Başkent Universitetinin rektoru atu-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   2   3   4   5   6   7   8   9   ...   24
3

4

5

5

6

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin ikinci 

dərəcəli yeni sərhəd gözətçi gəmisi ilə tanış olub

2

Azərbaycan Tibb Universitetinin rəhbərliyi  professor-

müəllim heyətini, bütün əmək daşları və tələbələri

 

münasibətilə təbrik edir!



Üç qat Avropa 

çempionu 

Rüstəm 

İmanzadə Tədris 

Cərrahiyyə 

Klinikasında 

müalicə alır


http://www.amu.edu.az

16 iyun   2016-cı il

2

 



Azərbaycanın baş toksikoloqu, ATU-

nun xarici tələbələrlə iş üzrə dekanı 

İsmayıl Əfəndiyev bu günlərdə Sankt-

Peterburq şəhərində keçirilən Ümum-

rusiya elmi-praktik konfransında 

iştirak edib. 

“Müasir toksikoloji narkologiya” adlı kon-

frans narkotikdən zəhərlənmələrə həsr olunub. 

İsmayıl Əfəndiyevin sözlərinə görə, narkotikdən 

zəhərlənmə bütün dünya üçün aktual bir 

problemdir. Belə ki, Ümumdünya Səhiyyə 

Təşkilatının hesablamalarına görə, təkcə opiat 

tərkibli narkotiklərdən hər il 70 min insan 

dünyasını dəyişir. 15 milyon insan isə hazırda 

narkotik asılılığından müalicə alır: “Konfransda 

Azərbaycanda bu sahədə mövcud vəziyyətlə 

bağlı məruzəylə çıxış etdik 

və digər ölkələrlə müqayisə 

apardıq. Məsələn, hazırda Rusi-

yada əsas problem “metadon” 

və “butirad” kimi narkotiklərlə 

zəhərlənmədir. Hələ ki, 

Azərbaycan üçün belə bir prob-

lem yoxdur. Avropa ölkələri 

üçün isə sintetik narkotiklərdən 

zəhərlənmə böyük bir problem-

dir. Onlardakı kokain, eksetezite 

narkotikləridir. Bütün tok-

sikoloji mərkəzlər üçün yeni bir 

problem üzə çıxıb ki, bunlara 

da yeni “dizayner narkotikləri” 

deyilir. “Dizayner narkotik” 

həmin sintetik narkotikin başqa 

bir adla insanlara satılması deməkdir. Məsələn, 

hamam duzu və ya qəlyan tütünü kimi və s”. 

İ. Əfəndiyev bildirdi ki, tərkibində narkotik 

maddələr olan 400-ə yaxın kimyəvi məhsul 

aşkarlanıb: “Ən təhlükəli olanı sintetik kan-

nabis - yəni nəşəyə bənzər bir maddələrdir və 

yeni qrupdur ki, bunlara da “kationlar” deyilir. 

Biz buna hazır olmalıyıq. Hazırda bu, Avropa 

və Qərb ölkələri üçün böyük problemdir, 

həddindən artıq çox yayılıb. İnternetdə həmin 

maddələr satılır, poçt vasitəsilə qeyri-leqal 

şəkildə ölkəyə çatdırılır”.

Dekanın sözlərinə görə, Azərbaycanda əsasən 

ənənəvi narkotiklərlə zəhərlənmə hallarına rast 

gəlinir: “Bunlar ilk növbədə xaşxaşdan alınan 

tiryək və sintetik kimyəvi yolla ondan alınan 

heroin kimi narkotiklərdən zəhərlənmələrdir. 

Bu halda zəhərlənmə çox ağır keçir, asılılıq da 

tez yaranır. Hətta heroindən 1-2 dəfə istifadə 

etdikdən sonra insanda həm fiziki, həm də 

psixoloji asılılıq yaranır ki, bundan da insan 

özü qurtula bilməz. Getdikcə doza çoxalır və 

bədənin narkotikə tələbatı artır. Axırda o həddə 

çatır ki, həmin şəxsdə kəskin zəhərlənmə olur, 

komaya düşür və bu peredozla xəstəxanaya 

yerləşdirilməli olur.” 

Müsahibimizin fikrincə, ən böyük 

problemlərdən biri insanların xarici ölkələrdən 

narkotik maddələri öz mədə traktında 

Azərbaycana keçirməyə çalışmasıdır: “Bu 

yaxınlarda belə bir hadisəylə rastlaşdıq. Bir xəstə 

İran sərhədini keçərkən, Biləsuvar rayonunda 

qəflətən huşunu itirib, komaya düşmüşdü. “San” 

Aviasiya yolu ilə Toksikologiya Mərkəzinə 

gətirilib və onun mədə-bağırsaq traktından 

35 ədəd xüsusi sellofana bükülmüş heroin 

konteynerlər çıxarılıb. Bu xəstə müalicədən 

sonra ayıldı və Hüquq Mühafizə Orqanlarına 

təhvil verildi”. 

İsmayıl Əfəndiyev təəssüflə qeyd etdi ki, 

xəstələr arasında məktəblilərə də rast gəlinir: 

“Bu məsələlərdə ilk növbədə valideynlər 

diqqətli olmalıdırlar. Əgər uşaq özünü qeyri-

adekvat aparırsa, yuxuludursa, göz bəbəkləri 

daralıbsa, sual verdikdə çox ləng cavab verirsə, 

nəfəsində nəsə dəyişiklik varsa, o halda təcili 

şəkildə həkimə müraciət etmək lazımdır. Çünki 

nə qədər tez bunun üstünə düşülərsə, o qədər 

tez sağalma ehtimalı artır”.

Həkim bildirib ki, narkotik istifadəçilərinin 

müalicəsi bütün dünyada çox böyük bir prob-

lemdir: “Biz toksikoloqlar əsasən zəhərlənməni 

qandan təmizləyir və fiziki asılılığı müalicə edə 

bilirik. Lakin xəstəni psixoloji asılılıqdan azad 

etmək psixoloqların işidir. Eyni zamanda, xron-

iki narkomanlar üçün hazırda dövlət tərəfindən 

metadon proqramı həyata keçirilir. Onlar rəsmi 

qeydiyyata düşür və hər gün pulsuz meta-

don maddəsi qəbul edirlər. Bu müalicə növü 

sayılmır, sadəcə vurulan ziyanın azalması - yəni 

“harm redaction”-: təmin edir”. 

İ.Əfəndiyev əlavə edib ki, bu proqram üzrə 

ölkəmizdə yüzlərlə insan qeydiyyatdadır. 

 

Bu  qayıdış  Azərbaycan  xalqı-



nın tələbi, o zamankı iqtidarın və 

digər  ictimai-siyasi  qüvvələrin 

təkid  və  xahişləri  əsasında  baş 

verib.  Bu  hadisələrə  23  illik  bir 

zaman  kəsiyindən  baxdıqda  gö-

rürük ki, 15 iyun 1993-cü il tarixi 

Azərbaycan dövlətini parçalanma-

dan qurtarması, habelə onun dina-

mik inkişafının, sürətli yüksəlişinin 

əsasının  qoyulduğu  dövr  idi.  Bu 

tarixin  araşdırılması  ölkəmizin 

gə-ləcəyi  üçün  həyati  əhəmiyyət 

kəsb edir. Azərbaycanın Milli Qur-

tuluşu  ilə  bağlı  dövlətçiliyimizin 

gələcək  mövcudluğunun  təməl 

daşı  qoyuldu.  Ulu  öndər    Heydər 

Əliyevin  xilaskarlıq  missiya-

sı 


nəticəsində 

Azərbaycan 

dünyanın  siyasi  xəritəsindən 

silinmək  təhlükəsindən,  Xalq 

Cümhuriyyətinin  acı  taleyini  bir 

daha  yaşamaq  aqibətindən  qur-

tuldu.  Milli  Qurtuluş  yeni,  yüksək 

intibaha açılan qapı kimi tariximizi 

şərəfləndirdi. Ulu öndərin müdrik-

liyi,  qətiyyəti  və  dövlətçilik  baca-

rığı sayəsində Azərbaycan tezliklə 

təlatümlərdən, 

sarsıntılardan 

uğurla  çıxaraq,  gələcəyə  inamla 

baxan bir dövlətə çevrildi.

Böyük zəka sahibi Heydər Əliyev 

özünün  unikal  fəaliyyəti,  əzəməti 

və qüdrəti ilə 1993-cü ilin iyunun-

da bir daha sübut etdi ki, yaşadığı 

dövründən  və  düşdüyü  mühitdən  

asılı olmayaraq tarixin əsl yaradı-

cısı  məhz  nəhəng  şəxsiyyətlərdir. 

Onun  tarixi  qayıdışı  obyektiv 

zəruriyyət,  sosial  sifariş,  xalqın 

istək və arzularının ifadəsi idi. Ar-

tıq 1993-cü ildən 23 il ötür. Aradan 

keçən  bu  illər  yalnız  sözügedən 

qayıdışa  bəslənən  ümidlərin  özü-

nü  doğrultması  ilə  yadda  qalma-

dı,  həm  də  Azərbaycanın  gələcək 

inkişafının  etibarlı  bünövrəsinin 

təməlini  qoydu.  Ulu  öndər  tarixi 

qayıdışı  ilə  xilaskarlıq  missiyasını 

ləyaqətlə  yerinə  yetirdi.  Eyni  za-

manda Azərbaycanın indiki sürətli 

inkişafının  strategiyası,  bütün 

sahələrdə  həyata  keçirilən  köklü 

islahatlar  da  öz  başlanğıcını  Milli 

Qurtuluşdan götürdü. 

1993-cü  ildən  sonra  cərəyan 

edən 

ictimai-siyasi, 



iqtisadi 

prosseslər,  bütün  sahələrdə  in-

kişafa  doğru  dönüş  yaradılma-

sı  həqiqətən  də  ölkəmizə  milli 

mənafelərimizi əldə rəhbər tutan, 

xarizmatik və qətiyyətli liderin, əsl 

siyasətçinin  rəhbərlik  etməsindən 

xəbər verirdi. O siyasiyətçidən ki, 

üzləşdiyi  çətinliklərə,  maneələrə, 

dövlət  çevrilişi  cəhdlərinə  bax-

mayaraq,  Azərbaycanı    vətəndaş 

müharibəsindən  qurtardı.  Heydər 

Əliyevin  prezident  seçilməsi  isə 

Azərbaycanda  tamamilə  yeni  bir 

ictimai-  siyasi  münasibətlər  sis-

teminin  bərqərar  edilməsinə, 

nəhayət,  ümumxalq  maraqlarının 

gerçəkləşməsinə səbəb oldu, xal-

qın  özünə  inamını,  sabaha  nik-

bin  baxışlarını  bərpa  etdi,  döv-

lətçiliyimizin  əsasını  təmin  edən 

ictimai-siyasi  sabitliyin  əsasını 

qoydu.  Azərbaycan  yalnız  Heydər 

Əliyevin  siyasi  hakimiyyətə  qa-

yıdışından  sonra  geosiyasi  im-

kanlarını  gerçəkləşdirə  bildi. 

Ümummilli  lider  Heydər  Əliyevin 

siyasəti  nəticəsində  Azərbaycan  

beynəlxalq aləmdən təcrid olun-

maq  təhlükəsin-dən  xilas  oldu, 

dünya  dövlətləri  arasında  özünə 

layiqli  yer  qazandı,  ölkənin  icti-

mai-siyasi,  sosial-iqtisadi,  elmi-

mədəni həyatında dönüş yarandı, 

sivil  və  hüquqi  dövlət  quruculu-

ğunun əsası qoyuldu.

Azərbaycanın  müstəqilliyinin 

möhkəmləndirilməsi, 

onun 

əbədi,  dönməz  xarakter  alması, 



ölkəmizin dinamik iqtisadi inkişaf 

yolu  ilə  inamlı  irəliləməsi,  onun 

beynəlxalq nüfuzunun sürətlə art-

ması  Heydər  Əliyevin  uzaqgörən 

və  zəngin  siyasi  fəaliyyəti 

sayəsində mümkün oldu. O, xal-

qa  əvəzsiz  xidmətləri  ilə  çağdaş 

tariximizdə  əbədilik  qazandı. 

Ölkəmizin inkişafı üçün onun ha-

zırladığı strateji istiqamətlər hələ 

uzun  illər  müstəqil  dövlətimizin 

daha  da  möhkəmləndirilməsi 

və 

gücləndirilməsi, 



iqtisadi 

qüdrətinin  artırılması,  xalqımızın 

layiq  olduğu  xoşbəxt  həyata  qo-

vuşması  işinə  xidmət  edəcəkdir. 

Zəmanəmizin  ən  görkəmli  siyasi 

xadimi öz uzaqgörənliyi, qətiyyəti 

və  əzmkarlığı  ilə  Azərbaycanın 

yeni  tarixində  dövlətçiliyimizin 

möhkəmləndirilməsinə,  müstəqil-

liyi mizin  əbədi  olmasına  verdiyi 

töh vələrə görə xalqımızın ümum-

milli liderinə çevrildi.

Bu  böyük  şəxsiyyətin    dərin 

zəkasının  sayəsində  ölkəmiz  de-

mokratik,  hüquqi  inkişaf  möv-

qelərinə çıxdı, qüdrətli şəx siy yətin 

işıqlı  ideyaları  müs təqilliyimizin 

daha da möh kəmləndirilməsi üçün 

əzəmətli  bir  təməl  oldu.  Heydər 

Əliyev  diplomatiyası  Azərbaycanı 

tarixən  çox  qısa  müddət  ərzində 

bütün  dünyaya  tanıtdı,  onun 

beynəlxalq  nüfuz  dairəsininin  

daha da genişlənməsini təmin etdi. 

Ulu  öndərin  milli  maraqla-

ra  əsaslanmaqla  həyata  keçir-

diyi  çoxşaxəli  siyasət  strategi-

yası  bu  gün  onun  layiqli  varisi 

- Azərbaycan Respublikasının pre-

zidenti  İlham  Əliyev  tərəfindən 

inamla  davam  etdirilir.  O,  ilk 

növbədə ulu öndərin başladığı neft 

strategiyasını  uğurla  davam  etdi-

rir. İlham Əliyevin əzmkarlıqla da-

vam  etdirdiyi  çoxşaxəli  islahatlar 

kursu  respublika  iqtisadiyyatında 

böyük uğurlar əldə edib, ölkəmizin 

günü-  gündən  çiçəklənməsinə  

səbəb  olub.  Dövlətimizin  başçısı 

iqtisadi inkişaf strategiyasının ar-

dıcıl şəkildə və yüksək dinamizimlə 

həyata  keçirilməsinə  möhkəm, 

dönməz  zəmin  formalaşdırıb. 

Bu  gün  Azərbaycan  xalqı  İlham 

Əliyevi ölkədə baş verən intibahın, 

siyasi  sabitliyin,  əmin-amanlığın 

və sülhün qarantı hesab edir, ona 

güvənir.  Çünki  xalq  öz  həyatında 

baş  vermis  böyük  dəyişikliklərin, 

respublikamızı    parlaq  sabahına 

doğru  yaxınlaşdıran  siyasi  kur-

sun  əhəmiyyətini  yaxşı  dərk  edir 

və  bu  siyasəti  birmənalı  şəkildə 

dəstəkləyir.  

 Ümummilli lider Heydər Əliyevin 

ikinci dəfə hakimiyyətə tarixi qa-

yıdışından  23  il  keçsə  də,  həmin 

taleyüklü məqam qədirbilən xalqı-

mız tərəfindən daim xatırlanır, ulu 

öndərin  vətən  və  xalq  qarşısın-

dakı  misilsiz  xidmətləri  ehtiram-

la  yad  olunur.  Hər  il  Azərbaycan 

dövlətçiliyinin  və  millətinin  tarixi 

xilas  günü  ölkəmizin  hər  yerində 

ümummilli bayramı kimi qeyd edi-

lir...



Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin