Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə1/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
  1   2   3   4   5   6   7   8   9   ...   23
306 multikulturalizm m N2pdf



AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ 
 
P O L İ S AK A D E M İ Y A S I 
KAFEDRA: «İctimai elmlər» 

FƏNN: « Multikulturalizm » 


FAKÜLTƏ: Qiyabi

 
 

M Ü H A Z İ R Ə 
 
MÖVZU №2. «Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində
tolerantlıq və multikulturalizm ideyaları» 
 
Tərtib etdi:
«İctimai elmlər»
kafedrasının baş müəllimi, 
polis baş leytenantı

 Rəşad Qasımov
 
 
Mühazirə kafedranın iclasında müzakirə edilib və bəyənilib. 
Protokol № «_____» ___________2016-cı il
 
 
 
 
B A K I 2 0 1 6
 
 


2
 
MÖVZU №2. Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və 
multikulturalizm ideyaları 
 
 
 
P L A N:
Giriş: 
1.
 
Qədim azərbaycanlıların mifik təsəvvürlərində və folklorunda 
tolerantlıq ənənələri. 
2.
 
Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında yazılı ədəbiyyatın 
rolu. 
3.
 
Azərbaycan mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları. 
 
Nəticə: 
 
Ə D Ə B İ Y Y A T: 
1.
Ağayev Ə. Millət və millətçilik. –
Tərəqqi,
22 yanvar 1909, № 16. 
2.
Axundzadə Mirzə Fətəli. Əsərləri. Üç cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2005 
3.
Axundov M.F. Bədii və fəlsəfi əsərləri. Bakı: Yazıçı, 1987 
4.
Azərbaycan tarixi. Yeddi cilddə. 1-7-ci cildlər. Bakı, Elm, 2008, 
5.
Azərbaycan tarixi. Uzaq keçmişdən 1870–ci ilə qədər. (Red. S. Əliyarlı). Bakı 1996 
6.
Azərbaycanın türkçülük və azərbaycançılıq problemləri. Bakı: Ay-Ulduz, 1998 
7.
Bünyadov Z. Azərbaycan VII-IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007.
8.
Əliyev E. Azərbaycanda Zərdüştilik. Bakı, Çaşoğlu, 2002
9.
Əliyev R. Din. Əxlaqa aparan yol. Bakı 2005, s. 13-18 
10.
Əhməd Ə. XII-XV əsrlərdə Аzərbaycanın mənəvi mədəniyyəti. Bakı-2012. 
11.
İslam: Tarix. Fəlsəfə. İbadətlər. Bakı, Elm, 1994 
12.
İmanov H, Əhədov A. Orta əsr islam şərqində fəlsəfi fikir. B.: Bakı Universiteti 
nəşriyyatı,1998 
13.
Hüseynov H. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən. Bakı, Zəkioğlu 
nəşriyyatı-2006 
14.
Rəsulzadə M.Ə. Əsərləri (1903-1909). I c., II cilddə, Bakı: Azərnəşr, 1992, 470 s. 
15.
Tusi Xacə Nəsirəddin. Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005 
16.
Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru. B.: Azərbaycan Universiteti 
Nəşriyyatı, 2004, 
17.
Süleymanlı M. Əhməd Ağaoğlunun “İslama görə və islamiyyətdə qadın” əsərinə elmi-
tənqidi yanaşmalar. Bakı, 2008 
18.
Şəbüstəri M. “Gülşəni- raz”. Şərq (Tərcümə toplusu) № 3. Bakı, “Nurlan”, 2006. 


3
GİRİŞ 
Azərbaycanın mədəniyyətlər qovşağında yerləşməsi, həm dini azadfikirliyin və 
tolerantlığın mövcudluğuna, həm də yeni dini cərəyanların zaman-zaman 
yaranmasına və inkişafına zəmin yaratmışdır. Olduqca unikal bir mədəniyyətə malik 
olan Azərbaycanda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyət sistemlərinin 
təbii, tarixi inteqrasiyası baş vermişdir. Bu torpaqda atəşpərəstlik, türk, İran, Qafqaz, 
yəhudi, xristian, islam, Şərq, Qərb, slavyan, sosializm və s kimi müasir dünya 
sivilizasiyasını formalaşdıran mədəniyyətlər çulğalaşmış, dünyanın inkişafı üçün 
nümunə olan mədəniyyət, inkişaf modelləri yaratmışdır. 
Ədəbiyyat – söz sənəti tarixin bütün zamanlarında insanlar arasında daha 
humanist ünsiyyətə xidmət edən bir sənət növü kimi çıxış etmişdir. Bütün dövrlərdə 
söz sənəti ünsiyyət üçün çox effektiv vasitə olmuşdur. 
Müxtəlif xalqların yaratdığı ədəbiyyat onların həm öz aralarındakı, həm də digər 
xalqların nümayəndələrinə olan münasibəti ortaya qoymuşdur.
Bədii ədəbiyyat hər hansı bir ölkə daxilində də, iki ölkə arasında da 
münasibətləri öyrənməkdə və yaxud da gələcək münasibətləri tənzimləməkdə əvəzsiz 
informasiya mənbəyi, baş verən hansısa xoşagəlməz proseslərin qarşısının 
alınmasında, müsbət proseslərin daha da inkişaf etdirilməsinə də böyük gecə sahibdir. 
Hər bir xalqın mənəvi keyfiyyətləri, onun rəhbər tutduğu ümumbəşəri dəyərlər 
onun mifoloji dünyagörüşündə, bədii və elmi təfəkküründə parlaq şəkildə əks olunur. 
Tarixən digər mədəni dəyərlərə, etnik rəngarəngliyə dözümlülük nümayiş etdirən, öz 
nəsillərini də bu ruhda tərbiyə edən Azərbaycan xalqı bu ümumbəşəri ideyaları 
özünün şifahi və yazılı ədəbiyyatında, fəlsəfi və elmi düşüncəsində əks etdirmiş, onu 
sistemli hala salmışdır. 


4

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin