Азярбайъан республикасы дахили ишляр назирлийи


Azərbaycanlıların mifoloji təsəvvürlərindən nümunələr



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   2   3   4   5   6   7   8   9   ...   23
306 multikulturalizm m N2pdf

Azərbaycanlıların mifoloji təsəvvürlərindən nümunələr. 
Keçi mifinin 
rituallaşması.
Qışın Kosa, yazın keçi obrazında mifikləşməsi ulu əcdadlarımızın 
əkinçilik məşğuliyyətinə başlamasından qabaq olmuşdur. İnsanlar hər şeyi kortəbii 
şəkildə təbiətdən hazır şəkildə götürürdü. Özlərinin istehsal etmələrindən əvvəl 
yeməklə, primitiv geyimlə təminatlarını (yaşayış yerlərini belə) təbiət ödəyirdi. Bu 
zaman yaz, yay, payız aylarının səmərəsini, qışın isə hər şeyi dondurub yoxa 
çıxardığını görürdülər. Ona görə də, onların ilkin təsəvvüründə soyuq, şaxta - qış 
təbiəti yoxsullaşdırdığı, çılpaqlaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi. Yaz və yay 
aylarında havanın hərdən sərtləşməsini (bərk küləklərin əsməsi, leysanın yağması) 
belə qışın göndərdiyi bəlalar sayırdılar. Məhz bu bəlalardan xilas yolları axtarmaları 


6
onları rituallara gətirib çıxarmışdır. Qışda da insanları südü, əti və dərisi ilə aclıqdan 
qurtaran, yaşadan vasitələr tapılırdı. İlk-əvvəl onların bütün ehtiyaclarının təminatçısı 
mal-qara idi. Tarixin müəyyən mərhələlərində qoyun (saya oyun-tamaşalarında), 
inək, kəl (əkinçiliyin meydana gəlməsindən sonra holavarlarda) və b. heyvanlar 
keçini üstələməyə cəhd göstərsələr də, onun üstündən xətt çəkə bilməmişlər. Keçi 
Azərbaycan mifoloji görüşlərinin ən möhtəşəm obrazı kimi rituallarda bu günədək 
yaşamaqdadır. Keçinin Azərbaycan mifoloji görüşlərində funksiyasını ilk dəfə 
müəyyənləşdirib geniş təhlilini aparan M.Seyidov düzgün nəticəyə gəlmişdir. «Keçi 
yazın bəlgəsidir, buna görə də yaz bayramında aparıcıdır, Günəşlə ilişgəlidir. Keçi 
yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişidir»1 . Günəş Ata. Dünya xalqlarının 
mifologiyasında günəşlə bağlı təsəvvürlərdə onun atlarla idarə olunan təkərli arabada 
kainatın dörd tərəfini gəzib-dolaş- masından, hər şeyə can verməsindən danışılır. 
Təkərin və arabanın kəşfinin mifik zamana deyil, inkişafın yüksək pilləsinə aid 
olmasına əsaslanaraq bu cür miflərin qədimliyini şübhə altına alırlar. Lakin bu 
qənaətə qarşı daha maraqlı fərziyyə irəli sürənlər tapılır. Günəşin özünün dairə 
şəklində görünməsi və təsviri təkər mifopoetik obrazının çox qədim zamanlarda 
meydana gəlməsi fikrinə dəstək kimi səslənir. Hind miflərində Şimşək allahı İndra 
döyüşdə Suryaya (Günəşə) qalib gəlir və Günəş tanrısının arabasının təkərlərindən 
birini ələ keçirir. İlk təkər Günəşə məxsus idi. Maraqlıdır ki, Azərbaycan mifik 
görüşlərində Günəş kainatı arabada deyil, kəhər atda gəzir («Kəhər atı min çıx...»). 
Yel Baba. Azərbaycan rituallarında müraciət edilən mifik obrazlardan Yel Baba, 
Bulud və Duman da özündə ən əski təsəvvürləri əks etdirir. 
Xızır.
Azərbaycan mifik təfəkküründə Xızırın (xalq arasında işlənən bir neçə 
addan ən dəqiqidir) islamaqədərki cizgilərlə yaddaşlara həkk olunmasını göstərən, 
ümumşərq düşüncəsinin məhsulu kimi tanınan obrazdan – Xıdırdan fərqli 
nişanələrinə diqqət çəkək: 1) Xızır taleyi müəyyənləşdirən tanrı elçisidir. 2) Xızır 
insanı yenidən həyata qaytaran, bəlalardan qurtaran ruhdur. 3) Möcüzəli doğuşa 
səbəb olan dərvişdir. 4) İki gənc (qız və oğlana) bir-birilərini tanımadıqları və biri 
digərindən çox uzaqda yaşadığı halda, onlara yuxuda buta verən, iki qəlbi eşq atəşinə 
qərq edib həqiqi aşiqlərə çevirən, həm də onları haqqa tapındıran, sevən insana 
birdən-birə qeyri-adi istedad verən (məlahətli səs, musiqi bəstələyib sazda ifa etmək 
və şeir düzüb-qoşmaq) məhəbbət və sənət hamisidir. 5) Bir illik yolu bir göz 
qırpımında qət edən, dara düşmüş qəriblərə əl tutan, oğul həsrətindən kor olmuşların 
gözünü açan peyğəmbərdir. 6) Dirilik suyunu əldə edib ölümsüzlük qazanan, 
bitkilərə, heyvanlara, quşlara, eləcə də insana yeni həyat bəxş edən tanrıdır, yaxud 
Allahın köməkçisidir. 7) Xızır da Osiris və Dionis kimi zoomorfik şəklə düşür.

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin