Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə63/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   59   60   61   62   63   64   65   66   ...   538
Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn] 

/Ə.Kürçaylı; ön sözün müəl. 

B.Nəbiyev.- Bakı: Şərq-

Qərb, 2004.- 400 s.

Əliağa Kürçaylı [Mətn]: 

Mərhum şair, dramaturq, 

tərcüməçi Əliağa Kür-

çaylının həyat yoldaşı 

xatirələrini anladır //Kaspi.-

2010.- 27-29 noyabr.- S.15;  

4-6 dekabr.- S.20- 21.

Hacızadə, N. “Ellər xa-

tırlayar məni...”: Əliağa 

Kürçaylı-80 [Mətn] 

/N.Hacızadə //Ədəbiyyat 

qəzeti.-2008.- 11 iyul.- S.3. 

Mahmudova, Ş. Əliağa 

Kürçaylı və poetik tərcümə 

məsələləri [Mətn]: filol. 

e. üzrə fəls. d-ru al. dər. 

a. üçün təq. ed. dis-nın 

avtoreferatı: 10.01.01 

/Ş.Ə.Mahmudova; Azərb. 

Resp. Təhsil Nazirliyi, 

BDU.-Bakı, 2009.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.salyan-mks.az

20

Şair


46

Milli ədəbiyyat

115 

illiyi

Feyzulla Qasımzadə 

1898-1976 

FEVRAL

Feyzulla Səməd oğlu Qasımzadə 

1898-ci il fevral ayının 22-də keç-

miş Bakı quberniyası Bakı  qəzasının 

Mərdəkan kəndində doğulmuşdur. 

1906-cı ildə mollaxanada, 1909-

1912-ci illərdə Mərdəkan kənd ibtidai 

məktəbində  təhsil almış, sonra 1912-

1916-ci illərdə Bakı  şəhər ali-ibtidai 

məktəbini bitirmişdir.

Əmək fəaliyyətinə Bakı “Kazyon-

naya palata” müəssisəsində başlamış 

(1916), axşam gimnaziyasında təhsilini 

davam etdirmiş, 1917-ci ilin yanvarın-

dan Göyçay qəzasının Qazıyan kənd 

ibtidai məktəbində, həmin ilin sent-

yabrında isə  Mərdəkan kənd ibtidai 

məktəbində dil və ədəbiyyat müəllimi 

olmuşdur. 

1923-1925-ci illərdə APİ-də (in-

diki APU) təhsilini davam etdirmiş, 

N.Nərimanov adına texnikumda 

müəllim olmuş, 1926-1929-cu illərdə 

ADU-nun  şərqşünaslıq fakültəsini bi-

tirmiş, eyni zamanda 1928-1929-cu 

illərdə Bakı Pedaqoji texnikumunda dil 

və ədəbiyyat müəllimi işləmişdir.

1929-1931-ci illərdə APİ-nin Azər-

baycan  ədəbiyyatı tarixi kafedrasın-

da assistent, Azərbaycan Dövlət Elmi 

tədqiqat  İnstitutunda aspirant olmuş-

dur. 1931-1938-ci illərdə Xalq Maari-

fi komissarlığında metodist-təlimatçı 

vəzifəsində çalışmış  və metodiki 

məqalələr çap etdirmişdir. Bu dövrdə 

tənqidçılik fəaliyyətinə başlamışdır.

Onun ilk mətbu məqaləsi (Hacıa-

ğa Qənizadənin “Utanıram” hekayəsi 

haqqında) 1931-ci ildə “Hücum” jur-

nalında dərc edilmişdir.  İlk kitabı - 

“M.F.Axundovun həyat və yaradıcılı-

ğı” 1939-cu ildə “Azərnəşr”də çapdan 

çıxmışdır. 1937-1938-ci illərdə SSRİ 

EA Azərbaycan  filialı Dil və Ədəbiyyat 

İnstitutunda baş elmi işçi, 1938-1939-cu 

illərdə APİ-nin Azərbaycan ədəbiyyatı 

tarixi kafedrasının dosenti, müdiri 

(1959), 1940-1942-ci illərdə ADU-nun 

Azərbaycan  ədəbiyyatı tarixi kafedra-

sının dosenti, müdiri olmuşdur.

1957-ci ilin martından ADU-nun 

Azərbaycan  ədəbiyyatı tarixi kafed-

rasının professoru idi. Üçcildlik 

“Azərbaycan ədəbiyyatı tarixi”nin 2-ci 

cildinin (1969) əsas müəlliflərindən bi-

ridir. O, 30 elmlər doktoru və 120 elmlər 

namizədi yetişdirmişdir. 600-ədək çap 

edilmiş elmi əsərlərin, onlarla dərslik 

və monoqrafiyaların müəllifidir. 

1943-cü ildə Azərbaycanın  Əmək-

dar müəllimi, iki dəfə “Qırmızı Əmək 

Bayrağı” (1953, 1967) ordeni, “Qabaq-

cıl maarif xadimi” nişanı və medallarla 

təltif edilmiş, 1956-cı ildə  filologiya 

elmləri doktoru, 1957-ci ildə professor, 

1958-ci ildə Azərbaycanın  Əməkdar 

elm xadimi, 1962-ci ildə Azərbaycan 

Elmlər Akademiyasının müxbir üzvü

1967-ci ildə həqiqi üzvü olmuşdur. 

Feyzulla Qasımzadə 1976-cı il mart 

ayının 29-da vəfat etmiş, Mərdəkan 

kəndində dəfn edilmişdir.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin