AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Cücələrin eksperimental eymeriozu zamanı bud əzələlərində sərbəst amin turşularının dinamikası



Yüklə 4,12 Mb.
səhifə25/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

7.4.Cücələrin eksperimental eymeriozu zamanı bud əzələlərində sərbəst amin turşularının dinamikası
E.tenella-nin müxtəlif dozalarının (20000 və 100000 oosista) cücələrin əzələ-lərində amin turşuların mübadiləsinə təsirini öyrənmək üçün sutkalıq cücələr 20 günlük yaşa qədər böyüdüldükdən sonra 3 qrupa bölünmüşdür: kontrol-yoluxdurulmamış (10 cücə), 20000 oosista ilə yoluxdurulmuş (20 cücə) və 100000 oosista ilə yoluxdurulmuş (50 cücə). Yoluxdurulmuş cücələrin amin turşu mübadilə-sində baş verən dəyişkənliklər parazitin sahibin orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq izlənilmiş və əldə edilən nəticələr cədvəl 7.11 və 7.12-də verilmişdir.

Cədvəl 7.11-də verilən məlumatlardan aydın olur ki, cücələri E.tenella-nın 20000 oosistası ilə yoluxdurulması əzələ toxumasında amin turşuların miqdarında kəmiyyət dəyişkənliklərinə səbəb olur. Əzələ toxumasında müəyyən edilən 17 amin turşusundan invaziyanın müxtəlif günləri ümumilikdə 13 amin turşusunun miqdarında statistik dürüst dəyişkənlik baş verir ki, bu da ümumi amin turşuların 76,5%-ni təşkil edir.

Parazitin bağırsaqda inkişaf mərhələlərinə uyğun olaraq baş verən dəyişkənliklərin izlənilməsi nəticəsində müəyyən edilmişdir ki, invaziyanın 5-ci günü əvəzolunmayan 7 amin turşusundan 6-nın miqdarında statistik dürüst dəyişkənliklər baş verirsə, invaziyanın 7-ci və 10-cü günləri bir amin turşunun – lizinin miqdarında dəyişkənlik baş verir. Lizinin miqdarı invaziyanın 10-cu günü də normaya qayıtmır (P<0,001).

Əvəzolunan amin turşulardan isə invaziyanın 5-ci günü argininin, asparagin turşusunun, serinin, prolinin, qlisinin və alaninin miqdarında statistik dürüst dəyiş-kənlik baş verir. İnvaziyanın 7-ci günü əlavə olaraq qlutamin turşusunun miqdarında da dəyişkənlik baş verir (P<0,05). Alaninin miqdarı isə normaya qayıdır. Serinin və prolinin miqdarı hətta invaziyanın 10-cu günü normaya qayıtmır (cədvəl 7.11).

İnvaziyanin 7-ci günü argininin mübadiləsində baş verən dəyişkənlik o qədər kəskin olur ki, onun miqdarını müəyyən etmək mümkün olmur. İnvaziyanın 10-cu günü onun kontrol qrupun göstəriciləri ilə müqayisədə miqdarı artaraq 0,564 mkmol olur ki, bu zaman statistik dürüst dəyişkənlik müşahidə edilmir (cədvəl 7.11).

Cədvəldə verilən ümumi amin turşularının miqdarına nəzər saldıqda məlum olur ki, kontrol qrupda bu göstərici 21,495 mkmol təşkil edir. Koksidioz cücələrin bud əzələlərində amin turşuların miqdarının azalması ilə müşaət olunur.

İnvaziyanın 5-ci günü ümumi amin turşuların miqdarı kontrol qrupun göstəricilərindən 7,272 mkmol az olmuşdur. İnvaziyanın 7-ci günü bu fərq 7,290 mkmol təşkil edir.

Cədvəl 7.11



Eimeria tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş qara toyuq

cücələrinin əzələlərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol, 1q toxumada)




Amin turşular

Kontrol cücələrin göstəriciləri

İnvaziyanın

5-ci günü

7-ci günü

10-cu günü

1

2

3

4

5

6

Əvəzolunmayan amin turşular

1

Lizin

1,557±0,01

4,177±0,01

P<0,001


0,314±0,01

P<0,001


0,590±0,01

P<0,001


2

Metionin

0,088±0,01

0,154±0,01

P<0,001


0,366±0,01

P>0,05


0,202±0,01

P<0,01


3

Valin

0,345±0,01

0,430±0,01

P<0,001


0,585±0,01

P>0,05


0,361±0,01

P>0,05


4

Leysin

0,228±0,01

0,320±0,01

P<0,001


0,289±0,01

P>0,05


0,324±0,01

P>0,05


5

Izoleysin

0,114±0,01

0,250±0,01

P<0,001


0,477±0,01

P>0,05


0,232±0,01

P>0,05


6

Fenilalanin

0,150±0,01

0,237±0,15

P>0,05


P1>0,05

0,230±0,01

P>0,05


0,230±0,01

P>0,05


7

Treonin

1,423±0,01

0,966±0,01

P<0,001


1,580±0,01

P>0,05


1,992±0,01

P>0,05


Cəmi

3,905

6,534

3,841

3,931

Əvəzolunan amin turşular

8

Histidin

1,560±0,00

1,550±0,03

P>0,05


0,362±0,01

P>0,05


0,449±0,01

P>0,05


9

Arginin

1,106±0,02

0,377±0,02

P<0,01


-

0,564±0,01

P>0,05


10

Asparagin turşusu

0,621±0,01

0,426±0,01

P<0,01


0,538±0,01

P<0,001


0,713±0,01

P>0,05


11

Serin

4,796±0,01

0,582±0,40

P<0,001


1,524±0,01

P<0,001


4,119±0,01

P>0,01


12

Qlutamin turşusu

1,168±0,00

1,213±0,16

P>0,05


3,527±0,01

P>0,05


2,994±0,01

P>0,05


13

Prolin

2,215±0,00

0,716±0,01

P<0,001


1,361±0,01

P<0,05


0,700±0,01

P<0,05


14

Qlisin

1,696±0,01

1,372±0,01

P<0,05


1,328±0,01

P>0,05


1,058±0,01

P>0,05


15

Alanin

1,949±0,01

0,946±0,09

P<0,05


1,214±0,01

P>0,05


1,388±0,01

P>0,05

Cədvəl 7.11-in ardı


1

2

3

4

5

6

16

Tirozin

2,257±0,01

0,285±0,01

P>0,05


0,289±0,01

P>0,05


2,262±0,01

P>0,05


17

Sistein

0,222±0,01

0,222±0,01

P>0,05


0,221±0,02

P>0,05


0,224±0,01

P>0,05


Cəmi

17,590

7,689

10,364

14,521

Bütün amin turşuların cəmi

21,495

14,223

14,205

17,912

Parazitin bağırsaqda inkişafını başa çatdırması ilə əlaqədar olaraq bu fərq azalaraq 4,003 mkmol-a qədər azalır. Bu onu göstərir ki, parazitin inkişaf mərhələsinin başa çatması əksər amin turşuların mübadiləsinin bərpa olunması ilə müşaət olunur. Məsələn, invaziyanın 5-ci günü 11 amin turşusunun mübadiləsində dəyişkənlik baş verirsə, invaziyanın 10-cu günü mübadiləsində statistik dürüst dəyişkənlik baş verən amin turşuların sayı 3 (lizin, metionin və prolin) olur.

Yüksək doza ilə yoluxdurma paralel olaraq çox sayda amin turşuların mübadiləsində pozğunluqlara səbəb olur (cədvəl 7.12).

100000 oosista ilə yoluxdurulan cücələrin bud əzələlərində bütün əvəzolun-mayan amin turşuların mübadiləsi pozulur (cədvəl 7.12). 20000 oosista ilə yolux-durma zamanı fenilalaninin mübadiləsində dəyişkənlik baş verməsə də 100000 sporlaşmış oosista ilə yoluxdurma əlavə olaraq fenilalaninin də mübadiləsinin pozulmasına səbəb olur.

100000 oosista ilə yoluxdurma, 20000 oosista doza ilə yoluxdurmada olduğu kimi, əvəzolunmayan amin turşulardan fenilalanin istisna olmaqla demək olar ki, eyni amin turşuların mübadiləsinin pozulmasına səbəb olur. Qeyd etmək lazımdır ki, 20000 doza ilə yoluxdurmadan fərqli olaraq, 100000 oosista ilə yoluxdurma əvəz-olunmayan amin turşuların miqdarının daha kəskin azalmasına səbəb olur. Bunu əvəzolunmayan amin turşuların ümumi miqdarının hesablanması da sübut edir. Əgər invaziyanın 5-ci günü 20000 doza ilə yoluxdurma zamanı əzvəzolunmayan amin turşuların cəmi 6,534 mkmol təşkil edirsə, bu göstərici 100000 doza ilə yoluxdurma zamanı 5,337 mkmol-a qədər azalır. İnvaziyanın 7 və 10-cü günləri qeyd edilən göstərici invaziyanın 5-ci gününə nisbətən müvafiq olaraq 1,956 və 1,610 mkmol az olur (cədvəl 7.12).

Cədvəl 7.12



Eimeria tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin əzələlərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol, 1q toxumada)






Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurmadan sonrakı günlər

5-ci gün

7-ci gün

10-cu gün

Əvəzolunmayan amin turşular

1

Lizin

1,557±0,01

3,641±0,01

P<0,05


1,640±0,03

P<0,05


1,010±0,01

P<0,05


2

Metionin

0,088±0,01

0,228±0,01

P<0,05


0,288±0,02

P<0,05


0,299±0,01

P>0,05


3

Valin

0,345±0,01

0,333±0,01

P>0,05


0,330±0,02

P>0,05


0,340±0,01

P>0,05


4

Leysin

0,228±0,01

0,373±0,01

P<0,05


0,367±0,01

P>0,05


0,350±0,02

P>0,05


5

Izoleysin

0,114±0,01

0,316±0,01

P<0,05


0,320±0,02

P>0,05


0,249±0,01

P>0,05


6

Fenilalanin

0,150±0,01

0,268±0,01

P<0,05


0,266±0,01

P>0,05


0,268±0,02

P>0,05


7

Treonin

1,423±0,01

0,178±0,01

P<0,05


0,170±0,01

P>0,05


1,211±0,03

P>0,05





Cəmi

3,095

5,337

3,381

3,727

Əvəzolunan amin turşular

8

Histidin

1,560±0,00

1,289±0,01

P<0,05


1,373±0,03

P>0,05


1,297±0,01

P<0,001


9

Arginin

1,106±0,02

0,749±0,01

P<0,001


0,700±0,01

P<0,05


0,617±0,02

P>0,05


10

Asparagin turşusu

0,621±0,01

0,403±0,03

P<0,05


0,503±0,01

P<0,01


0,619±0,01

P>0,05


11

Serin

4,796±0,01

0,503±0,01

P<0,05


1,500±0,0 P<0,01

2,070±0,02

P<0,05


12

Qlutamin turşusu

1,168±0,00

1,802±0,01

P<0,05


1,987±0,01

P>0,05


1,987±0,01

P>0,05


13

Prolin

2,215±0,01

0,276±0,01

P<0,01


2,000±0,02

P>0,05


2,109±0,02

P<0,01


14

Qlisin

1,696±0,01

1,248±0,01

P>0,05


1,236±0,01

P<0,05


1,271±0,01

P>0,05


15

Alanin

1,949±0,01

0,742±0,01

P<0,05


2,071±0,03

P>0,05


2,080±0,04

P>0,05


16

Tirozin

0,257±0,01

0,266±0,01

P>0,05


0,300±0,03

P>0,05


1,337±0,02

P>0,05


17

Sistein

0,222±0,01

0,212±0,01

P>0,05


0,223±0,03

P>0,05


0,221±0,02

P>0,05


Cəmi

17,590

7,490

11,893

14,608

Bütün amin turşuların cəmi

21,495

12,827

15,274

18,335

Yüksək doza ilə yoluxdurma zamanı əvəzolunan amin turşulardan invaziyanın 5-ci günü histidin, tirozin və sistein istisna olmaqla digər bütün amin turşuların miqdarında statistik dürüst dəyişkənlik baş verir. Bu zaman onların bəzilərinin miqdarı artır, bəzilərinin miqdarı isə azalır

Qeyd edildiyi kimi, 20000 doza ilə yoluxdurmadan fərqli olaraq bu hal 100000 doza ilə yoluxdurma zamanı daha kəskin olur. İnvaziyanın 7-ci günü miqdarında statistik dürüst dəyişkənlik baş verən amin turşular və onların sayı invaziyanın 5-ci günündə olduğu kimi qalır. İnvaziyanın 10-cu günü isə parazitin inkişafının başa çatması ilə əlaqədar olaraq əksər amin turşuların mübadiləsi bərpa olunmağa başlayır. 100000 oosista ilə yoluxdurulma zamanı invaziyanın 10-cu günü ümumi amin turşuların miqdarı 18,335 mkmol təşkil edirsə, bu göstərici 20000 doza ilə yoluxdurma zamanı 17,912 mkmol olmuşdur (cədvəl 7.11 və 7.12).

Cədvəl 7.11 və 7.12-dən görünür ki, cücələrin E.tenella-nın 20000 və 100000 oosistaları ilə yoluxdurulması zamanı onların bud əzələlərində miqdarında ən çox dəyişikliklər baş verən amin turşulara invaziyanın 5-ci günü təsadüf edilir. E.tenella-nın 20000 dozası ilə yoluxdurma zamanı 12 amin turşunun miqdarında dəyişkənlik baş verirsə, 100000 oosista ilə yoluxdurma zamanı isə 13 amin turşunun miqdarında statistik dürüst dəyişkənlik baş verir.

Beləliklə, müəyyən edilmişdir ki, amin turşuların miqdarında baş verən dəyişikliklər meromtlarının ikinci generasiyası ilə başlayır və onların miqdarı prepatent dövrünün sonunda bərpa olunur, bəzilərinin miqdarında isə dəyişikliklər patent dövründə başlayır və bu müddətdə də bərpa olunur. Həm 20000 doza və həm də 100000 doza ilə yoluxdurma zamanı bəzi amin turşuların - lizin, metionin və prolinin miqdarında baş verən dəyişikliklər bütün invaziya dövründə müşahidə edilir və hətta parazitin inkişafının sona çatmasına baxmayaraq normaya qayıtmır.


7.4.1.Baykoksun müxtəlif dozalarının sağlam cücələrin əzələlərində sərbəst amin turşuların dinamikasına təsiri

Müxtəlif parazitar xəstəliklərin müalicəsində istifadə edilən preparatların effektliyini qiymətləndirmək üçün, onun ilk növbədə sağlam orqanizmə təsiri müəyyənləşdirilməlidir. Bunu nəzərə alaraq cücələrin eksperimental koksidiozu zamanı müalicə məqsədilə quşçuluq sənayesində geniş istifadə edilən 2,5%-li baykoksun 1ml/l, 2ml/l və 3 ml/l dozalarının 20 günlük cücələrin əzələlərinin sərbəst amin turşu mübadiləsinə təsirini öyrənmək məqsədilə hər birində 20 cücə olmaqla 3 qrup təşkil edilmişdir. Birinci qrupun cücələrinə baykoksun 1ml/l, ikinci qrupun cücələrin 2 ml/l, üçüncü qrupun cücələrinə isə 3 ml/l dozası içməli su ilə 3 gün müddətində verilmişdir. Kontrol göstərici kimi isə bundan əvvəlki təcrübələrin nəticələrindən istifadə edilmişdir. Alınan nəticələr cədvəl 7.13-də verilir.

Cədvəl 7.13-də verilən məlumatlar analiz etdikdə aydın olur ki, baykoksun 1ml/l dozası bud əzələsində müəyyən edilən 17 amin turşuların hər birinin miqdarında müəyyən dəyişkənliklərə səbəb olsa da baş verən dəyişkənliklər statistik dürüst olmamışdır P>0,05). Lakin, ayrı-ayrı amin turşuların miqdarında baş verən dəyişikliklər özünü amin turşuların ümumi miqdarında göstərir. 1ml/l dozada baykoks verilən cücələrin əzələlərində amin turşuların ümumi miqdarı kontrol qrupun müvafiq göstəricisindən 3,246 mkmol az olmuşdur.

2ml/l dozada baykoks verilən cücələrin bud əzələlərində əvəzolunmayan amin turşuların miqdarında statistik dürüst dəyişkənliklər baş verməsə də, əvzolunan amin turşulardan histidinin, prolinin və qlisinin miqdarında statistik dürüst dəyişkənlik baş vermişdir (müvafiq olaraq P<0,05 və P<0,01). İstər əvəzolunmayan və istərsə də əvəzolunan digər amin turşuların miqdarında baş verən dəyişkənliklər statistik dürüst olmasada, bu dəyişikliklər (artıb azalmalar) özünü amin turşuların ümumi miqdarında göstərir. Bu halda da amin turşuların ümumi miqdarında kontrol qrupun göstəricisi ilə müqayisədə azalma müşahidə edilmişdir. Bu göstərici kontrol qrupun müvafiq göstəricisindən 4,562 mkmol az olmuşdur (cədvəl 7.13).

Baykoksun 3ml/l dozası həm əvəzolunan və həm də əvəzolunmayan sərbəst amin turşuların mübadiləsinin pozulmasına səbəb olur. Müəyyən edilən 7 əvəzolunmayan amin turşudan 4-nün (lizin, valin, leysin, izoleysin) mübadiləsi pozulur. 10 əvəzolunan amin turşudan isə 4-nün (histidin, prolin, qlisin və tirozin) mübadiləsində pozuntular müşahidə edilir. Baykoksun qeyd edilən dozası hər iki qrupdan olan amin turşuların mübadiləsinə eyni dərəcədə təsir göstərir.

Cədvəl 1.13

Baykoksun müxtəlif dozalarının kontrol qara toyuq cücələrinin əzələlərində

sərbəst amin turşuların dinamikasına təsiri

(M±Sd, mkmol 1q toxumada)




Amin turşular

Kontrol cücələrin göstəriciləri

Müalicə olunan cücələrin göstəriciləri

1 ml/l

2ml/l

3ml/l

Əvəzolunmayan amin turşular

1

Lizin

1,557±0,01

1,516±0,02

P>0,05


1,520±0,02

P>0,05


0,326±0,01

P<0,01


2

Metionin

0,088±0,01

0,230±0,01

P>0,05


0,227±0,01

P>0,05


0,228±0,01

P>0,05


3

Valin

0,345±0,01

0,340±0,01

P>0,05


0,340±0,01

P>0,05


0,256±0,01

P<0,01


4

Leysin

0,228±0,01

0,340±0,01

P>0,05


0,342±0,03

P>0,05


0,312±0,01

P<0,05


5

Izoleysin

0,114±0,01

0,246±0,02

P>0,05


0,246±0,02

P>0,05


0,261±0,01

P<0,05


6

Fenilalanin

0,150±0,01

0,266±0,01

P>0,05


0,267±0,01

P>0,05


0,256±0,01

P>0,05


7

Treonin

1,423±0,01

1,210±0,02

P>0,05


0,987±0,01

P>0,05


-

Cəmi

3,905

4,148

3,929

1,639

Əvəzolunan amin turşular

8

Histidin

1,560±0,00

1,377±0,02

P>0,05


0,362±0,02

P<0,05


0,357±0,01

P<0,05


9

Arginin

1,106±0,02

0,586±0,04

P>0,05


0,586±0,01

P>0,05


0,587±0,01

P>0,05


10

Asparagin turşusu

0,621±0,01

0,740±0,01

P>0,05


0,600±0,01

P>0,05


0,636±0,01

P>0,05


11

Serin

4,796±0,01

4,201±0,01

P>0,05


4,270±0,01

P>0,05


4,285±0,01

P>0,05


12

Qlutamin turşusu

1,168±0,00

1,998±0,03

P>0,05


0,998±0,03

P>0,05


0,946±0,01

P>0,05


13

Prolin

2,215±0,00

1,270±0,03

P>0,05


1,927±0,03

P<0,05


0,649±0,01

P<0,01


14

Qlisin

1,696±0,01

1,279±0,04

P>0,05


1,527±0,01

P<0,01


1,656±0,01

P<0,05


15

Alanin

1,949±0,01

2,080±0,01

P>0,05


2,091±0,01

P>0,05


2,497±0,01

P>0,05


16

Tirozin

2,257±0,01

0,340±0,01

P>0,05


0,341±0,01

P>0,05


1,243±0,01

P<0,01


17

Sistein

0,222±0,01

0,230±0,01

P>0,05


0,231±0,03

P>0,05


0,228±0,01

P>0,05


Cəmi

17,590

14,101

12,933

13,084

Bütün amin turşuların

cəmi


21,495

18,249

16,862

14,723

Yəni, hər iki halda 4 amin turşunun mübadiləsi pozulur. Əvəzolunmayan amin turşuların ümumi miqdarı kontrol qrupda 3,095 mkmol təşkil etdiyi halda, bu göstərici 3ml/l dozada baykoks verilən qrupda 1,639 mkmol-a enir. Bu göstərici birinci və ikinci qrupun müvafiq göstəricilərində də aşağıdır (müvafiq olaraq 4,148 və 3,929 mkmol).

Baykoksun 3ml/l dozasının təsirindən treoninin miqdarında baş verən azalma o qədər çox olur ki, onun miqdarının təyin etmək mümkün olmur. Əvəzolunan amin turşuların miqdarına nəzər saldıqda isə məlum olur ki, bu qrupda amin turşuların ümumi miqdarı kontrol və 1ml/l dozada baykoks verilən qrupun müvafiq göstəricisindən az olsa da, 2ml/l dozada baykoks verilən qrupun cücələrinin göstəricisindən yüksəkdir. Əvəz olunmayan və əvəz olunan amin turşularının cəmi isə bütün qrupun göstəricilərindən az olmuşdur.

Beləliklə, alınan nəticələrə əsasən belə bir fikir söyləmək olar ki, baykoksun dozasının artırılması ilə paralel olaraq mübadiləsində pozğunluqlar baş verən amin turşuların miqdarı da artır. Bu onu sübut edir ki, preparatın müalicə dozasının artırılması orqanizmdə əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər.

Qeyd etmək lazımdır ki, baykoksun dozasının artırılması ilə paralel olaraq treoninin miqdarı da azalır. Məlumdur ki, treonin normal zülal balansının saxlanılmasında, immunitetin yaranmasında və s. mühüm rol oynayır. Alınan nəticələrə əsaslanaraq göstərmək olar ki, baykoksun dozasının artırılması qaraciyərin funksiyasına və immunitetə mənfi təsir göstərir.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin