Азярбайъан республикасы дахили ишляр назирлийи



Yüklə 366,83 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix24.12.2023
ölçüsü366,83 Kb.
#192319
1   ...   15   16   17   18   19   20   21   22   23
306 multikulturalizm m N2pdf

M.F.Axundzadə.
Xalqın iqtisadi-mədəni həyatda mövcud problemləri duyan, 
onların tərəqqisinə təkan verən görkəmli Azərbaycan maarifçilərindən biri də 
M,F.Axundzadə olmuşdur. O, maarifçi-realist metodunun ədəbiyyat tariximizdə 
böyük nümayəndəsidir. 
Fikir azadlığını tərəqqinin əsası hesab edən M.Fətəli yazır: "Canlılar aləmində 
insan daima tərəqqi tələb edən bir növdür və fikir azadlığı olmadan tərəqqi mümkün 
ola bilməz. Tərəqqinin nəticəsini zəmanəmizdə sivilizasyon adlandırırlar. 
Sivilizasyon elə bir ümumi sözdür ki, onun məzmununda bütün sənətlər, fəndlər, 
qüdrəti-dövlət, millətin asayişi və mədəniyyətin bu kimi şərtləri cəm olmuşdur. Əgər 
cəmiyyət öz fərdlərinə fikir azadlığı verməzsə onları ata-babanın və övliyaların qərar 
verdikləri şeylərlə kifayət etməyə və bunlardan kənara çıxmamağa və ağıllarını 
mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu sürətdə fərdlər yer əkən, məhsul 
toplayan və hər bir işi düşünmədən və fikir etmədən görən avtomat olarlar; və ya 


30
onlar dəyirman atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz 
vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra yenə oyanıb haman dünənki 
dolanışı dünyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xətri olmaz 
ki, dünyada çəmənlər, otlaqlar, çayırlıqlar, çiçəkliklər, meşələr, dağlar və dərələr 
vardır; əgər bağlı olmasaydılar, dünyada gəzərdilər və o könül açan yerləri görərdilər 
və dünya nemətlərindən tamamilə faydalanmış olardılar". O, bərabərliyi insan 
tərəqqisinin özülü sayırdı, hesab edirdi ki, o Anayasanın əsasında durmalıdır. 
Mənəvi, milli və ictimai bərabərlik tələblərini Axundzadə dialektik vəhdətdə və 
qarşılıqlı əlaqədə ələ alır, azadlıq və hüquq, hakimiyyət və maarif problemini həm 
fərd, şəxsiyyət, həm də cəmiyyət və xalq miqyasında irəli sürürdü. 
Böyük mütəfəkkir qeyd edirdi ki,"...Bəşər övladına səadət və qurtuluş o zaman 
nəsib olacaqdır ki, istər Asiyada və istərsə də Avropada insanın şüuru tamamilə əbədi 
həbsdən xilas olsun və bütün işlərdə də, təfəkkürdə də hadisələr deyil, insanın ağlı 
yeganə dəlil, sənəd və hakimi - mütləq olsun”. 
Şərqin dinçi və heç bir düşüncə və din pluralizminə haqq tanımayan qaranlıq 
kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin 
siyasətdən ayrı olması zərurətini savunmuşdur. O, öz nəzərlərini konstitusiya 
quruluşunun təsdiqləndiyi Avropa ölkələrinə istiqamətləndirirdi. Beləliklə, Axundov 
Şərqin müsəlman mütəfəkkirləri arasında ilk olaraq konstitusionalizm ideyalarını 
dəstəkləyən mütəfəkkir idi. 
Mən elə bir dinə üstünlük verə bilərdim ki, onun vasitəsilə insan bu dünyada 
azad və xoşbəxt yaşaya biləydi 
Heydər Hüseynovun fikrincə, M.F.Axundov öz xalqını savadlı görməyi çox 
istəyirdi. Buna görə də ilk növbədə Azərbaycan xalqı tərəfindən yeni əlifbanın (latın 
əlifbası) qəbul edilməsini zəruri sayırdı. O, bildirirdi ki, ərəb əlifbası elmin və 
mədəniyyətin inkişafına, geniş xalq kütlələri arasında maarifin yayılmasına böyük 
maneə yaradır. M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırmış və praktiki 
olaraq yeni əlifbanın qəbul edilməsi-Şərqdəki mədəni inqilab uğrunda mübarizə 
aparırdı. Bu iş uğrunda yorulmadan, cəsarətlə mübarizə aparan Axundov yazırdı: 
“Mənim əlifbam yüz ildən sonra şərq ədəbiyyatında öz layiqli yerini tutacaq... Bu 
əlifba ilə yeni əsərlər yazılacaq, həmçinin onun hərfləri ilə köhnə kitablardakılar 
oxuculara çatdırılacaq... O zaman mənim məqsədimə nail olunacaq və mən 
qabaqcadan arxayın ola bilərəm, baxmayaraq ki, o xoşbəxt günü görməyəcəyəm”.
M. F. Axundzadə “Kəmalüddövlə məktubları”nı fars və rus dillərinə 
çevirmişdir.
Dünyagörüşü Şərq fəlsəfəsi ilə yanaşı XVII – XVIII əsrlər Avropa, daha çox 
Fransa materialistlərinin baxışları əsasında formalaşan Mirzə Fətəli “Həkimi-ingilis 
Yuma cavab”, “Yek kəlmə haqqında” əsərlərində Qərb idealizminin, təsəvvüfün, 
Şərq arestotelçiliyinin, babilər məzhəbinin mistik nəzəriyyələrinə qarşı qəti olaraq 
çıxırdı. Məktublarının birində qayəsini izah edən alim və maarifçi yazırdı: “Mənim 
məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri 
inkişaf etdirmək, xalqımızın azadlığı, rifahı və sərvətinin artması üçün islamiyyətdən 
əvvəl babalarımızın malik olduğu şan və şöhrətinin bərpa edilməsi üçün ədalətə rəvac 
verməkdir” 


31
M.Fətəlinin A.S.Puşkini yaxından tanıyıb, duyması, dərin məhəbbətlə sevməsi 
ən çox Belinskinin əsərləri ilə tanışlıqdan irəli gəlirdi. M.Fətəli Rusiyada dünyəvi 
elmlərin banisi Lomonosovun, şair Derjavinin, Karamzinin, A.S.Puşkinin əsərlərini 
oxuyub, onların ədəbi fəaliyyəti ilə yaxından tanış olurdu. Belə bir vaxtda 
A.S.Puşkinin öldürülməsi (1837-ci il yanvarın sonu) kimi bədbəxt və gözlənilməz bir 
hadisə üz verdi. Bu hadisə bütün Rusiyanı sarsıtdı. Ölkənin hər yerində bu xəbər milli 
matəm kimi qeyd edilirdi. M.Fətəli 1837-ci ildə xəyanətin qurbanı olan bu böyük 
şairin faciəsinə çox təsirlənmişdi. Bu münasibətlə o, özünün ən yaxşı şeiri olan 
“A.S.Puşkinin ölümünə Şərq poeması”nı yazmışdır. 

Yüklə 366,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin