Başkent Universitetinin rektoru atu-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Qabil ABDULLAYEV

Ş.Bayramov:

“OSKİ sisteminin tətbiqi 

zamanı heç bir problem qeydə 

alınmadı”

A

yda bir dəfə olmaqla müxtəlif 



klinikaların neonatoloqları ATU-nun 

Tədris Cərrahiyyə Klinikasında bir ara-

ya gələrək təcrübə və bilik mübadiləsi, müəyyən 

sahələrdə qaranlıq qalan mövzular üzərində 

müzakirələr aparırlar.

Seminar respublikanın baş neonatoloqu  

Rüstəm Hüseynovun, ATU-nun Tədris 

Cərrahiyyə Klinikasının neonatologiya 

kafedrasının müdiri, professor  Səfixan Həsənov 

və uzman Erkin Rəhimovun təşəbbüsü ilə 

keçirilib.

Seminarda Neonatologiya kafedrasının 

assistenti, t.ü.f.d. Sevinc Muxtarova “Su-

elektrolit balans və disbalans” haqqında ətraflı 

çıxış edərək, 3 xəstə üzərində aparılan müayinə 

müzakirə olundu. Klinikanın rezidenti Nərgiz 

Süleymanzadə “Kasabach–Merritt sindrom” lu 

(KMS) körpə ilə bağlı, Baku Medikal Plazadan  

həkim Nərgiz Məmmədova və həkim oftal-

moloq Rüxsarə Qurbanova “Erkən doğulan 

uşaqlarda ROP”, Caspian International Hos-

pitaldan Aynur Bağırova  isə “Fenilketonuria”-lı 

körpə və “Ağcaqayın şirəsi xəstəliyi” barədə geniş 

məruzə ilə çıxış ediblər.

Seminar iştirakçıları mövzulara dair  maraqlı 

disskusiya da aparıblar.

Həkim-

neonatoloqların 



növbəti 

seminarı 

Görüş  zamanı  tibb  elmləri  doktoru,  pro-

fessor  Davud  Pənahov  qonaqlara  klinikanın 

fəaliyyəti  haqqında  ətraflı  məlumat  verib.  O, 

klinikada tələbələrin yüksək səviyyəli təhsil və 

təcrübə əldə etməsi üçün hər cür imkan yara-

dıldığını bildirib.

Qonaqlar  klinikanın  müxtəlif  şöbələri,  o 

cümlədən  Tədris  Treyninq  Mərkəzindəki  si-

mulyasiya otaqları ilə tanış olublar. Mərkəzin 

şöbə  müdiri,  tibb  elmlər  namizədi,  dosent 

Qorxmaz  Əhmədov  qeyd  edib  ki,  simulya-

siya  otaqları  tələbə,  həkim-rezidentlər  üçün 

nəzərdə  tutulub  və  dünya  standartlarına  uy-

ğun ən müasir avadanlıqla təchiz olunublar:

“Burada tələbələr və rezidentlərin biliklərini 

artırması  üçün  bacarıq  laboratoriyaları 

fəaliyyət  göstərir.  MDB  ölkələrində  analoqu 

olmayan  bacarıq  laboratoriyalarında  anato-

mik, funksional və mulyaj simulyatlar quraşdı-

rılıb ki, bu da dünya standartları səviyyəsində 

gənc mütəxəssis hazırlığını təşkil etməyə im-

kan verir”.

Qeyd  olunub  ki,  mərkəzdə  ABŞ,  İsrail  və 

digər  ölkələrin  istehsalı  olan  robot-simulya-

torlar, anatomik, laparoskopik və endoskopik 

virtual simulyatorlar, çoxsaylı pediatrik, gine-

koloji, cərrahi, uroloji, BBQ (LOR), oftalmoloji, 

reanimatoloji və s. simulyatorlar və mulyajlar 

yerləşdirilib.

Qonaqlar ATU-nun Tədris Cərrahiyyə Klini-

kasında yaradılmış şəraitdən məmnunluqlarını 

bildiriblər.




Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin