Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   2   3   4   5   6   7   8   9   10   ...   23
306 multikulturalizm m N2pdf

«Koroğlu»
Biz multikultural bir mühiti «Koroğlu» dastanında görürük. 
Dastanda Koroğlunun ətrafına toplanan dəlilər əsasən Qafqazda yaşayan müxtəlif 
xalqların nümayəndələridir. Onların arasında milli və dini baxımdan heç bir fikir 
ayrılığının olduğu heç bir zaman görünmür. Gürcüoğlu, Kürdoğlu, Eyvaz (əslən 
türkməndir) kimi onlarla cavanlar dastanda təsvir olunur ki, bunlar həm adları, həm
də xarakterləri ilə müxtəlif xalqın nümayəndəsi olması müəyyənləşir. 
“Əsli və Kərəm”
dastanında isə Kərəmin erməni keşişin qızı Əsliyə aşiq 
olması və ona qovuşmaq üçün keçdiyi əzablı yol təsvir olunur.
 
 


10
Sual 2. Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında yazılı 
ədəbiyyatın rolu. 
 
Ədəbiyyat effektiv təsir vasitəsi kimi. 
Ədəbiyyat – söz sənəti tarixin bütün 
zamanlarında insanlar arasında daha humanist ünsiyyətə xidmət edən bir sənət növü 
olmuşdur. Qədim və orta əsrlərdə xüsusən Şərq xalqlarında hətta bir çox hökmdarlar 
bir-birinə məktublarla müraciət etdikdə bədii mətnlərdən istifadə etmişlər. Bu 
mənada söz sənəti ünsiyyət üçün çox effektiv vasitə olmuşdur.
 
Müxtəlif xalqların yaratdığı ədəbiyyat onların həm öz aralarındakı, həm də 
digər xalqların nümayəndələrinə olan münasibəti ortaya qoymuşdur.
Bədii ədəbiyyat hər hansı bir ölkə daxilində də, iki ölkə arasında da 
münasibətləri öyrənməkdə və yaxud da gələcək münasibətləri tənzimləməkdə əvəzsiz 
informasiya mənbəyi, baş verən hansısa xoşagəlməz proseslərin qarşısının 
alınmasında, müsbət proseslərin daha da inkişaf etdirilməsinə də böyük təsirə 
malikdir. 
Sitatlar və misallar:

Umberto Eko deyir: "Əgər Hitler Tolstoyun “Hərb və Sülh” 
əsərini oxusaydı, Rusiyaya hücum etməzdi.

Nobel mükafatçısı Lyosa: “Ədəbiyyat hətta azadlığın 
illuziyasını yaratsa belə, bunun özü də diktatorlar üçün qorxuludur”. 

Jan Jak Russo öz övladlarını uşaq evinə vermişdi. Lakin 
Russonun sayəsində yüz minlərlə uşaqlar küçələrdən yığışdırıldı. Onları 
geyindirdilər, yedizdirdilər.

Hüqo “Səfillər” əsəri ilə milyonlarla insanlara şamdan 
verdi. Bu şamdanları qiymətləndirmək hər kəsin öz işidir. Biz bu 
şamdanların qiymətini bilməklə bərabər, həm də başqalarına da şamdan 
verməliyik.

Deyilənə görə, Balzakın masasının üstündə Napoleonun 
balaca heykəlciyi varmış. Balzak həmin heykəlciyin altına yazıb ki, sənin 
qılıncla ala bilmədiyin yerləri mən qələmlə alacam. Həqiqətən də elə də 
oldu. Bu gün Balzakın əsərləri dünyanın bir çox dillərinə çevrilib. İnsanlar 
hələ də Balzakı sevə-sevə oxuyurlar. 

İran inqilabı illərində C.Məmmədquluzadə “Molla 
Nəsrəddin” dərgisinin redaksiyasını Təbrizə köçürmüşdü. Onun qardaşı 
Ələkbər Məmmədquluzadə Səttarxanın ən yaxın köməkçisi idi. Sabirin 
şerləri səngərlərdə keşik çəkən mücahidlərin dilinin əzbəri idi. Abbas 
Səhhət yazırdı ki, “Sabir İran inqilabına bir ordudan artıq xidmət 
göstərib”. 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin