Səh. 2-də Səh. 8-də Səh. 5-də Səh. 10-da İbrahimxəlil r e g I



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7260
  1   2   3   4   5   6

Səh.2-də

Səh.8-də

Səh.5-də

Səh.10-da

İbrahimxəlil



R

e g

i

o n

R

e g

i

o n

№09 (184)     30.06.2015

Гязет 2008-ъи ил мартын 15-дян чыхыр

“region presi” sazogadoebrivi gazeTi



Иътимаи гязет

P R E S S



www.amm.ge

Vaqif İsaqoğlu



Tbilisidə Avropa Oyunlarına həsr 

olunan konsert keçirildi 

 

Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin təşkilatçılığı ilə 

Gürcüstanın  paytaxtı Tbilisi  şəhərində  Bakıda  keçirilən  I Avropa  Oyunlarına 

həsr olunmuş konsert keçirildi. 

Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər 

şöbəsinin  rəhbəri  Nərgiz  Əliyeva  çıxışında  bu  hadisənin  əhəmiyyətindən 

danışdı:  "Bu  gün  bu  tədbiri  keçirməkdə  əsas  məqsədimiz  Avopa  Oyunları 

sevincini  Gürcüstanda  da  paylaşmaqdır.  Bilirsiniz  ki,  Gürcüstandan  da 

oyunlara  idmançılar  qatılıb  və  bu  tədbir  vasitəsilə  biz  Gürcüstan  yığmasını 

dəstəklədiyimizi bildiririk və ümüd edirik ki, qalibiyyət sevincimiz artacaqdır." 

- deyə N.Əliyeva vurğuladı.

"Ceyran"  rəqs  ansamblı,  tar  ifaçıları,  gənc  müğənnilər  Hacıyev  qardaşları, 

Şaban Məmmədov və başqaları öz çıxışları ilə tədbirə rəng qatdılar, Marneuli 

Gənclər  Mərkəzinin  gənc  rəssamlarının  əsərləri  və  idmançılarının  nümunəvi 

şıxışları nümayiş olundu.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin, Azərbaycan 

Dövlət  Neft  Şirkətinin  Gürcüstan  nümayəndəliyinin  əməkdaşları,  gürcü  zi-

yalıları və gəncləri iştirak etdilər.

 Tədbirin  sonunda Avopa  Parlamentində  bir  neçə  deputatın  qərəzli  çıxışına 

etiraz olaraq bəyanat qəbul olundu, tədbir iştirakçıları tərəfindən imzalanaraq 

Avropa Parlamentinə göndərildi.

RegionPress

Ramazan

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və ən müqəddəs ay hesab edil-

ir. Onu məcazi mənada "on bir ayın sultanı" da adlandırırlar. Orucluq, hicrinin ikinci 

ilində  Məhəmməd  peyğəmbər  tərəfindən  Mədinədə  bu  məqsəd  üçün  Ramazan  ayı 

təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecəsinin birində 

Quran nazil olmuşdur. Deyilənə görə bu, həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 

27-nə keçən gecə baş vermişdir. Bu gecə "leylət al-Qadr" – qüdrətli, əzəmətli gecə 

adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! 

O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan 

yeri sökülənə kimi salamatlıqdır!" 



I Avropa Oyunları 

tarixə çevrildi

Srağagün  Bakı  Olimpiya  Stadionun-

da  “Bakı-2015″  I  Avropa  Oyunlarının 

bağlanış mərasimi başa çatıb.

Bağlanış mərasimində Azərbaycan Res-

publikasının  Prezidenti  İlham  Əliyev, 

xanımı,  “Bakı-2015”  I  Avropa  Oyunları 

Təşkilat  Komitəsinin  sədri  Mehriban 

Əliyeva,  Avropa  Olimpiya  Komitəsinin 

prezidenti  Patrik  Hikki,  Bolqarıstan  Pr-

ezidenti Rosen Plevneliyev, Rusiya Döv-

lət  Dumasının  sədri  Sergey  Narışkin, 

Lixtenşteyn  parlamentinin  sədri  Albert 

Frik, Avropa Olimpiya Komitəsinin, Bey-

nəlxalq  Olimpiya  Komitəsinin  nüma-

yəndələri, Avropa Olimpiya ailəsinin üzv-

lərin iştirak ediblər.



D. Narmaniya: 

“Təxminən 10 gün 

ərzində təmizlik 

işlərini sona 

yetirməliyik”

 

“Hesab  edirik  ki,  təxminən  10  gün 

ərzində  əsas  təmizlik  işlərini  sona 

yetirəcəyik” – deyə Tbilisi meri David 

Narmaniya bildirib. 

David Narmaniyanın dediyinə əsasən, 

paralel olaraq həm təmizlənən ərazidə 

layihələrin  hazırlanması,  həm  də  iki 

ərazidə tikinti işləri aparılır.

David  Narmaniya:  “Hesab  edirik  ki, 

10    gün  ərzində  əsas  təmizlik  işləri-

ni  sona  yetirəcəyik.  Paralel  rejimdə 

təmizlənən  ərazilərdə  layihələrin  ha-

zırlanmasına  başladıq  ki,  bərpa  işləri 

vaxtında başlasın.  Hazırda  iki  ərazidə 

tikinti  işləri  aparılır.  Sxneti  küçəsi 

13-də  dayaq  divarının  bərpası  işləri 

aparılır. Bu çox çətin olsa da, artıq bu 

layihəni həyata keçirməyə başlamışıq. 

İkinci  ərazi  isə,  yol  boyu  dayaq  di-

varının bərpa işləridir.”

Gürcüstanın Azərbaycandakı 

səfirliyi könüllü ianələr üçün 

xüsusi bank hesabı açıb

İyunun 13-dən 14-nə keçən gecə Tbilisi şəhərində baş vermiş 

təbii fəlakət nəticəsində 19 nəfər həlak olub, itkin düşənlərin 

axtarışları bu günə qədər davam etdirilir.

Gürcüstanın  Azərbaycandakı 

səfirliyi  bildirir  ki,  fəlakətin 

episentrində  sel  yaşayış  bina-

larını, tikililəri, avtonəqliyyat va-

sitələrini  tamamilə  məhv  edib, 

nəticədə  çox  sayda  insan  evsiz 

qalıb.  Təbii  fəlakər  şəhər  infra-

strukturuna  böyük  ziyan  vurub, 

şəhərin  mərkəzi  rayonlarının  bi-

rində yollar, körpülər, yaşıllıqlar və digər obyektlər məhv olub və 

nəqliyyat və piyadaların hərəkəti çətinləşib. Tarixi obyekt olan 

Tbilisi zooparkı tamamilə məhv olub və heyvanların əksəriyyəti 

tələf olub.

Səfirlikdən  daxil  olan  məlumatda  deyilir:  "Azərbaycandakı 

dostlarımız  bu  faciədə  bizə  öz  səmimi  dəstəklərini  göstərdilər 

və  səfirlik  Gürcüstan  xalqı  adından  bu  dəstəyə  görə  öz  min-

nətdarlığını  bildirir.  Bu  günə  qədər  səfirliyə  sadə  insanlar,  hö-

kumət  və  qeyri-hökumət  nümayəndələri,  işgüzar  strukturlar 

müraciət edərək başsağlığı verir və fəlakətdən ziyan çəkmiş in-

sanlara öz yardımlarını təklif edirlər".

Bununla  əlaqədar  Gürcüstan  səfirliyi Azərbaycan  Beynəlxalq 

Bankında azərbaycanlı fiziki və hüquqi şəxslərin könüllü ianələri 

üçün xüsusi bank hesabı açıb. Həmin hesab nömrəsi aşağıdakı 

kimidir:

Beneficiary  Bank:  The  International  Bank  of  Azerbaijan 

Republik,

“IBA-PREMIER”, CUSTOMER SERVICE

SWIFT: IBAZAZ2X

Nizami str., 67, Phone: (+99412) 493-00-91

Beneficiary: EMBASSY OF GEORGIA

IBAN N: AZ10IBAZ39020028409416149120

Gürcüstanın Azərbaycan Respublikasındaki səfirliyi

(Davamı səh. 12-də)

Azərbaycanlı gənclər 

Tbilisidə 

zərərçəkən 

ailələrə 

yardım 

edib

Dünyamızın dəli dərvişi, 

yaxud da 

şair 

Nizami Paşa 

Saraclıya 

salam... 

Sevəndə də sərhəd 

gözləmək...

(sense)

Əflatun Amaşov: 

"Xoşbəxtlik, bəlkə də, 

çox kiçik 

məsələlərlə 

bağlıdır"

Rəbiqə


Ölkəiçi

№09 (184) 30.06.2015

3

Gündəm

№09 (184) 30.06.2015

2

Azərbaycanlı gənclər Tbilisidə 

zərərçəkən ailələrə yardım edib

 

Azərbaycanlı gənclər Tbilisidə baş vermiş təbii fəlakət zamanı zərərçəkən ailələrə yardım aksiyaları 



təşkil  edib. Azərbaycanlıların  Mədəniyyət  Mərkəzinin  gənclər  şöbəsi  Tbilisidə  baş  vermiş  təbii 

fəlakət zamanı zərərçəkmiş ailələrə humanitar yardım göstərərək, ərzaq məhsulları və müəyyən lə-

vazimatlar təqdim edib. Qeyd olunub ki, bu yardım kampaniyasının başlanğıcıdır, AMM və Marneu-

li icra hakimiyyəti tərəfindən yardımlar və müəyyən tədbirlər davam edir: “Biz də öz tərəfimizdən 

gənclərə, əhaliyə üzümüzü tutaraq zərərçəkənlərə yardım məqsədilə müəyyən addımların atılmasını 

tövsiyə edirik. Mad-

di  və  ərzaqla  yar-

dım etmək istəyənlər 

AMM-ə və ya yerli 

icra hakimiyyətində 

yaradılmış  komis-

siyanın  rəhbəri  Ka-

mandar  İsmayılova 

müraciət  etsinlər”, 

– deyə şöbənin rəh-

bəri Nərgiz Əliyeva 

bildirib.

  Qeyd  edək  ki, 

yardım  xarici  öl-

kələrdən  də  qəbul 

olunur.

RegionPress

Marneuliyə 

dəyən ziyan 

hesablanır

Marneuli  bələdiyyəsində  güclü  külək, 

yağış  və  dolu  nəticəsində vətəndaşlara  və 

şəhərə dəyən ziyanı yerli özünüidarəetmədə 

yaranmış xüsusi işçi qrupu araşdırır. Dəyən 

zərərin  qədərini  də  məhz  bu  komissiya 

təyin edəcək.

Yerli  özünüidarəetmənin  əməkdaşların-

dan  ibarət  komissiya  üzvləri  şəhərin    və 

kəndlərin zərərçəkən sakinləri ilə görüşərək 

hadisə  yerlərini  gözdən  keçirir,  hər  şeyi 

qeydiyyata alırlar.



"Salam" Mədəni Xeyriyyə 

Mərkəzinin üzvləri əlil və imkansız  

soydaşlarımızla görüşdülər

Gürcüstan  Müsəlmanlar  İdarəsinin  dəstəyi  və  Rustavidə  fəaliyyət  göstərən 

"Salam" Mədəni Xeyriyyə Mərkəzinin təşkilatçılığı ilə Ramazan ayının başlanması 

münasibətilə  "Salam"  Mədəni  Xeyriyyə  Mərkəzində  qeydiyyatda  olan  dörd  əlil 

vətəndaşa  müxtəlif  növ  yar-

dımlar  edilib.  Əlillərə  və 

imkansızlara  edilən  yardım 

ilk öncə Tbilisinin  Ponicala 

kəndində  yaşayan  1957-ci 

il  təvəllüdlü    Əsgərov  El-

izbara    ərzaq  və  əl  radiosu, 

həmin  kəndin  digər  sakini 

1981-ci  il  təvəllüdlü  Məm-

mədova  Donaraya isə   bay-

ram  sovqatı  hədiyyə  edilib. 

Onların  durumu  ilə  maraq-

lanan "Salam" Mədəni Xey-

riyyə Mərkəzinin sədri Maya 

Rəcəbova  sonra  Rustavi  şəhərinə  gələrək,  orada  yaşayan  1948-ci  il  təvəllüdlü,  7 

ildir ki, yataq xəstəsi olan Mayıl Mehdiyevə əlil arabasını  hədiyyə edib. Xeyriyyə 

cəmiyyətinin  üzvləri  xeyriyyə  aksiyası  gününün  sonunda  Qardabani  rayonunun 

Kosalı  kəndində  olublar.  Mərkəz    üzvləri  həmin  kənddə  də  29  yaşlı  1986-cı  il 

təvəllüdlü əlil Xiyalov Elşənə əlil arabası hədiyyə ediblər. Onu da qeyd edək ki, 

"Salam" Mədəni Xeyriyyə Mərkəzi Rustavi şəhərində yaradılaraq bir neçə ay bun-

dan  oncə  fəaliyyətə  başlayıb. Ancaq  qısa  müddət  ərzində  bir  çox  xeyirxah  işlər 

həyata keçirib. Biz "Salam" Mədəni Xeyriyyə Mərkəzinə və onun rəhbəri xanım 

Maya Rəcəbovaya bu xeyirxah işlərində uğurlar arzulayırıq.   

Rustavidə “Bakı-2015  I Avropa Oyunlarına dəstək” 

adlı konsert proqramı keçirildi

Gürcüstanın ən böyük sənaye şəhəri olan Rustavidə "Salam" Mədəni Xeyriyyə Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı-2015 I Av-

ropa Oyunlarına həsr olunmuş konsert proqramı keçirilib. Rustavinin “Qorda” stadionunda baş tutan  konserti giriş sözü ilə "Salam" Mədəni 

Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova açıb. O, bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar da Bakıda keçirilən I Avropa Oyunlarına 

dəstək olaraq bu tarixi idman yarışlarının keçirilməsinə görə hədsiz dərəcədə böyük sevinc hissi keçirirlər. Sonra xanım Maya Rəcəbova Bakı-

2015 I Avropa Oyunlarında iştirak edən Azərbaycan və Gürcüstan idmançılarına uğurlar arzuladı. Konsert proqramı Gürcüstan Aşıqlar Birli-

yinin ən gənc üzvü olan Maksim Rəcəbovun 

səhnəyə çıxışı ilə start götürdü. O, ilk çıxışına 

“Gürcüstanlı Azəriyəm”  mahnısı  ilə  başladı. 

Sonra  söz  konsertin  fəxri  qonağı  olan  gənc 

müğənni  Üzeyir  Mehdizadəyə  verildi.  Gənc 

müğənni  özünün  rəngarəng  mahnı  repertuarı 

ilə  stadiona    toplaşan  gənc  tamaşaçıların 

qəlbini  qısa  bir  müddətdə  fəth  etməyə  nail 

oldu.  Onu  da  qeyd  edək  ki,  “Qorda”  stadio-

nunda baş tutan “I Avropa Oyunlarına dəstək” 

adlı konsert proqramında “Sarvan” rəqs qru-

pu  rəqqasələrinin  çıxışları,  Aşıq  Maksimin 

saz  havaları  tamaşaçılara  daha  da  xoş  ovqat 

bağışladı.  Konsertdə  Gürcüstanın  müxtəlif 

bölgələrindən, Qardabani, Marneuli, Saqareco, 

Dmanisi, Bolnisi və paytaxt Tbilisidən gələn 

soydaşlarımız,  eləcə  də  gürcü  içtimayətinin 

nümayəndələri və rejissor xanım Manana Al-

paidze də iştirak ediblər.

 

      Nadir Almazoğlu



КВЕМО КАРТЛИ  

ТЕЛЕШИРКЯТИНДЯ ЙЕНИЛИК 

Артыг бир нечя щяфтядир ки,  

Квемо  Картли  телеширкяти 

щяфтядя бир дяфя  бюлэядя баш 

верян  щадислярин  дайъестини 

азярбайъан дилиндя  сойдаш-

ларымыза чатдырыр.  Щяр базар 

эцнц    ахшам  саат    20.30 

радяляриндя    динляйиъиляр 

гаршысында  Алмаз Машов  

«Хроника»  програмында 

хябярлярля  юз динляйиъилярини 

таныш едир. 

Ону да гейд етмяк лазымдыр ки, Алмаз Мирзя оьлу  Илйа Дювлят Uниверситетинин 

теле-журналистика факцлтясини битириб. Мцяййян бир вахт Азярбайъан Rесpуbликасы-

нын АНС телеширкятиндя ямякдашлыг едиб. GO GROUP MEDIA  цчцн ики  филм 

чякиб.  Бядии йарадыъылыгла мцнтязям шякилдя мяшьул олур. Онун щекайяляри эцръц 

мятбуатында, еляъя дя Азярбайъан мятбуатында  вахташыры дяръ едилир. 



SOCAR Gürcüstanda 

daşqının nəticələrinin 

aradan qaldırılmasına 

yardım göstərir

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) 

Gürcüstandakı  nümayəndəliyi  Tbilisidə  daş-

qının nəticələrinin aradan qaldırılmasına yardım 

göstərir. Bu barədə SOCAR şirkətinin baş direk-

toru Mahir Məmmədov məlumat verib.

O bildirib ki, şirkət daşqının nəticələrinin ara-

dan qaldırılması üçün Tbilisi meriyasına 10 min 

litr benzin və 50 min lari vəsait ayırıb: “SOCAR 

heyəti Tbilisidə daşqın zamanı həlak olanların 

ailələrinə  başsağlığı  verir.  Şirkət  tərəfindən 

dərhal  qərargah  yaradılıb  və  əməkdaşlarımız 

daşqın nəticəsində zərər çəkənlərə yardım gös-

tərmək  üçün  ilkin  tələbat  əşyaları  toplamağa 

başlayıb”.

SOCAR-ın  Gürcüstan  nümayəndəliyinin  rəh-

bərliyi  əhaliyə  yardım  üsullarını  nəzərdən  ke-

çirir.


Gürcüstan səfiri:

 “Avropa 

Oyunlarının möhtəşəm bağlanış 

mərasimi böyük idman tədbirinə 

layiqli final oldu” 

Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri 

Teymuraz Şaraşenidze bağlanış mərasimini şərh 

edərkən deyib.

Diplomat  bildirib  ki,  açılış  mərasimi  kimi 

bağlanış  mərasimi  də  Olimpiadaya  layiq 

tədbirlər  oldu: 

“Azərbaycan 

bütün dünya-

ya  sübut  etdi 

ki,  I  Avropa 

Oyunları  kimi 

böyük miqyaslı 

tədbiri  nəinki 

qəbul  etmək, 

h ə m ç i n i n 

uğurla  keçirə 

bilər.  İdman 

arenaları,  idman  yarışlarının  təşkili,  açılış  və 

bağlanış mərasimləri Azərbaycanın uğurları və 

idman nailiyyətlərini nümayiş etdirdi” - deyə o 

bildirib.



Marneulidəki  Mülki  Məşğulluq 

Mərkəzində "2015-2020-ci illər üçün 

Vətəndaş  Bərabərliyi  və  İnteqrasiya 

Strategiyası"  sənədinin  təqdmatı  ke-

çirilib.  Tədbir  Gürcüstan  Barışıq  və 

Vətəndaş  Bərabərliyi  məsələləri  üzrə 

Dövlət Nazirliyi aparatının təşəbbüsü 

və  təşkilatçılığı  ilə  azərbaycanlıların 

yığcam  yaşadığı  Marneulidə  baş  tu-

tub.  Tədbirdə  Gürcüstan  Barışıq  və 

Vətəndaş  Bərabərliyi  məsələləri  üzrə 

Dövlət Nazirliyinin şöbə müdiri Tina 

Qoqeliani  "2015-2020-ci  illər  üçün 

Vətəndaş  Bərabərliyi  və  İnteqrasiya 

Strategiyası"  sənədini  təqdim  edib. 

Təqdimat  mərasimində  Gürcüstan 

Barışıq  və  Vətəndaş  Bərabərliyi 

məsələləri  üzrə  Dövlət  Nazirliyinin 

Vətəndaş  İnteqrasiyası  Departamen-

tinin  rəisi  Zviad  Zviadadze,  na-

zirliyin  Kvemo  Kartli  bölgəsi  üzrə 

nümayəndəsi  Zaur  Darğallı    çıxış 

edərək  2015-2020-ci  illər  ərzində 

həyata keçiriləcək Vətəndaş Bərabər-

liyi  və  İnteqrasiya  Strategiyasının 

vacibliyindən  və  siyasətin  konkret 

mexanizmlərindən, qadınların hüquq-

larının qorunmasından, milli azlıqlara 

informasiyanın  çatdırılmasında  jur-

nalistlərin  rolundan,  azlıqların  seçki-

lərdə 

Gürcüstanın 



tamhüquqlu  vətən-

daşları  olaraq  iştira-

kından  söhbət  açıb-

lar.  Çıxışçılar  qeyd 

ediblər  ki,  strategiya 

sənədi milli azlıqların 

yaşadığı  bölgələrdə 

əvvəlcədən  müzaki-

rə  olunub  və  irəli 

sürülən 


problem 

və  təkliflər  nəzərə 

alınıb. 

Sənədin təqdimatın-

dan  sonra  qeyri-hökumət  təşkilatla-

rının,  media  və  yerli  hakimiyyət 

orqanlarının  nümayəndələri  və  Gür-

cüstan  ali  məktəblərində  təhsil  alan 

tələbələr,  gürcü  və  Azərbaycandilli 

orta  məktəblərdə  çalışan  müəllimlər  

sənədə  əlavə  etmək  üçün  yenə  də 

təklif və rəylərini bildiriblər. Tədbirdə 

nazirlik rəsmilərinə ünvanlanan sual-

lar cavablandırılıb. 

Gürcüstan  Barışıq  və  Vətəndaş 

Bərabərliyi  məsələləri  üzrə  Dövlət 

Nazirliyinin  şöbə  müdiri  Tina  Qoqe-

liani açıqlamasında yeni strategiyanın 

müzakirəsi  zamanı  yeni  təşəbbüslər 

və  təklif  və  rəylər  aldıqlarını  bildi-

rib:  "Bu  sənədi  həyata  keçirməkdə 

məqsədimiz dövlətin siyasəti ilə bağlı 

qarşıya  qoyduğumuz  tapşırıqların 

yerinə yetirilməsidir. Biz, öncə dövlət 

dilinin  öyrənilməsini  əsas  məsələ 

kimi  irəli  sürür  və  milli  azlıqların 

dövlət dilini mükəmməl bilməsi üçün 

istənilən  şərait  yaradırıq.  Düşünürük 

ki,  bu  strategiya  keyfiyyətli  şəkildə 

həyata keçərsə, qarşıdan gələn illərdə 

biz  məqsədimizə  çatacağıq.  Biz  eyni 

zamanda  strategiya  sənədində  dəqiq 

olaraq  müxtəlif  layihə  və  proqram-

larda milli azlıqların dilində fəaliyyət 

göstərən məktəblərin inkişafı və kadr 

çatışmazlıqlarına  da  böyük  diqqət 

yetirəcəyik.  Qeyd  edim  ki,  istər 

məktəbəqədər  müəssisələrdə,  istərsə 

də  orta  və  ali  məktəblərdə  ən  böyük 

diqqət  bütün  səviyyələrdə  təhsilin 

keyfiyyətli  tədrisinə  yönəldiləcək. 

Bu  diqqətə  həm  də  müəllimlərin 

təkmilləşdirilməsi, kadr hazırlığı, dərs 

resurslarının keyfiyyətli nəşr olunması 

da  daxil  olacaq.  Bu  zəncirvari 

inkişafın  mərhələli  şəkildə  həyata 

keçirilməsində hansısa zəncir qırılarsa, 

onda  təhsilin  keyfiyyəti  də  olmaya-

caq. Buna görə də hər bir mərhələdə 

məsuliyyətlə çalışmaq və inkişaf üçün 

müsbət nəticələr əldə etmək lazımdır 

və bununla biz problem məsələləri də 

həll  edəcəyik,"  -  deyə  T.  Qoqeliani 

bildirib.

T.  Qoqeliani  həmçinin  qeyd  edib 

ki,  bölgələrdə  milli  azlıqlarla  məslə-

hətləşmələrdən  və  diskussiyalardan 

sonra  qəbul  olunacaq  "2015-2020-ci 

illər  üçün  Vətəndaş  Bərabərliyi  və 

İnteqrasiya  Strategiyası"  sənədini 

Gürcüstan  hökumətinə  təsdiq  üçün 

təqdim edəcəyik.



N. Məmmədzadə

Ölkəiçi

№09 (184) 30.06.2015

3

Gündəm

№09 (184) 30.06.2015

2

Alman mədəniyyət abidələrinin 

abadlaşdırılma-araşdırılma layihəsi

İyunun 5 də, Gürcüstanın Milli-Mədəni İrs Agentliyi tərəfindən  

maliyyələşən “Alman mədəniyət abidələrinin abadlaşdırılma-

araşdırılma”layihəsi  çərçivəsində  Marneuli  bələdiyyəsinin 

Ulyanovka və Tamarisi kəndlərində mövcud olan qədim alman 

evlərinə baş çəkildi. 

Sözügedən 

ekspedisi-

yada  yerli  özünüidarənin 

dəstəyi ilə Cənubi Qafqaz-

da  Almaniyanın  mədəni 

irsin mühafizəsi ittifaqının 

üzvü,  arxitektor-memar-

bərpaçı Nestan Tataraşvili 

Marneuli  bələdiyyəsinin 

təhsil, mədəniyyət, idman 

və gənclər üzrə iş şöbəsinin 

baş  mütəxəssisi  Elquca  Kupatadze,  Marneuli  bələdiyyəsinin 

icra başçısının Ağkörpü və Tamarisidəki nümayəndələri Zaal 

Nadiradze və Mirza Jorjoliani iştirak edirdilər. 

Adı çəkilən layihə Bolnisi, Asureti və Trialetidə olan alman 

tikililərinin  İnventarlaşdırma-sertifikatlaşdırma-araşdırılması-

nı,  eyni  zamanda  alman  evlərinin  qeydiyyatını  və  yeri-

nin  müəyyənləşdirilməsini,  bunu  göstərəcək  müvafiq  elmi 

sənədlərin və xəritələrin hazırlanmasını nəzərdə tutur. 

Araşdırmadan  əlavə,  Milli  Agentlik  hazırlanmış  nəticələr 

əsasında  məskənlərə  abidə  adının  verilməsi  və  konkret 

yerlərə  təcili  müdafiə,  qoruyucu  tədbirlərin  təşkil  olunmasını 

planlaşdırır.

Marneuli xəbərləri

Tbilisiyə yardım

Paytaxtda  təbii  fəlakətin  səbəb  olduğu  fa-

ciədən  sonra,  zərərçəkən  ailələrə  yardım 

etmək  məqsədi  ilə  Marneuli  bələdiyyəsinin 

icra başçısı Merab Topçişvili növbədənkənar 

iclas  çağırdı.  Fövqəladə  iclasda  bələdiyyə 

sədri Nəbi Abdullayev, xidmət rəhbərləri və 

deputatlar istirak etdilər.

İclasda  qərar  verildi  ki,  Marneuli  bələ-

diyyəsinin  özünüidarəsi  təbii  fəlakət  nəticəsində  zərərçəkən 

ailələrə  ilkin  gigiyenik  vasitələrlə  və  ərzaq  məhsulları  ilə 

yardım göstərəcək.

Marneuli bələdiyyəsi zərərçəkən əhaliyə humanitar yardımı 

iyunun 17-də təqdim etdi. Bildirildi ki,bələdiyyənin əməkdaşları 

və əhali hər ehtimala qarşı yardım göstərməyə hazırdır.

İyunun 15 də, Matəm günü ilə bağlı, Marneuli bələdiyyəsinin 

özünüidarəsinin  inzibati  binasının  dam  örtüyündən  dövlət 

bayrağı aşağı endirildi. 



Olimpiya məşəli qəbul edildi

Olimpiyanın  rəmzi  olan  Məşəl  Maneuliyə,  Bolnis  bələ-

diyəsindən sonra daxil oldu.

Məşəlin  gəlişini  qeyd  etmək  məqsədi  ilə  şəhərin  girişində 

gənclərin  iştirakı  ilə  şən  fleş-mob  hazırlandı,  ondan  sonra 

məşəlin şəhərə estafetasına başlandı. 

Qonşu bələdiyyədən Marneuliyə daxil olan Məşəli ilk olaraq 

icra başçısının müavini Teymuraz Beridze alovlandırdı. Sonra 

estafeta növbə ilə yerli və titullu idmançılara – Etibar Elçiyevə, 

Müslüm  Qəhrəmanova,  Zaza  Davadzeyə,  Jora  Serobyana  və 

Lomer Jorjolianiyə keçdi.

Məşəl daşıyıcıları məşəli Marneulinin mərkəzinə çatdırdılar. 

Orada təntənəli idman və mədəni tədbirlər keçirildi.

Bayram tədbirində qubernatorun müavini Ramin İsmayılov, 

bələdiyyə sədri Nəbi Abdullayev, icra başçısı Merab Topçişvili, 

onun müavinləri, yerli hakimiyyətin əməkdaşları və dəvət olu-

nan qonaqlar iştirak etdilər.

Tədbir möhtəşəm atəşfəşanlıqla  başa çatdı. 



DİN 32 kiloqram partlayıcı 

maddə aşkarladı

Gürcüstan  Daxili  İşlər  Nazirliyinin  Acara  Baş  İdarəsinin 

Kobuleti rayonu Muxaestate şöbəsinin əməkdaşları keçirilən 

operativ-axtarış  tədbirləri  nəticəsində  1986-cı  il  təvəllüdlü 

Tamaz C.-ni hərbi sursat, partlayıcı maddələrin qanunsuz alıb-

saxlanması  ilə  əlaqədar  Kobuletidə  yaxaladılar.  Daxili  İşlər 

Nazirliyinin məlumatına əsasən, hüquq mühavizəçiləri Kobu-

letinin Kvirike kəndində ittiham edilən şəxsin evində axtarış 

aparan zaman, evin anbarında 32 kq. trotil, 18 kapsula deto-

nator  və  30  metr  uzunluğu 

olan  yanğına  davamlı  sim 

aşkar  ediblər.  Saxlanılan 

şəxs törədilən cinayəti boy-

nuna  alıb.  Hərbi  sursatın, 

partlayıcı  vasitələri  qanun-

suz  alıb-saxlama  faktı  üzrə 

istintaq aparılır. 

Zaza Uruşadze Amerika 

Kino Akademiyasının 

üzvü seçildi

Bu il “Oskar”  və “Qızıl qlobus” film mükafatlarının 

“Xarici dildə ən yaxşı film” nominasiyasına təqdim 

edilmiş  “Mandarinlər”  filminin  rejissoru  Zaza 

Uruşadze  Amerika  Kino  Akademiyasının  üzvü 

seçildi.  Bu  haqda  rejissor  sosial  şəbəkədə  yazıb: 

“Rəsmi olaraq Amerika Kino Akademiyasının üzvü 

oldum.”


Bütün Gürcüstanın Katolikos-


Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin