Başkent Universitetinin rektoru atu-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   2   3   4   5   6   7   8   9   10   ...   24
Günel ASLANOVA

A

zərbaycan Tibb 

Universitetində 

mayın 31-dən etibarən 

yay imtahan sessiyasına 

start verilib. İyunun 

1-də universitetin Tədris 

Cərrahiyyə Klinikasının 

Treyninq Mərkəzində 

daxili xəstəliklər və 

mamalıq-ginekologiya 

kafedraları üzrə yekun 

dövlət attestasiyası 

keçirilib.

Yay  imtahan sessiyasına start verildi

Yay  imtahan sessiyasına start verildi


16 iyun 2016-cı il

http://www.amu.edu.az

5

ATU-nun mətbuat xidməti



Mayın 31-dən etiba-



rən Azərbaycan Tibb 

Universitetində yay im-

tahan sessiyasına start 

verilib. İmtahanın ge-

dişi ilə əlaqədar Virtual 

Test Mərkəzinin direk-

toru, dosent Şahin Bay-

ramovla görüşüb, onun 

fikirlərini öyrənmək 

qərarına gəldik.

Şahin  müəllimin  “Təbib” 

qəzetinə  açıqlamasına  görə, 

əczaçılıq  fakültəsinin  IV, 

stoma tologiya 

fakültəsinin 

V,    müalicə-profilaktika  və  

hərbi  fakültələrin  VI  kurs 

tələbələri    mayın  10-dan 

27-dək  buraxılış  kurs  im-

tahanlarında  iştirak  edib.                                                                                   

Mayın  31-dən  isə  yay  imta-

han  sessiyasının  başladığını 

və bunun iyulun 4-dək davam 

edəcəyini  (açıqlama  iyunun 

14-də  alınıb  –  Q.A)    bildirən 

Ş.Bayramov,  həmin gün tibbi-

profilaktika fakültəsindən baş-

qa  bütün  fakültələrdə  dövlət 

imtahanının 

götürüldüyünü 

qeyd  edib.  İmtahan  prose-

sinin  normal  axarla  keçdiyi-

ni,  heç  bir  problemin  qeydə 

alınmadığını  və    həmin  günə 

qədər  15945  imtahan  keçi-

rildiyini  diqqətimizə  çatdırıb. 

Onlardan  212  nəfərin  dövlət 

imtahanında iştirak etdiyini və 

əksəriyyətinin  müvəffəqiyyət 

qazandığını,    43  tələbənin  17 

baldan az topladığını bildirib.   

Şahin  müəllim  həmçinin  

yeni  sistem  ilə  imtahanların 

götürülməsi məsələsinə də to-

xunaraq  əhəmiyyətindən  söz 

açıb.  Bildirib  ki,  beynəlxalq 

standartlara uyğun olan OSKİ 

(Obyektiv  Strukturlaşmış  Kli-

nik  İmtahan)  kredit  sistemi  ilə 

təhsil  alan  tələbələrin  biliyi-

nin  dəyərləndirilməsində  bu 

il  tətbiq  olunub:  “Tələbənin 

biliyi  100  ballıq    şkala  ilə 

dəyərləndirilir  və  tələbə 

bunun 50 balını gündəlik 

fəaliyyəti  ilə  qazan-

malıdır. 

Kafedralarda 

tələbənin  biliyi,  bacarığı, 

davamiyyəti  və  sərbəst 

işləri  müxtəlif  ballarla 

dəyərləndirilir  və  bu,  50 

baldan  yuxarı  olmamalı, 

tələbə qalan 50 balını isə 

imtahandan qazanmalıdır. 

OSKİ  sistemində  tələbə 

konkret  stiuasiyalar  üzrə  ca-

vab  verir  və  münsiflər  heyəti 

yalnız  tələbəni  dinləyir  və 

ya  onun  gördüyü  situasiya-

nı  heç  bir  müdaxilə  etmədən 

izləyir.  Tələbənin  biliyi  son-

da 


münsiflər 

tərəfindən 

dəyərləndirilir. Məsələn, tələbə 

bilet  çəkir  və  tutaq  ki,  orada 

ürəyin  kardioqramması  üzrə 

pasiyentin  müayinə  əsasında 

xəstəliyi  müəyyənləşir.”  –

deyən  dosent  bu  sistemin 

tələbələr tərəfindən yaxşı qar-

şılandığını qeyd etdi və tətbiq 

zamanı heç bir problemin qeyd 

olunmadığını vurğuladı.




Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin