
Mən bu 
vilayətdə qala bilmənəm! 
Məktəblilərin 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin