Азярбайъан республикасы дахили ишляр назирлийи


Sual 3. Azərbaycan mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
306 multikulturalizm m N2pdf

Sual 3. Azərbaycan mütəfəkkirlərinin görüşlərində tolerantlıq ideyaları. 
 
N. Tusinin görüşlərində tolerantlıq ideyaları. 
XIII əsrdə Azərbaycanın 
dünyaya bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Məhəmməd ibn Həsən Nəsirəddin 
Tusidir (1201-1273). İlk təhsilini atasından alan Tusi, sonra təhsilini Həmədan və Tus 
şəhərlərində İbni Sina və Bəhmənyar kimi şəxsiyyətlərin tələbələrinin yanında davam 
etdirmişdir.
 
O, Kuhistan ismaililərinin rəhbəri Nəsirəddin Möhtəşəmin sifarişi ilə əxlaqa 
dair kitab yazmağa başlayır. 1235-ci ildə Nəsirəddin Tusi məşhur "Əxlaqi Nasiri" 
əsərini tamamlayaraq hökmdara təqdim edir, lakin əsər onun xoşuna gəlmədiyi üçün 


23
Tusini həbs etdirərək Ələmut qalasına saldırır. 12 ildən artıq bir müddətdə bu qalada 
həbsxana həyatı keçirən Tusi burada da elmi yaradıcılıq fəaliyyətindən qalmır və bir 
sıra elmi əsərlər yazır. 1253-cü ildə Hülakü xan Azərbaycana hücumu zamanı Tusini 
Ələmut qalasından azad edir və onu özünün şəxsi məsləhətçisi təyin edir. 
Ensiklopedik biliyə malik Nəsirəddin Tusi elmin astronomiya, riyaziyyat
fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə dair bir çox kəşflərin və 150-dən 
çox, bəzi müəlliflərə görə 200-dən çox əsərin müəllifidir. 
Nəsirəddin Tusi tərəfindən Marağada yaradılmış rəsədxana və 
Dar əl-ilm va-l-
hukman (Hikmət evi)
təkcə elmi araşdırmalar aparan mərkəz deyildi, o həmçinin bir 
təhsil mərkəzi idi. Mənbələr göstərir ki, burada müxtəlif millətlərin nümayəndələri 
çalışır və eyni zamanda burada bir çox ölkədən gəlmiş tələbələr də təhsil alırdılar; 
“hətta burada Çindən gəlmiş bir neçə tələbədə oxuyurdu”.
Burada dünyanın bir çox məmləkətlərindən gələn alimlər (Dəməşqdən 
Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, 
Qəzvindən Nəcməddin Dəbiranini, Buxaradan Cəmaləddin əz-Zeydi Buxari, Çindən 
Fao Mun-çi, Monqolustandan İsa Monqol, Hindistandan Kəmaləddin Əflatun əl-
Xindi, Xristianlığı qəbul etmiş Yəhudi Yuhanna Qriqori Əbül Fərəc Hebraus və 
digərləri) birgə çalışmış, bəziləri isə (Çinli Fao Mun-çi və başqaları) öyrəndikləri 
bilikləri öz ölkələrində tətbiq etmişlər. 
Akademik Z.Bünyadov Nəsirəddin Tusi tərəfindən Marağada yaradılmış 
rəsədxana və 
Dar əl-ilm va-l-hukmanı
nəinki təkcə Şərq ölkələrinin, eləcə də o zaman 
ki, dünya sivilizasiyasının ilk elmlər akademiyası adlandırırdı 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin