Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 1. Qədim azərbaycanlıların mifik təsəvvürlərində və folklorunda



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   2   3   4   5   6   7   8   9   ...   23
306 multikulturalizm m N2pdf

Sual 1. Qədim azərbaycanlıların mifik təsəvvürlərində və folklorunda 
tolerantlıq ənənələri. 
 
Arxaik mədəniyyətlərin hamısı mənbəyini mifoloji təsəvvürlərdən alır

Buna 
görə də
 
hər bir xalqın tarixinin, ilkin ictimai fikrinin öyrənilməsin də miflər mühüm 
əhəmiyyət kəsb edir. Xalqların ictimai fikir tarixi əvvəlcə mifologiya şəklində 
mövcud olmuş, sonra əsgi dinlər, inanclar sistemi meydana gəlmişdir. Mifoloji şüur 
ictimai şüurun formalarından biridir. Mifoloji şüur qədim insanın hələ təbiətdən 
ayrılmadığı, fövqəltəbii qüvvələrin təsiri nəticəsində yaranan ilkin emosional şüur 
formasıdır. Mifoloji şüur fərdə, mifoloji düşüncə isə kollektivə məxsusdur. L. Brül 
mifoloji düşüncəni məntiqəqədərki təfəkkür, şüur tipi kimi qiymətləndirir. 
Bəşəriyyətin lap qədim çağlarında, insanın özünü təbiətdən ayırmadığı dövrdə 
mifoloji şüurun da söykəndiyi xaotik təfəkkür tərzi olmuşdur ki, buna da ədəbiyyatda 
mifoloji təfəkkür deyilir. Mifoloji təfəkkürdə yaranan ideyalardır, mifoloji şüurun 
yaratdığı isə konkret məhsuldur. Yəni mifoloji təfəkkürdə qədim insanların öz 
dünyaları ilə bağlayan ilk ibtidai “dini” təsəvvürlərin formalaşması əsas yer tutur, 
mifoloji şüura isə dini-mifoloji strukturların sabitləşməsi və onların ibtidai cəmiyyəti 
idarə edən qüvvəyə çevrilməsi xasdır. Mifoloji təfəkkürdə ibtidai insanların təbiət 
qüvvələri qarşısında keçirdiyi qorxu hissi başlıca rol oynayır. Mifoloji şüurda isə 
qorxu müəyyən inam və sitayişlərə, dini mərasim və rituallarla əvəz olunmuşdur.
 
İbtidai təfəkkürdən sonra mifoloji şüurun formalaşması, əsasən, qədim 
dünyanın mənzərəsinin xaotik quruluşundan harmonik quruluşa - nizamlılıq, 
sistemlilik, tarazlılıq düzümünə başlaması ərəfəsinə təsadüf edir. 
Mif dünyanın işarələrlə, sakral obrazlarla dərkidir. Mifologiyaya verilən 
təriflərdən biri belədir: “Mifologiya dünyanı özünəməxsus qanun və vasitələrlə 
biçimləyən və izah edən dinamik işarələr sistemidir”. Yəni mifologiya əsgi gerçəkliyi 
simvollarla izah edən bir sistemdir. Mirzə Kazımbəy bu barədə yazırdı: “Əfsanəsiz 
xalq, rəvayətsiz ölkə yoxdur, köçəri xalqlarda əfsanə şifahi hekayələr şəklində 
nəsildən-nəslə keçir, yarım-mədəni xalqların inanclarının özülünü, yazılarının başlıca 
məzmununu, ədəbiyyat və tarixlərini təşkil edir, maariflənmiş xalqlarda müqəddəs irs 
kimi xalqın təxəyyülünə qida verir”. 
Miflər sinifli cəmiyyətə qədər xalqların tarixinə işıq salır, onun öyrənlməsində 
əhəmiyyətli bir mənbəyə çevrilir. Qədim Azərbaycanlıların yaratdığı müxtəlif 
xarakterli miflər zamanın sərhədlərini aşaraq Azərbaycan ərazisində yaşayan 
tayfaların dünyaduyumunu, əxlaq tərzini, ailə-məişət həyatını, təbiətə, ətraf mühitə 
olan münasibətini və s. öyrənməmizə yardımçı olur. Bu baxımdan mif xalqımızın 
tarixinin tədqiqində, onun tarixi dərkində əhəmiyyətli rol oynayır. “...mif xalqın özü 
haqqında söylədiyi ən bakir, ən kamil həqiqətin bədii ifadəsidir”. Mif xalqların 
tarixində ilkindir, başlanığıcdır. Hansı xalqın mifik təfəkkürü güclüdürsə onun 
tarixdəki sonrakı mövqeyi də gücü olur. Çünki siyasi təfəkkürün genezisi mifologiya 
ilə bir başa bağlıdır. Məşhur folklorşünas alim Y. Lotman deyirdi ki, “Kim əcdadının 
adını çəkə bilirsə, o siyasi cəhətdən mövcuddur”. 
Mifologiya konkret etnik-mədəni birliklərin arxaik dövrlərdə meydana çıxan 
universal sistemidir. M.Kazımbəy mifologiyanın mahiyyətindəki universalizmə 
diqqət çəkərək yazırdı ki, mifoloji mətnlər “bütün xalqlarda və tayfalarda eynidir” və 


5
bütün fərqlər ayrı-ayrı xalqların əxlaqi anlayışları, insan düşüncəsinə təsir edən 
amillər ilə bağlıdır. Ortaq xarakter daşıyan mifoloji abidələrin bir çoxlarının sonrakı 
dövrlərdə də müxtəlif türk xalqlarında izlərinə rast gəlmək mümkündür. Məsələn, 
türklərin yaranış əfsanələrindən olan Ergenikondan çıxış və xilasedici bozqurdla bağlı 
miflər bir çox türk xalqlarında xeyli deyim və inancların meydana gəlməsinə səbəb 
olmuşdur. Qeyd edək ki, qurd bir totem kimi türk xalqlarının demək olar böyük 
əksəriyyətində tarixən ulu əcdad, xilasedici, yolgöstərən, müqəddəs bir varlıq kimi 
qəbul edilmiş və xalqın mifoloji təfəkküründə, zoomorfik təsəvvüründə özünəməxsus 
parlaq bir yer tutmuşdur. Qurdun qorxmazlıq, toxunmazlıq simvolu kimi xalqın mifik 
dünya görüşündə özünə yer tutması el arasında qurdun bədən əzalarına qarşı müxtəlif 
münasibətlərin bu günə qədər qorunub saxlamasında da öz əksini tapmışdır. 
Yeni dövr və orta əsrlər mədəniyyətlərindən fərqli olaraq arxaik 
mədəniyyətlərdə nəinki ideoloji sahədə, hətta bütövlükdə etnik-mədəni sistem 
daxilində elə bir gözəgəlimli diferensiasiya yoxdur. Onların başlıca səciyyəvi cəhəti 
sinkretizmdir (bir şeyin inkişafının ilk mərhələsi üçün səciyyəvi olan ayrılmazlıq, 
qovuşuqluq).
Arxaik sinkretizmin özülü və başlıca şərti mifologiyadır. Başqa sözlə, 
bütövlükdə qədim mədəniyyətin, yaxud tək-tək etnik-mədəni sistemlərin bərpası üçün 
birinci olaraq mifologiyanı öyrənmək gərəkdir. Onun ayrı-ayrı ünsürlərinin 
araşdırılması və bu yolla milli mifologiyanın bərpası, öz növbəsində, konkret etnik-
mədəni sistemin bərpasını təmin edir. 
Bugünkü ayrı-ayrı dillər və etnoslar çox-çox qədimlərdə mövcud olmuş 
müəyyən etnolinqvistik (yaxud etnik-mədəni) birliklərdən törəmişlər. Belə birliklər 
dövründə isə mifoloji düşüncə hakim idi və mifoloji sistem cəmiyyətin ideologiyası 
kimi fəaliyyət göstərirdi. Müəyyən coğrafi, bioloji və nəhayət, ictimai-iqtisadi 
amillərin təsiri ilə həmin birliklər təbii olaraq parçalanır (etnik və linqvistik 
diferensiasiya); ictimai-siyasi şüurun inkişafı mifoloji sistemin rolunun azalmasına 
səbəb olur. Yeni yaranmış hər bir etnik sistem isə mifoloji irsi tam yox, qismən 
mənimsəyib yaşada bilir.
Kosmoqonik miflər hər bir mifoloji sistemin özəyini təşkil edir. Bu miflərin 
məzmunu “nizamlayıcı kosmik başlanğıcla dağıdıcı xaotik başlanğıcın mübarizəsi”, 
dünyanın (kosmosun) yaranması, təbii obyektlərin formalaşması və b. hadisələrdən 
ibarətdir. Dünyanın və kainatın sonu barədə süjetləri əhatə edən esxatoloji mifləri də 
bu sıraya aid etmək gərəkdir. Çünki mifoloji düşüncədə kosmoqonik proses müəyyən 
zaman və məkan sərhədləri olan dövri hadisə kimi qavranılır. 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin