Bilal Həsənli Nazilə Abdullazadə


Bədii ədəbiyyatın mütaliəsinin, o cümlədən ifadəli oxunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Bədii ədəbiyyatın mütaliəsinin, o cümlədən ifadəli oxunun
1
Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədəbiyyat fənni 
kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan dilində olan məktəblər 
üçün) “Azərb. müəllimi” qəzeti, 24 dek. 2010 N 50. 

Ягункова В.П. Формирование компонентов литературных способностей у 
школьников V класса. В книге «Вопросы психологии способностей». Под 
ред. В.А.Крутецкого. М.: Педагогика, 1973, с. 216. 
3
Крутетский В.А. Основы педагогической психологии. М.: Просвещение, 
1972,с. 255. 


23 
təfəkkürün, dünyagörüşünün inkişafında, fəal həyat mövqe-
yinin formalaşmasında rolu böyükdür.
Sinifdən-sinfə keçdikcə şagirdlərin təlim fəaliyyətinin xarakter 
və formalarının dəyişilməsi daha yüksək səviyyədə zehni fəaliyyət 
tələb edir. Onlar daha mürəkkəb cisim və hadisələri qavramaq, təhlil 
etmək bacarığına yiyələnirlər. Şagirdlərin fikri fəaliyyətində təfək-
kürün konkret-obrazlı (əyani) komponentləri ilə yanaşı, mücərrəd 
təfəkkür inkişaf edir. Bu cəhət nəzərə alınaraq ədəbiyyat təlimi pro-
sesində şagirdlərin intellektual imkanlarından səmərəli istifadə et-
mək, yaradıcı təfəkkürün inkişafı, söz sənətinin qavranılması üçün 
əlverişli şərait yaratmaq lazımdır. 
ABŞ-ın Atlanta Universitetinin alimləri uşaqlara daha çox 
bədii ədəbiyyat oxumağı məsləhət görür. Alimlər apardıqları təd-
qiqatlar nəticəsində müəyyən ediblər ki, bədii ədəbiyyata dair 
kitabların oxunması insan beyninə müsbət təsir edir. Tədqiqatçılar 
21 könüllüyə hər gün Robert Xarrisin real hadisələrdən 
bəhs olunan "Pompey" romanından 30 səhifə oxumağı təklif edib-
lər. Araşdırmalar baş beyin kürəsinin sol hissəsində aktivləşmənin 
baş verdiyini və onun sonrakı dövrdə də davam etdiyini müəyyən 
edib.
Beyindəki dəyişikliklərin təsiri ilə oxucu özünü roman 
qəhrəmanı kimi hiss etməyə başlayır. Bədii əsərlər insana özünü 
real, bioloji səviyyədə yaxşı hiss etməyə kömək edir. Oksford 
Universitetinin alimləri isə müəyyən ediblər ki, oxu zamanı işə 
düşən mexanizmlər orqanizmə təsir edir. Öz növbəsində Susseks 
Universitetinin araşdırmaçıları sübut ediblər ki, 6 dəqiqəlik mütaliə 
insan streslərinin səviyyəsini 2\3 dəfə azaldır.
1
Tədqiqatlar göstərir ki, təfəkkürün inkişafına nitq ünsiyyəti 
ciddi təsir göstərir. Çünki təfəkkürün başlıca xüsusiyyətləri – onun 
vasitəli inikas olması və mücərrədliyi məhz dil materialları sayə-
sində mümkün olur. Bu mənada deyilir ki, normal adamın təfəkkürü
nitqlə üzvi surətdə əlaqədardır. Bu və ya digər fikir dildən, nitqdən 
xaricdə mövcud ola bilməz, həm də yaranmaz. Çünki biz sözlərin 
köməyi ilə fikirləşirik, bu halda təfəkkür nitq vasitəsilə həyata 
1
http://www.muallim. edu.az/arxiv/2014/03/32.htm 


24 
keçirilir. Nitq vasitəsilə insanlar nəinki öz fikirlərini bir-birinə 
çatdırır, həm də onların təfəkkürü nitqli ünsiyyət prosesində 
təşəkkül edir, formalaşır.
1
Yeniyetməlik dövrü şagirdlərin mənəvi inkişafında, əxlaqi-etik 
davranış normalarına yiyələnmələrində mühüm mərhələdir. Mək-
təblilər bu dövrdə onları əhatə edən şəxslərin, oxuduqları bədii əsər-
lərin qəhrəmanlarının əxlaqi-psixoloji xüsusiyyətlərini dərk etməyə 
çalışırlar. Onlar öz şəxsiyyətlərini (xarakterlərini, qabiliyyətlərini, 
hislərini, fəaliyyət motivlərini) dərketmə prosesində özlərini başqa-
ları ilə müqayisə edir, nümunə axtarmağa başlayır və bu nümunə 
vasitəsilə özünütərbiyəyə səy göstərirlər.
2
İfadəli oxu zamanı ifaçı əsərdə təsvir olunan həyata, insan 
talelərinə nüfuz edir, sənətkarın, qəhrəmanların fikir, hiss və 
düşüncələrinin mahiyyətinə varır, onları təhlil süzgəcindən keçi-
rərək münasibət bildirir, öz mövqeyini dəqiqləşdirir. Bu, ifaçının 
daxili aləmini, mənəvi təsəvvürlərini, dünyagörüşünü zənginləşdirir. 
İfaçı bədii mətni ifadəli oxuyarkən əsərin ideya-məzmununu daha 
dərindən qavrayır və müasirlik baxımından dəyərləndirərək, “özü-
nünküləşdirərək” dinləyicilərə çatdırır. Bu da onda mənəvi-estetik 
dəyərlərin, vətəndaşlıq mövqeyinin formalaşmasına müsbət təsir 
göstərir. 
Şagirdlərin mənəvi-estetik inkişafı onlarda tənqidi təfəkkürlə 
yanaşı, bədii şüurun, düşüncənin formalaşdırılmasına, hiss və duy-
ğuların formalaşdırılmasına xüsusi diqqət yetirməyi tələb edir. Gənc 
nəsil məhz emosiyaların, hislərin tərbiyəsi zəminində ədəbiyyat 
dərslərində vətənpərvərlik, soykökünə bağlılıq, ana dilinə məhəbbət, 
həqiqətə, halallığa, əməyə, təbiətə, xeyirxahlığa, gözəlliyə bağlılıq, 
mütaliəyə mənəvi tələbat və s. əxlaqi sifətlərə dərindən yiyələnə 
bilər.
 
İfadəli oxu şagirdlərin təxəyyülünə, xarakterinə, maraqlarına 
1
Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: Çinar-
çap. 2009, s.359. 
2
Божович Л.И., Славина Л.С. Психическое развитие ребенка и ее вос-
питание. (Новое в жизни, науке и технике). Серия педагогики и психологии. 
М.: Знание, 1979, N 12. с. 96.


25 
müsbət təsir edir. Məktəblilərdə emosional həssaslıq, yaradıcı 
təxəyyül, diqqət, müşahidə qabiliyyəti inkişaf edir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin