RəSMĐ statđSTĐkanin əsas prđNSĐPLƏRĐ



Yüklə 21,5 Kb.
Pdf görüntüsü
tarix07.01.2024
ölçüsü21,5 Kb.
#206596
BMTprinciples



RƏSMĐ STATĐSTĐKANIN ƏSAS PRĐNSĐPLƏRĐ 
 
Đqtisadi və Sosial Şura 
Baş Assambleyanın və Đqtisadi və Sosial Şuranın qlobal və milli inkişaf 
məsələləri sahəsində rəsmi statistikanın fundamental əhəmiyyətinin qeyd olunduğu 
son qətnamələrinə
1
istinad edərək

davamlı inkişaf, sülh və təhlükəsizliyin, həmçinin aşkarlıq və şəffaflıq tələb 
edən, dünyada artan qarşılıqlı asılılıq şəraitində dövlətlər və xalqlar arasında qarşılıqlı 
anlaşma və ticarətin təmin edilməsinin dəstəklənməsi üçün prinsipial xarakterli 
əsaslandırılmış qərarların təhlili və qəbul edilməsi məqsədilə, keyfiyyətli rəsmi 
statistik məlumatların son dərəcədə vacib əhəmiyyətini 
nəzərə alaraq,
həmçinin, rəsmi statistika sistemlərinə və statistik məlumatlara inamın daha 
çox özünü dərk etməyə və öz üzvlərinin hüquqlarına hörmət etməyə səy göstərən 
istənilən cəmiyyətin əsasını təşkil edən əsas dəyər və prinsiplərə olan münasibətdən 
asılı olduğunu və bu kontekstdə statistika orqanlarının peşəkar müstəqillik və 
hesabatlılığının son dərəcədə mühüm rol oynadığını 
nəzərə alaraq,
statistika fəaliyyətinin əsasını təşkil edən əsas dəyər və prinsiplərin 
səmərəliliyinin təmin olunması üçün bütün siyasi səviyyələrdə və milli statistika 
sistemlərinin bütün maraqlı iştirakçıları tərəfindən hüquqi və institusional 
mexanizmlərlərlə zəmanət verilməli olduğunu 
qeyd edərək
,
1994-cü ildə
2
Statistika Komissiyası tərəfindən qəbul edilmiş, 2013-cü ildə 
yenidən təsdiq olunmuş və Baş Assambleyaya təsdiq olunması tövsiyə edilmiş Rəsmi 
Statistikanın əsas prinsiplərini qəbul edilməsini 
təsdiq edir
:
Rəsmi statistikanın əsas prinsipləri 
1-ci prinsip: 
Rəsmi statistika özündə iqtisadi, demoqrafik, sosial və ekoloji 
vəziyyət haqqında məlumatlarla idarəetmə orqanlarına, iqtisadi subyektlərə və 
ictimaiyyətə təqdim olunan məlumatların, demokratik cəmiyyətin informasiya 
sisteminin əvəz olunmaz elementini əks etdirir. Bu məqsədlə, praktiki dəyərə malik 
olan rəsmi statistika məlumatları, vətəndaşların ictimai məlumatlara olan hüquqlarına 
hörməti təmin etmək üçün ədalətlilik əsasında rəsmi statistika orqanları tərəfindən 
yığılmalı və yayılmalıdır. 
1
Onların siyahısına Baş Assambleyanın ümumdünya statistika gününə həsr olunmuş 64/267 nömrəli və Đqtisadi və 
Sosial Şuranın statistik potensialın gücləndirilməsinə dair 2006/6 nömrəli və əhali və mənzil fondunun 
siyahıyaalınmasına dair ümumdünya proqramına dair 2005/13 nömrəli qərarları daxildir.
2
1994-cü ildə ilk dəfə qəbul edilmiş prinsiplərdə istifadə olunan ilkin preambulaya baxmaq üçün Statistika 
Komissiyasının (E/1994/29)
xüsusi sessiyasının işi haqqında hesabatın V bölməsinə nəzər yetirmək olar. Bu həmçinin
http://unstats.un.org/unsd/statcom/94report.pdf
veb səhifəsində də mövcuddur. Əsas prinsiplər və onların tarixi 
haqqında daha ətraflı məlumat üçün 
http://unstats.un.org/unsd/dnss/gp/fundprinciples.aspx
veb səhifəsinə baxmaq olar.


2-ci prinsip: 
Rəsmi statistikaya olan inamı saxlamaq məqsədilə, elmi 
prinsipləri və peşəkarlıq etikası da nəzərə alınmaqla, ciddi şəkildə peşəkarlıq 
mülahizələrini əldə rəhbər tutmaqla, statistika orqanları statistik məlumatların 
toplanması, işlənməsi, saxlanması və təqdim edilməsinin metod və qaydaları barədə 
qərarlar qəbul etməlidirlər. 
3-cü prinsip: 
Məlumatların düzgün şərhinə yardım göstərmək üçün statistika 
orqanları statistik məlumat mənbələri, statistik metod və qaydalara dair informasiyanı 
elmi standartlara uyğun təqdim etməlidirlər.
4-cü prinsip: 
Statistika orqanları statistik məlumatların səhv izahına və ya 
yanlış istifadəsinə şərh vermək hüququna malikdirlər.
5-ci prinsip: 
Statistik məqsədlər üçün məlumatlar istər statistik müayinə
istərsə də inzibati kartotekalar kimi bütün növ mənbələrdən alına bilər. Statistika 
orqanları keyfiyyəti, vaxtlı-vaxtında olmasını, respondentlərə düşən xərcləri və yükü 
nəzərə almaqla məlumat mənbələrini seçməlidirlər. 
6-cı prinsip: 
Statistik məlumatların hazırlanması üçün statistika orqanları 
tərəfindən toplanan fərdi məlumatlar, fiziki və ya hüquqi şəxslərə aid olmasından 
asılı olmayaraq, ciddi şəkildə konfidensial xarakter daşımalıdır və yalnız statistik 
məqsədlər üçün istifadə edilməlidir.
7-ci prinsip: 
Statistika sisteminin fəaliyyətinə aid olan qanunlara
əsasnamələrə və tədbirlərə aşkarlıq verilməlidir.
8-ci prinsip: 
Ölkə daxilində statistika təşkilatları arasında əlaqələndirmə 
statistika sistemində uyğunluq və səmərəliliyin təmin edilməsi üçün böyük 
əhəmiyyətə malikdir. 
9-cu prinsip: 
Hər bir ölkənin statistika təşkilatları tərəfindən beynəlxalq 
konsepsiyalardan, təsnifatlardan və metodlardan istifadə edilməsi bütün rəsmi 
səviyyələrdə statistika sistemlərində uyğunluq və səmərəliliyin təmin edilməsinə 
imkan yaradır.
10-cu prinsip: 
Statistika sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq bütün 
ölkələrdə rəsmi statistika sistemlərinin təkmilləşdirilməsinə yardım edir. 

Yüklə 21,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin