Bilal Həsənli Nazilə Abdullazadə


İfaçılıq sənətinin özünəməxsusluğu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

İfaçılıq sənətinin özünəməxsusluğu
bədii əsərdə təsvir edilən-
lərin səslənən sözlə yaradıcı şəkildə canlandırılması, dinləyiciyə 
çatdırılmasındadır. Bu zaman müəllifin təsvir etdiyi həyat hadisələ-
rinin dinləyicinin təxəyyülünə təsir etməklə göz önündə canlandırıl-
ması, yaşanması, qiymətləndirilməsi təmin edilir. Bu isə asan 
məsələ deyildir.
L.N.Tolstoy nitqin anlaşıqlı olmasından bəhs edərkən qeyd 
edirdi ki, anladığın bir şeyi başqalarının da sənin kimi qavraması 
üçün onu sözlərlə ifadə etmək çətin bir işdir və həmişə lazım və 
mümkün olan ifadə tərzinə hələ nail olmadığını hiss edirsən.
1
Şagird öz nitqində, o cümlədən ifadəli oxuda 
düzgünlük, 
dəqiqlik, ifadəlilik 
tələblərinə riayət etməlidir. Düzgünlük şagirdin 
öz fikir və hislərini ədəbi nitq normalarına əməl etməklə ifadə 
etməsidir. Dəqiqlik – müxtəlif əşya və ya hadisə barədə danışarkən 
eyni yaxın mənalı sözlər içərisindən fikri, mülahizəni daha dəqiq 
çatdıran sözün seçilməsidir. İfadəlilik obrazlı söz və ifadələrdən, 
sintaktik fiqurlardan, məcazi mənalı sözlərdən və s. istifadə etməklə 
hadisə, qəhrəman, səhnənin göz önündə canlandırılması, emosional 
qavranılmasına zəmin yaradılmasıdır. Bu vasitələr əsərdə təsvir 
edilənləri ifadəli oxu zamanı təxəyyüldə daha aydın canlandırmağa 
imkan verir. 
İfadəli oxunın mahiyyəti aşağıdakılardan ibarətdir: 
♦ Əsərdə təsvir olunanların dinləyicilər tərəfindən təsəvvür 
edilməsininə nail olmaq; 
♦ Müəllifin mövqeyini çatdırmaq; 
♦ Müəllifin sənətkarlığı barədə dinləyicilərdə dolğun təsəvvür 
yaratmaq; 
♦ Oxunun başlıca ifadəlilik vasitəsi kimi intonasiyadan düzgün 
və yerində istifadə etmək. 
İfadəli oxu təliminin məqsəd və vəzifələrinin reallaşdırılma-
sı təlim prosesinə yeni yanaşma, ifadəli oxu bacarıqlarının 
aşılanması üzrə sistemli iş tələb edir. 
Görkəmli pedaqoq V.A.Suxomlinski yazırdı ki, əgər məktəbdə 
1
Bayramov Ə., Əlizadə Ə. Psixologiya. Ali məktəblər üçün dərslik. Bakı: Çinar–
çap, 2009, s.367. 


16 
mütaliəyə tələbat yoxdursa, bütün pedaqoji sistemlər dağılır. Bu 
fikri cəsarətlə ədəbiyyat təlimində ifadəli oxuya da şamil etmək 
mümkündür. Ədəbiyyat dərslərində şagirdlərə ifadəli oxu üzrə 
bacarıqlar aşılanmırsa, bədii əsərin ideya-məzmunu, sənətkarlıq 
xüsusiyyətlərinin daha dolğun, yaradıcı qavranılmasını təmin etmək 
mümkün olmur.
M.A.Rıbnikova ifadəli oxunun sistemli aparılması tələbini irəli 
sürərək qeyd edirdi ki, metodik sistem materialın bütövlükdə və 
onun ayrı-ayrı hissələrinin başa düşülməsi, şagirdin qavrama və 
inkişaf qanunauyğunluqlarının nəzərə alınması, sinifdən-sinfə keç-
dikcə ifadəli oxu vəzifələrinin mürəkkəbləşdirilməsi əsasında 
yaradılmalıdır. 
İfadəli oxu üzrə məşğələlərdə nitqin melodikasını, sintaktik 
quruluşunu, fonetik əsaslarını, diksiyanı, tənəffüs (nəfəsalma, nəfəs-
vermə) qaydalarını bilməklə uğur qazanmaq olar. Eyni zamanda bu 
prosesdə bədii əsərdə sənətkar niyyəti, mətnin dil-üslub xüsusiy-
yətləri aydın dərk edilməlidir. 
Oxu bədii əsərlə tanışlığın ən sadə formasıdır. Lakin ifadəli 
oxudan bəhs etdikdə bu sadəlikdən əsər-əlamət qalmır. Əsəri ifadəli 
oxumaq asan deyildir, şagirdlər ilk mərhələdə hələ bunu bacarmır. 
Amma məhz ifadəli oxu ifaçıya və dinləyiciyə güclü təsir edərək 
əsərin bütün dərinliyini, emosional təbiətini açıb göstərir.
1
Kurikulumda şagirdlərin ifadəli oxu bacarıqlarına yiyələnməsi 
ilə bağlı standartların reallaşdırılması ifadəli oxu dərslərinin, eləcə 
də ayrı-ayrı əsərlərin öyrədilməsi zamanı ifadəli oxu ilə bağlı tap-
şırıqlar, təmrinlər sistemindən məqsədyönlü istifadəni zərurətə 
çevirir. İfadəli oxu üzrə məşğələlərdə müasir dərsə verilən tələblər 
nəzərə alınmalıdır. 
İfadəli oxu üzrə məşğələlərdə bir-birini təkrarlayan bərpaedici 
səciyyəli, lüzumsuz, şagirdə həyatda lazım olmayacaq faktlarla yük-
lənmiş söhbətlər, sorğular deyil, təlim materialını dərindən, şüurlu 
qavramaq, dərk etmək, ifadəli oxu ilə bağlı yaradıcı fəaliyyət gös-
tərmək mühiti yaradılması zəruridir. Ədəbiyyat dərslərində müxtəlif 
1
Рыбникова М.А. Очерки по методике литературного чтения. М.: 
Просвещениe, 1963, с. 51. 


17 
tipli şifahi və yazılı təmrinlər, müstəqil, yaradıcı çalışmalar sistemi 
hər bir şagirdin nitqinin inkişafını, o cümlədən ifadəli oxu üzrə 
bacarıqların formalaşdırılmasını təmin etməlidir.
Şagirdlərin şifahi nitqinin, o cümlədən ifadəli oxu bacarıqla-
rının inkişaf etdirilməsində stimullaşdırma, nitq situasiyalarının 
zəmin rolu oynaması, mətndən, əyanilikdən, texniki vasitələrdən, 
təsvir, nağıletmə, mühakimə səciyyəli çalışmalardan məqsədyönlü 
istifadə məsələlərinə xüsusi diqqət yetirilməlidir. 
Ədəbiyyat dərslərində şagirdlərin nitq inkişafı üzrə işin 
prinsipləri aşağıdakılardır:
 
♦ Nitq inkişafı üzrə işlərin şagirdlərin bədii əsər barədə
təəssüratları, şəxsi həyat təcrübəsi əsasında aparılması; 
♦ Nitq inkişafı üzrə işlərin ardıcıl, sistemli aparılması; 
♦ Nitq mədəniyyətinə yiyələnmə uzun və yaradıcı proses 
olduğu üçün şagirdlərin bilik və bacarıqları yeni situasiyada tətbiq 
etməyə alışdırılması;
♦ Nitq inkişafının şagirdlərin lüğət ehtiyatının zənginləşdiril-
məsi, plan tərtibi, çıxış hazırlanması, nağıletmənin müxtəlif növləri, 
təhlil, müzakirə və s. praktik işlərlə üzvi vəhdətdə aparılması; 
♦ Monoloji və dialoji, şifahi və yazılı nitqin inkişafı üzrə işlərin 
əlaqələndirilməsi. 
İstər şifahi, istərsə də yazılı nitqə dəqiqlik, aydınlıq, məntiqilik, 
şərhin əsaslandırılması, ədəbi normalara uyğunluq, emosionallıq
tələbləri verilir. 
Aparılmış tədqiqatlarda şagirdlərin öz imkanlarını reallaşdırıl-
ması üçün dərsdə öyrənməyə həvəs, təlimə müsbət münasibət, emo-
sional, idraki, intellektual baxımdan dəstək, işgüzar ünsiyyət situasi-
yası yaradılmasının əhəmiyyəti xüsusi qeyd edilir. Müəllimin dərsə 
hansı ovqatla girməsi, psixoloji hazırlığı, mükəmməl ifadəli oxusu 
çox əhəmiyyətlidir. Məktəblilərlə səmimi ünsiyyət, sənətkar, mü-
zakirə olunan problem, əsərin ifadəli oxusu ilə bağlı sərbəst fikir 
mübadiləsi, sinifdənxaric iş elementlərindən, inteqrativ təlimin 
imkanlarından - bədii oxu ustasının ifasının dinlənilməsi və müza-
kirəsi, ifadəli oxunu müşayiət edən musiqi parçalarının seçilməsi və 
s. istifadə dərsdə emosional, işgüzar ab-hava yaratmağa kömək edir.
Müasir dərsdə müəllimin ifadəli oxu ilə bağlı nəzəri infor-


18 
masiya ilə yüklənmiş monoloqu, çox vaxt aparan fərdi sorğular öz 
yerini müəllim-şagird, şagird-şagird dialoquna, praktik tapşırıqların 
icrasına və müzakirəsinə verir. Bu mənada müasir dərsi dialoq və 
müzakirə dərsləri adlandırmaq daha məntiqlidir. Dərsdə tədqiq 
olunan problemlə bağlı geniş müzakirələr, disputlar, debatlar təşkil 
edilməli, alternativ fikirlər səslənməli, söylənilən mülahizələr əsas-
landırılmalıdır. Müəllim bu prosesdə sinifdəki bütün şagirdlərin fəal 
iştirakına nail olmalı, suala cavab vermək, müzakirədə fikir söy-
ləməyə can atan heç bir şagird diqqətdən yayınmamalıdır. Təcrübə 
göstərir ki, ifadəli oxu ilə bağlı tətbiq, yaradıcı iş, diskussiya 
səciyyəli tapşırıqlar üzrə iş, müzakirələr şagirdin nitqinin inkişafına, 
kommunikativ bacarıqların formalaşdırılmasına zəmin yaradır. 
Şagirdlərə sadəcə bu və ya digər mövzuda əsərin ifadəli oxusu 
ilə bağlı bilikləri mənimsətmək deyil, müstəqil ifaçılıq fəaliyyəti 
göstərməyi öyrətmək, axtarıcılıq fəaliyyətinə, tədqiqat sualının, tə-
lim probleminin müstəqil qoyuluşu və həlli prosesinə cəlb etmək, 
öyrənilənləri, öz ifasını və dinlədiklərini dəyərləndirməyi bacarma-
larına nail olmaq başlıca məqsədə çevrilməlidir. İfadəli oxu ilə bağlı 
tədqiq edilən problem, tədqiqat sualı düşündürücü olmalı, şagirdi 
seçim qarşısında, “yol ayrıcında” qoymalı, axtarışlara sövq et-
məlidir. 
Tədqiqatlar sübut edir ki, təlim prosesi hər bir şagirdin qabiliy-
yəti, fərdi xüsusiyyətləri nəzərə alınmaqla təşkil olunarsa, sinifdəki 
uşaqların 95 faizi təlim materialını tam mənimsəməyə qadirdir. 
Deməli, şagirdlərin maraq və meyli, idraki qabiliyyətləri nəzərə 
alınmaqla keçilən dərsin müasirliyindən danışmaq daha doğru olar. 
Hazırda metodikada müəllimin bilik və bacarıqların dərsdə tələb 
etməklə deyil, şagirdlərdə maraq oyatmaqla, motivasiya yaratmaqla, 
fərdi xüsusiyyətləri nəzərə almaqla mənimsənilməsinə nail olmasına 
xüsusi önəm verilir 
Məlumdur ki, sinifdə şagird kollektivinin tərkibi yekrəng deyil, 
adətən müxtəlif hazırlıq, qavrama səviyyəsinə malik fərdlərdən 
ibarət olur. Dərsdə hər şagirdin fərdi inkişafı, ifadəli oxu ilə bağlı 
yaradıcı potensialını üzə çıxarılması üçün münbit şərait yaradılması, 
bilik və bacarıqlara, mənəvi dəyərlərə dərindən, şüurlu yiyələnməsi 
müəllimin metodik ustalığından çox asılıdır. 


19 
Müasir dərs özündə həm də şagirdlərə diferensial yanaşmanı, 
inklüzivliyi ehtiva edir. Məlumdur ki, inklüziv təlimin əsasını hər 
bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. İnklüzilik – sağlamlıq 
imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla yanaşı, 
onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin 
yaradılmasıdır. Bu baxımdan ifadəli oxu üzrə tapşırıqları diferensi-
allaşdırarkən xüsusi təlimə ehtiyacı olan şagirdlərlə iş texnologiya-
sının nəzərə alınması mühüm amildir. 
Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi 
təhsil mühitinə inteqrasiyasını və ümumi proqram əsasında təhsil 
almalarını tələb edir. İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi 
yanaşma, hər bir uşağın tələbatların ödənilməsi ideyası təşkil edir. 
Hər bir şagirdin ifadəli oxu təlimində uğur qazanması üçün o, tələb 
olunan psixoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır. 
Təcrübə göstərir ki, ümumtəhsil məktəblərində müasir dərs-
lərdə fəal, interaktiv metodlardan (fasilələrlə oxu, proqnozlaşdırıl-
mış oxu, müzakirə və s.) məqsədyönlü istifadə şagirdlərin idraki 
bacarıqlarının, ifadəli oxu üzrə tapşırıqların icrasında müstəqillik və 
fəallığının artmasına, axtarıcılıq və tədqiqatçılığa cəlb olunmasına 
geniş imkanlar açır.
Ədəbiyyat təlimində yaradıcı oxu metodunun priyomlarından 
biri olan ifadəli oxuya geniş yer verilir. Tanınmış metodist 
N.İ.Kudryaşev yazırdı ki, yaradıcı oxu metodu

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin