Başkent Universitetinin rektoru atu-da qonaq oldu


Moskvadan gələn nümayəndələr ATU-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   ...   5   6   7   8   9   10   11   12   ...   24
Moskvadan gələn nümayəndələr ATU-da qonaq oldu

İ

yulun 2-də gün Moskva Elmi 

Tədqiqat Herontologiya 

İnstitutunun nümayəndələri 

Azərbaycan Tibb Universitetinin 

Tədris Cərrahiyyə Klinikasının 

qonağı olub.

Türkdilli Dövlətlərin Transplantasiya 

Cəmiyyətinin konqresi keçirilib

 

 

Bu konqresdə  Amerika

Türkiyə, İngiltərə, İordaniya, 

Küveyt, Misir, Qazaxıstan və bir 

çox ölkələrdən  300-ə yaxın xarici 

qonaqlar gəlib.

 

T

ədbiri  həyata  keçirən  isə 



Türkiyə  Orqan  Nəqli  (TON) 

Dərnəyi və onun başkanı pro-

fessor  Mehmet Haberaldır. Konqre-

sin keçirilməsində məqsəd daha çox 

cəmiyyətin, səhiyyə sistemində çalı-

şan insanların, iş adamlarının trans-

plantasiya  problemlərinə  diqqətini 

cəlb etməkdən ibarətdir.

Çünki transplantasiya sahəsi bütün 

dünyada, eləcə də Azərbaycanda 

inkişaf edir. ATU-nun Tədris Cərrahiyyə 

Klinikasının Transplantologiya şöbəsinin 

müdiri Ruslan Məmmədov bildirdi ki

məqsəd bu inkişafı daha 

da sürətləndirməkdir. 

Konqresə  gələn  

qonaqların Tədris 

Cərrahiyyə Klinikasına 

da marağı böyük olub. 

Kalifornia Losanceles 

(UCLA) Universitetindən 

professor Hasan 

Yersiz, John Hopinks 

Xəstəxanasından 

hepatoloq, professor 

Ahmet Gürakan klinika 

ilə yaxından tanış 

oldular. Tədris Cərrahiyyə 

Klinikasının direktoru, 

professor Nuru Bayramov, 

Ruslan Məmmədov ATU-nun Tədris 

Cərrahiyyə Klinikası haqqında qonaqlara  

geniş  məlumat verdi. Daha sonra isə 

qonaqlar klinikanın Tədris Treyninq 

Mərkəzində yerləşən  mulyaj otaqlarında 

oldular. Qeyd olundu ki, bu otaqlar 

tələbə, həkim-rezidentlər üçün nəzərdə 

tutulmuş, dünya standartlarına uyğun 

ən müasir avadanlıqla təchiz olunmuş 

çoxfunksional bacarıq laboratoriyalarıdır.




http://www.amu.edu.az

16 iyun   2016-cı il

6

Bu günlərdə Azərbaycan Tibb 



Universitetinin (ATU) xarici 

tələbələri “Tərcümeyi-halımda 

Azərbaycanın yeri” adlı inşa 

müsabiqəsində iştirak ediblər.

Beynəlxalq Bakı Tələbə 

Klubunun həyata keçirdiyi 

layihə çərçivəsində təşkil 

olunan müsabiqə ATU-da 

təhsil alan əcnəbi tələbələrin 

də böyük marağına səbəb olub. 

Müsabiqədə xüsusi aktivlik 

nümayiş etdirən 60-a yaxın 

əcnəbi müəllifin özünəməxsus 

adətləri, kaloriti ilə seçilən Lahıc 

qəsəbəsinə ekskursiya təşkil 

olunub.


Yarış iştirakçıları arasında olan 

13 ATU tələbəsi daha çox fəallıq 

nümayiş etdirib. 

Layihənin məqsədi 

Azərbaycanda təhsil alan əcnəbi 

gənclərin ölkəmiz haqqında 

təəssüratlarını genişləndirmək, 

onların tariximiz, milli-mədəni 

dəyərlərimiz haqqında biliklərini 

artırmaq, Azərbaycan haqqında 

məlumatları gələcəkdə öz 

ölkələrində paylaşmasına nail 

olmaqdan ibarətdir. 

Əcnəbi tələbələr Lahıca 

ekskursiyaya gedib


Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin