Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
306 multikulturalizm m N2pdf

Şəms Təbrizi. 
Ş.Təbrizinin bir şerinin dilimizə sətri tərcüməsi aşağıdakı 
kimidir: 


27
Eşit məni, mən özüm özümə tanınmaz bir kəsəm, indi Allahın adına 
mən nə etməliyəm? 
Mən nə Xaça, nə də Ayparaya sidq-ürəkdən vurulmamışam, mən 
nə gavur, nə də yəhudi deyiləm. 
Nə Şərq, nə Qərb, nə torpaq, nə də dəniz mənim evim deyildir
mən nə ilahə, nə də cinlə qohum deyiləm. 
Mənim nə od, nə də köpüklə işim yoxdur, mən nə toz, nə də 
şehdən yoğrulmamışam. 
Mən nə Çindən uzaqlarda, nə Saksin, nə də Bulqar ölkəsində 
doğulmamışam; 
Nə beş çay axarlı Hindistanda, nə İraqda, nə də Xorasanda 
böyüməmişəm. 
Nə bu dünyada, nə də ki o dünyada, nə Cənnətdə, nə də 
Cəhənnəmdə yaşamamışam; 
Mən nə Behiştdən (cənnətdən) və onun mələk-mühafizindən yerə 
düşməmişəm. 
Nə də Adəmdən nəsil şecərəmi almamışam. 
Dünyanın ən uzaq bir guşəsində həyat yolunun kölgəsi düşməyən 
bir yerdə qəlblə bədənin hədd hüdudu aşıb keçdiyi bir məkanda
Mən sevdiyim bir kəsin qəlbində təzədən yaşayıram.
Şəms insanın qarşısına çox çətin vəzifə qoyur: «Allah-əkbər deyirsən, yəni 
Allah böyükdür. Onda sən də çalış ki, böyük olasan!» yəni kamilləşəsən. O göstərirdi 
ki, Peyğəmbərin yolu ilə getmək zahirən ona təqlid etmək deyil, məsələn, o qovun 
yeməyibsə, sən də yemə (Məhəmməd peyğəmbər qovun yemədiyi üçün məşhur sufi 
şeyxi Bayəzid Bəstami də qovun yemirmiş), Peyğəmbərin yolu ilə getmək odur ki, o, 
Meraca gedibsə, sən də onun ardınca get!» 
XIV-XV əsrlərdə yaşamış Şeyx Sədrədinin (Səfəviyə təriqətinin qurucusu 
Şeyx Səfi Ərdəbilinin nəvəsi) müridi olmuş sufi şeyxi və şairi Seyyid Əli bin Harun 
bin Əbülqasim Hüseyni Təbrizi (Qasimi-Ənvar) “Məscid ilə meyxanə, ya Kəbə və 
bütxanə” rədifli qəzəlində yazırdı: 
Məscid ilə meyxanə, ya Kəbə və bütxanə 
Məqsud məhəbbətdir, baqi (
daimi, əbədi
) bütün əfsanə. 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin