Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə64/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   60   61   62   63   64   65   66   67   ...   538
Ə d ə b i y y a t

Ədəbiyyat [Mətn]: 9-cu 

sinif üçün /F.Qasımzadə, 

M.C.Cəfərov.- Bakı: 

Maarif, 1983.- 361 s.

XIX əsr Azərbaycan 

ədəbiyyatı tarixi [Mətn]: 

ali məktəblər üçün 

dərslik /F.Qasımzadə.-

Bakı: Maarif, 1974.-  

488 s. 

Feyzulla Qasımzadə 

[Mətn] //Fikrin 

karvanı: Görkəmli 

Azərbaycan tənqidçi 

və ədəbiyyatşünasları          

/tərt. ed., red. və ön 

sözün müəl. Elçin.- Bakı, 

1984.- S.25.

Məmmədzadə, B. 

Feyzulla Səməd oğlu 

Qasımzadə: Ömrün yüz 

ili: Həyat və yaradıcılıq 

yolu; şəxsiyyəti və ya-

radıcılıq siması [Mətn] 

/B.Məmmədzadə; elmi 

red. Ş.Salmanov.- Bakı: 

Azərbaycan Universiteti, 

2001.- 50 s.

İ n t e r n e t d ə

www..anl.az

www.adam.az 

www.az.wikipedia.org

22

Akademik


47

Milli ədəbiyyat

100 

illiyi

Ənvər Məmmədxanlı  

1913-1990    

FEVRAL

Ənvər Qafar oğlu Məmmədxanlı 

1913-cü il fevral ayının 28-də Göy-

çay  şəhərində doğulmuşdur. Bura-

da ibtidai məktəbi bitirdikdən sonra 

Bakıda N.Nərimanov adına Sənaye 

Texnikumunda təhsil almışdır (1926-

1931). 1931-1934-cü illərdə Bakı-

da mexaniki zavodda, energetika və 

elektrikləşdirmə idarəsində texnik, 

Azərbaycan Neft İnstitutu nəzdində 

olan elmi-tədqiqat institutunda texnik-

elektrik işləmişdir. Eyni zamanda 

Azərbaycan Neft İnstitutunda iki il 

qiyabi təhsil almışdır. 1934-1936-cı 

illərdə “Azərnəşr”in bədii  şöbəsində 

redaktor və  tərcüməçi, 1936-1938-ci 

illərdə Moskvada Ali Kinematoqrafi-

ya İnstitutunda müdavim, 1941-1942-

ci illərdə “Azərbaycanfilm” kino-

studiyasında ssenari şöbəsinin rəisi 

olmuşdur.  İkinci Dünya müharibəsi 

dövründə cənub-qərb cəbhəsində “Qı-

zıl Ordu” cəbhə qəzetinin Azərbaycan 

redaksiyasının xüsusi müxbiri olmuş-

dur. Sonra redaksiya ilə birlikdə Sta-

linqrada göndərilmişdir. 1942-ci ilin 

axırlarında bir qrup Azərbaycan ya-

zıçısı ilə  Şimali Qafqaz cəbhəsində, 

416-cı diviziyada olmuşdur. 1943-

1944-cü illərdə Bakıda Azərbaycan 

Radio Verilişləri Komitəsində redak-

tor kimi çalışmışdır. Yenidən Zaqaf-

qaziya cəbhəsinə, oradan İrana hərbi 

xidmətə göndərilmişdir. Təbrizdə nəşr 

olunan “Vətən yolunda” ordu qəzeti 

redaksiyasında xüsusi müxbir kimi ça-

lışmışdır (1944-1946). Ordudan tərxis 

ediləndən sonra 1946-1964-cü illərdə 

“Azərbaycanfilm” kinostudiyasının 

ssenari redaksiya heyətinin baş redak-

toru olmuşdur.

Ədəbi fəaliyyətə 1930-cu illərdən 

başlamışdır.  Əsərləri keçmiş SSRİ 

və xarici ölkə xalqlarının dillərinə 

tərcümə olunmuşdur. “Şərqin səhəri” 

(1947), “Od içində” (1951) pyesləri 

və “Şirvan gözəli” (1957) lirik kome-

diyası tamaşaya qoyulmuşdur. “Şirvan 

gözəli” Zaqafqaziya teatr baharında 

birinci dərəcəli diploma layiq görül-

müşdür. 1957-ci ildə onun Akademik 

Dram Teatrında tamaşaya qoyulan 

“Şərqin səhəri” əsəri SSRİ Dövlət mü-

kafatına layiq görülmüş, amma müka-

fat alanların siyahısında müəllifin adı 

olmamışdır.

Ə.Məmmədxanlı Avropa və rus 

klassik yazıçılarından tərcümələr et-

mişdir. Kuba (1967), Türkiyə (1968), 

İspaniyada (1980) Sovet nümayəndə 

heyəti tərkibində  səfərdə olmuşdur. 

Xidmətlərinə görə Azərbaycanın 

Əməkdar  İncəsənət xadimi (1963), 

Azərbaycan Xalq yazıçısı (1987) 

iki dəfə  “Şərəf nişanı” (1946-1949), 

“Qırmızı Əmək bayrağı” (1980-1983) 

və “İkinci Dünya müharibəsi” (ikinci 

dərəcəli) ordenləri, döyüş medalları 

ilə təltif olunmuşdur.

Ənvər Məmmədxanlı 1990-cı il de-

kabr ayının 19-da Bakıda vəfat etmiş, 

Fəxri Xiyabanda dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin