Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Oxu sənətinin tarixindən 
 
 
Oxu sənətinin mənbələri. Qədim və orta əsrlərdə söz sənətinə, 
ifadəli oxuya münasibət. XIX əsrdən etibarən yeni tipli təhsil 
ocaqlarında ifadəli oxunun mövqeyi. 
XX əsrdə məktəb proqramları, dərslik, elmi-metodik ədəbiy-
yatda ifadəli oxunun yeri. Müasir mərhələdə elmi-metodik ədəbiy-
yatda və məktəb təcrübəsində ifadəli oxuya münasibət. 
XXI əsrdə fənn kurikulumlarının tətbiqi, yeni nəsil ədəbiyyat 
dərsliklərinin tətbiqi ilə əlaqədar ifadəli oxu üzrə məşğələlərin 
təşkilinin zəruriliyi. 
 
Səs və nitq 
 
Nitq texnikası vərdişlərinin (tənəffüs, səs, diksiya) tərbiyəsi. 
Bədii mətnin ifadəli oxusu zamanı düzgün tənəffüsün zəruriliyi. 
Səsin əsas keyfiyyətləri: məlahətlilik, mütəhərriklik, güc, uca-
lıq, tembr. 
Nitqdə və ifadəli oxuda diksiyanın, aydın tələffüzün rolu. 
Orfoepik normalar. 
Nitqin məntiqi 
Məntiqi oxu vərdişlərinin tərbiyəsi.
Məntiqi ifadəlilik vasitələri: məntiqi vurğu, məntiqi fasilə, 
məntiqi melodiyanın mənimsədilməsi.
Emosional-obrazlı ifadəlilik vasitələri.
Ədəbi əsərin mətninin 
məqsədyönlü, qarşıya qoyulan vəzifələri müəyyənləşdirməklə və 
fəal şəklidə yerinə yetirməklə səsləndirilməsi;
 
- İfaçının əsərdə təsvir edilənləri öz təsəvvüründə canlandırması 
və öz baxışını dinləyicilərə çatdırması; 
- Əsərdə təsvir olunanlara dinləyicilərdə emosional münasibət 
oyadılması; 
- Mətnaltı mənanın aşkara çıxarılması; 
- Oxu prosesində auditoriya ilə əlaqə yaradılması.
 
 
 
 



Oxu sənətinin əsasları 
 
Bədii oxu sənətinin nəzəri əsaslarını söz üzərində işin sisteminə 
dair müddəaların təşkil etməsi. 
Bədii oxu və ifadəli oxunun oxşar və fərqli cəhətləri. 
İfadəli oxunun əsasında iki mühüm cəhətin durması: 1. İfa edi-
lən əsərin mahiyyətinə nüfuz edilməsi; 2. Hiss edilənlərin, başa 
düşülənlərin dinləyicilərə çatdırılması. 
İfadəli oxu bacarıqlarının aşılanması üzrə işin bədii əsərin 
ideya-bədii, mövzu, janr baxımından təhlilinə əsaslanmaqla aparıl-
ması. 
İfadəli oxu bacarıqlarının bədii oxu sənətinin qanunları, bədii 
əsərin səslənən təsirli sözlə yaradıcı şəkildə canlandırılması əsa-
sında formalaşdırılması. 
Əsərin səslənən sözlə çatdırılmasının ifaçıdan nəyi və hansı 
məqsədlə dinləyiciyə çatdıracağını, hansı hiss və duyğular, fikirlər, 
düşüncələr oyadacağını, dinləyicidə hansı qiyməti, nəticəni yarada-
cağını dəqiq bilməyi tələb etməsi. 
Qarşıya qoyulan məqsədin konkret ifaçılıq vəzifələrini müəy-
yənləşdirməsi. İfaçının qarşya qoyduğu məqsədə uyğun olaraq din-
ləyicilərə sözlə təsir etmək bacarığı. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin