AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Baykoksun çil-çil cücələrin qanının hematoloji göstəricilərinə təsiri



Yüklə 4,12 Mb.
səhifə18/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

6.1.3 Baykoksun çil-çil cücələrin qanının hematoloji göstəricilərinə təsiri

50 baş 20 günlük çil-çil cücə hər birində 25 cücə olmaqla 2 qrupa ayrılmışdır. 1-ci qrupun cücələri kontrol saxlanılmış, 2-cü qrupun cücələrinə 2,5%-li baykoksun 2 ml-ni 1l suda həll etməklə (50 ppm) 2 gün müddətində fasiləsiz olaraq verilmişdir. Bütün qrupun cücələrinə eyni tərkibli, tərkibində antibiotik və koksidiostatik preparat olmayan yem verilmişdir.

Qanın hematoloji və biokimyəvi analizi 23, 25, 27 və 30 günlük cücələr üzərində aparılmışdır. Baykoksun 50 ppm dozasının sağlam çil-çil cücələrin hematoloji göstəricilərinin dinamikasına təsiri haqqında məlumatlar cədvəl 6.2-də verilir.

Təcrübə qrupundan olan 23 günlük cücələrin qanında eritrositlərin miqdarı kontrol qrupun göstəricilərindən demək olar ki, fərqlənməmişdir. 25, 27 və 30 günlük cücələrin qanında da eritrositlərin sayında baş verən dəyişiklik statistik dürüst olmamışdır.

23, 27 və 30 günlük cücələrin qanında leykositlərin sayı kontrol qrupun göstəricisinə nisbətən artsa da statistik dürüst olmamışdır. 25 günlük cücələrin qanında bu göstərici kontrol qrupun göstəricilərindən yüksək olur və statistik dürüstdür P<0,05).

Hemoqlobinin miqdarı bütün yaşdan olan cücələrin qanında kontrol cücələrin müvafiq göstəricilərindən az olmasına baxmayaraq statistik dürüst olmamışdır (P>0,05).

Cədvəl 6.2-də verilən məlumatların analizindən aydın olur ki, bütün yaşdan olan cücələrin qanında kontrolla müqayisədə psevdoeozinofillərin azaldığı, eozinofillərin isə artdığı müşahidə edilsə də statistik dürüst deyil. 23 günlük cücələrdə monositlərin sayında artım müşahidə edilsədə, 25 və 27 günlük cücələrdə azalır, 30 günlük cücələrdə isə normaya yaxınlaşır.

23, 25 və 30 günlük cücələrin qanında bazofillərin miqdarında kontrolla müqayisədə artım baş versə də, 27 günlük cücələrdə bu göstəricinin miqdarında azal-

ma baş vermişdir. Bütün hallarda baş verən dəyişkənliklər statistik olmamışdır.

Limfositlərin miqdarı isə bütün yaşdan olan cücələrdə kontrolla müqayisədə

yüksək olmuşdur (P>0,05).

Beləliklə, belə nəticəyə gəlmək olar ki, baykoksun 50 ppm dozası cücələrin qanında leykositlərin, monositlərin və limfositlərin artmasına, psevdoeozinofillərin azalmasına səbəb olur. Eritrositlərin sayına və hemoqlobinin miqdarına isə təsir etmir. Preparatın verilməsi dayandırıldıqdan 4 sutka sonra qanın hematoloji göstəriciləri normaya qayıdır.


6.1.4. E.tenella ilə yoluxdurulmuş cücələrin baykoks ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası

Baykoksun E.tenella ilə yoluxdurulmuş cücələrin qanının morfoloji göstəricilərinə təsirini öyrənmək üçün cücələr hər birində 20 cücə olmaqla 2 qrupa ayrılmışdır. Hər iki qrupun cücələrinin hər biri E.tenella parazitin 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. Birinci qrupun cücələri yoluxdurulduqdan sonra müalicə olunmamış (kontrol), ikinci qrupun cücələrinə isə yoluxdurulduqdan 1 gün sonra müalicə məqsədilə 2,5 %-li baykoksun 2 ml-ni 1l suda həll edərək 2 gün müddətində fasiləsiz verilmişdir.

Baykoksun E.tenella ilə yoluxdurulmuş cücələrin qanının morfoloji göstəricilərinə təsirinin öyrənilməsi zamanı müəyyən edilmişdir ki, müalicə zamanı invaziyanın bütün günləri eritrositlərin sayında kontrol yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə statistik dürüst dəyişkənlik baş vermir. Alınan nəticələrin yoluxdurulmuş qrupun müvafiq göstəriciləri ilə müqayisəsi zamanı isə məlum olmuşdur ki, müalicə olunan 23 günlük cücələrin qanında eritrositlərin sayı 0,05x1012/l çox olur (P1<0,05).

Müalicə olunan 23 günlük cücələrin qanında leykositlərin sayı ilə müalicə olunmayan cücələrin qanının leykositlərinin sayında fərq 0,03x109/l olmuşdur (müvafiq olaraq 33,19±0,004 və 33,16±0,005x109/L).

Müalicə olunan qrupda invaziyanın 5-ci günü kontrol cücələrin göstəriciləri ilə müqayisədə leykositlərin sayında fərq müşahidə olunmasa da (kontrol qrupda 22,29±0,007), invaziyanın 7-ci günü leykositlərin sayında (kontrol qrupda 29,58±0,009) azalma müşahidə olunmuş, lakin statistik dürüst olmamışdır (P>0,05).

Leykositlərin sayında yoluxdurulmuş kontrolla müqayisədə azalmanın invaziya-nın 10-cu günündə də davam etdiyi müşahidə edilmişdir. Bu zaman leykositlərin sayı arasında fərq 0,54x109/L olmuşdur (P1<0,001).

Hemoqlobinin miqdarında invaziyanın 3-cü günü (preparatın verildiyi axırıncı gün) kontrolla yoluxdurulmuşlarla müqayisədə artım (2q/L) müşahidə edilmişdir (P<0,001). Preparatın verilməsi dayandırıldıqdan 3 gün sonra (invaziyanın 5-ci günü) yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə hemoqlobinin miqdarı arasında olan fərq 4,08q/L çox olmuşdur. İnvaziyanın 3-cü günü ilə müqayisədə hemoqlobinin miqdarında azalma 4,10q/L olmuşdur (cədvəl 6.4).

İnvaziyanın 7-ci günü kontrol yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə müalicə olunan qrupda hemoqlobinin miqdarında artım müşahidə edilmişdir ki, bu artım 2,12 q/l çox olmuşdur. İnvaziyanın 10-cu günü isə qeyd edilən qrupların müvafiq göstəriciləri arasında fərq statistik dürüst olmamışdır (cədvəl 6.4).

Müalicə olunan cücələrin qanında psevdoeozinofillərin miqdarı artır. Psevdoeozinofillərin miqdarında statistik dürüst artım invaziyanın 3-cü və 7-ci günləri qeydə alınmışdır. (hər iki halda P1<0,01).

İnvaziyanın 3-cü günü həm kontrol yoluxdurulmamış və yoluxdurulub müalicə edilən qrupun göstəriciləri ilə müqayisədə eozinofillərin sayı azalır. Kontrol yoluxdurulmayan qrupun göstəriciləri ilə müqayisədə bu azalma 0,04% təşkil edirsə (P<0,05) yoluxdurulub müalicə olunmayan qrupun göstəriciləri ilə müqayisədə bu fərq (0,20%) daha kəskin hiss olunur (P<0,001). İnvaziyanın 5,7 və 10-cu günləri həm yoluxdurulmamış kontrol və həm də yoluxdurulmuş kontrolla müqayisədə eozinofillərin miqdarında statistik dürüst dəyişkənlik baş verməmişdir.

Alınan nəticələrin müqayisəli analizindən məlum olur ki, baykoks orqanizmdə mübadilə proseslərini tənzimlədiyi üçün leykositlərin sayı müalicə olunan qrupda kontrol qrupun göstəricilərinə yaxın olur. Yoluxdurulmuş qrupun göstəricilərini müalicə olunan qrupun göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, 3-cü gün (23 günlük cücələr) invaziya zamanı qanında eozinofillərin miqdarı (0,20%, P1<0,01) azalır, monositlərin (0,62%, P1<0,001) miqdarı artır (cədvəl 6.4).

Cədvəl 6.4



E.tenella –nın 20000 oosistası ilə yoluxdurulub və müalicə edilən çil-çil toyuq cücələrinin qanının morfoloji göstəriciləri

(M±Sd, n=5)




CY

Qrup

RBC

x 1012/L



WBC

x109/L



HGB, g/L

Leykositar formula, %

E

M

B

L

P

1

2

3

4

5

6

7

8

9

10

23

I

1,95±0,005

P>0,05


P1<0,05

33,16±0,005

P<0,001


P1<0,01

88,20±0,054

P<0,01


P1>0,05

4,04±0,005

P<0,05


P1<0,001

3,69±0,006

P<0,05


P1<0,001

0,60±0,003

P>0,05


P1<0,01

41,09±0,015

P>0,05


P1<0,001

50,58±0,002

P<0,05


P1<0,01

II

1,95±0,005

P>0,05


P1<0,01

33,08±0,004

P>0,05


P1>0,05

88,09±0,049

P<0,05 P1<0,05



4,03±0,012

P<0,05


P1<0,001

3,68±0,006

P<0,001


P1<0,001

0,60±0,007

P>0,05


P1>0,05

41,04±0,238

P>0,05


P1<0,05

50,65±0,003

P<0,01


P1<0,05

III

1,95±0,005

P>0,05


P1<0,05

33,18±0,011 P>0,05 P1>0,05

83,40±1,200

P>0,05


P1>0,05

4,07±0,011

P>0,05


P1>0,05

3,69±0,007

P<0,001


P1<0,001

0,52±0,008

P<0,01


P1<0,01

40,19±0,006

P<0,05


P1<0,001

51,53±0,012

P<0,01


P1>0,05

25


I

2,03±0,010 P>0,05 P1>0,05

22,29±0,005

P<0,01


P1>0,05

84,10±0,050

P<0,001


P1<0,001

3,82±0,008

P>0,05 P1>0,05



2,50±0,004

P>0,05 P1>0,05



0,66±0,005

P>0,01


P1<0,05

46,29±0,004

P<0,05


P1<0,05

46,73±0,012 P>0,05 P1>0,05

II

2,04±0,011 P>0,05 P1>0,05

22,07±0,399

P<0,001


P1<0,01

83,86±0,714 P<0,05 P1<0,05

3,73±0,010

P>0,05 P1>0,05



2,48±0,007

P>0,05 P1>0,05



0,68±0,003

P>0,01


P1<0,01

46,30±0,007

P<0,05


P1<0,05

46,81±0,008 P>0,05

P1>0,05



III

2,04±0,009

P>0,05


P1>0,05

22,13±0,007

P>0,05


P1<0,01

84,01±0,007

P>0,05 P1>0,05



3,74±0,007 P>0,05 P1>0,05

2,48±0,009

P>0,05


P1>0,05

0,65±0,007

P>0,05


P1<0,01

46,27±0,012

P>0,05


P1<0,05

46,86±0,011

P>0,05


P1>0,05

27


I

2,06±0,007

P>0,05 P1>0,05



29,50±0,006

P>0,05 P1>0,05



87,20±0,071

P<0,01


P1<0,01

4,51±0,005

P>0,05 P1>0,05



7,06±0,005

P>0,05 P1>0,05



2,20±0,007 P>0,05

P1<0,05



45,60±0,006 P<0,01

P1<0,05



43,06±0,005 P<0,01

P1<0,01



II

2,04±0,005

P>0,05


P1>0,05

29,48±0,007

P>0,05


P1<0,05

87,00±0,707

P<0,01


P1<0,01

4,50±0,009

P>0,05


P1>0,05

7,05±0,007

P>0,05


P1>0,05

2,19±0,008

P>0,05 P1>0,05



45,67±0,006

P>0,05


P1<0,05

40,63±0,006

P>0,05 P1>0,05



Cədvəl 6.4-ün ardı




1

2

3

4

5

6

7

8

9

10




III

2,03±0,006

P>0,05


P1<0,01

29,68±0,007

P<0,05


P1>0,05

86,97±0,007

P<0,01


P1<0,05

4,48±0,009 P>0,05 P1>0,05

7,07±0,011 P>0,05 P1>0,05

2,22±0,007

P>0,05 P1>0,05



45,69±0,009 P>0,05 P1>0,05

40,54±1,999

P>0,05


P1>0,05

30


I

2,06±0,010

P>0,05 P1>0,05



32,10±0,003

P<0,01


P1<0,001

87,25±0,050

P>0,05


P1>0,05

3,63±0,004

P>0,05


P1>0,05

8,60±0,006 P>0,05

P1>0,05



1,32±0,006 P>0,05 P1>0,05

50,66±0,007

P<0,01


P1<0,001

31,79±0,020

P<0,001


P1<0,001

II

2,04±0,007

P>0,05 P1>0,05



30,32±1,980

P<0,01


P1>0,05

87,12±0,049

P>0,05 P1>0,05



3,63±0,009

P>0,05 P1>0,05



8,61±0,008

P>0,05 P1>0,05



1,33±0,007 P>0,05 P1>0,05

50,62±0,009

P<0,001


P1<0,001

31,81±0,007

P<0,001


P1<0,001

III

2,05±0,007

P>0,05 P1>0,05



32,64±0,007

P>0,05


P1>0,05

87,03±0,021

P<0,05


P1<0,05

3,62±0,012

P>0,05


P1>0,05

8,60±0,016 P>0,05 P1>0,05

1,33±0,009 P>0,05

P1>0,05



50,64±0,011

P<0,001


P1<0,001

31,81±0,022

P<0,001


P1<0,001


Qeyd: I qrup – baykoks ilə müalicə edilən, II qrup –A.absinthium ilə müalicə edilən, III - A.absinthium və baykoksun kombinasiyası ilə müalicə edilən, CY-cücələrin yaşı-günlə, RBC – eritrosit, WBC – leykosit, HGB-hemoqlobin, E-eozinofil, M-monosit, B-bazofil, L-limfosit, P-psevdoeozinofil


Cədvəl 6.4-də verilən məlumatlardan məlum olur ki, yoluxdurulub müalicə olunmayan qrupun göstəricilərinə nisbətən müalicə olunan qrupda baykoks invaziyanın 5, 7 və 10-cü günləri eozinofillərin və monositlərin miqdarını tənzimləyir. Bu zaman qeyd edilən göstərici yoluxdurulmuş müalicə edilməyən qrupun göstəricilərindən yüksək olub (P<0,001) kontrol qrupun göstəricilərinə yaxınlaşır. Bazofillərin miqdarında isə kontrol qrupun göstəriciləri ilə müqayisədə statistik dürüst dəyişkənlik baş vermir. Yoluxdurulub müalicə olunmayan qrupun göstəriciləri ilə müqayisədə isə statistik dürüst dəyişkənlik invaziyanın 7-ci günü baş verir (P1<0,05). Bu zaman bazofillərin miqdarı 0,06% artır. İnvaziyanın 7-ci günü kontrol qrupun göstəriciləri ilə müqayisədə limfositlərin miqdarı 0,11%, yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə isə 0,09% artır. Göründüyü kimi baykoks əlavə olaraq (0,02%) leykositlərin sayının artmasına səbəb olur. Bu zaman monositlərin miqdarında hər iki halda statistik dürüst dəyişkənlik baş verir (P<0,050. İnvaziyanın 7-ci günü yoluxdurulmuş kontrol və yoluxdurulmamış qrupların göstəriciləri ilə də müqayisədə psevdoeozinofillərin miqdarında artım baş verir (P<0,01 və P1<0,01), limfositlərin miqdarı isə azalır (P1<0,05).

İnvaziyanın 10-cu günü müalicə olunan qrupda eozinofillərin, monositlərin və bazofillərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir, limfositlərin və psevdoeozinofillərin miqdarında hər iki kəskin artım (P<0,001, P1<0,001) müşahidə edilir (cədvəl 6.4).
6.1.5.E.tenella ilə yoluxdurulmuş cücələrin A.absinthium ilə müalicəsi zamanı qanın morfoloji göstəricilərinin dinamikası

Bu məsələnin öyrənilməsi üçün yerli cinsdən olan çil-çil toyuq cücələri E.tenella parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulduqdan sonra iki qrupa ayrılmışdır. Birinci qrupun cücələri yoluxdurulduqdan sonra müalicə edilməmişdir, ikinci qrupun cücələri isə yoluxdurmadan 1 gün sonra A.absinthium-un 1500 mq unu 1kq yem ilə qarışdırılaraq cücələrə 10 gün müddətində verilmişdir.

Cücələrin A.absinthium ilə müalicəsi zamanı əldə edilən nəticələr cədvəl 6.4-də verilir. Müəyyən edilmişdir ki, invaziyanın 3-cü günü kontrol yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə leykositlərin sayında və hemoqlobinin miqdarında statistik dürüst dəyişkənlik baş vermir. Eritrositlərin sayı isə azalır, bu da öz növbəsində qanda hemoqlobinin miqdarının azalmasına səbəb olur. İnvaziyanın bu günü eozinofillərin və psevdoeozinofillərin miqdarı azalır, monositlərin miqdarı isə artır. Bu zaman baş verən dəyişkənliklər statistik dürüst olmuşdur (cədvəl 6.4). İnvaziyanın 5-ci günü isə eritrositlərin sayı və hemoqlobinin miqdarında statistik dürüst dəyişkənlik olmasa da, leykositlərin sayında statistik dürüst dəyişkənlik baş verir. İnvaziyanın bu günü leykositlərin sayı 22,07±0,099x109/l-ə qədər azalır (kontrol qrupda 22,16±0,007x109/l, yoluxdurulmuş qrupda isə 22,29±0,007x109/l).

İnvaziyanın 7-ci günü eritrositlərin və leykositlərin sayında azalma baş versə də statistik dürüst olmamış, hemoqlobinin miqdarında isə baş verən azalma (0,84q/l) statistik dürüst olmuşdur (P<0,01).

İnvaziyanın 10-cu günü müalicə olunan qrupun qanında eritrositlərin və leykositlərin sayı və hemoqlobinin miqdarı fizioloji norma səviyyəsində olmuşdur (cədvəl 6.4).

Artemisa absinthium ilə müalicə olunan cücələrin qanında psevdoeozinofillərin miqdarının statistik dürüst artmasına invaziyanın 3-cü və 10-cu günləri təsadüf edilmişdir (müvafiq olaraq P1<0,01 və P1<0,001). İnvaziyanın 5 və 7-ci günləri psevdoeozinofillərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir (P>0,05).

Psevdoeozinofillərin miqdarında baykoksla müalicəsi zamanı olduğu kimi invaziyanın 3 və 10-cu günləri artım müşahidə edilir. (P1<0,05 və P1<0,001). Müalicənin 5 və 7-ci günləri psevdoeozinofillərin miqdarı artsa da statistik dürüst deyil (P>0,05).

Müalicənin 3-cü günü kontrol yoluxdurulmamış qrupla müqayisədə eozinofil-lərin miqdarı arasında olan fərq çox az (0,05%) olsa da, yoluxdurulmuş müalicə olunmayan qrupun göstəriciləri ilə müqayisədə 0,21% çoxdur. Hər iki halda baş verən dəyişkənlik statistik dürüstdür.(P<0,05 və P1<0,01). Yoluxdurulmamış və yoluxdurulmuş kontrol qrupun göstəriciləri ilə müqayisədə 23 günlük cücələrin qanında monositlərin miqdarı artır (hər iki halda P<0,001). Bazofillərin miqdarı norma səviyyəsində olur. Limfositlərin miqdarı isə yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə kontrol yoluxdurulmamış qrupun göstəriciləri səviyyəsinə qədər azalır (0,87%) (P<0,05) (kontrol qrupda 41,03%, müalicə olunan qrupda 41,04). Yoluxdurulmuş müalicə olunmayan qrupun göstəricilərinə nisbətən isə azalır (P1<0,05).

25 günlük cücələrin qanında müalicə zamanı eozinofillərin və monositlərin miqdarında dəyişkənlik baş verməsə də bazofillərin miqdarı yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə azalır (P1<0,01), limfositlərin miqdarı isə yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə azalır, yoluxdurulub müalicə edilməyən qrupun göstəriciləri ilə müqayisədə artır (P<0,05). 27 günlük cücələrdə eozinofillərin miqdarında yoluxdurulmuş və yoluxdurulmamış kontrolla müqayisədə azalma baş verir (müvafiq olaraq P1<0,05, P1>0,05). Monositlərin və bazofillərin miqdarı norma səviyyəsində olur. 30 günlük (invaziyanın 10-cu günü) cücələrdə eozinofillərin, monositlərin və bazofillərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin