Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   2   3   4   5   6   7   8   9   ...   23
306 multikulturalizm m N2pdf

İlaxır çərşənbələr.
Yer üzündə analoqu olmayan rituallar silsiləsidir ki, ilkin 
təsəvvürlər toplu halında bütün xalq tərəfindən gen yaddaşında yaşadılır. Həmin 
rituallar sisteminin ümumi məzmunu ondan ibarətdir ki, Allah ilk olaraq
qarmaqarışıq xaosdan suyu ayırır. Başlanğıcda kürreyi–aləm ancaq sudan ibarət olur. 
Sonra odun köməyi ilə suyun xassələrini dəyişdirir və günəşin şüaları ilə suyun 
müəyyən hissəsini qurudub torpağı üzə çıxardır. Torpaq meydana gəlməklə dünyanın 
bir çox elementlərinin doğuşuna şərait yaranır. Çünki bir sıra işlər paralel şəkildə 
aparılır. İlk insan suyun dibindəki gildən, yaxud Allahın gərgin zəhmət çəkdiyi 
anlarda alnından düşən tərdən yaranır (ümumiyyətlə, ilk insanın doğulmasına aid 


7
təsəvvürlər çoxvariantlığına görə mifik dünya modelinin başqa elementlərindən 
tamamilə fərqlənir) və s. Ulu Allah Yel vasitəsi ilə ilkin yaranışları bir məkandan
başqa məkana aparır (göydən yerə endirməklə) və hava, nəfəs verməklə (yenə də yel 
vasitəsi ilə) ruhu meydana gətirir. Onu da qeyd edək ki, əski görüşlərdə bir-birinin 
əksini təşkil edən bütün varlıqlar kişi və qadınla müqayisədə verilir. Maddi, bərk, 
soyuq, gecə, Ay, qaranlaq - qadındır, əksinə, mənəvi-ruhi, isti, gündüz, Günəş və işıq 
kişidir. Bu, xaosdan ayrılan ilkin dörd ünsürün (su, od, torpaq, hava) xarakteri ilə 
əlaqədardır. Ünsürlərdən kişi başlanğıclar «müsbət» {+}, qadın başlanğıclar isə 
«mənfi»dir {-}. Dörd ünsürün qədim Şərq təqvimlərində qəzalar kimi xarakterizə 
edilməsinin əsasında onların ikili mahiyyətinə (həm yaradılışa, həm də məhvə xidmət 
etmələri) inam dayanır. Belə ki, od inkişafın, mədəniyyətin təkanverici qüvvəsi tək 
göstərilməklə yanaşı, həm də yarananları yandırıb kül edir, fəlakətlərin mənbəyinə 
çevrilir.
Su çərşənbəsi, yaxud əzəl çərşənbə.
Ulu babalarımız haqlı olaraq belə qənaətə 
gəlmişlər ki, «Sulu ev abad, susuz ev bərbad olar». Təsadüfi deyil ki, müqəddəs İlaxır 
çərşənbələrin birincisi su ilə bağlıdır. Çünki su həyatın, canlılığın, yaşamağın əsas 
mənbəyidir. 
Od çərşənbəsi.
Mifoloji təsəvvürlərdə dünyamızın yaranmasına təkan verən 
ikinci mühüm amil oddur. Əski inanışlarda odu günəşlə, işıqla, gündüzlə 
əlaqələndirirdilər. Ulularımız ona Dan («dan yeri sökülür» deyimində indi də 
işlədilir) da deyirdilər.

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin