12
şagird bədii mətnin məzmun, forma xüsusiyyətlərini fəal şəkildə
qavramaq imkanı əldə edir.
2.
İfadəli oxunun dinləyiciyə təsiri.
Bədii söz ustasının ifası,
eləcə də müəllimin nümunəvi ifadəli oxusu şagirdə güclü təsir edir,
onda dərin təəssürat yaradır, əsərə, mütaliəyə, yaradıcı, ifadəli
oxuya marağı artırır.
3.
İfadəli oxu üzrə xüsusi bacarıq və vərdişlərə yiyələnmənin
zəruriliyi.
Məşğələlərdə ifadəli oxu bacarıqlarının aşılanması üzrə xüsusi
iş aparılmalıdır. Təlim prosesində ifadəli oxu əsərin təhlilindən,
ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin dərk edilmə-
sindən sonra həyata keçirilir. Əsərin məzmununu bilmədən, oradakı
ovqatı, hiss-həyəcanları, düşüncələri qavramadan, qoyulan proble-
min mahiyyətini, qəhrəmanların səciyyəsini, mətnin bədii dil xüsu-
siyyətlərini aydınlaşdırmadan mətni ifadəli oxumaq qeyri-müm-
kündür.
“İfadəli oxudan praktikum” fənninin
əsas məqsədləri
Dostları ilə paylaş: