AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


VII FƏSİL EKSPERİMENTAL EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI CÜCƏLƏRİN ORQANİZMİNDƏ AMİNTURŞU MÜBADİLƏSİ



Yüklə 4,12 Mb.
səhifə22/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

VII FƏSİL

EKSPERİMENTAL EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI CÜCƏLƏRİN ORQANİZMİNDƏ AMİNTURŞU MÜBADİLƏSİ
Orqanizmin müxtəlif patoloji vəziyyətlərində zülal mübadiləsinin mahiyyətinin aydınlaşdırılmasında zülalların amin turşu tərkibinin, qanda və müxtəlif orqanların toxumalarında amin turşu mübadiləsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, cücələrin zülal tərkibinə 20 amin turşusu daxildir. Onlardan da təxminən yarısı quşların orqanizmində sintez olunur. Əvəz olunan amin turşulara alanin, qlutamin turşusu, asparagin turşusu, oksiprolin, prolin, serin və qlisin aiddir. Qeyd etmək lazımdır ki, qlisin ancaq yaşlı quşlarda əvəzolunandır, cücələr isə onu lazım olan miqdarda sintez etmək qabiliyyətinə malik deyil. Bəzi amin turşular quşların orqanizmində o zaman sintez olunur ki, onların sintezində istifadə ediləcək digər amin turşular kifayət qədər olsun. Məsələn, sitin metionindən, tirozin isə fenilalanindən sintez oluna bilər.

Əvəzolunmayan amin turşular orqanizmdə sintez olunmur və ya elə miqdarda sintez olunur ki, orqanizmin ona olan tələbatı ödənilə bilinmir. Onlara metionin, fenilalanin, lizin, treonin, triptofan, valin, leysin, izoleysin, arginin, histidin, cücələr üçün isə qlisin də bura daxildir. Məlumdur ki, zülalların sintezi üçün onların tərkibinə daxil olan bütün amin turşuların kifayət qədər və lazımı nisbətdə olması zəruridir.

Qanda, qaraciyərdə və digər orqanların toxumalarında sərbəst amin turşularının miqdarı müxtəlif xəstəliklərin təsirindən dəyişə bilən plastik göstəricidir.

7.1.Eksperimental eymeriozun (Eimeria tenella) müalicəsi zamanı qan zərdabında sərbəst amin turşuların dinamikası
Kontrol, yoluxdurulmuş və müalicə edilən qara cücələrin qan zərdabında amin turşulardan lizin, hisdidin, arginin, asparagin turşusu, teronin, serin, qlutamin turşusu, prolin, qlisin, alanin, sistein, metionin, valin, leysin, izoleysin, tirozin və fenilalanin qeydə alınmışdır. Kontrol, E.tenella ilə yoluxdurulmuş (20000 oosista ilə) və baykoksla müalicə edilən (2ml/l) cücələrin qan zərdabının sərbəst amin turşu tərkibi haqqında cədvəl 7.1-də verilən məlumatlardan aydın olunur ki, invaziyanın 3-cü günü yoluxdurulub müalicə edilməyən qrupdan olan cücələrin qan zərdabında asparagin turşusunun, serinin, metioninin, valinin və izoleysinin miqdarında kontrol qrupun müvafiq göstəricilərinə nisbətən statistik dürüst dəyişkənliklər baş vermir (P>0,05). Qeyd etmək lazımdır ki, metionin valin, leysin və histidinin miqdarında statistik dürüst dəyişkənlik bütün qruplarda qeydə alınmamışdır, yəni baş verən dəyişkənliklər fizioloji norma hüdudunda olmuşdur.

Amin turşuların əksəriyyətinın miqdarında keyfiyyət dəyişkənliyi baş verir. Bu dəyişkənliklər bəzi amin turşuların miqdarının artması, bəzilərinin isə azalması müşayət olunur. Belə ki, yoluxdurulub müalicə edilməyən qrupda lizinin, argininin, qlutamin turşusunun, prolininin, alaninin və tirozinin miqdarı kontrol qrupun müvafiq göstəricilərinə nisbətən 0,043; 0,052; 0,041; 0,120; 0,191; 0,120 və 0,011 mkmol artır, treonin, qlisin və fenilalaninin miqdarı isə müvafiq olaraq 0,047; 0,064 və 0,010 mkmol azalır (cədvəl 7.1).

Beləliklə, koksidioz zamanı artan amin turşuların ümumi miqdarı 0,578 mkmol, azalanların isə 0,121 mkmol olmuşdur. Miqdarı artan amin turşular ümumi amin turşuların 41,18%-ni, azalanlar isə 17,65%-ni təşkil edir. Miqdarında statistik dürüst dəyişkənlik baş verən amin turşular ilə miqdarında statistik dürüst dəyişkənliklər baş verməyən amin turşuları müqayisə etdikdə aydın olur ki, miqdarında dəyişkənliklər baş verən amin turşular ümumi amin turşuların 58,83%-ni təşkil edir. Bu onu sübut edir ki, koksidioz qan zərdabında amin turşu mübadiləsinə kəskin təsir göstərir və göründüyü kimi də bu əksər amin turşuların miqdarının artması ilə müşaət olunur.

İnvaziyanın 5, 7 və 10-cu günləri baykoksun 2 ml/L dozası ilə müalicə olunan qrupdan olan cücələrin qan zərdabında lizinin miqdarında statistik dürüst dəyişkənliklər baş verir (P<0,05). İnvaziyanın bu günləri müalicə olunan qrupun amin turşu göstəriciləri kontrol qrupun müvafiq göstəricilərinə nisbətən yüksək olsa

da, 10-cu gün onun miqdarı az olmuşdur (P<0,05).

Cədvəl 7.1



E.tenella –nın 20000 oosistası ilə yoluxdurulub və baykoksun 2ml/l dozası ilə müalicə edilən qara toyuq cücələrinin qan zərdabında sərbəst amin turşuların dinamikası, (M±Sd, mkmol 1ml qan zərdabında)


Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurulan cücələrin göstəriciləri

Müalicədən sonrakı günlər

5-ci gün

7-ci gün

10-cu gün

1

2

3

4

5

6

Lizin

0,206±0,08

0,249±0,12

P<0,05


0,247±0,07

P<0,05


P1>0,05

0,232±0,10

P<0,05


P1>0,05

0,173±0,12

P<0,01


P1<0,05

Hisdidin

0,082±0,17

0,090±0,13

P<0,05


0,092±0,10

P>0,05


P1>0,05

0,092±0,11

P>0,05


P1>0,05

0,083±0,03

P>0,05


P1>0,05

Arginin

0,263±0,17

0,315±0.15

P<0,001


0,263±0,08

P>0,05


P1<0,05

0,276±0,27

P>0,05


P1<0,05

0,334±0,18

P<0,001


P1<0,05

Asparagin turşusu

0,433±0,16

0,433±0,21

P>0,05


0,377±0,27

P<0,01


P1>0,05

0,377±0,27

P<0,05


P1>0,05

0,381±0,29

P<0,01


P1>0,05

Treonin

0,320±0,35

0,273±0,09

P<0,05


0,327±0,11

P>0,05


P1>0,05

0,235±0,08

P<0,01


P1>0,05

0,303±0,08

P>0,05


P1>0,05

Serin

0,352±0,18

0,368±0,18

P>0,05


0,302±0,17

P<0,01


P1>0,05

0,456±0,24

P<0,001


P1<0,05

0,352±0,20

P>0,05


P1>0,05

Qlutamin turşusu

0,410±0,11

0,451±0,13

P<0,01


0,457±0,14

P<0,01


P1>0,05

0,434±0,23

P>0,05


P1>0,05

0,437±0,14

P>0,05


P1>0,05

Prolin

0,168±0,03

0,288±0,17

P<0,05


0,330±0,11

P<0,01


P1>0,05

0,328±0,09

P<0,01


P1>0,05

0,328±0,11

P<0,001


P1>0,05

Qlisin

0,556±0,14

0,492±0,04

P<0,05


0,483±0,05

P>0,05


P1>0,05

0,454±0,07

P<0,01


P1>0,05

0,468±0,14

P>0,05


P1>0,05

Alanin

0,530±0,11

0,721±0,18

P<0,001


0,718±0,09

P<0,001


P1>0,05

0,690±0,14

P<0,001


P1>0,05

0,742±0,12

P<0,001


P1>0,05

Sistein

0,538±0,23

0,378±0,15

P<0,01


0,379±0,18

P>0,05


P1>0,05

0,379±0,18

P>0,05


P1>0,05

0,350±0,13

P>0,05


P1>0,05

Metionin

0,158±0,18

0,160±0,10

P>0,05


0,161±0,14

P>0,05


P1>0,05

0,174±0,17

P>0,05


P1>0,05

0,163±0,15

P>0,05


P1>0,05

Valin

0,174±0,07

0,177±0,06

P>0,05


0,120±0,06

P>0,05


P1>0,05

0,172±0,13

P>0,05


P1>0,05

0,171±0,13

P>0,05


P1>0,05

Cədvəl 7.1-in ardı



1

2

3

4

5

6

Leysin

0,315±0,09

0,319±0,19

P<0,001


0,312±0,11

P<0,001


P1>0,05

0,335±0,20

P>0,05


P1>0,05

0,274±0,11

P>0,05


P1>0,05

İzoleysin

0,015±0,01

0,013±0,01

P>0,05


0,018±0,01

P<0,05


P1>0,05

0,018±0,01

P<0,05


P1>0,05

0,014±0,02

P>0,05


P1>0,05

Tirozin

0,150±0,09

0,161±0,10

P<0,001


0,159±0,12

P<0,05


P1>0,05

0,152±0,15

P>0,05


P1>0,05

0,152±0,14

P>0,05


P1>0,05

Fenilalanin

0,154±0,17

0,144±0,13

P<0,01


0,140±0,16

P<0,01


P1>0,05

0,140±0,16

P<0,05


P1>0,05

0,147±0,21

P>0,05


P1>0,05

Cəmi

4,824

5,032

4,885

4,924

4,872

Yoluxdurulan qrupun göstəriciləri ilə müqayisədə isə lizinin miqdarı aşağı olmuşdur. Bu zaman baş verən dəyişkənlik statistik dürüst olmuşdur (P<0,05). İnvaziyanın 10-cu günü argininin miqdarında kəskin artma müşahidə olunmuşdur (P<0,01). Bu gün kontrol qrupun göstəriciləri ilə müqayisədə onların göstəriciləri arasında olan fərq 0,071 mkmol təşkil etmişdir. Yoluxdurulub müalicə olunan qrupun göstəriciləri ilə müqayisədə isə baş verən dəyişkənlik statistik dürüst olmamışdır (P>0,05).

Asparagin turşusunun miqdarına nəzər saldıqda aydın olur ki, eymerioz bu turşunun mübadiləsinə təsir göstərməmiş, hər iki qrupda asparagin turşusunun miqdarı 0,433 mkmol olmuşdur. Müalicə olunan qrupda isə asparagin turşusunun miqdarı invaziyanın bütün günləri azalır (P<0,01). Buradan belə bir fikir söyləmək olar ki, asparagin turşusunun mübadiləsində baş verən dəyişkənliklər, müalicə məqsədilə tətbiq edilən preparatın təsirindən, parazitin mexaniki və ya mübadilə məhsullarının təsiri ilə baykoksun birlikdə təsiri nəticəsində meydana çıxa bilər.

Koksidiozun təsirindən mübadiləsində dəyişikliklər baş verən amin turşulardan biri də treonindir. Bu turşunun mübadiləsində baş verən dəyişkənlik digər turşuların mübadiləsində baş verən dəyişikliklərdən fərqlənir. Belə ki, treoninin miqdarı müalicə olunan qrupda, kontrol qrupun göstəriciləri ilə müqayisədə invaziyanın 5-ci və 10-cu günləri normada olursa, 7-ci gün onun miqdarı kontrol qrupun göstərici-lərindən 0,085 mkmol az olmuşdur (P<0,01). Yoluxdurulan qrupun göstəriciləri ilə müqayisədə isə bunun əksi müşahidə olunmuşdur. Yəni, invaziyanın 5-ci və 10-cu günləri treoninin miqdarı yoluxdurulan müalicə olunmayan qrupun müvafiq göstəricilərindən 0,054 və 0,030 mkmol çox olmuşdur (P<0,05). 7-ci günün göstəriciləri ilə müqayisədə isə statistik dürüst dəyişkənlik müşahidə olunmur (P>0,05).

Serinin və asparagin turşusunun mübadiləsində isə oxşar hal müşahidə olunur. Bu zaman xəstəliyin təsirindən serinin miqdarında statistik dürüst dəyişkənlik baş verməsə də, müalicə olunan qrupda, kontrol qrupun göstəriciləri ilə müqayisədə invaziyanın 5-ci günü onun miqdarı 0,050 mkmol az, (P<0,01) 7-ci gün isə kontrol qrupun müvafiq göstəricisindən 0,104 mkmol çox olmuşdur (P<0,01). 10-cu gün parazitin sahibin bağırsağında inkişaf mərhələsinin başa çatması ilə əlaqədar olaraq serinin də miqdarı normaya qayıdır.

Müalicə olunan qrupda qlutamin turşusunun miqdarında statistik dürüst dəyişkənlik invaziyanın 5-ci günü müşahidə olunmuşdur (P<0,05).

Həm yoluxdurulan və həm də yoluxdurulub baykoksla müalicə edilən cücələrin qan zərdabında prolinin miqdarında artım müşahidə edilir. Kontrol qrupun göstəriciləri ilə müqayisədə yoluxdurulan qrupda prolinin miqdarı 1,7 dəfə çox olursa, müalicə olunan qrupda isə invaziyanın 5-ci günü 1,96 dəfə, 7-ci və 10-cu günləri isə müvafiq olaraq 1,95 dəfə çox olmuşdur. Bu zaman bütün hallarda baş verən dəyişkənliklər statistik dürüst olmuşdur (cədvəl 7.1).

Qlisinin miqdarında müalicə olunan qrupda kontrol qrupun göstəriciləri ilə müqayisədə 0,102 mkmol azalma müşahidə edilir (P<0,05).

Öyrənilən amin turşular içərisində ən kəskin artım alaninin miqdarında müşahidə edilmişdir. Alaninin miqdarı yoluxdurulub müalicə edilməyən qrupun göstəricisi ilə müqayisədə 0,191 mkmol artmışdır (P<0,01). Müalicə olunan qrupda invaziyanın 5, 7 və 10-cu günləri artım belə olmuşdur: 0,188; 0,160 və 0,212 mkmol. Yoluxdurulan qrupun göstəriciləri ilə müqayisədə isə fərq invaziyanın qeyd edilən günlərinə müvafiq olaraq 0,003; 0,031 və 0,019 mkmol az olmuşdur (cədvəl 7.1). Göründüyü kimi, bu baykoksun alaninin mübadiləsinin tənzimlənməsinə az da olsa müsbət təsiri ilə izah edilə bilər.

Sisteinin miqdarında yoluxdurulan qrupda statistik dürüst dəyişkənlik baş versə də, müalicə olunan qrupda müalicə məqsədilə tətbiq edilən preparatın t əsirindən bu

turşunun mübadiləsi tənzimlənir.

Leysin və izoleysinin miqdarında isə statistik dürüst dəyişkənlik müalicə olunan qrupda invaziyanın 5 və 7-ci günləri müşahidə olunmuşdur. Əgər ancaq invaziyanın 5-ci günü leysinin miqdarı azalırsa (P<0,05). Eyni ilə belə bir hal tirozinin və fenilalaninin miqdarında da müşahidə olunur (cədvəl 7.1).

Beləliklə, alınan nəticələrin qarşılıqlı surətdə müqayisəsindən aydın olur ki, yoluxdurulub müalicə olunmayan və müalicə olunan qrupun cücələrinin qan zərdabında mübadiləsi öyrənilən 17 amin turşudan invaziyanın müxtəlif günlərində ümumilikdə 10-un miqdarında statistik dürüst dəyişkənlik baş verir. Müalicə olunan qrupda invaziyanın 10-cu günü mübadiləsində dəyişkənlik baş verən amin turşuların miqdarı yarıya enir. Aydın olur ki, koksidioza qarşı müalicə məqsədilə tətbiq edilən baykoks qan zərdabında amin turşu mübadiləsinin tənzimlənməsində elə bir mühüm rol oynamır.

Prepatent dövründə bütün qruplarda invaziyanın 5, 7 və 10-cu günləri kontrol qrupun göstəricisi ilə müqayisədə asparagin turşusunun və qlisinin miqdarının azalması, prolinin isə artması müşahidə edilir. Postpatent dövründə terioninin, qlisinin, izoleysinin və fenilalaninin miqdarı normaya qayıdır.

Ümumiləşdirərək qeyd etmək olar ki, invaziyanın müxtəlif günləri sərbəst amin turşuların miqdarında baş verən dəyişkənliklər bir-birindən fərqlənir. Yəni eyni amin turşunun miqdarı invaziyanın günlərindən asılı olaraq artır və ya azalır. Məsələn, alaninin miqdarı invaziyanın 5-ci günü artır, 7-ci günü azalır, 10-cu gün isə yenidən 5-ci gündəki səviyyəsinə qalxır (cədvəl 7.1).

Beləliklə, qan zərdabında sərbəst amin turşuların mübadiləsi invaziyanın günlərindən və müalicə məqsədilə tətbiq edilən preparatın təsirindən dəyişikliklərə məruz qalır. Sərbəst amin turşuların miqdarında ən çox nəzərəçarpacaq dəyişikliklər invaziyanın 5-ci günü hər iki qrupda müşahidə olunur.

Kontrol qrupda amin turşuların ümumi cəmi 4,824 mkmol yoluxdurulub müalicə edilməyən qrupda 5,032 mkmol olmuşdur. Göründüyü kimi eymeriozun təsirindən qan zərdabında amin turşuların ümumi miqdarı artır. Baykoksla müalicə olunan qrupda da amin turşuların ümumi miqdarı artır. Ümumi amin turşuların miqdarı invaziyanın 5-ci günü 4,885 mkmol, 7-ci günü 4,924 mkmol, 10-cu günü isə 4,872 mkmol olur. Göründüyü kimi müalicə olunan qrupda bütün amin turşuların cəmi kontrol qrupun göstəricilərinə yaxındır (cədvəl 7.1). Buradan da belə nəticəyə gəlmək olar ki, eymeriozun baykoksla müalicəsi zamanı preparatın ayrı-ayrı amin turşuların mübadiləsinə müsbət təsiri az olsa da, ümumi amin turşulara görə isə baykoks ümumilikdə əvəz olunan və olunmayan amin turşuların mübadiləsinin tənzimlənməsinə müsbət təsir göstərir.

7.2. E.tenella ilə yoluxdurulub baykoksun və acı yovşanın kombinasiyası ilə müalicə edilən cücələrin qan zərdabında amin turşuların dinamikası
E.tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş 20 günlük qara toyuq cücələrin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi zamanı cücələrin qan zərdabının amin turşu dinamikasına təsirini öyrənmək məqsədilə yolux-durulan cücələrə 2.5%-li baykoksun 2ml-ni 1l suda qarışdırmaqla yoluxdurmadan 1 sutka sonra 2 gün müddətində, acı yovşanın (Artemisia absinthium) isə 1500 mq-nı 1kq yem ilə qarışdırmaqla yoluxdurmadan 1 sutka sonra 10 gün müddətində verilmişdir.

Kontrol, yoluxdurulan və müalicə olunan cücələrin bütün təcrübə müddətində qan zərdabının amin turşu dinamikasında baş verən dəyişikliklər haqqında məlumatlar cədvəl 7.2-də verilir.

Cədvəldə verilən məlumatlardan görünür ki, invaziyanın prepatent dövründə qan zərdabında sərbəst amin turşuların əksəriyyəti kəmiyyət dəyişkənliklərinə məruz qalır. Əvəz olunmayan amin turşulardan olan lizinin miqdarı həm yoluxdurulan və həm də müalicə olunan qrupdan olan cücələrin qan zərdabında invaziyanın 5 və 7-ci günləri artır, 10-cu gün isə onun miqdarı 0,183 mkmol-a qədər azalır (kontrol qrupda bu göstərici 0,206 mkmol/ml təşkil edir). Müalicə olunan qrupda invaziyanın 5-ci və

7-ci günləri lizinin miqdarı kontrol qrupun göstəricilərinə nisbətən artsada, yoluxdu-

rulub müalicə edilməyən qrupun müvafiq göstəricilərindən aşağı olur.

Cədvəl 7.2



E.tenella-nın 20000 oosistası ilə yoluxdurulub baykoks və A.absinthium-un kombinasiyası ilə müalicə edilən qara toyuq cücələrinin qan zərdabında sərbəst amin turşuların dinamikası (M±Sd, mkmol 1ml qan zərdabında)


Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurulan cücələrin göstəriciləri

Müalicədən sonrakı günlər

5-ci gün

7-ci gün

10-cu gün

1

2

3

4

5

6

Lizin

0,206±0,08

0,249±0,12

P<0,05


0,240±0,06

P<0,05


P1>0,05

0,236±0,11

P<0,05


P1>0,05

0,183±0,10

P<0,01


P1<0,05

Hisdidin

0,082±0,17

0,090±0,13

P<0,05


0,090±0,08

P>0,05


P1>0,05

0,090±0,08

P>0,05


P1>0,05

0,089±0,05

P>0,05


P1>0,05

Arginin

0,263±0,17

0,315±0.15

P<0,001


0,263±0,10

P>0,05


P1<0,05

0,270±0,11

P>0,05


P1<0,05

0,300±0,10

P<0,001


P1<0,05

Asparagin turşusu

0,433±0,16

0,433±0,21

P>0,05


0,400±0,12

P<0,05


P1>0,05

0,427±0,07

P>0,05


P1>0,05

0,397±0,11

P>0,05


P1>0,05

Treonin

0,320±0,35

0,273±0,09

P<0,05


0,321±0,10

P>0,05


P1>0,05

0,235±0,10

P<0,01


P1>0,05

0,300±0,08

P>0,05


P1>0,05

Serin

0,352±0,18

0,368±0,18

P>0,05


0,300±0,09

P<0,01


P1>0,05

0,466±0,12

P<0,001


P1<0,05

0,350±0,16

P>0,05


P1>0,05

Qlutamin turşusu

0,410±0,11

0,451±0,13

P<0,01


0,400±0,10

P<0,01


P1>0,05

0,412±0,20

P>0,05


P1>0,05

0,411±0,07

P>0,05


P1>0,05

Prolin

0,168±0,03

0,200±0,11

P<0,05


0,221±0,06

P<0,01


P1>0,05

0,328±0,09

P<0,01


P1>0,05

0,208±0,06

P<0,001


P1>0,05

Qlisin

0,556±0,14

0,492±0,04

P<0,05


0,480±0,06

P<0,05


P1>0,05

0,466±0,12

P<0,01


P1>0,05

0,555±0,12

P>0,05


P1>0,05

Alanin

0,530±0,11

0,721±0,18

P<0,001


0,616±0,11

P<0,001


P1>0,05

0,620±0,10

P<0,01


P1<0,05

0,542±0,08

P<0,001


P1<0,05

Sistein

0,538±0,23

0,378±0,15

P<0,01


0,370±0,11

P>0,05


P1>0,05

0,370±0,08

P>0,05


P1<0,05

0,530±0,12

P>0,05


P1<0,05

Metionin

0,158±0,18

0,160±0,10

P>0,05


0,160±0,04

P>0,05


P1>0,05

0,154±0,12

P>0,05


P1>0,05

0,160±0,13

P>0,05


P1>0,05

Cədvəl 7.2-nin ardı



Valin

0,174±0,07

0,177±0,06

P>0,05


0,160±0,09

P>0,05


P1>0,05

0,161±0,03

P>0,05


P1>0,05

0,170±0,09

P>0,05


P1>0,05

Leysin

0,315±0,09

0,319±0,19

P<0,001


0,300±0,09

P<0,01


P1>0,05

0,330±0,12

P>0,05


P1>0,05

0,289±0,05

P>0,05


P1>0,05

İzoleysin

0,015±0,01

0,013±0,01

P>0,05


0,019±0,05

P>0,05


P1>0,05

0,019±0,07

P>0,05


P1>0,05

0,015±0,03

P>0,05


P1>0,05

Tirozin

0,150±0,09

0,161±0,10

P<0,001


0,160±0,07

P<0,05


P1>0,05

0,152±0,09

P>0,05


P1>0,05

0,151±0,08

P>0,05


P1>0,05

Fenilalanin

0,154±0,17

0,144±0,13

P<0,01


0,150±0,10

P<0,01


P1>0,05

0,149±0,09

P>0,05


P1>0,05

0,152±0,07

P>0,05


P1>0,05

Cəmi

4,824

5,032

4,629

4,778

4,822

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin