AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 4,12 Mb.
səhifə17/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   13   14   15   16   17   18   19   20   ...   34

VI FƏSİL
CÜCƏLƏRİN EYMEROZU (EİMERİA TENELLA) VƏ MÜALİCƏSİ ZAMANI QANIN HEMATOLOJİ VƏ BƏZİ BİOKİMYƏVİ GÖSTƏRİCİLƏRİ
Maddələr mübadiləsinin pozulması heyvanların və quşların genetik potensiallarının realizasiya olunmasına mane olan əsas səbəblərdən biridir. Maddələr mübadiləsinin pozulmasına səbəb müxtəlif faktorlar o cümlədən yemləmə, saxlanma şəraiti və müxtəlif invazion və infeksion xəstəliklər səbəb ola bilər. Orqanizmdə metabolizm proseslərini özündə tam əks etdirən qandır. Qan kapillyarlardan keçərək bütün toxuma və orqanların hüceyrələri ilə təmasda olur. Buna görə də orqanizmin toxumalarına olan hər hansı bir təsir, maddələr mübadiləsində baş verən hər hansı bir pozğunluqlar qanın kəmiyyət və keyfiyyət göstəricilərində özünü büruzə verir. Orqanizmdə gedən gizli patoloji proseslərin vaxtında müəyyən edilməsində hematoloji analizlər böyük əhəmiyyət kəsb edir. Belə analizlər xəstəliklərin kiliniki əlamətlərinin özünü hələ büruzə verməzdən əvvəl aşkara çıxarmaq, prosesləri doğuran səbəblərin qarşısını almağa, onlara qarşı mübarizə və profilaktika tədbirlərini vaxtında həyata keçirməyə imkan verir.

6.1.Yerli cinsdən olan çil-çil cücələrin qanının fizioloji göstəriciləri
Hematoloji analizlər üçün qan cücələrin qanadaltı venasından parazitin sahibin orqanizmində inkişaf mərhələlərinə uyğun olaraq, invaziyanın 3, 5, 7 və 10-cu günləri (23, 25, 27 və 30 günlük cücələr) götürülmüşdür.

Eymeriozun quşların qanının morfoloji göstəricilərinə təsirini öyrənmək məqsədilə təcrübə və kontrol qrupunda olan cücələrin qanında eritrositlərin (RBC) və leykositlərin (WBC) sayı, hemoqlobinin (HGB) miqdarı və leykositar formulda baş verən dəyişikliklər öyrənilmişdir. Bütün təcrübə dövründə əldə edilən nəticələr cədvəl 6.1-də verilir.

Cədvəl 6.1

Kontrol və E.tenella ilə yoluxdurulan çil-çil toyuq cücələrinin qanının morfoloji göstəriciləri

(M±Sd, n=5)


CY

Qrup

RBC

x 1012/L

WBC

x109/L

HGB, g/L

Leykositar formul, %

E

M

B

L

P

23

I

1,96±0,007

33,09±0,018

88,30±0,071

4,08±0,013

3,51±0,005

0,62±0,004

41,03±0,018

50,79±0,196

II

1,90±0,004

P>0,05


33,19±0,004

P<0,001


86,20±0,071

P<0,001


4,24±0,004

P<0,05


3,07±0,007

P<0,01


0,70±0,005

P>0,05


41,91±0,004

P<0,01


50,08±0,003

P<0,001


25


I

2,05±0,007

22,16±0,007

85,00±0,022

3,75±0,005

2,49±0,004

0,68±0,004

46,18±0,009

46,90±0,007

II

2,04±0,007

P>0,05


22,29±0,007

P>0,05


80,02±0,319

P<0,001


3,80±0,004

P>0,05


2,48±0,007

P>0,05


0,75±0,005

P>0,05


46,20±0,006

P>0,05


46,77±0,004

P>0,05


27


I

2,05±0,007

29,49±0,012

87,84±0,005

4,52±0,005

7,08±0,006

2,23±0,004

45,70±0,005

40,47±0,009

II

2,05±0,007

P>0,05


29,58±0,009

P>0,05


85,08±0,035

P<0,001


4,55±0,063

P>0,05


7,04±0,005

P>0,05


2,26±0,005

P>0,05


45,75±0,018

P>0,05


40,40±0,010

P>0,05


30


I

2,05±0,004

32,72±0,007

87,29±0,032

3,63±0,004

8,60±0,004

1,37±0,003

47,73±0,003

21,77±0,086

II

2,06±0,007

P>0,05


32,64±0,051

P>0,05


87,28±0,080

P>0,05


3,62±0,004 P>0,05

8,63±0,006

P>0,05


1,32±0,006

P>0,05


47,44±0,003

P>0,05


21,79±0,022 P>0,05


Qeyd: I qrup – kontrol, II qrup – E.tenella ilə yoluxdurulmuş. CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil

Leykositlər orqanizmi yad antigenlərin təsirindən qoruyur və onun sayı orqanizmin rezistentliyindən asılıdır ki, bu da xəstəliklər zamanı mühüm əhəmiyyət kəsb edir. Qanda leykositlərin ümumi sayı orqanizmdə mübadilə proseslərinin vəziyyətini xarakterizə edir. Əksər tədqiqatçıların fikrincə qanın formalı element-lərinin miqdarının dəyişməsi onların saxlanma şəraitindən, cinsindən, növündən və yaşından və s. asılı olaraq dəyişə bilər [30, 256, 110, 103, 108, 197, 51, 109, 69, 23, 269, 177, 91, 228, 293, 216, 169].



Şək. 6.1. Yerli cinsdən olan çil-çil cücələrin qanının mikroskop altında ümumi görünüşü


Yerli cinsdən olan çil-çil cücələrin qanında leykositlərin sayında dəyişikliklər hər iki, həm kontrol və həm də təcrübə qrupda müşahidə edilir (cədvəl 6.1).

Müəyyən edilmişdir ki, yaşla əlaqədar olaraq cücələrin qanında leykositlərin sayı artır. Məsələn, sağlam 23 günlük cücələrin qanında leykositlərin miqdarı 33,09 x109/L təşkil edir. 25 günlük cücələrdə onun sayı 22,16 x109/L -ə qədər azalır. 27 günlük cücələrdə onların sayı 29,49 x109/L-ə, 30 günlük cücələrdə isə 32,72 x109/L-ə qədər artır.

Yoluxdurulmuş qrupda ağ qan hüceyrələrinin sayında kontrol qrupun göstəriciləri ilə müqayisədə artma müşahidə edilsə də bu statistik dürüst deyil. Yuxarıda qeyd edildiyi kimi, kontrol qrupda olduğu kimi təcrübə qrupunda cücələrin qanında leykositlərin sayında yaşla əlaqədar artım müşahidə edilir.

Cədvəl 6.1-də verilən məlumatlardan aydın olur ki, qanda leykositlərin sayının xüsusilə invaziyanın 5-ci günü daha intensiv artır, 25 günlük cücələrdə (invaziyanın 5-ci günü) təcrübə qrupunda onların sayı kontrola nisbətən 0,13 x109/L artır, kontrol qrupda isə bu göstərici 22,16 x109/L təşkil edir. Bu göstərici 27 günlük cücələrdə (invaziyanın 7-ci günü) müvafiq olaraq 29,58 x109/L təşkil edir. Belə ki, invaziyanın 3, 5 və 7-ci günləri leykositlərin miqdarının kontrol qrupuna nisbətən yüksək olmasına baxmayaraq statistik dürüst deyil (P>0,05).

Qanın morfoloji göstəriciləri içərisində eritrositlərin sayı mühüm əhəmiyyət kəsb edir. Müxtəlif faktorlar, o cümlədən parazitar xəstəliklər bu göstəricilərə ciddi təsir göstərir.

Qanın hematoloji göstəricilərinin analizi zamanı müəyyən edilmişdir ki, hər iki qrupda yaşdan asılı olaraq eritrositlərin miqdarı artır. Bu zaman kontrol qrupda, eritrositlərin sayı 23 günlük cücələrdə 1,96x1012/L təşkil edirsə, 30 günlük cücələrdə onların sayı artaraq 2,05x1012/L təşkil edir. Belə bir artım təcrübə qrupunda müşahidə edilsə də statistik dürüst deyil (cədvəl 6.1).

Beləliklə, müəyyən edilmişdir ki, parazitin sahibin bağırsağında inkişafının 3, 5, 7 və 10-cu günləri qanda eritrositlərin miqdarında baş verən dəyişiklik statistik dürüst olmayıb fizioloji norma hüdudundadır.

Orqanizmdə maddələr mübadiləsinin əsas göstəricilərindən biri də qanda hemoqlobinin miqdarıdır. Məlumdur ki, hemoqlobinin (HGb) əsas funksiyası orqan və toxumaları oksigenlə təmin etməkdir. Qanda hemoqlobinin miqdarı qan yaradıcı orqanların o cümlədən qaraciyərin funksiyasından asılıdır. Hemoqlobinin miqdarına müxtəlif infeksion və invazion xəstəliklər, zəhərlənmələr, qan itirmə və s. səbəb ola bilir.

Cədvəldə verilən məlumatlardan məlum olur ki, invaziyanın 3, 5 və 7-ci günləri cücələrin qanında hemoqlobinin miqdarı kontrol qrupuna nisbətən azdır (Р<001). Bu göstərici invaziyanın 5 və 7-ci günləri digər günlərə nisbətən daha az olmuşdur. Bu dövr parazitin sahibin bağırsağında 2-ci və 3-cü meroqoniya mərhələlərinə təsadüf edir ki, bu zaman bağırsağın epiteli hüceyrələrinin zədələnməsi nəticəsində qan itirmə halları baş verir. Qan itirmə hemoqlobinin miqdarının azalmasına səbəb olur. İnvaziyanın 10-cu günü (30 günülük cücələrdə) bağırsağın epiteli hüceyrələrinin tamlığının nisbətən bərpa olunduğu dövrə təsadüf etdiyindən hemoqlobinin miqdarı normaya yaxınlaşır.

Xəstəliklərin diaqnostikasında və gedişinin proqnozunda leykositar düsturun hesablanması mühüm əhəmiyyət kəsb edir. Leykositar formul heyvanların növündən, cinsindən, cinsiyyətindən, yemləmə xarakterindən və c. asılı olaraq dəyişə bilir. Müxtəlif patoloji proseslər o cümlədən koksidioz zamanı xəstəliyin dərinliyindən və xarakterindən asılı olaraq leykositar formula əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Qanda leykositlərin sayının azalması leykopoez prosesini göstərən əsas əlamətlərdən biridir. Leykoqrammanın analizi göstərir ki, Eimeria tenella-nın təsirindən ağ qan hüceyrələrinin nisbəti dəyişir. Təcrübə qrupunda cücələrin qanında psevdoeozinofillərin və monositlərin miqdarı azalır. Eozinofillərin, bazofillərin və limfositlərin miqdarı isə artır (cədvəl 6.1).

Yoluxdurulmuş cücələrin qanında psevdoeozinofillərin miqdarı kontrol və yoluxdurulmuş qrupda 23-ü gün (invaziyanın 3-cü günü) müvafiq olaraq 50,79% və 50,08% (P<0,001), 25-ci gün (invaziyanın 5-ci günü) 46,90% və 46,77%, 27-ci gün (invaziyanın 7-ci günü) 40,47 % və 40,40%, 30-cu gün (invaziyanın 10-cu günü) 21,77% və 21,79% olmuşdur. Psevdoeozinofillərin miqdarında invaziyanın 5 və 7-ci günləri azalma müşahidə edilsə də statistik dürüst deyil (P>0,05). Hətta 30-cu gün psevdoeozinofillərin miqdarı kontrol qrupunun göstəricisinə nisbətən 0,02% çoxdur.

Təcrübə qrupunda cücələrin qanında eozinofillərin miqdarı artır. Bütün təcrübə dövründə cücələrin qanında eozinofillərin miqdarı kontrol qrupun göstəricilərindən yüksək olmuşdur. Ancaq invaziyanın 3-cü günü bu dəyişiklik statistik dürüst olmuşdur (P<0,05). Kontrol qrupda eozinofillərin miqdarı bu zaman 4,08 və 4,24% təşkil edir. İnvaziyanın 5, 7 və 10-cu günləri isə eozinofillərin miqdarı fizioloji norma hüdudundadır (P>0,05).

Cədvəl 6.1-də verilən məlumatlardan aydın olur ki, yoluxdurulmuş qrupdan olan cücələrin qanında monositlərin miqdarının kontrol qrupuna nisbətən azalmasına baxmayaraq qanunauyğun olaraq yaşla əlaqədar onların da miqdarında kontrol qrupda olduğu kimi artması müşahidə edilir. Yəni növbəti günlərdə monositlərin sayı özündən əvvəlki günlərə nisbətən artır.

Yoluxdurulmuş təcrübə qrupunda olan cücələrin qanında monositlərin miqdar-ında invaziyanın 3, 5 və 7-ci günləri statistik dürüst dəyişiklik baş verməmişdir. Baş verən dəyişikliklər fizioloji norma hüdudunda olmuşdur (P>0,05).

Həm kontrol və həm də təcrübə qrupunda cücələrin qanında bazofillərin miqdarında artım müşahidə edilir. Bazofillərin miqdarı təcrübə qrupunda yaşla əlaqədar olaraq kontrol qrupun müvafiq göstəricilərinə nisbətən yüksək olmasına baxmayaraq statistik dürüst deyil (Р>0,05) (cədvəl 6.1).

İnvaziyanın bütün günləri cücələrin qanında limfositlərin miqdarının artdığı müşahidə edilsə də bu dəyişiklik ancaq invaziyanın 3-cü günü statistik dürüstdür (Р<0,01). Kontrol və təcrübə qrupunda bu göstərici müvafiq olaraq 41,03% və 41,90% təşkil edir. İnvaziyanın ilk günləri qanda eozinofillərin miqdarının artması cücələrin orqanizmində parazitin toksinlərinə qarşı allergetik reaksiyaların yarandığını bildirir.

Beləliklə, təcrübə qrupunda bütün eksperiment müddətində, invaziyanın 3, 5, 7 və 10-cü günləri (23, 25, 27 və 30-cu günlər) cücələrin qanında psevdoeozinofillərin, monositlərin, eritrositlərin sayı və hemoqlobinin miqdarı azalır, leykositlərin sayı, bazofillərin, eozinofillərin və limfositlərin isə miqdarının artmasına baxmayaraq baş verən dəyişkənlik ancaq invaziyanın 3-cü günü statistik dürüstdür (P<0,05).


6.1.2.Artemisia absinthium-un sağlam çil-çil cücələrin qanının hematoloji və bəzi biokimyəvi göstəricilərinə təsiri

20 günlük klinik sağlam yerli cinsdən olan 60 ədəd çil-çil toyuq cücələri hər birində 30 cücə olmaqla 2 qrupa ayrılmış, 1-ci qrupun cücələri kontrol kimi saxlanılmış, 2-ci qrupun cücələrinə isə acı yovşanın 1500 mq ununu 1 kq yemdə qarışdırmaqla 10 gün müddətində verilmişdir. Hər iki qrupun cücələri təcrübə müddətində eyni tərkibli yemlə yemləndirilmişdir. Kontrol və təcrübə (2-ci qrup) qrupunun cücələri 23, 25, 27 və 30 günlüklərində (bu günlər 20 günlük yoluxdurulmuş cücələrin bağırsağında parazitin endogen inkişafının 3, 5, 7 və 10-cu günlərinə bərabərdir) qanad altı venasından alınan qanın hematoloji və bəzi biokimyəvi göstəriciləri öyrənilmişdir.

Həm kontrol və həm də təcrübə qrupundan olan cücələrin qanında bütün təcrübə müddətində eritrositlərin və leykositlərin sayı, hemoqlobinin miqdarında statistik dürüst dəyişiklik baş verməmiş, onların sayı və miqdarı fizioloji norma həddində olmuşdur (cədvəl 6.2). Buradan belə nəticəyə gəlmək olar ki, Artemisia absinthium-un 1500 mq/kq yemlə qarışığı cücələrin hematoloji göstəricilərinə təsir etmir. Bu da Artemisia absinthium –un qeyd edilən dozada toksiki təsirə malik olmadığını sübut edir.

Hüceyrə aktivliyinin fermentativ səviyyədə tədqiqi heyvanların toxumalarında fizioloji və biokimyəvi proseslərin, orqanizmin metabolizminin dərindən öyrənilmə-sinə imkan verir. Bu planda alanin – və aspartataminotransferaza kimi fermentlərin aktivliyinin öyrənilməsi qaraciyərdə və qanda spesifik biokimyəvi çevrilmələrin mahiyyətini aydınlaşdırmağa kömək edir.



A.absinthium-un çil-çil cücələrin qan zərdabının biokimyəvi göstəricilərinə təsirinin öyrənilməsi zamanı əldə edilən məlumatlar cədvəl 6.3-də verilir.

Qan zərdabının biokimyəvi tədqiqi zamanı müəyyən edilmişdir ki, ümumi zülal və zülal fraksiyalarının miqdarı əsaslı dəyişikliklərə uğramır, bu onu göstərir ki, preparat albumin sintezinin qarşısını almır, orqanizmdə zülalların yenilənmə prosesini pozmur.

Qan zərdabında sidik çövhərinin miqdarının öyrənilməsi qaraciyər və böyrəklərin xəstəlikləri zamanı azot metabolizminin pozulmasının diaqnostikası üçün əhəmiyyət kəsb edir. Sidik cövhəri amin turşuların, purin və pirimidin nukleotid-lərinin oksidləşmə və dezaminləşməsi nəticəsində yaranan ammiakın zərərsizləşdiril-məsi zamanı qaraciyərdə yaranır və böyrəklər vasitəsilə xaric olunur.

Müəyyən edilmişdir ki, sidik cövhərinin qatılığı həm kontrol və həm də təcrübə qrupunda fizioloji norma həddindən kənara çıxmır (P>0,05). Onun qatılığının öyrənilməsi istiqamətində əldə edilən məlumatlar Artemisia absinthium-un hepatoksiki təsirə malik olmamasını və həmçinin böyrəklərdə patoloji dəyişkənliyə

Cədvəl 6.2

Baykoksun, acı yovşanın və onların kombinasiyalarının sağlam çil-çil toyuq cücələrinin qanının morfoloji göstəricilərinə təsiri

(M±Sd, n=5)


CY

Qrup

RBC

x 1012/L



WBC

x109/L



HGB, g/L

Leykositar formula, %

E

M

B

L

P

23

I

1,96±0,007

P>0,5


33,09±0,008

P>0,5


88,30±0,071 P>0,5

4,12±0,005

P<0,05


3,74±0,010

P<0,001


0,61±0,007

P>0,5


41,08±0,007

P<0,05


50,45±0,199

P<0,01


II

1,96±0,005

P>0,5


33,18±0,004

P<0,01


88,36±0,185

P<0,05


4,20±0,005

P<0,05


3,71±0,007

P<0,001


0,63±0,010

P>0,5


41,02±0,009

P>0,5


50,44±0,006

P>0,5


III

1,94±0,013

P<0,05


33,15±0,017

P<0,01


88,29±0,011

P>0,5


4,09±0,007

P>0,5


3,73±0,010

P<0,001


0,67±0,017

P<0,01


41,12±0,011

P<0,05


50,39±0,007

P>0,5


25


I

2,04±0,004

P>0,5


22,16±0,007

P<0,05


85,00±0,022

P>0,5


3,78±0,014

P<0,05


2,48±0,010

P>0,5


0,69±0,007

P>0,5


46,25±0,005

P<0,05


46,80±0,119

P<0,05


II

2,05±0,007

P>0,5


22,12±0,009

P<0,05


85,08±0,058

P<0,05


3,73±0,009

P>0,5


2,50±0,005

P>0,5


0,69±0,007

P>0,5


46,21±0,011

P>0,5


46,87±0,005

P>0,5


III

2,02±0,007

P<0,05


22,16±0,004

P>0,5


85,00±0,009

P>0,5


3,71±0,014

P>0,5


2,49±0,007

P>0,5


0,70±0,006

P>0,5


46,23±0,008

P<0,05


46,87±0,007

P>0,5


27


I

2,05±0,007

P>0,5


29,49±0,012

P>0,5


87,84±0,005

P>0,5


4,53±0,007

P>0,5


7,06±0,010

P>0,5


2,21±0,013

P>0,5


45,76±0,003

P<0,05


40,44±0,017

P>0,5


II

2,05±0,010

P>0,5


29,46±0,007

P<0,05


87,88±0,005

P>0,5


4,52±0,007

P>0,5


7,09±0,006

P>0,5


2,23±0,010

P>0,5


45,70±0,007

P>0,5


40,46±0,017

P>0,5


III

2,04±0,007

P>0,5


29,47±0,008

P<0,05


87,79±0,009

P<0,05


4,51±0,013

P>0,5


7,10±0,007

P>0,5


2,25±0,010

P>0,5


45,71±0,011

P>0,5


40,43±0,010

P>0,5


30


I

2,05±0,007

P>0,5


32,72±0,007

P>0,5


87,29±0,032 P>0,5

3,64±0,013

P>0,5


8,60±0,007

P>0,5


1,38±0,007

P>0,5


44,63±0,004

P<0,05


21,75±0,053

P<0,05


II

2,06±0,107

P>0,5


32,72±0,080

P>0,5


87,29±0,003

P>0,5


3,63±0,010

P>0,5


8,61±0,011

P>0,5


1,38±0,011

P>0,5


54,64±0,009

P<0,001


21,74±0,009

P>0,5


III

2,07±0,007

P<0,05


32,67±0,008

P>0,5


87,27±0,010

P>0,5


3,64±0,007

P>0,5


8,63±0,007 P>0,5

1,35±0,017

P<0,05


54,64±0,014

P<0,01


21,74±0,007 P>0,5

Qeyd: I qrup – baykoks verilən, II qrup – yeminə Artemisia absinthium əlavə edilmiş, III - eyni zamanda A.absinthium və baykoks verilən, CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil

səbəb olmadığını göstərir (cədvəl 6.3).

Cədvəl 6.3

A.absinthium-un çil-çil cücələrin qanının bəzi biokimyəvi göstəricilərinə təsiri


Qruplar

Tədqiqat aparılan günlər

Preparatın tətbiqinə qədər

3 sutka sonra

5 sutka sonra

7 sutka sonra

10 sutka sonra

Sidik cövhəri, mmol/L

Kontrol

1,678±0,005

1,680±0,007

1,685±0,004

1,800±0,035

1,826±0,033

Təcrübə

1,677±0,007

1,683±0,008

1,689±0,010

1,805±0,032

1,825±0,011

Aspartataminotrasferaza, mkmol/ml•saat

Kontrol

1,332±0,014

1,331±0,033

1,327±0,011

0,989±0,007

0,643±0,007

Təcrübə

1,331±0,064

1,330±0,033

1,326±0,009

0,988±0,032

0,643±0,032

Alaninaminotrasferaza, mkmol/ml•saat

Kontrol

0,554±0,020

0,553±0,018

0,556±0,013

0,577±0,018

0,580±0,011

Təcrübə

0,555±0,033

0,555±0,022

0,556±0,033

0,579±0,032

0,579±0,017

Cədvəl 6.3-dən görünür ki, A.absinthium tətbiq olunun müddətdə sidik turşusunun miqdarında statistik dürüst dəyişiklik baş vermir. Bu A.absinthium –un 1500 mq/kg dozada nuklein turşularının katabolizmi proseslərinə təsir etmədiyini sübut edir.

Aparılan tədqiqatın nəticələrinə əsasən müəyyən edilmişdir ki, Artemisia absinthium alaninaminotransferaza (ALT) və aspartataminotransferazanın (AST) aktivliyinə təsir etmir. Həm kontrol və həm də təcrübə qrupunda olan cücələrin qanında ALT və AST fermentlərinin aktivliyində baş verən dəyişkənliklər fizioloji norma hüdudunda olmuşdur (P<0,05). AST və ALT fermentlərinin aktivliyinin, ümumi zülalın miqdarının artmasını yaşla əlaqədar olması ilə izah etmək olar. Çünki ümumi zülalın miqdarının artması ilə paralel olaraq transaminazaların da aktivliyi artır. Tərəfimizdən əldə edilən məlumatlar sübut edir ki, Artemisia absinthium hepatoksiki və miokardiotoksiki təsirə malik deyildir, yəni onun tərkibində olan aktiv bioloji komponentlər qaraciyərin hüceyrələrinin membranını zədələmir.

Beləliklə təcrübələrin yekunlarına əsasən belə nəticəyə gəlmək olar ki, Artemisia absinthium (1500 mq/kq yemlə qarışığı) toksiki təsirə malik deyil və təcrübə heyvanlarının orqanizmində funksionsal dəyişikliyə səbəb olmur.



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin