AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


E.tenella ilə yoluxdurulmuş cücələrin baykoks və A.absinthium-un kombinasiyası ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası



Yüklə 4,12 Mb.
səhifə19/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

6.1.6. E.tenella ilə yoluxdurulmuş cücələrin baykoks və A.absinthium-un kombinasiyası ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası

Baykoks (2ml/l) və acı yovşanın (1500 mq/kq) kombinasiyasının koksidiozun müalicəsində effektini müəyyənləşdirməzdən əvvəl onların sağlam cücələrdə qanın hematoloji göstəricilərinə təsiri öyrənilmişdir (cədvəl 6.2). Müəyyən edilmişdir ki, 23 və 27 günlük cücələrin qanında eritrositlərin sayı kontrol qrupun göstəricilərinə nisbətən azalır, 25 və 30 günlük cücələrin qanında isə artır. 27 və 30 günlük cücələrdən fərqli olaraq 23 və 25 günlük cücələrin qanında eritrositlərin sayında baş verən dəyişkənlik statistik dürüstdür (P<0,05).

Leykositlərin sayı 23 günlük cücələrdə 35,15±0,017-yə qədər (kontrol 33,09±0,018x109L) yüksəlir, 25 günlük cücələr kontrol cücələrin göstəricisinə bərabər olur, 27 və 30 günlük cücələrdə leykositlərin sayı əvvəlki günə nisbətən artmağa başlayır. 27 günlük cücələrin qanında leykositlərin sayı əvvəlki günə nisbətən 7,31x109/l, 30 günlük cücələrdə isə 27-ci günə nisbətən 3,2x109/l artır.

Cədvəl 6.2-də verilən məlumatların analizindən məlum olur ki, baykoks və acı yovşanın kombinasiyası çil-çil cücələrin qanında hemoqlobinin miqdarının azalmasına səbəb olmur. Bütün təcrübə müddətində baş verən dəyişkənlik statistik dürüst olmamışdır (P>0,05).

Yerli cinsdən olan çil-çil cücələrin qanının leykositar formulasına nəzər saldıqda aydın olur ki, preparatın tətbiqinin ilk günləri 23 günlük cücələrin qanında monositlərin, bazofillərin və limfositlərin miqdarı statistik dürüst artır. Eozinofillərin və psevdoeozinofillərin isə miqdarının artmasına baxmayaraq baş verən dəyişkənlik statistik dürüst deyil (P>0,05) (cədvəl 6.2).

25 günlük cücələrin qanında baykoks və acı yovşanın kombinasiyasının tətbiqi qanda eozinofillərin və psevdoeozinofillərin sayının azalmasına, bazofillərin və limfositlərin isə sayının artmasına səbəb olur. Bu halda limfositlərin sayında baş verən artım statistik dürüst olur (P<0,05). 27 və 30 günlük cücələrin qanında isə leykositar formulunda eozinofillərin, monositlərin, bazofillərin, limfositlərin və psevdoeozinofillərin sayında baş verən dəyişkənliklər orqanizmin normal fizioloji göstəriciləri hüdudunda olur.

Beləliklə, əldə edilən nəticələrin müqayisəli şəkildə təhlilindən aydın olur ki, baykoksun (2ml/l) və acı yovşanın (1500 mq/kq) kombinasiyası çil-çil cücələrin qanında preparatın tətbiqinin ilk günləri eritrositlərin sayının azalmasına səbəb olsa da növbəti gün onun sayı artır (P<0,05). Tətbiq edilən preparatların kombinasiyası həmçinin eozinofillərin, monositlərin, bazofillərin, limfositlərin və psevdoeozinofil-lərin sayının artmasına səbəb olur. Bütün yaşdan olan cücələrin qanında kontrol qrupun göstəriciləri ilə müqayisədə baş verən dəyişkənliklər statistik dürüst deyil.

Leykositar formula nəzər saldıqda aydın olur ki, ancaq bazofillərin miqdarı bütün yaşdan olan cücələrin qanında artır. Belə bir artım limfositlərin sayında da müşahidə olunur. Bazofillərin sayından fərqli olaraq limfositlərin sayı 27 günlük cücələrdə kontrol qrupun göstəriciləri ilə müqayisədə ona bərabər olur.

Psevdoeozinofillərin sayı isə 23 və 27 günlük cücələrdə artırsa, 25 və 30 günlük cücələrin qanında azalır.

Əksər hallarda eozinofillərin sayının artması (eozinofiliya) orqanizmin qana

daxil olan yad zülallara qarşı göstərdiyi cavab reaksiyasıdır. Bu halda isə göstərmək olar ki,eozinofillərin sayının artmasına səbəb orqanizmə daxil olan yad maddələrin təsirindən baş verir.

Leykositlərin sayının artması baş verən əsas patoloji əlamətlərindən biridir. Sayın azalması isə orqanizmin immunitetinin aşağı düşməsinin əlamətidir.



E.tenella ilə yoluxdurulmuş çil-çil cücələrin eymeriyozuna qarşı müalicə məqsədilə baykoksla birlikdə acı yovşanın təsir effektini araşdırmaq məqsədilə 20 günlük cücələr E.tenella parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulduqdan sonra iki qrupa ayrılmış, birinci qrupun cücələri müalicə edilməmiş kontrol saxlanılmış, ikinci qrupun cücələri isə yoluxdurulduqdan 1 gün sonra müalicə edilmişdir. Müalicə məqsədilə 2,5%-li baykoksun quşlara verilən içməli suyun hər bir litrinə 2ml preparat qarışdırılaraq 2 gün müddətində, A.absinthium-un 1500 mq ununu isə 1kq yemdə qarışdıraraq 10 gün müddətində fasiləsiz verilmişdir. Tədqiqatlarda əldə edilən nəticələr cədvəl 6.4-də verilmişdir.

Cədvəldə verilən məlumatların analizindən məlum olur ki, E.tenella parazitinin 20.000 oosistası ilə yoluxdurulan baykoks və A.absinthium-un yuxarıda qeyd edilən dozalarının kombinasiyası ilə müalicə olunan cücələrin qanında eritrositlərin sayında invaziyanın 3, 5, 7 və 10-cü günləri baş verən dəyişkənliklər statistik dürüst olmamışdır. İnvaziyanın 3-cü günü müalicə olunan qrupda yoluxdurulmuş kontrol qrupun göstəriciləri ilə müqayisədə eritrositlərin sayı 0,05x1012/l artır (P1<0,01). Kontrol yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə eritrositlərin sayında dəyişkənlik baş vermir (P>0,05), (cədvəl 6.4). İnvaziyanın bu günü yoluxdurulmamış kontrol və yoluxdurulmuş qrupun müvafiq günlərinə nisbətən müalicə olunan qrupda leykositlərin sayı və hemoqlobinin miqdarında statistik dürüst dəyişkənlik baş vermir.

25 günlük müalicə olunan (invaziyanın 5-cü günü) çil–çil cücələrin qanında eritrositlərin sayı və hemoqlobinin miqdarı normada olur, leykositlərin sayı isə yoluxdurulub müalicə edilməyən qrupun göstəricisi ilə müqayisədə azalır (P1<0,01). Bu zaman leykositlərin sayı müalicə olunan qrupda 22,13±0,007x109L, kontrol yoluxdurulmayan qrupda 22,16±0,007x109L, yoluxdurulub müalicə olunmayan qrupda isə 22,29±0,007 x109L olur. Bu göstəricilərin müqayisəli analizindən aydın olur ki, əgər yoluxdurulmuş müalicə olunmayan qrupda kontrola nisbətən leykositlərin sayı 0,13x109/l artırsa, müalicə olunan qrupda yoluxdurulan müalicə olunmayan qrupa nisbətən 0,16x109/L azalır. Bu onu sübut edir ki, baykoksla birlikdə acı yovşanın müalicə məqsədilə verilməsi mübadilə proseslərini tənzimləyərək xəstəliyin gedişini yüngülləşdirir (cədvəl 6.4 və 6.2).

Xəstəliyin ən şiddətli dövrü olan 7-ci gün eritrositlərin sayında cüzi azalma müşahidə edilir. Hemoqlobinin miqdarı kontrol yoluxdurulmamış qrupun göstəricilərindən aşağı olsa da, yoluxdurulub müalicə edilməyən qrupun göstəricilərindən 1,89q/l yüksək olur (P<0,05). (yoluxdurulub müalicə edilməyən qrupda 85,08±0,035, müalicə edilən qrupda isə 84.01±0,007 q/L).

İnvaziyanın 7-ci günü müalicə olunan cücələrin qanında eritrositlərin və leykositlərin sayı normada olur, hemoqlobinin miqdarı isə hələ də normaya qayıtmır. Leykositar formulanın analizindən məlum olur ki, qanda psevdoeozinofillərin miqdarı invaziyanın 3-cü günü yoluxdurulmamış qrupun göstəricilərindən aşağı olsa da, yoluxdurulmuş qrupun göstəricilərindən 0,50% yüksək olmuşdur (P<0,01, P1<0,01) və 10-cu gün isə onun miqdarı kontrol yoluxdurulmamış və yoluxdurulmuş cücələrin göstəricilərindən yüksək olub, statistik dürüstdür (cədvəl 6.4).

İnvaziyanın 3-cü günü bu qrupdan olan cücələrin qanında eozinofillərin miqdarında dəyişkənlik (P>0,05) baş vermir. Yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə monositlərin miqdarı artır (P1<0,001), bazofil və limfositlərin miqdarı isə müvafiq olaraq 0,18% və 1,72% azalır.

Müalicə olunan qrupda 5-ci gün kontrol qrupun göstəriciləri ilə müqayisədə eozinofillərin, monositlərin, bazofillərin, limfositlərin və psevdoeozinofillərin miqdarı normada olur. Yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə bazofillərin miqdarı azalır (P1<0,01), limfositlərin miqdarı isə artır (0,07%) (P1<0,05). İnvaziyanın 7-ci və 10-cu günləri limfositlərin miqdarında müşahidə edilən azalma statistik dürüst deyil. Bu zaman eozinofillərin, monositlərin və bazofillərin miqdarında da baş verən dəyişkənliklər statistik dürüst olmamışdır (cədvəl 6.4).

Beləliklə, alınan nəticələrin müqayisəli analizindən məlum olur ki, baykoksun

və acı yovşanın eymerioza qarşı ayrı-ayrılıqda tətbiqinə nisbətən onların birlikdə tətbiqi müalicə effektini yüksəltməklə mübadilə proseslərin tənzimləyir ki, bu da özünü qanın morfoloji parametrlərində əks etdirir.

Əldə edilən nəticələri ümumiləşdirərək göstərmək olar ki, müalicə məqsədilə tətbiq edilən baykoksun ayrılıqda və onun acı yovşan ilə birlikdə sağlam və yoluxdurulmuş cücələrin qanının morfoloji göstəricilərinə təsirinin öyrənilməsi göstərir ki, baykoksun 2ml/l, acı yovşanın isə 1500mq/kq dozası tədqiq olunan bütün yaşdan olan cücələrin qanında eritrositlərin və leykositlərin sayına, hemoqlobinin miqdarına mənfi təsir göstərmir. Baykoks sağlam 23 günlük cücələrin qanında eozinofillərin, monositlərin, limfositlərin və psevdoeozinofillərin artmasına, bazofillərin isə miqdarına təsir göstərmir. 25 günlük cücələrdə isə eozinofillərin və limfositlərin miqdarı artır, psevdoeozinofillərin miqdarı azalır, monositlərin və bazofillərin miqdarı isə kontrol qrupun göstəricilərinə yaxın olur.



E.tenella ilə yoluxdurulan cücələrin baykoks, acı yovşan və onların birlikdə kombinasiyası ilə müalicəsi zamanı preaminləşmə prosesində mühüm rol oynayan aspartataminotransferaza (AST) və alaninaminotransferazanın (ALT) aktivliyində baş verən dəyişkənliklər haqqında məlumatlar cədvəl 6.5-də verilir. Cədvəldə verilən məlumatlardan aydın olur ki, çil-çil cücələrin qanında aspartataminotransferazanın və alaninaminotransferazanın aktivliyi yaşla əlaqədar olaraq artır. Belə ki, 23 günlük cücələrin qanında AST-nin aktivliyi ilə, 30 günlük cücələrin qanında olan AST-nin aktivliyi arasında fərq 0,38 mkmol/ml·saat təşkil edir. ALT-nin aktivliyində də cücə-lərin yaşının artması ilə artım müşahidə edilir. Bu zaman 30 günlük cücələrin qanında AST-nin aktivliyi 23 günlük cücələrin qanında olan fermentin aktivliyinə nisbətən 0,02 mkmol/ml·saat çox olur (cədvəl 6.5). Fermentlərin aktivliyinin yaşla əlaqədar olaraq belə artımı cücələrin intensiv böyüməsi ilə əlaqədar olaraq zülal mübadiləsinin sürətlənməsidir. Ədəbiyyat məlumatlarına görə ALT-nin və AST-nin aktivliyinin yaşla əlaqədar artması daimi olmayıb 60 günlük broyler cücələrində sabitləşir [58].

E.tenella parazitinin 20000 sporlaşmış oosistaları ilə yoluxdurulan cücələrin qanında AST və ALT-ın aktivliyi invaziyanın 3-cü günü azalır, 5 və 7-ci günləri artır, 10-cu gün isə yenidən azalaraq normaya qayıdır.

Cədvəl 6.5



E.tenella-nın 20000 oosistası ilə yoluxdurulub və müalicə edilən çil-çil toyuq

cücələrinin qanında AST və ALT dinamikası

(mkmol/ml·saat, M±Sd)


Günlər

Kontrol

Yoluxdurul-muş

Müalicə edilən cücələrin göstəriciləri

Baykoks

(2ml/L)


A.absinthium

(1500 mq/kq)



Baykoksun

A.absinthium ilə kombinasiyası

(2ml/l+1500mq/kq)


Aspartataminotransferaza

3

2,33±0,03

2,11±0,01

P<0,01


2,27±0,01

P<0,05


P1<0,01

2,11±0,01

P<0,001


P1>0,05

2,30±0,01

P<0,01


P1<0,01

5

2,33±0,02

2,99±0,01

P<0,01


3,06±0,01

P<0,001


P1<0,05

2,95±0,01

P<0,001


P1>0,05

2,31±0,02

P>0,05


P1<0,05

7

2,48±0,01

3,00±0,01

P<0,001


3,06±0,01

P<0,001


P1>0,05

3,01±0,01

P<0,01


P1>0,05

2,90±0,02

P<0,001


P1>0,05

10

2,71±0,01

2,46±0,01

P<0,05


2,67±0,01

P<0,001


P1<0,05

2,50±0,01

P<0,01


P1>0,05

2,60±0,01

P<0,05


P1>0,05

Alaninaminotransferaza

3

0,05±0,01

0,03±0,01

P<0,01


0,04±0,02

P<0,05


P1<0,05

0,03±0,01

P<0,001


P1>0,05

0,05±0,01

P<0,05


P1<0,05

5

0,05±0,01

0,11±0,01

P<0,001


0,07±0,02

P<0,01


P1<0,01

0,10±0,01

P<0,01


P1<0,05

0,05±0,01

P>0,05


P1<0,001

7

0,07±0,01

0,10±0,01

P<0,01


0,07±0,01

P>0,05


P1<0,001

0,10±0,01

P<0,01


P1>0,05

0,06±0,01

P<0,05


P1<0,001

10

0,07±0,01

0,04±0,02

P<0,001


0,07±0,01

P>0,05


P1<0,01

0,04±0,01

P<0,01


P1>0,05

0,07±0,01

P>0,05


P1<0,001

Müalicə olunan cücələrin qanında fermentlərin aktivliyinin artıb azalmasında ümumi qanunauyğunluq olsa da, müalicə sxemindən asılı olaraq fermentlərin aktivliyinin dəyişmə intensivliyi fərqlənir (cədvəl 6.5). İnvaziyanın 3-cü günü baykoksun 2 ml/l dozası ilə müalicə olunan cücələrin qanında AST-in aktivliyi kontrol qrupun göstəricisinə nisbətən 0,06 mkmol, acı yovşan ilə müalicə olunan qrupda 0,22 mkmol/ml·saat, baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupda isə 0,03 mkmol/ml·saat az olur. İnvaziyanın 5-ci günü müalicə olunan bütün qrupdan olan cücələrin qanında AST-nin aktivliyi yoluxdurulmamış qrupun göstəricilərindən yüksək olur, belə bir hal invaziyanın 7-ci günü də müşahidə olunur. Müalicə olunan qrupların göstəricilərini bir-biri ilə müqayisə etdikdə məlum olur ki, invaziyanın 5 və 7-ci günü AST-in ən yüksək aktivliyi baykoksun 2 ml/l dozası ilə müalicəsi zamanı müşahidə edilir. Acı yovşanla müalicə olunan qrupda invaziyanın 5-ci günü AST-in aktivliyi kontrol qrupun göstəricisindən yüksək olsa da, (P<0,001) yoluxdurulan qrupun göstəricisi səviyyəsində olur (P>0,05). Belə bir hal invaziyanın 7-ci günü də müşahidə edilmişdir (cədvəl 6.5).

Acı yovşan və baykoksun kombinasiyası ilə müalicə olunan cücələrin qanında AST-in aktivliyi 5-ci gün kontrol qrupun göstəricisi səviyyəsində olur. İnvaziyanın 7-ci günü onun aktivliyi artır. Bu zaman AST-in miqdarı kontrol qrupun göstəricisindən 0,420mkmol/ml·saat çox, yoluxdurulan qrupun göstəricisindən isə 0,10 mkmol/ml·saat az olur. İnvaziyanın 10-cu günü AST-nin aktivliyində baş verən dəyişkənlik statistik dürüst olmamışdır (P>0,05).

Müalicə olunan qrupda alaninaminotransferazanın aktivliyinə nəzər saldıqda məlum olur ki, invaziyanın 3-günü baykoks və acı yovşan ilə müalicə olunan qrupda ALT-in aktivliyi azalır, onların kombinasiyası ilə müalicə olunan qrupda isə kontrol qrupun göstəricisi səviyyəsində olur (cədvəl 6.5). Ümumiyyətlə, acı yovşan və baykoksun kombinasiyası ilə müalicə olunan cücələrin qanında alaninamino-transferazanın aktivliyində invaziyanın 7-ci günü istisna olmaqla statistik dürüst dəyişkənlik baş vermir. İnvaziyanın 7-ci günü ALT-in aktivliyi kontrol qrupun müvafiq göstəricisindən 0,01 mkmol/ml·saat, yoluxdurulub müalicə edilməyən qrupun göstəricisindən isə 0,04 mkmol/ml·saat az olur.

İnvaziyanın 5 və 7-ci günləri baykoks və acı yovşan ilə müalicə olunan hər bir qrupda fermentin aktivliyi eyni olmuşdur. 7-ci gün baykoksla müalicə olunan qrupda ALT-in aktivliyi kontrol qrupun göstəricisi səviyyəsində olmuşdur. İnvaziyanın 10-cu günü acı yovşan ilə müalicə olunan qrupdan fərqli olaraq baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupda fermentin aktivliyi normaya qayıdır.

Beləliklə, alınan nəticələrin təhlili göstərir ki, baykoks və onun acı yovşan ilə kombinasiyası invaziyanın ilk günlərindən transaminazaların – aspataminotransfera-zanın və alaninaminotransferazanın aktivliyinin azalmasının qarşısını alır. Acı yovşanın isə qan zərdabında AST və ALT-in aktivliyini tənzimləyə bilmir. Baykoksun 2 ml/l dozası qan zərdabında invaziyanın 5-ci günü AST və ALT-nin aktivliyinin artmasına səbəb olur.




6.2. Yerli cinsdən olan qara cücələrin qanının morfoloji göstəriciləri
Bütün tədqiqat aparılan dövrdə kontrol və E.tenella ilə yoluxdurulmuş qara toyuq cücələrin hematoloji göstəricilərinin dinamikası haqqında məlumatlar cədvəl 6.6-da verilir.

Şəkil 6.2. Yerli qara toyuq cücələrinin qanının mikroskop altında ümumi görünüşü


Cədvəldə verilən məlumatlardan məlum olur ki, yaşla əlaqədar olaraq qanda leykositlərin miqdarında baş verən dəyişikliklər həm kontrol və həm də yoluxdurulan cücələrdə müşahidə olunur. Cücələrin qanında kəskin dəyişkənliklər 23-günlük

Cədvəl 6.6

Kontrol və yoluxdurulan qara toyuq cücələrinin qanının morfoloji göstəriciləri.

(M±Sd)



QY

Qrup

RBC

x 1012/L



WBC

x109/L



HGB, g/L

Leykositar formula, %

E

M

B

L

P

23

I

1,98±0,01

33,62±0,25

86,22±0,07

4,44±0,22

3,65±0,03

0,52±0,02

41,93±0,59

49,46±0,23

II

1,97±0,01

P>0,05


33,99±0,02

P<0,01


86,10±0,04

P<0,05


4,62±0,02

P>0,05


3,68±0,02

P>0,05


0,52±0,02

P>0,05


42,18±0,01

P<0,01


49,00±0,02

P<0,05


25


I

2,15±0,10

22,46±0,25

84,82±0,37

3,78±0,04

2,60±0,03

0,67±0,01

47,09±0,04

45,86±0,07

II

2,03±0,01

P>0,05


22,54±0,00

P<0,05


84,00±0,20

P<0,05


3,83±0,03

P<0,05


2,50±0,01

P<0,05


0,67±0,00

P>0,05


47,16±0,05

P>0,05


45,84±0,05

P>0,05


27


I

2,05±0,01

29,50±0,01

86,02±0,02

4,54±0,01

7,15±0,01

2,27±0,01

45,73±0,01

40,31±0,05

II

2,00±0,01

P>0,05


30,10±0,01

P<0,05


82,80±0,01

P<0,001


4,66±0,01

P<0,05


7,07±0,01

P>0,05


2,22±0,00

P>0,05


45,75±0,005

P>0,05


40,30±0,10

P>0,05


30


I

2,07±0,09

33,27±0,08

87,00±0,01

3,64±0,05

8,60±0,01

0,85±0,00

55,34±0,09

31,57±0,25

II

2,05±0,01

P>0,05


33,26±0,02

P<0,05


86,00±0,06

P<0,01


3,65±0,04

P>0,05


8,59±0,04

P>0,05


1,34±0,00

P<0,001


55,61±0,01

P<0,05


30,81±0,04

P<0,01



Qeyd: I qrup – kontrol, II qrup – E.tenella ilə yoluxdurulmuş. CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil


cücələr arasında daha kəskin hiss olunur. Invaziyanın 7-ci günü cücələrin qanında leykositlərin miqdarı xüsusilə kəskin artır. 27 günlük yaşdan olan cücələrdə (=invaziyanın 7-ci günü) qanda leykositlərinin miqdarı 30,10x109/L (Р<0,01) qədər yüksəlir. Kontrol qrupda 27 günlük cücələrdə leykositlərin sayı 29,50x109/L, qanın bu göstəricisi 23 günlük yoluxdurulan cücələrdə 33,99х109/L (Р<0,05) və kontrol qrupun cücələrinin qanında 33,62x109/L olmuşdur.

Belə ki, invaziyanın 5-ci və 10-cu günləri yoluxdurulmuş cücələrin qanında leykositlərin miqdarında artım müşahidə edilsədə bu dəyişkənlik statistik dürüst olmamışdır.

Müəyyən edilmişdir ki, quşların yaşı ilə əlaqədar olaraq kontrol qrupda qara cücələrin qanında da sağlam çil-çil cücələrin qanında olduğu kimi eritrositlərin sayı artır (cədvəl 6.6). Bu zaman kontrol qrupda 23 günlük cücələrin göstəriciləri ilə 30 günlük cücələrin göstəricilərinin müqayisəsi zamanı eritrositlərinin sayının 1,98х1012/L-dən 2,07х1012/L-ə qədər artdığı müşahidə edilmişdir.

Kontrol qrupunda olan cücələrin qanında eritrositlərin sayının, invaziyanın 3, 7 və 10-cü günləri yoluxdurulan cücələrin qanının eritrositlərin sayı müqayisəsi zamanı onların sayı arasında statistik dürüst dəyişkənlik müşahidə edilməmiş baş verən dəyişkənliklər fiziolji norma hüdudunda olmuşdur.

25 günlük cücələrdə eritrositlərin sayı 2,15х1012/L təşkil edirsə, yoluxdurulan qrupun cücələrində (invaziyanın 5-ci günü) isə eritrositlərin sayı 2,03х1012/L-ə qədər azalır (Р<0,05). Yəni, invaziyanın 5-ci günü kontrolla müqayisədə yoluxdurulan qrupda cücələrin qanında eritrositlərin sayı 0,12х1012/L azalır (P<0,05).

Orqanizmdə mübadilə prosesinin əsas göstəricilərindən biri də qanda hemoqlobinin (HGB) miqdarıdır.

Hemoqlobinin miqdarında baş verən dəyişkənliklər haqqında məlumatlar cədvəl 6.6-da verilir. 23 günlük yoluxdurulan cücələrin qanında hemoqlobininin miqdarında baş verən dəyişkənlik statistik dürüst olmamışdır. Hemoqlobinin miqdarı 25, 27 və 30 günlük kontrol qrupdan olan cücələrdə, bu yaşdan olan yoluxdurulan cücələrin (invaziyanın 5, 7 və 10-cü günləri) göstəricilərindən müvafiq olaraq 0,82; 3,22 və 1,00 g/L çox olmuşdur (Р<0,05, Р<0,001). Invaziyanın 7-ci günü, yoluxdurulan 27 günlük cücələrin qanında hemoqlobinin miqdarı invaziyanın digər günlərinə nisbətən daha aşağı olmuşdur. Bu vaxt eymeriyaların inkişafının kəskin dövrünə təsadüf etdiyindən baş verən qan itirmə ilə əlaqədar hemoqlobinin miqdarı azalır.

Leykoqrammanın analizi göstərir ki, E.tenella ilə yoluxdurma zamanı parazitin təsirindən ağ qan hüceyrələrinin faizlə nisbəti dəyişir. İnvaziyanın 3-cü günü təcrübə cücələrinin qanında eozinofillərin və limfositlərin miqdarı artır, psevdoeozinofillərin miqdarı azalır. Bazofillərin miqdarında isə invaziyanın nə 3-cü nə də 5-ci günləri statistik dürüst dəyişkənlik baş vermir. Monositlərin miqdarı invaziyanın 5 və 7-ci günləri azalır. Lakin, bu azalma da statistik dürüst deyil.

Qanda psevdoeozinifillərin miqdarı yoluxdurulan qrupda, 23 günlük (=invaziyanın 3-cü günü) kontrol qrupun cücələrinin göstəricilərinə nisbətən aşağı olmuşdur: invaziyanın 3-cü günü, 49,00% (kontrol 49,46%, P<0,01), invaziyanın 5-ci günü 45,84% (kontrol 45,84%), 7-ci günü 40,30% (kontrol 40,31%), 10-cu günü 30,81% (kontrol 31,57%, P<0,05). Qeyd edilən məlumatlardan aydın olur ki, psevdoeozinofillərin miqdarının azalmasına baxmayaraq statistik dürüst dəyişkənlik ancaq invaziyanın 3-cü və 10-cu günləri baş verir (P<0,05 və P<0,01).

Yoluxdurulan cücələrin qanında eozinofillərin miqdarın bütün tədqiqat müddətində kontrol qrupun müvafiq göstəricilərindən həmişə yüksək olmuşdur. Lakin, invaziyanın 3-cü və 5-ci günləri bu dəyişkənliklər statistik dürüst olmuşdur (hər iki halda Р<0,05). Bu günlər kontrol qrupda eozinofillərin miqdarı müvafiq olaraq 4,44% və 3,78% olmuşdur. İnvaziyanın 7-ci və 10-cu günləri isə eozinofillərin miqdarı fizioloji norma hüdudunda olmuşdur (cədvəl 6.6). Yoluxdurulmuş qrupun cücələrinin qanında eozinofillərin miqdarının artması sahibin orqanizminin parazitinin toksiki maddələrinə qarşı göstərdiyi cavab reaksiyası ilə əlaqədar olması ilə izah edilməlidir.

Kontrol qrupla müqayisədə yoluxdurulmuş qrupun cücələrinin qanında monositlərin miqdarında statistik dürüst dəyişkənlik müəyyən edilməmişdir. Bu göstəricilər də fizioloji norma səviyyəsində olmuşdur (P>0,05).

30 günlük cücələrdə (=invaziyanın 10-cu günü) bazofillərin miqdarının artdığı müşahidə edilmişdir. Təcrübə cücələrinin qanında bazofillərin miqdarı kontrol qrup-

un göstəricilərindən 0,49% çox olmuşdur (Р<0,05).

İnvaziyanın 3 və 10-cu günləri (= 23 və 30 günlük cücələr) cücələrin qanında limfositlərin miqdarı müvafiq olaraq 0,25% (Р<0,05) və 0,27% (Р<0,001) artır.

Limfositlərin və monositlərin miqdarının artması orqanizmin spesifik immunitet reaksiyalarının sürətlənməsini göstərir. Psevdoeozinofillərin miqdarının artması qanın faqositar funksiyasının, eozinofillərin miqdarının artması isə parazitin toksinlərinə qarşı cücələrin orqanizmində allergetik reaksiyaların baş verməsini göstərir.

Beləliklə, təcrübə qrupundan olan cücələrin qanında invaziyanın bütün günlərində psevdoeozinofillərin, bazofillərin, limfositlərin, eritrositlərin və hemoqlobinin miqdarının azaldığı, leykositlərin və eozinofillərin miqdarının isə artdığı müşahidə edilmişdir. Leykositlərin sayının artması, hemoqlobinin isə miqdarının azalması qanın digər morfoloji göstəricilərinə nisbətən daha kəskin baş vermişdir.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin