Başkent Universitetinin rektoru atu-da qonaq oldu


Başkent  Universitetinin



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə5/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   2   3   4   5   6   7   8   9   ...   24
Başkent 

Universitetinin 

rektoru ATU-da 

qonaq oldu

 

u



 

 

İyunun 14-də 

Azərbaycan Tibb 

Universitetində Milli 

Qurtuluş Gününə həsr 

olunmuş tədbir keçirildi. 

 Azərbaycan Tibb Universiteti və 

Nəsimi Rayon İcra Hakimiyyətinin 

birgə  təşkilatçılığı  ilə  baş  tutan 

tədbiri  giriş  sözü  ilə  açan  ATU-

nun  rektoru,  professor  Gəray 

Gəraybəyli  toplantı  iştirakçılarını 

bayram münasibəti ilə təbrik etdi. 

Bundan  sonra    Azərbaycan  Dövlət 

Himni səsləndirildi. 

15  iyunun  böyük  ictimai-siyasi  və 

tarixi əhəmiyyətə malik bir gün oldu-

ğunu bildirən rektor ümummilli lideri-

miz Heydər Əliyevin xalqımızın təkidli 

tələbi  ilə  yenidən  siyasi  hakimiyyətə 

qayıtmasını  Azərbaycanın  çoxəsrlik 

tarixində  taleyüklü,  möhtəşəm  siyasi 

hadisə  kimi  dəyərləndirdi:    “Müstəqil 

Azərbaycanımızın  çox  parlaq,  se-

vindirici  səhifələri  ilə  yanaşı,  müasir 

həyatımızda çətin, təhlükəli məqamlar 

da yaşamışıq. 1993-cü ilin iyun ayını 

Azərbaycanın müstəqilliyi, dövlətçiliyi 

tarixində  ən  ağır  aylardan  biri  hesab 

etmək  olar.  Çünki  o  zaman  iqtidarın 

iflic vəziyyətdə olması, hərbi qruplaş-

malar, xarici ölkələrdən maliyyələşən 

radikal 


qurumların 

fəallaşması 

nəticəsində ölkəmiz artıq parçalamaq 

təhlükəsi  ilə  üzləşmişdı,  çətinliklə 

qazandığımız  müstəqilliyimiz  böyük 

risk altında idi. Hər gün bir-birindən 

həyəcanlı  xəbərlər  gəlirdi.  Şimal-

da,  cənubda  separatçılıq  meyllərinin 

güclənməsi,  super  güclərin  təsiri  və 

bütün  bölgələrdə  cinayətkar  qrup-

ların  meydana  çıxması  vətəndaş 

müharibəsinə  gətirib  çıxarır,  qardaş 

qırğınına  yol  açırdı.  İqtidarda  olan 

qüvvələrin ölkədəki vəziyyətə nəzarəti 

itirdiyi bir zamanda bütün ziyalıların, 

bütövlükdə  xalqımızın  baxışları  milli 

liderimiz Heydər Əliyevə yönəlmişdi”. 

Ulu Öndərin xalqın təkidi ilə Bakıya 

dönüşü,  böyük  siyasətə  qayıdışı  gü-

nünü  -  15  iyunu  Azərbaycanımızın, 

xalqımızın  xilas  günü  adlandıran 

rektor qeyd etdi ki, bu zalda əyləşən 

gənclərimiz bizdən fərqli olaraq o ta-

rixi  özləri  yaşamayıblar,  kitablardan 

oxuyublar.  Bizim  nəsil  isə  o  günləri 

gözü ilə görüb: “Bakının üstündə uçan 

hərbi vertolyotları, günorta vaxtların-

da eşidilən atəş səslərini yaxşı xatır-

layırıq. Bəlkə də az adam inanardı ki, 

bir neçə ildən sonra Ulu Öndərimizin 

rəhbərliyi  altında  o  qədər  də  böyük 

olmayan  ölkəmiz  belə  böyük  uğur-

lara  imza  atacaq.  Mən  deyərdim  ki, 

həqiqətən  də,  Azərbaycan  Heydər 

Əliyevin simasında böyük bir xilaska-

rını tapdı”.

  Heydər  Əliyevin  dünyada  bar-

maqla  sayılan  siyasətçilərdən  oldu-

ğunu  xatırladan  rektor  bildirdi  ki, 

məhz  onun  ikinci  dəfə  hakimiyyətə 

gəlişi  Azərbaycanın  bütün  sahələr 

üzrə    inkişafına  gətirib  çıxarmışdır: 

“Sizin  hamınızın  yadındadır  ki,  Ulu 

Öndər  inkişaf  etmiş  ölkələrin  başçı-

ları  ilə  müqavilələr  bağlayırdı.  Bütün 

səfərlərində  Dağlıq  Qarabağ  prob-

lemini  qaldırır,  dünyaya  həqiqəti 

çatdırırdı.  Çünki  dövlətlərin  çoxu 

Azərbaycanda  olan  real  vəziyyətdən 

bixəbər  idilər.  Bu  danışıqlar,  bu  in-

kişaf,  nəhayət,  əsrin  müqaviləsinin 

imzalanması  ilə  nəticələndi.  Heydər 

Əliyev tərəfindən aparılan uzaqgörən 

siyasət  nəticəsində  Azərbaycan  öz 

parlaq inkişaf yoluna qədəm qoydu”. 

Rektor  qeyd  etdi  ki,  Heydər  Əliyev 

irsi  bu  gün  də  öyrənilir.  Bu,  bir 

xoşbəxtlikdir  ki,  ümummilli  lideri-

mizin  yolunu  möhtərəm  preziden-

timiz  İlham  Əliyev  cənabları  uğurla 

davam  etdirir:  “Azərbaycan  dünya-

nın  ən  nüfuzlu  xəbər  agentliklərinin 

diqqət mərkəzindədir. Elə bir iqtisadi, 

siyasi,  idman  və  sosial  tədbir  yox-

dur  ki,  Azərbaycan  orada  qabaqcıl 

səviyyədə təmsil olunmasın. Ölkəmiz 

“Formula  1”    yarışlarının  keçirildiyi 

məkana  çevrilməklə  yenidən  dünya-

nın  gündəmindədir.  Bütün  bunlar  15 

iyundan başlayan inkişafın uğurlu da-

vamıdır. 15 iyun Azərbaycan tarixində 

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq 

missiyasının  başlandığı gündür”. 

Daha  sonra  Nəsimi  Rayon  İcra 

Hakimiyyətinin  başçısı  Asif  Əsgərov 

çıxış edərək bildirdi ki, həyata keçirilən 

uğurlu  daxili  və  xarici  siyasət,  xal-

qın  milli-mənəvi  dəyərlərindən  çıxış 

etməklə  görülən  işlər  Heydər  Əliyevi 

xalqımızın  milli  liderinə  çevirməklə 

bərabər,  Azərbaycanı  da  dünyanın 

qabaqcıl dövlətləri sırasına yüksəltdi.

A.Əsgərov 

həmçinin 

müa-

sir  dövrümüzdə  Ulu  Öndər  Heydər 



Əliyevin  siyasi  kursunun  Azərbaycan 

Prezidenti  İlham  Əliyev  tərəfindən 

uğurla həyata keçirildiyini söylədi: “Bu 

gün Azərbaycan dünya ölkələri ilə hu-

manitar sahədə əməkdaşlığını yüksək 

şəkildə  davam  etdirir.  Dünyada  tole-

rantlıq  və  multikulturalizm  dəyərləri 

ilə  tanınan  Azərbaycan  bu  gün  həm 

də idman ölkəsidir”.

Azərbaycan  Respublikası  Auditor-

lar  Palatasının  sədri  Vahid  Novruzov 

tədbir  təşkilatçılarına  təşəkkürünü 

çatdıraraq hər kəsin bayramını təbrik 

etdi: “Çox sevindirici haldır ki, mən bu 

gün  belə  bir  möhtəşəm  tədbirdə  çı-

xış edirəm. Ulu Öndər Azərbaycanda 

iki  dəfə  hakimiyyətə  gəlib.  Heydər 

Əliyev ikinci dəfə hakimiyyətə gələndə 

ölkəmizdə  çox  ağır  iqtisadi  şərait 

hökm sürürdü. Onun hakimiyyətə qa-

yıdışından  sonra  ölkəmiz  hər  sahədə 

sürətlə inkişaf etməyə başladı.” 

Daha  sonra  ATU-nun  I  daxili 

xəstəliklər və reanimatologiya kafed-

rasının  müdiri,  professor  İsfəndiyar 

İsmayılov  çıxış  edərək,  15  iyun  Milli 

Qurtuluş    Gününü  həm  dövlətimizin, 

həm  də  xalqımızın  xilas  tarixi 

kimi  səciyyələndirdi.  Həmin  günü 

ölkəmizin  yeni  inkişaf  mərhələsinin 

başlanğıcı  və  istinad  nöqtəsi  adlan-

dıraraq  bildirdi  ki,  daxili  çəkişmələr, 

vəzifə  uğrunda  mübarizə,  dövlətə  və 

hökumətə  inamsızlıq,  son  nəticədə 

itaətsizlik 

vətəndaş 

müharibəsi 

təhlükəsi  yaratmışdı:  “Vətənimizi  xi-

las etmək üçün reanimatoloqların dili 

ilə desək, “təməl həyat dəstəyi” tələb 

olunurdu.  Yəni  Azərbaycanın  varlığı-

nı  xilas  etmək  lazım  idi.  Belə  dəstək 

Heydər Əliyevdən gəldi”. 

Əsası  Ulu  Öndər  Heydər  Əliyev 

tərəfindən qoyulan inkişaf strategiya-

sının  hazırda  möhtərəm  prezidenti-

miz İlham Əliyev cənabları tərəfindən 

uğurla  həyata  keçirildiyini  söyləyən 

professor  Azərbaycanda  inkişafın 

yüksələn xətt üzrə, əmin-amanlıq və 

sabitlik şəraitində getdiyini vurğuladı. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin 

yorulmaz  fəaliyyəti,  yeritdiyi  müd-

rik daxili və xarici siyasət nəticəsində 

müstəqilliyimizin  dönməz  xarakter 

aldığı,  dövlət  quruculuğu,  milli  or-

dunun  formalaşdırıldığı,  beynəlxalq 

aləmdə  Azərbaycanın  demokra-

tik  imicinin  artması  sahəsində  bö-

yük  işlər  görüldüyü  vurğulandı. 

Həmçinin  Ulu  Öndərin  ideyalarının 

və  siyasi  xəttinin    bu  gün  Prezident 

İlham  Əliyev  tərəfindən  uğurla  da-

vam  etdirilməsindən  və  müstəqil 

Azərbaycan  dövlətinin  sürətli  inkişa-

fından söhbət açıldı. 

Tədbir  iştirakçılarına  Ulu  Öndərin 

həyat  və  fəaliyyətini  əks  etdirən 

video-çarx da nümayiş olundu.


Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin