Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə62/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   58   59   60   61   62   63   64   65   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/İ.Səfərli; tərt. ed. H.Səfərli; 

ön sözün müəl. V.Yusifli.- 

Bakı: Lider nəşriyyat, 2005.-

224 s.  

Bakı, sabahın xeyir! [Mətn]: 

seçilmiş əsərləri /İslam 

Səfərli; şerləri topl., tərt. ed. 

Hidayət Səfərli; red. Sevda 

Mikayılqızı.- Bakı: Ziya-

Nurlan, 2004.- 347 s. 

Göz həkimi [Mətn]: pyeslər 

/İ.Səfərli.- Bakı: Yazıçı, 1980.-

175 s. 

İ n t e r n e t d ə

www.adam.az

www..anl.az

www.azerilobbi.com

www.az.wikipedia.org

12

Şair, Dramaturq  


45

Milli ədəbiyyat

85  

illiyi

Əliağa Kürçaylı 

1928-1980     

FEVRAL

Əliağa Həsənağa oğlu Vəliyev  

1928-ci il fevral ayının 20-də Salyan 

rayonu Kürqaraqaşlı  kəndində doğul-

muşdur. Orta məktəbin 9-cu sinfindən 

çıxmış, 1944-1946-cı illərdə Zaqaf-

qaziya dəmir yolu idarəsinin Salyan 

şöbəsində mühasib işləmişdir. 

1946-1947-cı illərdə Bakı  Dəmir 

yolu Texnikumunda birillik mühasiblər 

kursunda oxuduqdan sonra baş müha-

sib olmuş, Salyan Dram Teatrında eyni 

vəzifəyə dəyişilmişdir. 

1946-cı ildə “Azərbaycan gəncləri” 

qəzetində çap olunmuş “Sənin gözlə-

rin” adlı ilk şeiri ilə ədəbiyyata gəlişi 

uğurlu olmuş, sonralar mərkəzi və res-

publika dövri mətbuatında müntəzəm 

çıxış etmişdir. 

1947-ci ildə Salyan radio qovşa-

ğında redaktor işləmiş, gənc yazıçıla-

rın I Respublika müşavirəsində iştirak 

etmişdir. Bakıda fəhlə  gənclər orta 

məktəbinin son sinfini bitirmiş, ADU-

nun filologiya fakültəsinə daxil olmuş-

dur. 


1949-1954-cü illərdə onu M.Qor-

ki adına  Ədəbiyyat  İnstitutuna təhsil 

almağa göndərmiş, lakin səhhəti ilə 

əlaqədar olaraq geri qayıdıb univer-

sitetdə təhsilini davam etdirmişdir.

1953-1955-ci illərdə “Kommu-

nist” qəzeti redaksiyasında ədəbi işçi, 

“Ədəbiyyat və incəsənət” qəzetində 

şöbə müdiri işləmişdir.

 Moskvada ali ədəbiyyat kursunun 

dinləyicisi (1955-1957), “Azərbaycan 

gəncləri” qəzeti redaksiyasında  şöbə 

müdiri (1959-1965), “Azərbaycan” 

jurnalı redaksiyasında məsul katib

Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat 

şöbəsinin rəisi (1965-1966), “Litera-

turnıy Azerbaydjan” jurnalı redaksiya-

sında məsul katib, Azərbaycan Dövlət 

Nəşriyyatında redaktor (1966-1967) 

işləmiş, sonra bir müddət yaradıcılıq 

fəaliyyəti ilə  məşğul olmuş, Yazıçılar 

İttifaqında dramaturgiya bölməsinə 

rəhbərlik etmişdir (1975). 

1978-ci ilin mayından ömrünün 

sonunadək “Yazıçı” nəşriyyatında baş 

redaktor kimi çalışmışdır.

Əliağa Kürçaylı 1980-ci il fevral 

ayının 11-də vəfat etmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin