AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Artemisia absinthium -un Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qaraciyər zülallarina təsiri



Yüklə 4,12 Mb.
səhifə16/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   12   13   14   15   16   17   18   19   ...   34
5.6.Artemisia absinthium -un Eimeria tenella ilə yoluxdurulan toyuq cücələrinin qaraciyər zülallarina təsiri
20 günlük yerli cinsdən olan qara toyuq cücələri 2 qrupa ayrılmış, 1-ci qrupun cücələri yoluxdurulmamış kontrol kimi saxlanılmış, ikinci qrupun cücələri Eimeria tenella (Apicomplexa, Coccidia) parazitinin 20 min sporlaşmış oosistası ilə oral yolla yoluxdurulmuşdur. Yoluxdurulmuş qrupun cücələri də öz növbəsində iki qrupa bölünmüşdür. Onlardan birinci qrup yoluxdurulmuş kontrol kimi saxlanılmış, digər qrupdan olan cücələrə isə müalicə məqsədilə yoluxdurmadan bir gün sonra acı yovşanın (Artemisia absinthium) 1500 mq ununu 1 kq yemdə qarışdırmaqla 10 gün müddətində fasiləsiz verilmişdir. Kontrol, yoluxdurulmuş və müalicə olunan qrupun cücələri parazitin sahibin bağırsaqda inkişaf mərhələlərinə uyğun olaraq kəsilmiş quşların qaraciyərində ümumi zülalın miqdarı və zülal fraksiyaları öyrənilmişdir.

Sağlam, yoluxdurulmuş və müalicə edilən toyuq cücələrinin qaraciyərinin ümumi zülal göstəricilərinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, sağlam 20 günlük cücələr 30 günlük yaşa çatana qədər qaraciyərdə ümumi zülalın miqdarı artır. Bu göstərici 23 günlük cücələrdə 7,66±0,10q% təşkil edirsə, 30 günlük cücələr-də 7,98±0,15q% olur. Yoluxdurulmuş cücələrin bağırsağında parazitin merontların 1-ci generasiyasının inkişafı zamanı (3-cü gün) onun miqdarının normaya nisbətən azalması 18,15%, 2-ci generasiya zamanı (5-ci gün) 15,47%, patent dövrünün əvvəlində (7-ci gün) 16,81% təşkil edir. İnvaziyanın 10-cu günü ümumi zülalın miqdarının əvvəlki günlərə nisbətən artmasına baxmayaraq normaya qayıtmır və onun miqdarı normadan 9,77% aşağı olur (cədvəl 5.11).

Cədvəl 5.11

E.tenella ilə yoluxdurulub Artemisia absinthium-un 1500 mq/kq dozası ilə müalicə edilən qara toyuq cücələrinin qaraciyərində ümumi zülalın dinamikası

(M±m, q%, n=10)




İnvaziyanın

günləri


Kontrol

Yoluxdurulmuş cücələrin göstəriciləri

Müalicə edilən

3

7,66±0,10

6,27±0,11

P<0,001


6,30±0,01

P<0,001


P1>0,05

5

7,95±0,10

6,72±0,20

P<0,01


6,90±0,20

P<0,01


P1>0,05

7

7,97±0,47

6,63±0,10

P<0,01


6,82±0,01

P<0,01


P1>0,05

10

7,98±0,27

7,20±0,13

P<0,01


7,61±0,03

P<0,01


P1>0,05

Eymeriyalarla yoluxdurulmuş və acı yovşan ilə müalicə edilmiş cücələrin də qaraciyərində, bütün invaziya dövrü normaya nisbətən ümumi zülalın miqdarı azalır. Lakin, müalicə zamanı qaraciyərdə ümumi zülalın miqdarının azalması yoluxmuşlarla müqayisədə nisbətən zəifdir və statistik dürüst deyildir (P1>0,05).

Müalicə məqsədi ilə tətbiq edilmiş A.absinthium qaraciyərdə ümumi zülalın miqdarının azalmasının qarşısını tam ala bilmir. İnvaziyanın 10-cü günü sahibin bağırsağında parazitlərin inkişafının başa çatmasına və epiteli hüceyrələrinin tamlı-ğının nisbətən bərpa olunmasına baxmayaraq qaraciyərdə ümumi zülalın miqdarı normaya qayıtmasada, müalicə olunanlarada onun miqdarı normaya qayıdır (P<0,05). Bu parazitin toksinlərinin təsiri nəticəsində qaraciyərin funksiyasında baş verən dəyişikliklərin A.absinthium-un təsirindən qismən bərpa olunduğunu göstərir.

Sağlam, eymeriyalarla yoluxdurulmuş və A.absinthium-ilə müalicə olunmuş (şəkil 5.8) cücələrin qaraciyərinin suda həll olan zülalları disk-elektrofarez metodu ilə 26 fraksiyaya ayrılmışdır (şəkil 5.2). İnvaziya və müalicə zamanı qaraciyərdə zülal fraksiyalarında keyfiyyət fərqinin olmadığı, yəni müəyyən fraksiyaların itməsinin və yenilərinin meydana gəlməsi müşahidə edilməmişdir. Ayrılmış zülal fraksiyalarının densitoqrammalarının analizindən aydın olur ki, invaziyanın və müalicənin müxtəlif günləri qaraciyərdə zülalların miqdarının dəyişilmə dinamikası eyni deyildir. İnvaziyanın 3-cü, 5-ci və 7-ci günləri qaraciyərdə təyin olunmuş 26 zülaldan yoluxdurulmuşlarda 10-nun (1, 6, 9, 15, 16, 17, 18, 19, 20 və 22-ci fraksiyalar), müalicə olunmuşlarda isə invaziyanın 3-cü günü 8 (1, 3, 11, 14, 15, 17, 20 və 22-ci fraksiyalar), 5-ci və 7-ci günlər 6 fraksiyada (müvafiq olaraq 1, 2, 17, 18, 20, 22 və 1, 16, 17, 18, 20, 22-ci fraksiyalar) zülalın miqdarı statistik dürüst dəyişir (şəkil 5.10).

İnvaziyanın 10-cu gününə qədər yoluxdurulmuş cücələrin qaraciyərində dəyişikliyə uğramış 10 zülaldan 2-nin, müalicə olunmuşlarda isə 8 fraksiyanın 5-də zülalın miqdarı normaya qayıdır.

Bu fraksiyalarda kontrola nisbətən miqdarı artan zülallar əsas etibarilə elektroforeqrammalar üzərində qlobulinlər, xüsusən də immunoqlobulinlər yerləşən zonada, azalanlar isə transferinlər və albuminlər zonasında yerləşir. Göründüyü kimi A.absinthium qismən də olsa qaraciyər zülallarının mübadiləsinə müsbət təsir edir, onların bəzilərinin miqdarının dəyişməsinin qarşısını almaqla normaya qayıtma prosesini sürətləndirir.

Beləliklə, alınmış nəticələrin təhlilindən aydın olur ki, E.tenella ilə yoluxdurulmuş və A.absinthium ilə müalicə olunmuş cücələrin qaraciyərində ümumi zülal və zülal fraksiyalarında olan zülalların miqdarında müəyyən dəyişikliklər baş verir. Müalicə olunmuş cücələrin qaraciyər zülallarının miqdarında baş verən bu dəyişikliklər yoluxdurulmuşlara nisbətən müalicə olunanlarda azdır, onların müəyyən hissəsinin səviyyəsi norma ilə eynidir.

Müalicə məqsədilə tətbiq edilmiş bitki qaraciyərdə bəzi zülalların miqdarını




Şəkil. 5.8. Kontrol qara toyuq cücələrinin qaraciyərinin densitoqramması


Şəkil. 5.9. Eimeria tenella-nın 20000 oosistası ilə yoluxdurulan qara toyuq cücələrinin qaraciyərinin densitoqramması (invaziyanın 5-ci günü)


Şəkil. 5.10. Artemisia absinthium –un 1500 mq/kq dozası ilə müalicə olunan qara toyuq cücələrinin qaraciyərinin densitoqramması

tənzimləməklə yanaşı, immunoqlobulinlərin miqdarının artmasına maneçilik törətmir, əksinə onların bəzilərinin miqdarının artmasını sürətləndirir. Təyin olunmuş biokimyəvi göstəricilərə əsasən hesab edirik ki, A.absinthium eymeriyozların müalicə və profilaktikasında tətbiq edilən dərman preparatları ilə birlikdə yemə əlavə kimi istifadə edilə bilər.



5.7.Baykoksun Eimeria tenella ilə yoluxdurulmuş toyuq cücələrinin qaraciyər zülallarına təsiri
Müxtəlif oqranların, sistemlərin, zədələnmiş orqan və toxumalarda baş verən biokimyəvi dəyişkənlikləri öyrənilməklə parazitin sahibin orqanizmində inkişafı zamanı onun təsirindən və parazitə qarşı istifadə edilən preparatın təsirindən mübadilə proseslərində baş verən dəyişiklərin mənzərəsini aydınlaşdırmaq olar. Müalicə və profilaktika məqsədilə orqanizmə daxil olan preparatın təsirindən zülal, azot və yağ mübadiləsində, fermentlərin katalitik aktivliyində baş verən hər hansı bir pozğunluq, orqanizm üçün yad olan mübadilə məhsullarının toplanması nəticəsində baş verir ki, bu da orqanizmin ümumi həyat fəaliyyətində özünü büruzə verir.

Bununla əlaqədar, quşların koksidiozu və onun müalicəsi zamanı mübadilə proseslərinin, xüsusilə zülal mübadiləsinin öyrənilməsi parazit-sahib nöqteyi nəzərindən parazitə sahibin reaksiyasının, xəstəliyinin müalicə və profilaktikasında böyük maraq kəsb edir.

Qara toyuq cücələrinin eksperimental koksidiozunun baykoksla müalicəsi zamanı zülal mübadiləsində baş verən dəyişkənlikləri öyrənmək üçün 20 günülük cücələr hər qrupda 30 cücə olmaqla 4 qrupa bölünmüşdür: yoluxdurulmamış – kontrol (1-ci qrup), yoluxdurulmuş (2-ci qrup), yoluxdurulub baykoksla müalicə edilən (3-cü qrup) və yoluxdurulmayıb içməli sularına baykoks əlavə edilən (4-cü qrup).

E.tenella parazitinin 20 sporlaşmış oosistası ilə yoluxdurulduqdan bir sutka sonra təcrübə qrupunun cücələri 2,5% Baykoksun (firma Bayer, Almaniya) 2ml/l

dozası ilə müalicə olunmuşdur.

Müəyyən edilmişdir ki, yoluxdurulub müalicə edilən, yoluxdurulmayıb içməli sularına 2 gün fasiləsiz baykoks əlavə edilən cücələrin qara ciyərində ümumi zülalın miqdarı fizioloji norma hüdudundadır. Tədqiqatın nəticələri cədvəl 5.12-də verilir. Cədvəldə verilən məlumatlardan aydın olur ki, yoluxdurulan cücələrin qaraciyərində bütün invaziya dövründə ümumi zülalın miqdarı kontrol qrupun göstəricilərindən aşağıdır.

Cədvəl 5.12

Yerli qara toyuq cücələrinin qaraciyərində müalicə zamanı ümumi zülalın dinamikası (M±m, q%)


İnvaziyanın günləri

Qrup I

Qrup II

Qrup III

Qrup IV

3

7,66±0,10

6,27±0,11

P<0,001


7,00±0,20

P<0,05


7,62±0,18

P>0,05


5

7,95±0,10

6,72±0,20

P<0,01


7,90±0,19

P<0,001


7,93±0,09

P>0,05


7

7,97±0,47

6,63±0,10

P<0,01


7,80±0,16

P<0,01


7,90±0,13

P>0,05


10

7,98±0,27

7,20±0,13

P<0,01


7,70±0,11

P>0,01


7,98±0,24

P>0,05

Qaraciyərdə ümumi zülalın ən yüksək miqdarı yoluxdurulmuş və yoluxdurulub müalicə edilən qrupun göstəricilərinə nisbətən yoluxdurulmayıb baykoks verilən cücələr olan qrupda olmuşdur.

Yoluxdurulan və yoluxdurulmayıb içməli suyuna baykoks əlavə edilən cücələrin qaraciyərində ümumi zülalın miqdarının tədqiqi göstərir ki, yoluxdurulmuş cücələrə nisbətən baykoks qaraciyərdə ümumi zülalın miqdarının normal səviyyədə saxlanılmasını təmin edir. Yoluxdurulmamış müalicə olunan cücələrə nisbətən, yoluxdurulub müalicə edilən cücələrin qaraciyərində invaziyanın 10-cu günü ümumi zülalın miqdarının artdığı müşahidə edilmir. Bu zaman qeyd edilən qruplarda ümumi zülalın miqdarı kontrol və yoluxdurulmuş qrupun göstəricilərindən aşağı olmuşdur (cədvəl 5.12).



E.tenella ilə yoluxdurulub və baykoksla müalicə olunan cücələrin qaraciyərində invaziyanın 3-cü günü 1, 3, 4, 7, 9, 11, 17, 20 və 22-ci fraksiyalarda, yoluxdurulan cücələrin qaraciyərində isə 1, 6, 9, 15, 16, 17-20, və 22-ci fraksiyalarda kəmiyyət dəyişkənlikləri müşahidə edilir (cədvəl 5.13).

Müalicə olunan cücələrin qaraciyərində invaziyanın 5-ci günü 1, 2, 3, 7, 17-19 və 20-ci fraksiyalar kəmiyyət dəyişkənliklərinə uğrayır. İnvaziyanın 7-ci və10-cu günləri yoluxdurulmuş qrupda 21-ci fraksiyada zülalın miqdarı, 10-cu fraksiyada isə (EHS 0,28) zülalın miqdarı invaziyanın 7-ci günündən sonra normaya qayıtmağa başlayır (cədvəl 5.13).

İnvaziyanın 7-ci günü əgər baykoksla müalicə olunan cücələrdə 1, 16, 17, 18, 20 və 22-ci fraksiyalarda kəmiyyət dəyişkənlikləri baş verirsə, müalicə olunmayan qrupdan olan cücələrdə 1, 6, 10, 15, 16-20 və 22–ci fraksiyalarda dəyişkənliklər müşahidə olunur (cədvəl 5.13). Alınan nəticələr göstərir ki, xəstə quşların baykoksla müalicəsi çox sayda zülalların miqdarında baş verən dəyişkənliklərin qarşısını alır.

İnvaziyanın 5-ci günü yoluxdurulub müalicə edilməyən cücələrin qaraciyərində 10, 16, 17, 18, 19 və 22-ci fraksiyalarda zülalların miqdarının azaldığı 1, 6, 8, 15 və 20 –ci fraksiyalarda isə artdığı müşahidə olunur (cədvəl 5.13).

İnvaziyanın 3-cü günü 10-cu fraksiyada, 5-ci və 7-ci günlər isə müvafiq olaraq 13-cü və 12-ci fraksiyalarda statistik dürüst dəyişkənliklər baş verir.

İnvaziyanın 10-cu günü 8 zülal fraksiyasının miqdarında kəmiyyət dəyişkənlikləri qeyd edilmişdir. Baykoksla müalicə edilən cücələrdə isə nisbətən çox sayda zülallar kəmiyyət dəyişkənliklərinə məruz qalır.

Yoluxdurulmayıb içməli suyuna 3 ml/l dozada baykoks əlavə edilən cücələrdə preparatın tətbiqindən 1 sutka sonra 3, 4, 7, 9, 16 və 24-ci fraksiyalarda zülalların miqdarında baş verən dəyişkənliklər invaziyanın 5-ci gününədək davam edir. Elektroforetik hərəkət sürəti 0,27; 0,59; 0,61 və 0,92 olan fraksiyalarda invaziyanın 3-cü günü baş verən dəyişkənliklər invaziyanın növbəti günləri müşahidə olunmur (cədvəl 5.14).

Müəyyən edilmişdir ki, quşların orqanizminə daxil olan preparat özü-özlüyündə qaraciyərdə zülalların miqdarında dəyişikliklərə səbəb olur (cədvəl 5.14). Preparat verildiyi ilk gündən başlayaraq 3, 4 və 7-ci fraksiyalarda zülalların miqdarının artmasına 9, 16-18 21 və 24-cü fraksiyalarda isə azalmasına səbəb olur.

Cədvəl 5.13

Eimeria tenella-nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulub və baykoksla müalicə edilən qara toyuq

cücələrinin qaraciyərində zülal fraksiyalarının dinamikası (M±Sd, %, n=5)








EHS

Rf



Kontrol

Yoluxdurulmuş cücələrin göstəriciləri

Müalicə olunan cücələrin göstəriciləri

invaziyanın

invaziyanın

3-cü günü

5-ci günü

7 –ci günü

10-cu günü

3-cü günü

5-ci günü

7 –ci günü

10-cu günü

1

2

3

4

5

6

7

8

9

10

11

1

0,04

7,50±0,05

13,33±0,09

P<0,001


13,30±0,15

P<0,001


13,42±0,17

P<0,001


10,15±0,15

P<0,05


9,33±0,43

P<0,001


8,48±0,35

P<0,001


9,98±0,29

P<0,001


8,00±0,19

P>0,05


2

0,05

1,79±0,17

0,78±0,07

P>0,05


0,90±0,06

P>0,05


1,50±0,60

P>0,05


1,51±0,58

P>0,05


3,80±0,28

P>0,05


1,90±0,33

P>0,05


2,50±0,18

P>0,05


2,00±0,34

P>0,05


3

0,07

1,07±0,20

1,57±0,35

P>0,05


1,50±0,36

P>0,05


1,60±0,20

P>0,05


1,58±0,45

P>0,05


2,30±0,13

P<0,05


3,50±0,18

P<0,01


3,63±0,21

P<0,01


1,60±0,20

P>0,05


4

0,09

1,07±0,27

1,96±0,06

P>0,05


1,00±0,08

P>0,05


2,00±0,05

P>0,05


1,78±0,09

P>0,05


2,83±0,33

P<0,05


1,13±0,10

P>0,05


2,16±0,14

P>0,05


1,68±0,16

P>0,05


5

0,15

2,14±0,07

2,35±0,69

P>0,05


2,40±0,09

P>0,05


2,38±0,47

P>0,05


2,35±0,53

P>0,05


2,36±0,12

P>0,05


2,38±0,17

P>0,05


2,38±0,14

P>0,05


2,24±0,08

P>0,05


6

0,18

1,43±0,50

2,35±0,35

P<0,05


2,30±0,22

P<0,05


2,30±0,26

P<0,05


2,00±0,13

P<0,05


2,30±0,11

P>0,05


2,21±0,14

P>0,05


2,27±0,10

P>0,05


1,57±0,16

P>0,05


7

0,20

1,07±0,50

1,96±0,52

P>0,05


1,90±0,71

P>0,05


1,92±0,23

P>0,05


1,90±0,09

P>0,05


1,98±0,03

P<0,05


1,87±0,25

P<0,05


1,69±0,21

P>0,05


1,77±0,23

P>0,05


8

0,22

1,07±0,48

2,35±0,08

P>0,05


2,37±0,11

P<0,05


2,40±0,06

P<0,05


2,28±0,48

P>0,05


2,00±0,35

P>0,05


2,10±0,16

P>0,05


2,27±0,10

P>0,05


1,99±0,26

P>0,05


9

0,27

1,79±0,22

2,75±0,12

P<0,05


1,80±0,70

P>0,05


1,83±0,35

P>0,05


1,80±0,36

P>0,05


0,78±0,32

P<0,05


2,70±0,24

P>0,05


1,83±0,23

P>0,05


1,82±0,20

P>0,05


10

0,28

2,86±0,53

1,96±0,41

P>0,05


1,50±0,50

P<0,05


1,49±0,05

P<0,05


2,00±0,12

P>0,05


2,00±0,17

P>0,05


1,85±0,20

P>0,05


1,80±0,25

P>0,05


2,84±0,14

P>0,05


11

0,32

2,50±0,08

3,14±0,42

P>0,05


3,00±0,51

P>0,05


2,90±0,01

P>0,05


2,70±0,09

P>0,05


1,52±0,17

P<0,01


3,13±0,13

P>0,05


3,00±0,38

P>0,05


2,81±0,28

P>0,05


12

0,36

2,50±0,27

3,53±0,51

P>0,05


3,40±0,47

P<0,05


2,80±0,40

P>0,05


2,80±0,38

P>0,05


3,21±0,09

P>0,05


3,30±0,18

P>0,05


2,71±0,32

P>0,05


2,51±0,16

P>0,05


13

0,40

2,86±0,31

3,53±0,40

P>0,05


3,50±0,33

P>0,05


3,57±0,24

P<0,05


3,00±0,22

P>0,05


3,00±0,35

P>0,05


3,13±0,23

P>0,05


3,00±0,30

P>0,05


2,97±0,27

P>0,05

Cədvəl 5.13-ün ardı


1

2

3

4

5

6

7

8

9

10

11

14

0,45

6,43±0,32

7,06±0,28

P>0,05


7,00±0,21

P>0,05


7,20±0,10

P>0,05


7,17±0,18

P>0,05


6,44±0,15

P>0,05


7,00±0,25

P>0,05


6,9±0,26

P>0,05


6,57±0,15

P>0,05


15

0,55

3,21±0,39

5,88±0,23

P<0,01


6,00±0,19

P<0,001


5,00±0,05

P<0,01


4,20±0,19

P>0,05


3,00±0,17

P>0,05


6,00±0,29

P>0,05


5,09±0,13

P>0,05


3,38±0,16

P>0,05


16

0,58

6,43±0,32

2,75±0,20

P<0,001


2,80±0,09

P<0,001


2,77±0,66

P<0,001


4,00±0,64

P<0,001


3,30±0,09

P>0,05


3,10±0,13

P>0,05


4,77±0,29

P<0,01


5,16±0,11

P<0,01


17

0,59

8,21±0,07

3,92±0,04

P<0,001


4,00±0,29

P<0,001


4,03±0,23

P<0,001


5,77±0,20

P<0,01


7,27±0,38

P<0,001


5,30±0,16

P<0,01


6,00±0,29

P<0,001


6,18±0,11

P>0,05


18

0,61

6,43±0,14

4,71±0,14

P<0,01


4,48±0,15

P<0,01


5,00±0,77

P<0,05


5,28±0,09

P<0,05


5,73±0,23

P>0,05


6,00±0,29

P<0,01


6,07±0,02

P<0,05


6,41±0,16

P>0,05


19

0,67

11,09±0,01

7,45±0,19

P<0,001


8,00±0,15

P<0,001


8,00±0,12

P<0,001


10,09±0,37

P<0,05


9,17±0,13

P>0,05


8,09±0,16

P<0,05


8,27±0,21

P>0,05


9,16±0,14

P<0,05


20

0,71

6,07±0,01

10,20±0,09

P<0,001


10,00±0,27

P<0,001


10,18±0,30

P<0,001


7,09±0,30

P<0,05


7,60±0,21 P<0,001

7,00±0,25

P<0,001


6,27±0,13

P<0,001


7,01±0,17

P>0,05


21

0,75

5,71±0,24

4,31±0,29

P>0,05


4,70±0,74

P<0,001


5,00±0,13

P>0,05


5,80±0,04

P>0,05


3,90±0,29

P>0,05


5,00±0,32

P>0,05


5,20±0,17

P>0,05


5,82±0,29

P>0,05


22

0,79

10,01±0,18

4,31±0,45

P<0,001


6,42±0,07

P<0,001


6,00±0,08

P<0,001


6,40±0,28

P<0,001


9,30±0,18

P<0,001


7,00±0,30

P>0,05


7,90±0,10

P<0,05


9,40±0,23

P<0,01


23

0,88

2,14±0,03

3,14±0,09

P>0,05


3,18±0,58

P>0,05


3,00±0,29

P>0,05


2,35±0,83

P>0,05


3,00±0,17

P>0,05


3,21±0,17

P>0,05


2,00±0,20

P>0,05


2,20±0,14

P>0,05


24

0,92

1,79±0,46

1,57±0,37

P>0,05


1,50±0,47

P>0,05


1,55±0,40

P>0,05


2,00±0,26

P>0,05


0,70±0,24

P>0,05


1,60±0,21

P>0,05


1,52±0,28

P>0,05


1,83±0,34

P>0,05


25

0,93

1,43±0,28

1,57±0,20

P>0,05


1,40±0,17

P>0,05


1,00±0,16

P>0,05


1,90±0,15

P>0,05


1,58±0,17

P>0,05


1,54±0,18

P>0,05


0,98±0,13

P>0,05


1,40±0,20

P>0,05


26

0,98

1,43±0,29

1,57±0,09

P>0,05


1,48±0,19

P>0,05


1,16±0,35

P>0,05


2,10±0,52

P>0,05


1,60±0,20

P>0,05


1,48±0,16

P>0,05


1,82±0,26

P>0,05


1,68±0,29

P>0,05


Cədvəl 5.14

Baykoks verilən sağlam cücələrin qaraciyərində zülal fraksiyalarının dinamikası

(M±Sd, %, n=5)





Rf

Kontrol


Müalicədən sonrakı günlər

3-cü gün

5-ci gün

7-ci gün

10-cu gün

1

0,04

7,50±0,05

7,53±0,01

7,50±0,20

7,52±0,17

7,51±0,26

2

0,05

1,79±0,17

1,82±0,17

1,87±0,17

1,87±0,16

2,00±0,07

3

0,07

1,07±0,20

3,96±0,91*

4,00±0,07***

1,93±0,07

1,20±0,50

4

0,09

1,07±0,27

3,00±0,17**

2,93±0,07**

1,27±0,13

0,98±0,50

5

0,15

2,14±0,07

2,30±0,13

3,00±0,50

2,47±0,18

2,43±0,28

6

0,18

1,43±0,50

1,40±0,18

2,93±0,22

1,50±0,27

1,53±0,18

7

0,20

1,07±0,50

1,90±0,05*

2,00±0,07**

1,03±0,23

1,63±0,09

8

0,22

1,07±0,48

1,00±0,09

1,21±0,39

1,06±0,47

1,57±0,38

9

0,27

1,79±0,22

0,50±0,21***

1,60±0,33

1,82±0,33

1,76±0,30

10

0,28

2,86±0,53

2,80±0,22

3,00±0,50

3,00±0,21

2,87±0,30

11

0,32

2,50±0,08

2,56±0,22

2,51±0,17

2,43±0,83

2,47±0,51

12

0,36

2,50±0,27

2,97±0,48

3,00±0,32

2,80±0,57

2,51±0,56

13

0,40

2,86±0,31

2,99±0,03

2,81±0,09

2,90±0,09

2,90±0,31

14

0,45

6,43±0,32

6,57±0,17

6,55±0,47

6,47±0,31

6,38±0,40

15

0,55

3,21±0,39

3,48±0,41

3,40±0,52

3,28±0,27

3,17±0,51

16

0,58

6,43±0,32

5,30±0,48***

5,48±0,22**

6,13±0,29

6,40±0,28

17

0,59

8,21±0,07

7,77±0,51***

8,12±0,14

8,18±0,53

8,17±0,18

18

0,61

6,43±0,14

5,97±0,13*

6,00±0,24

6,08±0,48

6,40±0,28

19

0,67

11,09±0,01

10,10±0,17

11,10±0,37

11,00±0,61

11,00±0,25

20

0,71

6,07±0,01

6,37±0,27

6,16±0,38

6,00±0,33

6,12±0,09

21

0,75

5,71±0,24

3,41±0,16**

4,67±0,71**

5,53±0,24

5,63±0,28

22

0,79

10,01±0,18

9,38±0,18

9,90±0,39**

9,00±0,32

10,00±0,24

23

0,88

2,14±0,03

3,00±0,22

3,17±0,18

2,00±0,28

2,00±0,16

24

0,92

1,79±0,46

0,77±0,05*

1,19±0,31

1,78±0,50

1,77±0,03

25

0,93

1,43±0,28

1,51±0,28

1,63±0,07

1,55±0,46

1,50±0,31

26

0,98

1,43±0,29

1,60±0,01

1,55±0,09

1,40±0,31

2,00±0,24

Qeyd: *P<0.05, **P<0,01, ***P<0,001
Yəqin ki, qeyd edilən fraksiyalarda baş verən dəyişkənliklərə orqanizmin dərman preparatına qarşı cavab adaptasiya reaksiyasıdır. Belə adaptasiya preparatın qəbulundan həmən an sonra yox, müəyyən vaxt keçdikdən sonra yaranır. Ola bilər ki, bu təsir müalicə məqsədilə tətbiq edilən preparatın yüksək dozasının quşların orqanizminə toksiki təsiri ilə əlaqədardır.

Beləliklə, hər üç halda, hətta preparatın yoluxdurulmamış cücələrə verildiyi halda, onların E.tenella ilə yoluxdurulduğu və onun baykoksla müalicə edildiyi halda qaraciyər zülallarının kəmiyyət tərkibi dəyişir. Bu hər bir hal bir-birindən xüsusi fərqli xüsusiyyətləri ilə xarakterizə olunur.

Yoluxdurulmuş cücələrin müalicəsi zamanı baykoks qaraciyər zülallarından EHS 0,04; 0,05; 0,07; 0,09; 0,20; 0,27; 0,32; 0,58; 0,59; 0,61; 0,67; 0,71; 0,75; və 0,79 olan fraksiyalara təsir edir.

5-ci gündən başlayaraq kəmiyyət dəyişkənlikləri EHS 0,27; 0,59 və 0,92 olan fraksiyalarda da müşahidə olunur ki, bu hala 2 gün fasiləsiz preparat verilən cücələrdə müşahidə edilmir. Yuxarıda göstərilənlərdən məlum olur ki, baykoks öz-özlüyümdə qara ciyərdə zülalların miqdarında dəyişikliklərə səbəb olur. Yoluxdurulmuş cücələrdə əhəmiyyətli dərəcədə baş verən dəyişkənlik parazit və onun həyat fəaliyyətinin son məhsulları olan toksiki maddələrin, həmçinin müalicə məqsədilə tətbiq edilən preparatın əlavə təsiri nəticəsində baş verir. E.tenella ilə baykoksun birlikdə orqanizmə təsiri onların ayrılıqda göstərdikləri təsirə nisbətən daha mürəkkəb təsir mexanizminə malikdir.

Bütün bu əldə edilən nəticələr onu deməyə əsas verir ki, koksidiostatik preparatları tətbiq etməzdən əvvəl onun orqanizmə əlavə təsirləri də mütləq nəzərə alınmalıdır. Bununla belə, baykoksun yüksək dozada iki gün müddətində tətbiqi əlavə təsirlərə səbəb olur. Belə ki, baykoksun yüksək dozasının 2 gün müddətində fasiləsiz tətbiqi zamanı arzu olunmaz təsirlərin meydana çıxması tərkibində toltrazuril olan bu və ya digər preparatın uzun müddət tətbiqinin orqanizmə əlavə mənfi təsir göstərməsini bildirən siqnaldır.

Beləliklə, tədqiqatın nəticələri göstərir ki, cücələrin cinsindən asılı olmayaraq koksidioz toxuma zülalların metabolizmində əsaslı dəyişkənliklərə səbəb olur.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin