AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


E.tenella ilə yoluxdurulub müalicə edilən cücələrin bud əzələlərində sərbəst amin turşularının dinamikası



Yüklə 4,12 Mb.
səhifə26/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   22   23   24   25   26   27   28   29   ...   34

7.4.2. E.tenella ilə yoluxdurulub müalicə edilən cücələrin bud əzələlərində sərbəst amin turşularının dinamikası

E.tenella-nın 20000 sporlaşmış oosista ilə yoluxdurulan və baykoksla müalicə olunan cücələrin bud əzələlərinin amin turşu tərkibinin öyrənilməsi göstərir ki, təyin edilən 17 amin turşudan 7-si əvəzedilməyən amin turşu olub, əzələlənin zülal dəyərinin qiymətləndirilməsində mühüm rol oynayır. Müəyyən edilmişdir ki, kontrol qrupun göstəriciləri ilə müqayisədə yoluxdurulan qrupda əvəzolunan amin turşular-dan argininin miqdarı 0,729 mkmol, asparagin turşusunun 0,195 mkmol, serinin 4,214 mkmol, prolinin 1,499 mkmol, qlisinin 0,324 mkmol, alaninin 1,003 mkmol, tirozinin isə 1,972 mkmol azalır (cədvəl 7.14).

Göründüyü kimi, yoluxdurulmuş cücələrin əzələlərində yoluxdurulmamış qrupun göstəriciləri ilə müqayisədə sərbəst lizinin miqdarı 2,620 mkmol artır. Yoluxdurulmuş cücələrin əzələlərində həmçinin qlutamin turşusunun, valinin, leysin və izoleysinin miqdarı müvafiq olaraq 0,545, 0,085, 0,092 və 0,136 mkmol artır. Bu amin turşuların miqdarının artması ilə əlaqədar digər amin turşuların argininin, asparagin turşusunun, serinin, treoninin, prolinin, qlisinin və alaninin miqdarında azalma müşahidə olunur. Histidin, sistein, tirozin və fenilalaninin miqdarında baş verən dəyişikliklər isə statistik dürüst olmamışdır (cədvəl 7.14).

Qara cücələrin bud əzələlərinin amin turşu tərkibinin analizi göstərir ki, cücələri E.tenella ilə yoluxdurulmuş və yoluxdurulub müalicə edilməyən və yoluxdurulub müalicə edilən qruplardan olan cücələrin əzələlərində amin turşuların ümumi miqdarının azalmasına səbəb olur.

Yoluxdurulan cücələrin bud əzələlərində amin turşu mübadiləsində baş verən dəyişiklikləri müəyyənləşdirdikdən sonra, bu toxumada eymeriozun 2,5%-li baykoksun 3ml/l dozası ilə müalicəsi zamanı əzələlərin amin turşu mübadiləsində baş

verən dəyişikliklərin öyrənilməsi böyük maraq kəsb edir.

Cədvəl 7.14-dən göründüyü kimi, eymeriozun baykoksla müalicəsi müəyyən dərəcədə əzələlərdə amin turşu mübadiləsinin tənzimlənməsinə köməklik göstərir. Yoluxdurulan cücələrin əzələlərində yoluxdurulmayan kontrol qrupun göstəricilərinə nisbətən lizinin miqdarı artır.

Müalicə olunan cücələrinin əzələlərində də bu amin turşunun miqdarı kontrol yoluxdurulmayan və yoluxdurulan qrupun göstəricilərindən invaziyanın 10-cu gününə qədər statistik dürüst səviyyədə yüksək olur. Cücələrin baykoksla müalicəsi də bu amin turşunun miqdarını stabilləşdirə bilmir.

Lizin, treonin, prolin və tirozinə münasibətdə baykoksun müalicəvi effekti zəif özünü büruzə verir. Hətta invaziyanın 10-cü günü bu amin turşuların miqdarı kontrol yoluxdurulmamış cücələrin göstəriciləri səviyyəsinə qayıda bilmir (cədvəl 7.14). Biokimyəvi nöqteyi nəzərdən yəqin ki, baykoks cücələr arasında koksidiozdan ölümün qarşısını almasına baxmayaraq qeyd edilən amin turşulara münasibətdə az effektlidir.

Cədvəl 7.14

E.tenella ilə yoluxdurulub baykoksla müalicə olunun qara cücələrin bud əzələlərində sərbəst amin turşuların dinamikası (M±Sd, mkmol 1q toxumada)


Аminturşu-lar

Müalicə olunmayan cücələrin göstəriciləri

Müalicə olunan cücələrinin göstəriciləri

Kontrol

Yoluxdurulan

invaziyanın

3-cü günü

5-ci günü

7-ci günü

10-cu günü

1

2

3

4

5

6

7

Əvəz olunmayan amin turşular

Lizin

1,557±0,01

4,177±0,01

P<0,001


2,002±0,02

P<0,001


P1<0,05

3,835±0,02

P<0,001


P1<0,05

1,874±0,03

P<0,001


P1<0,05

2,229±0,01

P<0,01


P1<0,05

Metionin

0,088±0,01

0,154±0,01

P<0,001


0,142±0,01

P<0,05


P<0,05

0,185±0,15

P<0,05


P<0,05

0,098±0,02

P>0,05


P<0,05

0,149±0,02 P>0,05

P<0,05


Valin

0,345±0,01

0,430±0,01

P<0,001


0,320±0,01

P<0,05


P1>0,05

0,325±0,01

P<0,05


P1>0,05

0,171±0,01

P<0,05


P1>0,05

0,308±0,02

P>0,05


P1>0,05

Leysin

0,228±0,01

0,320±0,01

P<0,001


0,219±0,01

P>0,05


P1>0,05

0,314±0,03

P<0,05


P1<0,05

0,219±0,01

P>0,05


P1>0,05

0,194±0,01

P<0,05


P1>0,05

İzoleysin

0,114±0,01

0,250±0,01

P<0,001


0,132±0,01

P>0,05


P1>0,05

0,130±0,05 P<0,05

P1>0,05



0,128±0,03

P<0,05


P1<0,05

0,117±0,02

P>0,05


P1<0,05

Fenilalanin

0,150±0,01

0,237±0,15

P>0,05


P1>0,05

0,134±0,01

P>0,05


P1<0,05

0,178±0,04

P>0,05


P1>0,05

0,127±0,05

P>0,05


P1>0,05

0,139±0,04

P>0,05


P1>0,05

Treonin

1,423±0,01

0,966±0,01

P<0,001


0,780±0,01

P<0,05


P1>0,05

0,806±0,05

P<0,05


P1<0,05

0,624±0,05

P<0,01


P1<0,05

0,819±0,02

P<0,01


P1<0,05

Cəmi

3,905

6,534

3,729

5,773

3,143

3,955

Əvəz olunan amin turşular

Histidin

1,560±0,01

1,550±0,00

P>0,05


P1>0,05

1,572±0,01

P>0,05


P1>0,05

1,557±0,01

P>0,05


P1>0,05

1,553±0,01

P>0,05


P1>0,05

1,571±0,01

P>0,05


P1>0,05

Arginin

1,106±0,02

0,377±0,02

P<0,01


P1>0,05

0,311±0,01

P<0,01


P1>0,05

0,486±0,01

P<0,01


P1>0,05

0,529±0,01

P<0,01


P1>0,05

0,356±0,03

P<0,01


P1>0,05

Asparagin turşusu

0,621±0,007

0,426±0,01

P<0,01


0,554±0,01

P<0,01


P1>0,05

0,544±0,01

P<0,01


P1>0,05

0,633±0,01

P>0,05


P1>0,05

0,651±0,01

P>0,05


P1>0,05

Serin

4,796±0,01

0,582±0,40

P<0,001


4,158±0,05

P>0,05


P1>0,05

2,588±0,01

P<0,001


P1<0,001

4,684±0,02

P>0,05


P1<0,001

4,229±0,01

P<0,05


P1<0,001

Cədvəl 7.14-ün ardı



1

2

3

4

5

6

7

Qlutamin turşusu

1,168±0,00

1,213±0,03

P>0,05


1,432±0,01

P<0,05


P1>0,05

1,607±0,03

P<0,05


P1<0,05

1,969±0,04

P<0,05


P1<0,05

1,204±0,03

P>0,05


P1>0,05

Porilin

2,215±0,00

0,716±0,01

P<0,001


1,013±0,01

P<0,001


P1>0,05

0,552±0,02

P<0,001


P1>0,05

0,704±0,02

P<0,001


P1>0,05

2,175±0,01

P<0,01


P1<0,05

Qlisin

1,696±0,01

1,372±0,01

P<0,05


1,846±0,04

P<0,05


P1>0,05

1,449±0,03

P<0,05


P1<0,05

1,666±0,03

P<0,05


P1<0,05

1,807±0,02

P<0,05


P1<0,05

Alanin

1,949±0,01

0,946±0,04

P<0,05


1,868±0,01

P<0,05


P1>0,05

1,534±0,01

P<0,05


P1<0,05

2,150±0,01

P<0,05


P1<0,05

1,813±0,03

P>0,05


P1>0,05

Tirozin

2,257±0,01

0,285±0,01

P>0,05


0,261±0,02

P>0,05


P1>0,05

0,300±0,01

P<0,01


P1>0,05

0,201±0,02

P<0,05


P1>0,05

0,218±0,02 P<0,05

P1>0,05



Sistein

0,222±0,01

0,222±0,01

P>0,05


P1>0,05

0,219±0,02

P>0,05


P1>0,05

0,220±0,02

P>0,05


P1>0,05

0,216±0,02

P>0,05


P1>0,05

0,244±0,02

P>0,05


P1>0,05

Cəmi

17,590

7,689

13,234

10,837

14,305

14,268

Bütün amin turşuların cəmi

21,495

14,223

16,963

16,610

17,448

18,223

Yoluxdurulan cücələrin baykoksla müalicəsi asparagin turşusu, prolin, qlisin və alaninin mübadiləsinə müsbət təsir göstərir. Baykoksla müalicə onların miqdarının azalmasının qarşısını müalicənin ilk günündən almaqla bu amin turşuların mübadiləsini tənzimləyir. Qlutamin turşusu dad verən amin turşulara aid edilir və asparagin turşusu ilə ətin keyfiyyətini müəyyən edir. Baykoksla müalicə onun azalmasının qarşısını ilk əvvəldən almaqla mübadiləsini tənzimlənir. Baykoks həmçinin izoleysinin mübadiləsinə də müsbət təsir göstərir. Bu amin turşusunun miqdarı yoluxdurulan cücələrdə artır. Baykoksla müalicə izoleysinin mübadiləsini tənzimləyir, onun miqdarı kontrol qrupun müvafiq göstəricisi səviyyəsində olur.

Müalicə olunan cücələrdə invaziyanın 7-ci gününə qədər əzələ toxumasında serinin və metioninin miqdarı normaya qayıdır. Valinin və qlutamin turşusu miqdarı isə invaziyanın 10-cu gününə qədər normaya qayıdır (cədvəl 7.14).

Bud əzələsində amin turşulardan tirozin və prolininin miqdarı ən yüksək səviyyədə olur. Onlardan lizinin miqdarı invaziyanın 10-cu günü də normaya qayıtmır.

Əgər asparagin və qlutamin turşusunun ümumi miqdarı 1,789 mkmol təşkil edirsə, bu göstərici müalicə olunan cücələrdə invaziyanın 3-cü günü 1,986 mkmol təşkil edir. İnvaziyanın 10-cu gününə qədər onun miqdarı 1,855 mkmol-a qədər yüksəlir.

Müalicə olunan cücələrdə yoluxdurulmuş qrupun göstəriciləri ilə müqayisədə histidin, sistein, tirozin və fenilalaninin miqdarında dəyişkənliklər baş vermir. Tirozinin miqdarı müalicə olunan cücələrin əzələlərində invaziyanın 5-cü günü dəyişmir. Yəqin ki, bu preparatın amin turşu mübadiləsinə arzuolunmaz əlavə təsirdir. Yoluxdurulmuş qrupunun cücələrinin bud əzələlərinin amin turşuların ümu-mi miqdarını müalicə olunan cücələrin müvafiq göstəricisi ilə müqayisə etdikdə məlum olur ki, onun miqdarı müalicə olunan cücələrin göstəricilərində azdır. Yoluxdurulan cücələrdə amin turşuların ümumi miqdarı 14,223 mkmol, müalicə oluan qrupda isə invaziyanın 3, 5, 7 və 10-cu günləri müvafiq olaraq 16,963, 16,610, 17,448 və 18,223 mkmol olmuşdur. Göründüyü kimi, invaziyanın 10-cu günü müalicə olunan qrupda amin turşuların ümumi miqdarı invaziyanın əvvəlki günlərindən yüksək olmuşdur, bu da onu göstərir ki, amin turşu mübadiləsi artıq bərpa olunur (cədvəl 7.14).

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək göstərmək olar ki, cücələrin E.tenella ilə yoluxdurulması bud əzələlərdə amin turşu mübadiləsinin pozulması ilə müşaət olunur. Amin turşuların çatışmazlığı və əzələlərdə olan sərbəst amin turşuların isə parçalanmasından əmələ gələn son məhsullardan istifadə olunmaması amin turşu mübadiləsində disskordinasiyaya səbəb olur. Amin turşu mübadiləsində baş verən dəyişkənliklər o qədər dərin olur ki, orqanizm onu özü sərbəst tənzimləyə bilmədiyi üçün xəstəlik ölümlə nəticələnir. Müalicə məqsədilə baykoksun tətbiqi əzələlərdə müəyyən dərəcədə sərbəst amin turşuların mübadiləsini müəyyən müddətə tənzimləyərək bərpa edir. Bununla belə göstərmək lazımdır ki, baykoksun lizinin, arginin, treoninin, prolinin və leysinin mübadiləsinə təsiri az effektlidir.

Təcrübələrdə həmçinin cücələri 100000 oosista ilə yoluxdurmaqla onların baykoks (2ml/l) və A.absinthium-un (1500 mq/kq) kombinasiyası ilə müalicəsi zamanı əzələlərində sərbəst amin turşuların dinamikası öyrənilmişdir. Alınan məlu-

matlar cədvəl 7.15-də verilir.

Cədvəl 7.15



E.tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulub baykoks və Artemisia absinthium-un kombinasiyası ilə müalicə edilən qara toyuq cücələrinin əzələlərində sərbəst amin turşuların dinamikası (M±Sd, mkmol 1q toxumada)


Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurulan cücələrin göstəriciləri

Müalicə olunan cücələrin göstəriciləri

Əvəz olunmayan amin turşular

Lizin

1,557±0,01

2,641±0,01

P<0,05


1,254±0,01

P>0,05


Treonin

1,423±0,01

0,178±0,01

P<0,05


1,604±0,01

P<0,05


Metionin

0,088±0,01

0,228±0,01

P>0,05


0,244±0,01

P>0,05


Valin

0,345±0,01

0,333±0,01

P>0,05


0,366±0,01

P>0,05


Leysin

0,228±0,01

0,373±0,01

P>0,05


0,371±0,01

P>0,05


İzoleysin

0,114±0,01

0,316±0,01

P<0,05


0,279±0,01

P<0,05


Fenilalanin

0,150±0,01

0,268±0,01

P>0,05


0,264±0,01

P>0,05


Cəmi

3,095

4,337

4,151

Əvəz olunan amin turşular

Histidin

1,560±0,03

0,289±0,01

P<0,05


0,396±0,01

P>0,05


Arginin

1,106±0,02

0,749±0,01

P<0,05


0,580±0,01

P>0,05


Asparagin turşusu

0,621±0,01

0,403±0,03

P<0,05


0,764±0,01

P>0,05


Serin

4,796±0,01

1,503±0,01

P<0,05


2,379±0,01

P>0,05


Qlutamin turşusu

1,168±0,01

2,802±0,01

P<0,05


2,044±0,01

P<0,05


Prolin

2,215±0,01

3,276±0,01

P<0,05


1,306±0,01

P>0,05


Qlisin

1,696±0,01

1,248±0,01

P>0,05


1,929±0,01

P>0,05


Alanin

1,949±0,01

1,742±0,01

P<0,05


2,192±0,01

P<0,05


Sistein

0,222±0,01

0,220±0,02

P>0,05


0,220±0,02

P>0,05


Tirozin

2,257±0,01

0,266±0,01

P>0,05


0,304±0,01

P>0,05


Cəmi

17,590

12,228

12,194

Bütün amin turşuların cəmi

21,495

16,565

16,265

Cədvəldən göründüyü kimi E.tenella-nın 100000 oosistası ilə yoluxdurulmuş baykoks və A.absinthium ilə birlikdə müalicə olunan cücələrin əzələlərindən 17 sərbəst amin turşu ayrılmışdır. Göründüyü kimi amin turşuların miqdarında kəmiyyət

dəyişiklikləri baş verir.

Müalicə olunmayan cücələrin əzələlərində 17 amin turşudan 10-unda (lizin, treonin, izoleysin, histidin, arginin, asparagin turşusu, serin, qlutamin turşusu, prolin və alanin), müalicə olunan cücələrin əzələlərində isə 4 amin turşunun (treonin, izolyesin, qlutamin turşusu və alanin) miqdarında statistik dürüst dəyişiklik baş verir.

Yoluxdurulmuş cücələrin əzələlərində lizinin, izoleysinin, argininin, qlutamin turşusunun və prolinin miqdarı artır, treoninin, histidinin, serinin və alaninin miqdarı isə azalır. Müalicə olunan cücələrdə lizinin, histidinin, argininin, asparagin turşusunun, serinin və prolinin miqdarı normaya qayıdır. Yoluxdurulan cücələrin əzələlərində terioninin miqdarının azalması müşahidə edilsə də, müalicə olunan cücələrin əzələlərində onun miqdarı artsa da normaya qayıtmır, əksinə artaraq kontrol qrupun göstəricilərindən 0,181 mkmol yüksək olur (P<0,05). Treoninin miqdarında müşahidə edilən bu artımın cücələrin orqanizminə tətbiq edilən preparatın təsirindən baş verməsi ilə izah edilə bilər.

Qeyd edildiyi kimi, əgər yoluxdurulub müalicə edilməyən cücələrin əzələlərində 10 amin turşunun mübadiləsində dəyişiklik baş verirsə, müalicə olunan cücələrin əzələlərində isə 4 amin turşunun mübadiləsi pozulur. Göründüyü kimi cücələrin eymeriyozuna qarşı müalicə məqsədilə tətbiq edilən baykoks və A.absinthium-un kombinasiyası əksər amin turşuların mübadiləsinı tənzimləyir və bunun nəticəsidir ki, müalicə olunan cücələrin 75%-i sağ qalır (cədvəl 7.15).

Təcrübələrin nəticələri göstərir ki, cücələrin baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi zamanı amin turşuların mübadiləsinin bərpa olunma müddətinın bir-birindən fərqlənməsinə baxmayaraq müəyyən dərəcədə əzələ toxumasında amin turşu mübadiləsinin bərpa olunmasına səbəb olur.




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin