Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə61/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   57   58   59   60   61   62   63   64   ...   538
Ə d ə b i y y a t

Sahil əməliyyatı[Mətn]: 

povest /C.Əmirov; tərt.: 

D.Əmirova, İ.Əmirova; red. 

A.Kənan.- Bakı:  Azərnəşr

2007.- 307 s.

Qara “Volqa” [Mətn] 

/C.Əmirov; red. İ.Sadıq.- 

Bakı: Azərnəşr, 1993.- 256 s.

 Brilyant məsələsi [Mətn] 

/C.Əmirov. - Bakı: Azərnəşr, 

2008.- 360 s.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.epistolyar.musigi-

dunya.az

www.kinozal.az

10

        Yazıçı


44

Milli ədəbiyyat

90  

illiyi

İslam Səfərli 

1923-1974 

FEVRAL

İslam Əhməd oğlu Səfərli 1923-cü 

il fevral  ayının 12-də Naxçıvan Mux-

tar Respublikası Babək rayonunun 

Şəkərabad kəndində anadan olmuşdur. 

Naxçıvandakı 1 saylı məktəbi (hazırda 

məktəb  şairin adını daşıyır) bitirmiş-

dir. Yaradıcılığa da bu dövrdə başla-

mışdır. Onun “Nizami yurdunda” adlı 

ilk şeiri “Ədəbiyyat qəzeti”nin 1940-cı 

il saylarında dərc olunmuşdur. 1941-

ci ildə Azərbaycan Dövlət Pedaqoji 

İnstitutunun Naxçıvan  filialına daxil 

olmuşdur. Bir il sonra könüllü olaraq 

Böyük Vətən müharibəsində 456-

cı  Qızıl Bayraqlı atıcı diviziyasında 

kəşfiyyatçı olmuşdur, “Qızıl əsgər” və 

“Qırmızı bayraq” cəbhə  qəzetlərində 

oçerk, məqalə  və  şeirlərini çap etdir-

mişdir.


Döyüşlərdə  ağır yaralandıqdan 

sonra ordudan tərxis olunmuş, son-

ra “Şərq qapısı” qəzetində  ədəbi işçi, 

Naxçıvan radio komitəsində əməkdaş

eyni zamanda “Azərbaycan gəncləri” 

qəzetinin xüsusi müxbiri işləmişdir.

1946-1951-ci illərdə Azərbaycan 

Dövlət Universiteti filologiya fakül-

təsinin jurnalistika şöbəsində təhsilini 

davam etdirmişdir.  Şeir və poema-

ları dövri mətbuatda çap olunmuş-

dur. 1951-1952-ci illərdə  “Ədəbiyyat 

qəzeti”ndə poeziya şöbəsinin müdiri 

olmuşdur.

İslam Səfərli oçerk, novella, lib-

retto və kinossenari, dramaturq, 

 

məqalələr müəllifi kimi də tanın-



mışdır.  İslam Səfərli tərcüməçilik 

fəaliyyəti ilə  də  məşğul olmuş-

dur. O, A.S.Puşkin, M.M.Svetlov, 

S.Marşak, M.Kərim, M.Tursunzadə, 

K.Koladze, Y.Dolmatovski və başqa 

tanınmış  sənətkarların  əsərlərindən 

müvəffəqiyyətlə tərcümələr etmişdir.

Yüzlərlə  şeirinə musiqi bəstələn-

miş mahnılar dillər əzbəri olmuş, indi-

nin özündə də sevilə-sevilə dinlənilir.

İslam Səfərlinin adını  əbədiləş-

dirmək məqsədi ilə  Xəzər dənizində 

üzən gəmilərin birinə  “İslam Səfərli” 

adı verilmişdir. Bakının mərkəzi 

küçələrindən biri şairin adını daşı-

yır, Bakıda yaşadığı binaya (Həsən 

Seyidbəyli 30) onun barelyefi - xatirə 

lövhəsi vurulmuş, Naxçıvanda oxudu-

ğu 1 nömrəli məktəbə onun adı veril-

mişdir.


İslam Səfərlinin 18 kitabı  işıq üzü 

görmüşdür. Xidmətlərinə görə üçün-

cü dərəcəli “Şərəf nişanı ordeni” dörd 

medalla təltif edilmişdir. Azərbaycan 

SSR Ali Sovet Rəyasət Heyətinin 

1973-cü il 21 mart tarixli Fərmanı ilə 

“Əməkdar incəsənət xadimi” adına la-

yiq görülmüşdür.

Cəmi 51 il ömür sürən İslam Səfərli  

1974-cü il noyabr ayının 6-da vəfat et-

miş, Fəxri Xiyabanda dəfn edilmişdir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin