Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Nitqin təsirliliyi 
 
Sözlə müəyyən təsirə nail olmaq üçün tələffüz zamanı cüm-
lənin ayrı-ayrı üzvlərin vurğulanması, müxtəlif intonasiya çalarla-
rından, səsin tonundan, dilin zəngin fonetik, leksik, qrammatik ifa-
dəlilik imkanlarından istifadə olunması. 
Nitqin obrazlılığı 
 
Şagirdlərin ifadəli oxusunda təxəyyülün mühüm əhəmiyyət 
kəsb etməsi. Ifadəli oxuda obrazın, təsvir edilənlər barədə aydın, 
dəqiq təsəvvürün yaradılması və onların səslənən sözdə öz əksini 
tapması.
 
 



Nitqin və oxunun emosionallığı 
 
Əsərdəki ovqatın, emosional çalarların ifaçının mimika, jest, 
səs və nitqinin dəyişməsində öz əksini tapması. 
İfaçının əsərdə təsvir olunanları “yaşaması” və bu zəmində 
dinləyicilərin təxəyyülündə canlandırması, konkret, parlaq obrazlar 
yaratması.
Nitq intonasiyası 
 
Müxtəlif intonasiyaların mövcudluğu ifadəli oxunun göstərici-
lərindən biri kimi. Nitq intonasiyası bütövlükdə cümlənin səs sis-
temi kimi. Səsin əsas tonun dəyişməsi, ucalılığı, tembri, davam-
lılığı, fasilə.
Ədəbi əsərlərin ifaçılıq təhlili 
Bədii əsərin mənimsənilməsi və dərk edilməsi, səslənən sözdə 
yaradıcı şəkildə ifadə edilməsi üçün əsərin ifaçılıq təhlilinin apa-
rılmasının zəruriliyi. 
Məqsədyönlü, yaradıcı proses kimi mətnin ifadəli oxusuna ha-
zırlıq zamanı ifaçılıq təhlili bir neçə mərhələni əhatə etməsi: 1. Əsə-
rin məzmunun mənimsənilməsi. 2. Ədəbiyyatşünaslıq materialları-
nın təhlili. 3. Xüsusi təhlil. 4. İfaçılıq vəzifəsinin müəyyənləşdiril-
məsi. 5. Oxu texnikası üzrə iş 
İfadəli oxu zamanı əsərin növ və janr xüsusiyyətlərinin nəzərə 
alınması. Lirik, epik, dramatik əsərlərin ifadəli oxu xüsusiyyətləri.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin