Başkent Universitetinin rektoru atu-da qonaq oldu



Yüklə 9,02 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix02.01.2022
ölçüsü9,02 Mb.
#2187
1   ...   12   13   14   15   16   17   18   19   ...   24
Ulduz İBRAHİMOVA

Mütəxəssis sözü

Qadınların ən çox əziyyət çəkdiyi 

xəstəliyin qarşısını necə almaq olar?

Ü

ç dəfə Avropa çempionu olmuş gənc atlet Rüstəm 

İmanzadə hazırda ATU-nun Tədris Cərrahiyyə 

Klinikasının Fizioterapiya və reabilitasiya şöbəsində 

müalicə alır. 

O, yarışların birində bədbəxt hadisəylə qarşılaşıb. 

Ştanqı başı üzərindən qaldırmaq istəyən idmançımızın 

sol qolu çıxıb. Müvazinətini saxlaya bilməyən idmançı 

ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra 

idmançı ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Rüstəm 

bir müddət Moskvada, daha sonra isə Türkiyədə 

müalicə alıb, ancaq bir o qədər də effektli təsirini 

görməyib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Fizi-

oterapiya və Reabilitasiya şöbəsinin müdiri Nurla-

na Əliyeva bildirdi ki, fevral ayının 2-dən etibarən 

Rüstəm İmanzadənin müalicəsinə başlanılıb və mühim 

irəliləyişlər əldə olunub: “Demək olar ki, 1 il 6 aydır ki, 

xəstə əməliyyat keçirib. Tam hərəkətsiz, əlil arabasında 

gəzən bir xəstədir. Artıq son 1 aydır ki, biz müsbət 

nəticələr əldə etmişik. Aşağı ətraflarda hissiyat yaranıb”.

Rüstəm İmanzadə bizimlə söhbətində müalicəsindən 

razı qaldığını bildirdi: “Moskvada, Türkiyədə müalicə 

almışam. Ancaq bu klinikada gözlə görüləcək effekt 

oldu. Əvvəl ayaqlarımda güc yox idi. Əzələlərim sıfır 

vəziyyətində idi. İndi isə şükürlər olsun ki, vəziyyətim 

müsbətə doğru gedir. Artıq bu gün yarım saat 

yerimişəm”.




Yüklə 9,02 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin