Odur ki, praktik məşğələlərdə
nəzəri məsələlərin öyrənilməsinə xüsusi yer ayrılması zərurəti
də meydana çıxır. Praktikum üçün ayrılmış saatlarda tələbə-
lərin ifaçılıq sənəti ilə bağlı nəzəri biliklərə yiyələnməsi təcrübi
işlər, çalışmalar, tapşırıqlar üzrə işlə vəhdətdə aparılmalıdır.
Bu cəhət dərs vəsaitinin strurturunda öz əksini tapmışdır. Belə
ki, əvvəlcə təlim mövzuları ilə bağlı nəzəri məlumatlar verilmiş,
sonra ifadəli oxu üzrə praktik iş üçün çalışmalar sistemi, oxu
materialları yerləşdirilmişdir.
Praktik məşğələlərdə fəal/interaktiv təlim metodlarından ( əqli
hücum, müzakirə, diskussiya, debatlar, disput, fasilələrlə oxu, proq-
nozlaşdırılmış oxu, rollar üzrə oxu, rollu oyun və s.) istifadə etmək
məqsədəuyğundur. Təcrübə göstərir ki, məşğələlərdə informasiya-
kommunikasiya texnologiyalarından, kompyuter, elektron lövhə,
slaydlar, sənətkarın, bədii oxu ustalarının ifasının səs, video yazı-
sının dinlənilməsi (belə materialları internetdən, You Tube saytın-
dan əldə etmək mümkündür) və s. istifadə faydalıdır.
Praktik məşğələlərdə tələbələrin fənn üzrə nəzəri biliklərini
müstəqil tətbiq etmələrinə, yaradıcı işlərin təşkilinə xüsusi diqqət
yetirilməlidir. Bu baxımdan məşğələlərdə dərs vəsaitindəki çalış-
malar üçün nəzərdə tutulmuş bədii materiallardan, nümunələrdən
istifadə edərək
fərdi, cütlük, qrup
şəklində iş təşkil olunmalıdır.
Təcrübə göstərir ki, məşğələlərin birinci saatının praktik işlərə ay-
rılması, ikinci saatının təqdimatların dinlənilməsi, müzakirəsi, də-
yərləndirilməsinə verilməsi səmərəlidir.
5
Praktik məşğələlərin planlaşdırılması
1
Ədəbiyyat dərslərində ifadəli oxunun əhəmiyyəti
“İfadəli oxudan praktikum” fənninin əsas məqsədinin
tələbələri
səslənən söz sənəti ilə bağlı biliklərə yiyələndirmək, onlarda müəy-
yən ifaçılıq bacarıqlarının formalaşdırılması olması.
İfadəli oxu metodikası üzrə məşğələlərin əsas vəzifələri. Müx-
təlif sinif şagirdlərinin yaş xüsusiyyətlərini nəzərə almaqla ifadəli
oxu təlimin metod və üsullarının tələbələrə öyrədilməsi; tələbələrin
səslənən söz sənətinin nəzəriyyəsi və tarixi haqqında biliklərinin
dərinləşdirilməsi; tələbələrin ifaçılıq bacarığının təkmilləşdirilməsi;
bədii əsərdə təsvir edilənlərin səslənən sözlə yaradıcı şəkildə can-
landırılması, dinləyiciyə çatdırılması ifaçılıq sənətinin özünəməxsus
cəhəti kimi.
İfadəli oxu və nitqin didaktik və tərbiyəvi əhəmiyyəti.
İfadəli oxu bacarıqlarına yiyələnən şagirddə sözə həssas
münasibət, söz sənətinə məhəbbət oyanması. İfadəli oxu əsərin
öyrədilməsinin, qavranılmasının mühüm vasitəsi kimi.
İfadəli oxu vasitəsilə ədəbiyyatşünaslıq məsələlərinin, bir sıra
ədəbi-nəzəri anlayışların mənimsədilməsi təmin edilməsi.
Məktəblilərin şifahi nitqinin inkişafı ilə bağlı vəzifələrin yerinə
yetirilməsində müntəzəm və sistemli ifadəli oxunun rolu.
İfadəli oxu şagirdlərin mənəvi-estetik tərbiyəsi, bədii inkişa-
fının mühüm amili kimi.
İfadəli oxu, obrazlı, emosional sözün şagirdlərin bədii zöv-
qünü, emosinal duyumunu inkişaf etdirməsi, onlarda estetik hiss və
duyğular oyatması.
İfadəli oxu əmək tərbiyəsinin mühüm vasitəsi kimi. İfadəli oxu
prosesində hər bir şagirdin yaradıcı fəaliyyət göstərməsi, yaradıcı
əməyin sevincini, “yaradıcılıq əzablarını” duyması.
1
Praktikumun keçirilməsi üçün ayrılmış 46 saatın bu mövzular üzrə nəzəri biliklərin
mənimsənilməsi və praktik işlərin təşkilinə ayrılması tövsiyə olunur. Bu məqsədlə hər
mövzu ilə bağlı konkret əsərlər, çalışmalar üzrə məşğələlərin də keçilməsi zəruridir.
Məsələn, Ədəbi əsərlərin ifaçılıq təhlili. 2 s.
Praktik iş: Bədii mətn əsasında ifaçılıq təhlili üzrə bacarıqların inkişaf etdirilməsi
(Ə.Kərim “Qaytar ana borcunu”) 2 s; Təmsillərin oxu xüsusiyyətləri 2 s.
Praktik iş: Q.Zakirin “ Sədaqətli dostlar haqqında” təmsilinin ifaçılıq təhlili 2 s.
|