Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

şifahi nitqinin inkişafı
ilə bağlı vəzifələrin 
yerinə yetirilməsində müntəzəm və sistemli ifadəli oxu məşğələləri 
böyük rol oynayır. “Nitq inkişafı dedikdə, bir tərəfdən şagirdin 
ifadə edəcəyi fikri dərindən mənimsəməsi, onu aydın, dəqiq, təsirli 
və şəraitə uyğun şəkildə (yəni yerinə görə yığcam, geniş, dinlə-
yicilərin səviyyəsinə uyğun və s.) ifadə etməsi, digər tərəfdən isə 
başqalarının nitqində ifadə edilən mənanı düzgün qavraması, dərk 


29 
etməsi nəzərdə tutulur. Göründüyü kimi, hər iki halda nitqin əsasını 
məna (fikir) təşkil edir: birinci halda şagirdin fikri düzgün mənim-
səməsi və onu başqalarına düzgün çatdırması, ikinci halda isə 
başqalarının fikrini doğru dərk etməsi nəzərdə tutulur”
1

Ədəbiyyat fənn kurikulumunda qeyd edilir ki, bədii əsərlərin 
öyrədilməsi zamanı şagirdlərin şifahi və yazılı nitqi cilalanır. Şa-
girdlər ana dilimizdə yazılmış əsərlərdə dilin gözəlliyini, dərin fikir 
və ifadə zənginliyini görüb-götürür. Təlim prosesində sənətkarın 
sözdən istifadə məharəti, nitqin bədiiliyi, ifadəliliyi, obrazlı sözün 
doğurduğu emosionallıq və fikir tutumu haqqında aydın təsəvvür 
yaradılır, bu əsasda nitqin zənginləşməsi təmin edilir.
Məhəmməd Peyğəmbər deyirdi ki, şeir əzbərləyin, çünki şeir 
dilinizi düzəldir, danışığınızı, nitqinizi gözəlləşdirir. İngilis alimi, 
humanisti Frensis Bekonun fikrincə, mütaliə insanı kamilləşdirir, 
nitq qabiliyyətini inkişaf etdirir. 
Ədəbiyyat dərslərində nitq inkişafı üzrə aparılan işlər məktəb-
lilərdə bədii sözə həssas münasibətin yaradılmasına, sözün, fikrin 
məna incəliklərini duymaq, ifadə etmək bacarığının formalaşdırıl-
masına imkan yaradır.
İfadəli oxu bacarıqlarının formalaşdırılması üzrə işin nəticələri 
öz əksini şagirdlərin şifahi nitqində, əsərin məzmununun yığcam, 
geniş, yaradıcı nağıl edilməsində, şeir və nəsr parçalarının, mono-
loqların əzbər söylənilməsində, səhnələşdirmələrdə tapır. 
Kamil söz sənəti nümunələrinin ideya-məzmununu səslənən 
sözlə çatdırmaq, dilin incəliyini, gözəlliyini duymaq bacarığına 
yiyələnən şagirdin özünün də şifahi nitqi inkişaf edir, ifadəlilik, 
təsirlilik, səlislik, aydınlıq, axıcılıq keyfiyyətləri əxz edir. 
N.Gəncəvinin “Xosrov və Şirin” poemasında “Xosrovun Fər-
hadla deyişməsi” səhnəsinin ifadəli oxusu şagirdlərin nitqin düz-
günlüyü, dəqiqliyi, ifadəliliyi barədə təsəvvürünü zənginləşdirir. 
Fərhadın Şirini sevməsi xəbərini eşidən Xosrov öz rəqibini 
məhəbbətindən çəkindirmək üçün əvvəlcə qızıldan istifadə edir. 
Niyyətinə çatmayanda daha təsirli vasitəyə - sözə əl atıb, rəqibini 
qəfil suallarla susdurmaq istəyir:
1
Əhmədov B.Ana dili dərslərində şagirdlərin nitqini inkişaf etdirmək yolları. 
Bakı : Maarif, 1967, s.3.


30 
Xosrov əvvəl sordu: "Hardansan, cavan?" 
Fərhad cavab verdi: "Dost diyarından." 
Dedi: "O diyarda hansı sənət var?" 
Dedi: "Qəmi alıb, canı satırlar." 
Dedi: "Canı satmaq heç ədəb deyil." 
Dedi: "Aşiqlərdə bu əcəb deyil." 
Dedi: "Ürəкdəndir çəкdiyin bu qəm?" 
Dedi: "Ürəк nədir, candan aşiqəm." 
Dedi: "Əzizdirmi eşqi Şirinin?" 
Dedi: "Onu candan bilirəm şirin." 
Dedi: "Aytəк onu gecə görürsən?" 
Dedi: "Yuxum gəlsə, yatırammı mən?" 
Dedi: "Qəlbin onu unudar haçan?" 
Dedi: "Torpaqlarda yatdığım zaman." 
…Dedi: "Gəl əl götür, səbrə ver qərar." 
Dedi: "Heç can üçün səbr etməк olar?" 
Dedi: "Səbr etməyin faydası çoxdur." 
Dedi: "Qəlb səbr edər, qəlbim кi yoxdur." 
Dedi: "Hansı qəmdir qorxudan səni?" 
Dedi: "Ancaq hicran qorxudur məni." 
Dedi: "İstəyirsən dünyada həmdəm?" 
Dedi: "Özümü də heç istəmirəm." 
Şah cavab tapmadı Fərhada artıq. 
Gördü məsləhətdir bitsin danışıq. 
Həzərata dedi: "Ta bu günəcən 
Belə hazırcavab görməmişəm mən. 
Xosrovun məğlubiyyəti ilə bitən bu deyişmə Fərhadın ağlını, 
zəngin mənəviyyatını, gözəl natiq olduğunu, öz fikirlərini ifadəli bir 
dillə çatdırmaq məharətini nümayiş etdirir. Bu dialoqdan şagirdlərə 
aydın olur ki, nitqin ifadəliliyi hiss və duyğuların, düşüncələrin 
düzgün, dəqiq, məntiqli çatdıılması, təxəyyülü fəallaşdıran, hadisə-
yə, qəhrəmana emosional münasibəti obrazlı ifadə edən sözlərin
seçilməsi ilə sıx bağlıdır.
İfadəli oxu bacarıqlarına yiyələnən şagirddə 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin