AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 4,12 Mb.
səhifə21/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

Qeyd: I qrup – baykoks ilə müalicə edilən, II qrup –A.absinthium ilə müalicə edilən, III - A.absinthium və baykoksun kombinasiyası ilə müalicə edilən, CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil

Baykoksla müalicə edilən qrupda cücələr arasında invaziyanın 7-ci gününə qədər sağalma başlayır. Təcrübə müddətində 2-ci və 3-cü qrupa daxil edilən cücələrin hərəsindən bir, 4-cü qrupdan isə 2 cücə ölmüşdür.

Tədqiqatın nəticələri göstərir ki, baykoksla müalicə olunan cücələrdən ancaq 25 günlük cücələrin (=invaziyanın 5-ci günü) qanında eritrositlərin sayı kontrol yoluxdurulmayan qrupun cücələrinin göstəricisinə nisbətən 0,12x1012/L azalır (P<0,05), yoluxdurulub müalicə edilməyən qrupun göstəricisinə nisbətən isə dəyişmir (P>0,05). Növbəti günlərdə müalicə olunan qrupda eritrositlərin sayında qismən dəyişikliklər baş verirsə də bu statistik dürüst olmamışdır.

25 və 27 günlük cücələrin qanında leykositlərin sayında da statistik dürüst dəyişkənlik (=invaziyanın 5-ci və 7-ci günləri) müşahidə edilmişdir. Bu zaman baykoksla müalicə olunan qrupda eritrositlərin sayı yoluxdurulmamış kontrol qrupun göstəricilərindən çox olmasına baxmayaraq yoluxdurulub müalicə edilməyən qrupun göstəricilərindən 0,01x109/L az olur ( müvafiq olaraq P<0,05 və P<0,05).

Baykoks verilən 3-cü qrupun cücələrinin qanında hemoqlobinin miqdarında azalma invaziyanın 3, 7 və 10-cu günləri baş verir. Bu zaman yoluxdurulmamış kontrol qrupun göstəriciləri ilə müqayisədə hemoqlobinin miqdarı müvafiq olaraq 0,12q/L və 3,00 q/L (P<0,05 və P<0,001), 10-cu gün isə hemoqlobinin miqdarı 0,92 q/L azalır (P<0,01).

Alınan göstəriciləri yoluxdurulan kontrol qrupun göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, ancaq invaziyanın 7-ci günü hemoqlobinin miqdarı 0,22 q/L artır (P<0,001) (cədvəl 6.8).

Müalicə olunan cücələrin leykositar formuluna nəzər saldıqda məlum olur ki, yoluxdurulmuş kontrol qrupun göstəriciləri ilə müqayisədə invaziyanın 3-cü və 7-ci günləri eozinofillərin, monositlərin, bazofillərin limfositlərin və psevdoeozinofillərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir. Statistik dürüst dəyişkənlik alınan nəticələrin kontrol yoluxdurulmamış qrupun müvafiq göstəriciləri ilə müqayisəsi zamanı müşahidə edilir. 3-cü gün kontrol qrupun göstəriciləri ilə müqayisədə eozinofillərin miqdarı 0,17% (P<0,05), limfositlərin miqdarı 0,24% (P<0,001), eozinofillərin miqdarı isə 0,17% artır. Eozinofillərin və limfositlərin miqdarının artması (P<0,05), psevdoeozinofillərin miqdarında baş verən azalma isə (P<0,05) invaziyanın 5-ci günü də müşahidə olunur. Qanın leykositar formulunda belə bir mənzərə invaziyanın 7-ci günü də müşahidə edilir. İnvaziyanın 10-cu günü (=30 günlük cücələr) baykoksla müalicə olunan cücələrin qanının morfoloji göstəriciləri kontrol qrupun göstəriciləri səviyyəsində olur.

E.tenella ilə yoluxdurulan və yeminə müalicə məqsədilə 1500mq/kq A.absinthium əlavə edilən 23 günlük cücələrin qanında eritrositlərin sayında dəyişkənlik müşahidə edilmir. Leykositlərin sayı isə yoluxdurulmamış kontrol qrupun müvafiq göstəricisindən çox, yoluxdurulub müalicə olunmayan qrupun göstəricisindən isə az olur (P<0,05). Bu zaman hemoqlobinin, eozinofillərin, monositlərin və bazofillərin miqdarında statistik dürüst dəyişkənlik baş verməmişdir, baş verən dəyişkənlik fizioloji norma səviyyəsində olmuşdur. Limfositlərin miqdarı kontrolla müqayisədə 42,00±0,16%-ə qədər azalır (kontrol 41,93±0,59) (cədvəl 6.8). Psevdoeozinofillərin miqdarı isə yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə 49,00±0,02-dən 49,38±0,20%-ə qədər yüksəlir (P<0,05, P1>0,05) (kontrol 49,46±0,23).

Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə edilən cücələrin qanında invaziyanın 3-cü günü yoluxdurulmayan kontrol qrupun göstəriciləri ilə müqayisədə leykositlərin sayında statistik dürüst dəyişkənlik baş verməsə də, yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə leykositlərin sayı 0,38x109/L azalır (P<0,05). Müalicə edilən 23 günlük cücələrin qanında hemoqlobinin miqdarında da kəskin azalma (0,26 q/L, P<0,001) baş verir (P<0,01). Yoluxdurulub müalicə olunmayan qrupun göstəriciləri ilə müqayisədə hemoqlobinin miqdarında azalma birinci halda olduğu kimi 0,26q/L olmasına baxmayaraq statistik dürüst olmamışdır (P>0,05).

25 günlük (=invaziyanın 5-ci günü) acı yovşan ilə müalicə olunan cücələrin qanında eritrositlərin sayında statistik dürüst fərq aşkar edilməmişdir. Leykositlərin

sayı isə 0,26x109/L artır (P<0,01).

İnvaziyanın bu günü dördüncü qrupun cücələrinin qanının leykositar formulunda limfositlər istisna olmaqla nəzərəçarpacaq dəyişkənlik baş vermir. Bu zaman kontrol

qrupun göstəriciləri ilə müqayisədə limfositlərin miqdarı 0,07% artır.

5-ci qrupun cücələrinin qanında birinci və ikinci qrupun göstəriciləri ilə müqayisədə eritrositlərin sayı azalır (müvafiq olaraq (P<0,05 və (P1<0,01). Leykositlərin sayı hər iki halda artır (P<0,01). Hemoqlobinin miqdarı ikinci qrupun göstəricilərindən yüksək olsa da (P1<0,05), birinci qrupun göstəricilərindən az olmuşdur (P1<0,05). Leykositar formulun göstəricilərini birinci qrupun göstəriciləri ilə müqayisə etdikdə eritrositlərin miqdarında, ikinci qrupun göstəriciləri ilə müqayisə etdikdə limfositlərin miqdarında statistik dürüst dəyişkənlik baş verir (P<0,05 və P1<0,05) (cədvəl 6.6 və 6.8).

İnvaziyanın 7-ci günü (=27 günlük cücələr) həm dördüncü və həm də 5-ci qrupdan olan cücələrin qanında leykositlərin miqdarı ikinci qrupun göstəricilərinə nisbətən azalır, eritrositlərin sayı isə dördüncü qrupda azalır.

Hemoqlobinin miqdarı hər iki qrupda birinci qrupun müvafiq göstəricisindən aşağı olsa da, ikinci qrupun göstəricilərindən yüksəkdir (P1<0,01). İnvaziyanın 10-cu günü hemoqlobinin miqdarında baş verən artım davam etsədə hələ kontrol qrupun müvafiq göstəricisindən aşağıdır.

Müalicə olunan 30 günlük bütün qruplardan olan cücələrin qanında (=İnvaziyanın 10-cu günü) eritrositlərin və leykositlərin sayında statistik dürüst dəyişkənlik baş vermir (P>0,05).

İnvaziyanın 7-ci günü acı yovşan ilə müalicə olunan qrupun leykositar formulunun göstəricilərini digər qrupların müvafiq göstəriciləri ilə müqayisə etdikdə aydın olur ki, kontrol və yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə eozinofillərin və bazofillərin miqdarında statistik dürüst dəyişkənliklər baş vermir. Limfositlərin miqdarı isə acı yovşan ilə müalicə olunan qrupda artır (P<0,01). Acı yovşan və baykoksun kombinasiyası ilə müalicə olunan qrupda isə onun miqdarında

dəyişkənlik baş vermir (cədvəl 6.8).

Psevdoeozinofillərin miqdarı kontrol və yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə baykoksun acı yovşanla kombinasiyası ilə müalicə olunan qrupda artır (P<0,01, P1<0,01), limfositlərin miqdarı isə kontrol qrupun göstəriciləri ilə müqayisədə azalır (P<0,01).

Beşinci qrupda hemoqlobinin miqdarı ikinci qrupun göstəricilərinə nisbətən artsada, kontrol qrupun göstəricisindən aşağı olur (P<0,01). Bu zaman eozinofillərin, monositlərin, bazofillərin, limfositlərin və psevdoeozinofillərin miqdarı birinci kontrol qrupun göstəriciləri səviyyəsində olur.

Beləliklə, müəyyən edilmişdir ki, qanın morfoloji göstəricilərinin dinamikası preparatın tətbiq edilmə sxemindən asılıdır. Tətbiq edilən müalicə sxemlərindən asılı olaraq qanın leykositar formulunda da dəyişikliklər baş verir.

Hemoqlobinin miqdarının, eritrositlərin və leykositlərin sayının fizioloji norma daxilində artması göstərir ki, preparat eritropoez, leykopoez prosesinin stabilliyinə və qanın tərkibinin sabitliyinə təsir etmir. Tədqiqatın nəticələri sübut edir ki, A.absinthium eritrositlərin, leykositlərin və hemoqlobinin dinamikasına müsbət təsir göstərir.

Beləliklə, alınan nəticələrin müqayisəli analizi nəticəsində müəyyən edilmişdir ki, A.absinthium koksidioz əleyhinə terapevtik effektə malikdir və onun baykoksla birlikdə koksidioza qarşı tətbiqi orqanizmin fizioloji imkanları daxilində xəstəliyə qarşı rezistentliyinin yüksəlməsinə səbəb olur. Bu dəyişikliklər preparatın tətbiqi sxemindən asılıdır. Maksimal effekt koksidiozun baykoksla birlikdə A.absinthium-un tətbiqi zamanı əldə edilmişdir.

Qanda bəzi transaminazaların miqdarı xəstəliklərin diaqnostikasında əsas göstəricilərdən biridir. Transaminazalar qrupuna daxil edilən alaninaminotrasferaza (ALT) və aspartataminotransferaza (AST) amin turşuların parçalanma və sintez proseslərində mühüm rol oynayır.

Qan zərdabında aminotransferazaların aktivliyi orqanizmdə zərif biokimyəvi proseslərin indikatorudur. Amin turşuların yenidən qurulması prosesləri AST və ALT-nin iştirakı ilə qaraciyərdə baş verir. Bu indikator fermentlərin aktivliyinin dəyişməsi qaraciyərin funksional fəaliyyətinin pozulması ilə əlaqədardır.

Yerli cinsdən olan yoluxdurulub baykoksun müxtəlif dozaları, acı yovşan, acı

yovşan və baykoksun kombinasiyası ilə müalicə edilən qara cücələrin qanında ALT və AST-nin aktivliyini öyrənmək məqsədlə 20 günlük qara cücələr iki qrupa ayrilmışdır. Birinci qrupun cücələri (10 cücə) yoluxdurulmamış kontrol saxlanılmış (kontrol I), digər qrupun cücələri isə E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulduqdan sonra hər birində 10 cücə olmaqla 6 yarımqrupa ayrılmışdır. Birinci yarımqrupun cücələri yoluxdurulandan sonra müalicə edilməmiş (kontrol II), ikinci, üçüncü və dördüncü yarımqrupların cücələri yoludurmadan bir gün sonra 2,5%-li baykoksun müvafiq olaraq 1 ml/l, 2 ml/l və 3ml/l dozaları, beşinci yarımqrupun cücələri acı yovşanın 1500 mq/kq dozası, 6-cı yarımqrupun cücələri isə acı yovşan (1500mq/kq) və baykoksun (2ml/l) kombinasiyası ilə müalicə edilmişdir.

Yoluxdurulan cücələrdə koksidiozun ilk klinik əlamətləri sahibin bağırsağında parazitin merontlarının 2-ci generasiyasının inkişafı zamanı (yoluxdurmadan 4 gün sonra), nəzərə çarpacaq klinik əlamətlər isə invaziyanın 5-ci günü müşahidə edilmişdir.



E.tenella ilə yoluxdurulan cücələrin bağırsağında merontların ikinci generasiyası ilə xəstəliyin ilk kiliniki əlamətləri müşahidə edilmişdir. Müalicə məqsədilə tətbiq edilən baykoksun dozasından, acı yovşanın və onun baykoksla kombinasiyası ilə müalicəsindən asılı olaraq xəstəliyin klinik əlamətləri də müxtəlif olmuşdur. Baykoksun 1ml/L dozası və acı yovşanın 1500mq/kq dozası ilə müalicə qruplardan olan cücələr arasında xəstəliyin ilkini əlamətləri yoluxdurulub müalicə edilməyən qrupun cücələrdə müşahidə olunan əlamətlərdən kəskin fərqlənməsə də bu müalicə olunan qruplardan olan cücələr arasında ölüm faizi də çox az olmuşdur.

Baykoksun 2 ml/L, 3ml/L dozaları və acı yovşan (1500mq/kq) ilə baykoksun (2ml/L) kombinasiyası ilə müalicə olunan qruplardan olan cücələr arasında xəstəliyin klinik əlamətləri çox zəif müşahidə edilmiş, cücələr arasında ölüm halları olmamışdır. Xəstəliyin klinik əlamətləri baykoksun acı yovşanın kombinasiyası ilə müalicəsi zamanı müşahidə edilməmişdir. Baykoksun 3ml/L dozası ilə müalicə olunan cücələrdə xəstəliyin klinik əlamətləri müşahidə edilməsə də baykoksun 1ml/L, 2ml/L və baykoks ilə acı yovşanın kombinasiyası ilə müalicə olunan qruplarda müşahidə olunmayan, əlavə narahatçılıq halları müşahidə olunmuşdur

(diss. 3-cü fəslində bu haqda ətraflı məlumat verilir).

Eymeriozun müalicəsində istifadə edilən baykoksun, acı yovşanın və onların kombinasiyasının qara cücələrin qanında aspartataminotransferazanın (AST) və alaninaminotransferazanın (ALT) aktivliyinə təsirinin öyrənilməsi nəticəsində əldə edilən məlumatlar cədvəl 6.9-da verilir.

Cədvəl 6.9

E.tenella-nın 20000 oosistası ilə yoluxdurulub və müalicə edilən qara toyuq cücələrinin qanında transaminazaların dinamikası

(mkmol/ml·saat, M±Sd, n=5)



İnvaziyanın günləri

Kontrol I

(yoluxdurulmamış)



Kontrol II

(yoluxdurulmuş)



Müalicə edilən cücələrin göstəriciləri

Baykoks

Acı yovşan

(1500mq/kq)



Acı yovşanın Baykoksla

kombinasiyası

(2ml/l+1500mq/kq)


1 ml/L

2 ml/L

3 ml/L

Aspartataminotransferaza

3

2,32±0,01

2,10±0,02

P<0,001


2,11±0,03

P>0,05


2,30±0,00

P<0,05


2,32±0,00

P<0,05


2,16±0,01

P<0,001


2,31±0,01

P>0,05


5

2,33±0,01

3,01±0,01

P<0,001


3,03±0,04

P>0,05


2,30±0,01

P<0,01


3,32±0,01

P<0,01


3,00±0,01 P<0,01

2,33±0,01

P>0,05


7

2,50±0,00

3,17±0,01

P<0,001


3,21±0,02

P>0,05


2,95±0,01

P<0,05


3,45±0,01

P<0,05


3,17±0,02

P<0,001


3,00±0,02

P<0,01


10

2,70±0,01

2,44±0,01

P<0,01


2,45±0,07

P>0,05


2,67±0,02

P>0,05


2,49±0,02

P>0,05


2,44±0,01

P<0,01


2,57±0,02

P>0,05


Alaninaminotransferaza

3

0,05±0,01

0,04±0,02

P<0,05


0,04±0,01

P>0,05


0,03±0,01

P>0,05


0,10±0,01

P<0,01


0,04±0,02

P>0,05


0,04±0,01

P>0,05


5

0,06±0,01

0,10±0,02

P<0,001


0,10±0,03

P>0,05


0,08±0,01

P<0,05


0,15±0,01

P<0,01


0,09±0,02

P<0,001


0,08±0,01

P<0,05


7

0,06±0,01

0,09±0,02

P<0,001


0,09±0,00

P>0,05


0,08±0,01

P<0,05


0,16±0,01

P<0,01


0,09±0,01

P<0,01


0,07±0,01

P>0,01


10

0,07±0,01

0,08±0,00 P>0,05

0,08±0,04

P>0,05


0,06±0,01

P>0,05


0,06±0,01

P>0,05


0,05±0,01

P<0,05


0,07±0,02

P>0,05

Cədvəldə verilən məlumatlardan məlum olur ki, yoluxdurulan cücələrin qanında aspartataminotransferaza (AST) və alaninaminotransferazanın (ALT) aktivliyində nəzərəçarpacaq dəyişikliklər baş verir. İnvaziyanın 3-cü günündən başlayaraq AST-nin aktivliyi kontrol qrupun göstəricilərinə nisbətən əsaslı dəyişikliklərə uğrayır. İnvaziyanın 3-cü günü AST-nin aktivliyi 0,220 mkmol azalır. Invaziyanın 5-ci günündən başlayaraq fermentin aktivliyi artmağa başlayır. Bu proses invaziyanın 7-ci gününə qədər davam edir. İnvaziyanın 5-ci günü onun aktivliyi 0,680 mkmol/ml·saat, 7-ci gün isə 0,670 mkmol/ml·saat artır. İnvaziyanın 7-ci günündən sonra AST-nin aktivliyi yenidən azalmağa başlayır (yoluxdurulan qrupda 2,44 mkmol/ml·saat kontrol qrupla 2,70 mkmol/ml·saat). Parazitin inkişafının başa çatmasından sonra belə fermentin aktivliyi hələ normaya qayıtmır (P<0,01).

Yoluxdurulmuş cücələrin baykoksun 1ml/L dozası ilə müalicəsi AST-nin aktivliyində statistik dürüst dəyişkənliyə səbəb olmur (cədvəl 6.9).

Preparatın 2ml/l dozada tətbiqi zamanı aspartataminotransferazanın aktivliyi müalicə olunan cücələrin qan zərdabında invaziyanın 3, 5 və 7-ci günləri, yoluxdur- ulmuş cücələrin (kontrol II) göstəriciləri ilə müqayisədə AST-nin aktivliyi invaziya-nın müvafiq günlərinə uyğun olaraq 3-cü gün 0,20 mkmol/ml·saat yüksək, 5-ci və 7-ci günlər isə 0,71 və 0,22 mkmol/ml·saat aşağı olur. Bu zaman baş verən dəyişikliklər statistik dürüst olmuşdur. İnvaziyanın 10-cu günü fermentin aktivliyi kontrol müalicə olunmamış (kontrol II) cücələrin göstəricisinin 0,23 mkmol/ml·saat üstələyir (P>0,05).

Baykoksun müalicə məqsədilə 3ml/l dozada tətbiqi 1ml/l və 2ml/l dozalarına nisbətən qan zərdabında aspartataminotransferazanın aktivliyində daha əhəmiyyətli keyfiyyət dəyişkənliklərin baş verməsinə səbəb olur.

Transaminazaların miqdarının dəyişmə istiqaməti bir-birindən kəskin fərqlən-məsinə baxmayaraq alaninaminotransferaza aspartataminotransferazaya nisbətən daha çox keyfiyyət dəyişkənliklərinə məruz qalır. Bütün bu kənarlanmalar statistik dürüstdür. Yoluxdurulub baykoksun 3ml/l dozası ilə müalicə olunan cücələrin qan zərdabında invaziyanın 3-cü günündən 7-ci gününə qədər AST-nin aktivliyi yüksəlir.

İnvaziyanın 10-cu günü fermentin aktivliyində baş verən dəyişkənlik o qədər az olur ki, kontrol qrupun göstəricisinə nisbətən baş verən dəyişkənlik statistik dürüst olmur (P>0,05).

Beləliklə, invaziyanın 3, 5 və 7-ci günləri baykoks AST-nin aktivliyinin normada saxlanılmasını təmin edə bilmir. Onun aktivliyi yoluxdurulmuş cücələrlə olduğu kimi artır. Hətta bəzi hallarda onu üstələyir.

Deyilərdən aydın olur ki, baykoks AST-nin normal aktivliyini yoluxdurulmuş qrupun göstəricilərinə nisbətən saxlanılmasını təmin edə bilir.

Acı yovşan ilə müalicə olunan qrupda invaziyanın 3-cü günü AST-nin aktivli-

yinin azalmağa meyilli olduğu, baykoksun 3ml/l dozası ilə müalicə edilən qrupda isə AST-nin aktivliyində dəyişkənliyin baş vermədiyi müəyyən edilmişdir. İnvaziyanın 5-ci günü müalicə edilən qruplardan baykoksun 1 və 3ml/l dozaları və acı yovşanın 1500mq/kq dozaları ilə müalicə edilən qruplarda AST-nin aktivliyi artır, baykoksun 2 ml/l dozası ilə müalicə edilən qrupda azalır, baykoksun acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupda isə dəyişmir. İnvaziyanın 7-ci günü isə bütün müalicə edilən qruplarda fermentin aktivliyi artır.

İnvaziyanın 10-cu günü AST-nin aktivliyi yoluxdurulan qrupun göstəricilərinə bərabər olur. Bu da onu sübut edir ki, acı yovşan fermentin miqdarına təsir göstərmir. Baş verən dəyişkənlik müalicə zamanı istifadə edilən preparatların təsirindən deyil, parazitin təsirindəndir. İnvaziyanın 10-cu günü yoluxdurulub müalicə edilməyən və yoluxdurulub acı yovşan ilə müalicə edilən qruplarda AST-nin aktivliyi sağlam kontrol qrupun göstəriciləri ilə müqayisədə normaya qayıtmasa da, baykoksun 1ml/l, 2ml/l və 3ml/l dozaları, baykoksun 2ml/l və acı yovşanın 1500 mq/kq dozalarının kombinasiyası ilə müalicə edilən qrupda isə normaya qayıdır (cədvəl 6.9).

Beləliklə, yuxarıda şərh edilən məlumatlardan məlum olur ki, AST- nin aktivliyi yoluxdurulan və müalicə olunan cücələrin qan zərdabında invaziyanın 3-cü günü azalır, 5-ci günü artmağa başlayır və bu proses 7-ci günə qədər davam edir. 10-cu gün azalmağa başlayır, baykoksla müalicə olunan qrupda normaya qayıtsada, digər qruplarda hələ də normaya qayıtmır. Belə ki, AST-nin ən yüksək aktivliyinə baykoksun 3ml/l dozası ilə müalicə olunan qrupda invaziyanın 5 və 7–ci günləri olmuşdur.

Baykoksdan fərqli olaraq müalicə məqsədilə tətbiq edilən baykoks ilə acı yovşanın kombinasiyası AST-nin aktivliyinə əks təsir göstərir. Yəni invaziyanın 3-cü günü onun aktivliyinin azalmasına səbəb olsa da bu dəyişkənlik statistik dürüst olmur. İnvaziyanın 5-ci günü AST-nin miqdarı kontrol qrupun göstəricisi səviyyəsində olur. İnvaziyanın 7-ci günü isə fermentin aktivliyi kontrol göstəriciləri ilə müqayisədə 0,50 mkmol/ml·saat artır. Yoluxdurulan (kontrol II) qrupun göstəri-cisi ilə müqayisədə isə 0,17 mkmol/ml·saat azalır (P<0,01 və P<0,05). İnvaziyanın 10-cu günü AST-nin aktivliyinin normaya yaxınlaşdığı müşahidə edilir (cədvəl 6.9).

Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə isə invaziyanın bu günləri

onun aktivliyinin azalmasına səbəb olur ki, hətta invaziyanın 5-ci günü onun aktivliyi

kontrol qrupun göstəricisinə səbəb olur.

Məlumatların müqayisəli analizi göstərir ki, bütün qruplarda AST-nin aktivliyinin dinamikası eyni istiqamətdə gedir. Yəni invaziyanın ilk günləri AST-nin aktivliyi azalır. Sonra tədricən invaziyanın 5 və 7-ci günləri artır, 10-cu gün yenidən azalmağa başlayır. Patoloji proseslərin zəifləməsi və preparatın metabolitlərinin orqanizmdən kənar olunması ilə fermentin aktivliyi normaya qayıtmağa başlayır.

Alaninaminotransferaza da aspartataminotransferaza kimi peraminləşmə reak-siyalarında iştirak edən əsas fermentlərdən biridir.

Cədvəl 6.9-da verilən məlumatlardan məlum olur ki, yoluxdurulmamış qrupdan (kontrol I) olan 23 günlük cücələrin qan zərdabında alaninaminotransferazanın (ALT) aktivliyi 0,05 mkmol/ml·saat, 30 günlük cücələrin qan zərdabında isə 0,07 mkmol /ml·saat-a qədər yüksəlir. Yəni, cücələrin yaşı artdıqca qan zərdabında ALT-nin də aktivliyi artır.

E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş və həmçinin müalicə edilən qruplardan olan cücələrin qan zərdabında invaziyanın 3, 5 və 7-ci günləri ALT-nin aktivliyində statistik dürüst dəyişkənliklər baş verir. Yoluxdurulan kontrol qrupda (kontrol II) invaziyanın 3-cü günü kontrol yoluxdurulmamış qrupun göstəricilərinə nisbətən ALT-ni aktivliyi 0,01 mkmol/ml·saat azalır (P>0,05). İnva-ziyanın 5-ci günü invaziyanın əvvəlki gününə nisbətən fermentin aktivliyi 0,06 mkmol/ml·saat artır. 7-ci gün isə onun aktivliyi 5-ci günə nisbətən 1 mkmol/ml·saat aşağı olur. Ümumiyyətlə yoluxdurulan qrupda (kontrol II) invaziyanın 5-ci və 7-ci günləri ALT-nin aktivliyi kontrol yoluxdurulmamış (kontrol I) qrupun müvafiq göstəricilərindən 0,04 və 0,03 mkmol/ml·saat yüksək olur (P<0,001). Yoluxdurulub müalicə edilməyən qrupda alaninaminotransferazanın aktivliyində invaziyanın bütün günlərinə nisbətən ən yüksək artım (0,04 mkmol/ml·saat) invaziyanın 5-ci günü olmuşdur ki, bu parazitin merontlarının inkişaf mərhələsinə təsadüf edir. Yoluxdu-rulan cücələrin baykoksun 1ml/l dozası ilə müalicəsi zamanı ALT-nin miqdarı yoluxdurulan müalicə edilməyən qrupun göstəricilərindən fərqlənmir. Yəni ALT-nin

aktivliyində statistik dürüst dəyişkənliyə səbəb olmur (cədvəl 6.9).

Cücələrin baykoksun 2ml/l dozası ilə müalicəsi zamanı parazitin endogen inkişaf mərhələlərinə uyğun olaraq ALT-nin aktivliyində azalma kontrol I qrupun göstəriciləri ilə müqayisədə 0,01-0,02 mkmol/ml·saat arasında olur (P<0,05). Bu qrupda invaziyanın 3-cü günü alaninaminotransferazanın aktivliyi kəskin azalaraq 0,03 mkmol/ml·saat-a qədər enir. 5-ci gün isə əvvəlki günlə müqayisədə 0,05 mkmol/ ml·saat artaraq 0,08 mkmol/ml·saat-a qədər yüksəlir. Bu proses invaziyanın 10-cü gününə qədər davam edir. 10-cu günü isə onun miqdarı kontrol qrupun göstəricisinə yaxınlaşır (P>0,05).

E.tenella-nın 20000 oosistası ilə yoluxdurulan cücələrin baykoksun 3ml/l dozası ilə müalicəsi zamanı cücələrin qan zərdabında ALT-nin aktivliyi bütün qrupun göstəricilərindən yüksək olur. Alaninaminotransferazanın aktivliyi invaziyanın 3, 5 və 7-ci günlərinə müvafiq olaraq yoluxdurulub müalicə edilməyən qrupun göstəricilərindən 0,05; 0,09 və 0,10 mkmol/ml·saat çox olur. İnvaziyanın 10-cu günü onun aktivliyi normaya qayıdır.

Beləliklə, yoluxdurulmuş cücələrin baykoksun 1ml/l, 2ml/l və 3ml/L dozaları ilə müalicəsi qan zərdabında ALT-nin aktivliyinin artmasına səbəb olur. Hər üç qrupun müvafiq göstəricilərini qarşılıqlı surətdə analiz etdikdə məlum olur ki, müalicə məqsədilə baykoksun dozasının artırılması alaninaminotransferazanın aktivliyinə də təsir edir ki, bu da ALT-nin aktivliyinin artması ilə müşaət olunur. Məsələn, prepa-ratın 1ml/l dozasının tətbiqi nəticəsində kontrol yoluxdurulmuş qrup ilə müqayisədə ALT-nin aktivliyində dəyişiklik müşahidə edilməsə də, baykoksun dozasının artırıl-ması paralel olaraq ALT-nin də aktivliyinin artmasına səbəb olur (cədvəl 6.9). Bu da preparatın yüksək dozasının amin turşu və zülal mübadiləsinə mənfi təsir göstərməsini sübut edir. Göstərmək olar ki, baykoks koksidiozun müalicəsi zamanı parazit-sahib münasibətlərinə və orqanizmdə amin turşu mübadiləsinə aktiv müdaxilə edir və bu mübadilənin xarakteri tətbiq edilən dozadan asılı olaraq dəyişir.

Cədvəl 6.9-da verilən məlumatlardan görünür ki, yoluxdurulan qara cücələrin acı yovşanın 1500mq/q dozası ilə müalicəsi zamanı ALT-nin aktivliyində baş verən dəyişikliklər yoluxdurulan kontrol qrupda fermentin aktivliyində baş verən dəyişkənliklərə bənzəyir. İnvaziyanın 3-cü günü fermentin aktivliyinin azalmağa meyilli olduğu müəyyən edilmişdir (P>0,05). Digər qruplarda olduğu kimi, invaziyanın 5 və 7-ci günləri ALT-nin aktivliyi artır. Alaninaminotransferazanın aktivliyi invaziyanın 5-ci günü ALT-nin aktivliyi baykoksla müalicə edilən qrupun göstəricisindən az olsa da, kontrol, baykoks və acı yovşanın kombinasiyası ilə müalicə edilən qrupun göstəricisindən yüksək, yoluxdurulan qrupun isə göstəriciləri səviyyəsində olmuşdur. Acı yovşan ilə müalicə olunan qrupda invaziyanın 7-ci günü ALT-nin aktivliyi kontrol I yoluxdurulmayan qrupun göstəricisindən 0,03 mkmol/ml·saat çox (P<0,01), yoluxdurulan kontrol II qrupun göstəricisi səviyyəsində olmuşdu. İnvaziyanın 10-cu günü parazitin endogen inkişafının başa çatmasına baxmayaraq ALT-nin aktivliyi normaya qayıtmır.

İnvaziyanın 3-cü günü acı yovşan, və acı yovşanın baykoksun kombinasiyası ilə müalicə olunan qruplarda ALT-nin miqdarı yoluxdurulan (kontrol II) qrupun göstəriciləri ilə eyni olmuş, yoluxdurulmayan (kontrol I) qrupla müqayisədə ALT-nin aktivliyi 0,01 mkmol/ml·saat az olmuşdur. Hər iki halda ALT-nin miqdarında baş verən dəyişkənlik statistik dürüst olmamışdır (P>0,05). İnvaziyanın 5-ci günü kontrol yoluxdurulmayan (kontrol I) və yoluxdurulan (kontrol II) qrupların göstəriciləri ilə müqayisədə baş verən dəyişkənliklər statistik dürüst olmuş (P<0,05), invaziyanın 7-ci günündən sonra ALT-nin miqdarı normaya qayıtmışdır. Baykoksdan fərqli olaraq müalicə məqsədilə tətbiq edilən baykoks ilə acı yovşanın kombinasiyası AST-nin miqdarına əks təsir göstərir. Yəni invaziyanın 3-cü günü onun miqdarının azalmasına səbəb olsada bu dəyişkənlik statistik dürüst olmur (cədvəl 6.9).

Alınan məlumatların müqayisəli analizi göstərir ki, bütün qruplarda AST-nin miqdarının dəyişilmə dinamikası eyni istiqamətdə gedir. Yəni, invaziyanın ilk günləri AST-nin miqdarı azalır. Sonra tədricən artır (invaziyanın 5 və 7-ci günləri), 10-cu gün yenidən azalmağa başlayır. Patoloji proseslərin zəifləməsi və preparatın metabolitlərinin orqanizmdən kənar olunması ilə fermentin miqdarı normaya qayıtmağa başlayır.

Beləliklə, qeyd edilən məlumatlardan aydın olur ki, eymerioza qarşı müalicə məqsədilə tətbiq edilən baykoks, acı yovşan və onların kombinasiyası qan zərdabında AST-nin miqdarının normada saxlanılmasını təmin edə bilmir.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin