Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə58/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   54   55   56   57   58   59   60   61   ...   538
Xоcalı Sоyqırımı Günü (26.02.1992)

SSRİ xüsusi xidmət orqanları ilə əlbir olan ermənilər Sumqayıt 

şəhərində iğtişaş törətmişdir (27.02.1988)

Azərbaycanla İslandiya (ölkəmizin müstəqilliyini 1992-ci 

il yanvarın 29-da tanıyıb) arasında diplomatik münasibətlər 

qurulmuşdur (27.02.1998)

Naxçıvan Konservatoriyasının (27.02.1998) yaranmasının 15 illiyi

67

66



65

65

64



63

62



42

1988-ci ilin fevral ayından Ermənistanın Azər-

baycana təcavüzünə, Azərbaycan torpaqlarının qəsbkar 

erməni silahlı qüvvələri tərəfindən işğalına başlan-

mışdır.  Еrmənistan Rеspublikası “Hərbi münaqişələr 

zamanı  mədəni sərvətlərin qоrunması haqqında” Ha-

aqa Kоnvеnsiyasının və “Mədəni sərvətlərin qеyri-

qanuni dövriyyəsi haqqında” Paris Kоnvеnsiyasının 

müddəalarını  kоbudcasına pоzaraq Azərbaycanın 

mədəni sərvətlərini talamaqla məşğuldur.

Ermənistan Respublikasının hərbi təcavüzü nəti-

cəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ 

ərazisi və onun ətrafındakı 7 inzibati rayon işğal edil-

mişdir.


Beləliklə, Ermənistan Respublikasının hərbi 

təcavüzü nəticəsində Azərbaycan  ərazilərinin 20 fai-

zi işğal edilmiş, 20 mindən çox insan qətlə yetirilmiş, 

50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 

Bir milyondan artıq insan 10 ildən çoxdur ki, qaçqın 

və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın 

azərbaycanlılara qarşı etnik təmizləmə  və soyqırım 

siyasətinin qurbanı olmuş, elementar insan haqlarından 

məhrum edilmişdir.

İşğal nəticəsində 900-dən artıq yaşayış  məntəqəsi 

talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye

kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv 

edilmiş, ümumi yaşayış sahəsi 9 mln m

²

-dən artıq olan 

150 min yaşayış binası dağıdılmış, 4366 sosial mədəni 

obyekt, 695 tibb ocağı məhv edilmişdir.

İşğal edilmiş  ərazilərdə  kənd təsərrüfatı sahəsi, su 

təsərrüfatı, hidrotexniki qurğular, bütün nəqliyyat və 

kommunikasiya xətləri tam sıradan çıxarılmışdır. Da-

ğıntılar nəticəsində iqtisadiyyata 60 milyard ABŞ dol-

larından artıq ziyan dəymişdir. Hərbi təcavüz zamanı 

ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 

464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə

6 dövlət teatrı  və konsert studiyası dağıdılmışdır. Ta-

lan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya 

və nadir eksponat oğurlanmışdır. Belə ki, Kəlbəcər 

Tarix Diyarşünaslıq Muzeyi yerlə yeksan olunduqdan 

sonra muzeyin ekspoziyasına daxil olan nadir qızıl və 

gümüş zinət  əşyaları, ötən  əsrlərdə toxunmuş xalça-

lar Ermənistana daşınmışdır.  Şuşadakı Tarix Muzeyi-

nin, Ağdamdakı Çörək Muzeyinin, Zəngilandakı Daş 

Abidələr Muzeyinin də taleyi belə olmuşdur. Oğur-

lanmış  və  məhv edilmiş bu tarixi-mədəni sərvətlərin 

dəyərini müəyyənləşdirmək, pulla qiymətləndirmək 

mümkün deyildir. Birləşmiş Millətlər Təşkilatının 

Təhlükəsizlik  Şurasının 1993-cü ildə  qəbul edilmiş 

822, 853, 874, 884 saylı  qətnamələrində Azərbaycan 

Respublikasının ərazi bütövlüyünün tanınmasına və iş-

ğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad 

edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respub-

likası bu gün də işğalçılıq siyasətini davam etdirir.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin