Bilal Həsənli Nazilə Abdullazadə


İfadəli oxu şagirdlərin bədii mətni qavramaq, təhlil etmək



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İfadəli oxu şagirdlərin bədii mətni qavramaq, təhlil etmək, 
qiymətləndirmək bacarığının inkişafına səbəb olur, əsərin 
ideya-məzmununun, sənətkarıq xüsusiyyətlərinin daha dərin-
dən qavranılması üçün geniş imkanlar açır.
Söz sənətinin qavranılması dedikdə, ilk növbədə əsərin ideya-
məzmununun, bədii xüsusiyyətlərinin dərk edilməsi başa düşülür. 
Psixoloqlar qavramanın sadəcə informasiya qəbul edilməsi kimi 
başa düşülməsinin əleyhinə çıxır, onu sövqetmə, maraq, tələbatlarla 
sıx əlaqəli olan fəaliyyət kimi şərh edirlər. “Uşaqları cisim və 
hadisəni qavramağa yönəltmək, daha doğrusu, öyrətmək lazımdır. 
Bunun üçün cismi nəzərdən keçirərkən, yaxud onu müşahidə edər-
kən şagirdləri həmin obyekti müəyyən qayda, sistem, ardıcıllıqla 
nəzərdən keçirməyə istiqamətləndirmək zəruridir... Hər hansı məş-
ğələ zamanı, yeri gəldikcə, qarşıya müşahidə məqsədi qoymaq, mü-
şahidənin diqqətlə aparılıb toplanan faktlardan düzgün nəticə çıxa-
rılmasına nail olmaq, planlı, məqsədəuyğun qavrayışın inkişafına 
ciddi təsir edir”.
1
Bədii əsərlərin qavranılması mürəkkəb yaradıcı proses olub 
məktəblinin dünyagörüşü, həyat, estetik, oxucu və emosional təcrü-
bəsi ilə bağlıdır. İfaçı folklor, klassik ədəbiyyat nümunələrini 
oxuyanda belə həmin əsərlərə müasirlik baxımından yanaşır. Əsə-
rin ifadəli oxusu zamanı şagird özünün fərdi münasibətini, vətən-
daşlıq mövqeyini ortaya qoyur. 
İfadəli oxu problemini dərindən araşdırmış metodist-alim 
S.Hüseynoğlunun fikrincə, elə ilk dərslərdən ədəbiyyat müəllimi 
şagirdlərdə belə bir fikir yaratmalı və möhkəmləndirməlidir ki, 
kamil sənət əsərində hər bir kəlmənin, hər bir deyimin ağır məna 
yükü var. Bu, bədii əsərin gözəlliyi deməkdir. Bədii əsərin gözəlliyi 
isə səslənən sözdə açılır, açkara çıxır. Məktəblidə ədəbi əsəri səslə-
nən sözdə ifadə etmk bacarığının yaradılması söz sənətini başa 
düşüb qiymətləndirmək yolunda mühüm addımdır.
2
1
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı: Maarif, 1989, s.237-238. 
2
Hüseynoğlu S. İfadəli oxunun əsasları. Bakı: ADPU-nun nəşri, 2010. s.10.


26 
Məlumdur ki, ifadəli oxu bacarıqlarının təkmilləşdirilməsi üzrə 
iş ifa üçün seçilmiş əsərin ideya-mövzu, janr baxımından təhlilinə 
əsaslanmaqla aparılır. Əsərin təhlilində buraxılan səhv onun ideya-
məzmununun, sənətkarlıq xüsusiyyətlərinin təhrif olunmuş şəkildə, 
bəsit qavranılmasına səbəb olur ki, bu da nəticə etibarilə ifadəli 
oxuya mənfi təsir göstərir. Misranın, cümlənin, hətta bir sözün belə 
sönük tələffüzü, fikrin solğun səsləndirilməsi ifaçının ifadəli oxu 
bacarıqlarına yiyələnmədiyini, eləcə də əsərin ideya-məzmununu 
dərindən qavramadığını göstərir. 
Bədii əsərin ideya-məzmunu, sənətkarlıq xüsusiyyətlərinin 
təhlili üzrə işin səmərəli olub-olmaması əksər hallarda ifadəli oxu 
zamanı üzə çıxır. M.P.Vaqifin həyatının son dövründə yazdığı 
“Görmədim” müxəmməsinin təhlili zamanı bəzən sənətkarın yalnız 
bədbinliyindən, məyusluğundan, keçirdiyi sarsıntılardan söz açılır, 
həmin əsər şairin zəmanədən, taledən küskün əhval-ruhiyyəsinin 
nəticəsi kimi təqdim edilir. Halbuki şeirdə şair ilk növbədə 
ədalətdən uzaq cəmiyyəti qəlbinin dərinliklərindən gələn etirazla 
qamçılayır: 
Eyləyən viranə Cəmşidi-Cəmin eyvanını, 
Yola salmış, bil ki, bəzmi-işrətin çəndanını, 
Kim qalıbdır ki, onun qəm tökməyibdir qanını, 
Dönə-dönə imtahan etdim fələk dövranını, 
Onda mən bərəkslikdən özgə adət görmədim. 
Göründüyü kimi, bu şeirdə Vaqif hər şeydən əvvəl bir vətəndaş, 
bir həqiqətpərəst kimi çıxış edir. Müxəmməs dünyanın ağalarına, 
yalançı din xadimlərinə, ləyaqətsiz adamlara tutarlı bir ittihamna-
mədir. Həmin şikayətləri yalnız şəxsi narazılıq kimi qəbul etmək 
düzgün olmazdı. Burada yığcam, lakin tutarlı şəkildə əsrin ictimai 
səciyyəsi verilmişdir. “Kim qalıbdır ki, anın qəm tökməyibdir 
qanını” deyərkən Vaqif, əlbəttə, yalnız özünü düşünmürdü. Burada 
Vaqifin dərin ictimai təəssüfü özünü açıqca göstərir.
Deməli, “Görmədim” müxəmməsinin təhlili zamanı bədbinlik 
əhval-ruhiyyəsinin qabardılması, məhz bu ovqatın ifadəli oxu vasi-
təsilə dinləyiciyə çatdırılması səmərəli yol deyildir. Çünki böyük 
bədii təsir və ümumiləşdirmə gücünə malik bu əsərdə “Belə dün-


27 
yadan həzər etmək lazımdır” deyərkən şair heç də tərki-dünya ol-
maq istəmir. Onun səsindəki dərin məhvedici qəzəb dünyanı məkr 
və xəyanətdən uzaq görmək arzusundan irəli gəlir. Vaqif bəd-
binləşmir. O, etiraz edir, yalan və ədalətsizlik dünyasına meydan 
oxuyur. Hissə qapılmadan, soyuq bir mühakimə ilə öz dövrünün 
ictimai vəziyyətinə, sosial ziddiyyətlərinə qiymət verir. Şair özba-
şınalıq, ədalətsizlik, qanunsuzluq hökm sürən bir mühiti belə açıq 
və amansız tənqid etməklə ona öz sonsuz nifrətini bildirir.
1
Təhlilin bu istiqamətdə aparılması ifadəli oxu zamanı ifaçılıq 
vəzifələrinin, intonasiya çalarlarının düzgün müəyyənləşdirilməsinə 
imkan verir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin