Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

SƏS VƏ NİTQ 
Azərbaycan dilinin bədii, obrazlı-emosional ifadə imkanları, 
fonetik, leksik və frazeoloji əlvanlığı, üslubi çalarları öz əksini ilk 
növbədə söz sənətinin kamil nümunələrində tapır. Təsadüfi deyil ki, 
Azərbaycan ədəbi dili tarixində bədii üslub həmişə aparıcı olmuş, 
müəyyən mərhələlərdə bütövlükdə ədəbi dili təmsil etmişdir.
Bədii əsərin dili müasir xalq danışıq dilinin ən yaxşı keyfiyyət-
lərinin ifadəçisi olduğu üçün onun öyrənilməsi şagirdə öz fikir və 
hislərini səsi, nitqi ilə daha tutarlı ifadə etmək imkanı verir. Bədii 
ədəbiyyatda şagird dildən istifadənin müxtəlif imkanlarını əyani 
şəkildə görür, bu da onun nitqinin inkişafına təsirsiz qalmır. 
Şifahi nitq yaranma etibarilə yazılı nitqdən daha qədimdir. 
Uşaq yazıya nisbətən danışıqdan, səslənən nitqdən çox istifadə 
etdiyi üçün onun inkişafında şifahi nitq daha böyük əhəmiyyət kəsb 
edir.
Şifahi nitq həmişə qarşıdakı tərəfə - dinləyənə ünvanlanır. Şi-
fahi nitq prosesinin iştirakçısı danışan və dinləyəndir. Məktəb illə-
rində uşağın şifahi və yazılı nitqi paralel inkişaf edir. Nitqin bu iki 
mühüm forması bir-birinə təsir edir, hər biri digərini zənginləşdirir. 
Lakin təcrübədə şifahi nitqdəki qüsurların yazılı nitqə, yazılı nitq-
dəki nöqsanların şifahi nitqə mənfi təsir etməsi halları da möv-
cuddur. 
Səcdə
yazılır, 
səjdə 
deyilir, 
oynayır
– 
oynuyur,
candan -
cannan
və s. Bunun qarşısını almaq üçün nitqin hər iki formasının 
tələblərini, qanunlarını, səslənən sözün yazılışını, yazının şifahi 
tələffüz şəklini bilmək zəruridir. 
M.Füzuli nitqdə orfoqrafik və orfoepik normalara əməl etməyin 
zəruriliyindən bəhs edərək yazırdı:
Qələm olsun əli ol katibi-bəd təhririn 
Ki, fəsadi-rəqəmi sözümüzü şur eylər. 
Gah bir hərf süqutilə qılır nadiri nar, 
Gah bir nüqtə qüsurilə gözü kur eylər. 
Şifahi nitqlə tanışlığa nitq aparatının öyrənilməsindən başlanıl-
malıdır. Nitq orqanları, danışıq üzvləri - ağ ciyərlər, nəfəs borusu
qırtlaq, səs telləri, ağız boşluğu, burun boşluğu, dil, diş, dodaqlardır. 
Bunlardan üçü – dil, dodaq, səs telləri daha fəaldır. 


60 
Lakin nitq mürəkkəb prosesdir, fəal nitq prosesinə insanın bu 
və ya digər dərəcədə bir çox orqanları cəlb edilir. İ.P.Pavlov nitqi 
ikinci siqnal sistemi, sözü isə siqnallar siqnalı adlandırırdı. Lakin 
bunun üçün deyilən söz başa düşülməlidir. Bilmədiyimiz əcnəbi dil-
də deyilən söz siqnal funksiyası daşımır. 
Nitq prosesi təfəkkür prosesi ilə sıx əlaqəlidir. İnsanın dəqiq, 
məntiqi, ifadəli nitqə yiyələnməsi dedikdə, onun sadəcə nitq texni-
kasına (nəfəsalma, nəfəsvermə təmrinləri, səsin aydın tələffüzü 
(diksiya) yiyələnməsini deyil, fikir, hiss, təxəyyül kimi psixi proses-
lərlə bağlı təmrinləri nəzərdə tuturlar. Onlar nitq aparatını, danışıq 
üzvlərini hərəkətə gətirir, tələffüz prosesini danışanın iradəsinə tabe 
edirlər. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin