AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Qara toyuq cücələrinin qaraciyər və əzələlərində sərbəst və qeyri sərbəst amin turşuların dinamikası



Yüklə 4,12 Mb.
səhifə28/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

7.6. Qara toyuq cücələrinin qaraciyər və əzələlərində sərbəst və qeyri sərbəst amin turşuların dinamikası
Məlumdur ki, zülalların tərkibində əvəzolunmayan amin turşuların kifayət qədər olması onun bioloji dəyərinin göstəricisidir. Bu baxımdan eymerioz və baykoksun yerli cinslərdən olan quşlardan alınan məhsulların (qaraciyər və ət) keyfiyyətinə necə təsir göstərməsi maraq doğurur. Ümumiyyətlə, izlənilməsi maraqlıdır ki, bu dəyişikliklər orqanların ümumi amin turşu tərkibinə, əvəzolunmayan və əvəzolunan amin turşuların nisbətinə necə təsir göstərir.

Yerli cinsdən olan qara cücələr hər birində 10 cücə olmaqla üç qrupa ayrılmışdır: birinci qrupun cücələri kontrol saxlanılmış, ikinci qrupun cücələri E.tenella-nın 100000 oosistası ilə yoluxdurulmuş, üçüncü qrupun cücələrinə isə 2,5%-li baykoksun 2ml/l dozası iki gün müddətində verilmişdir. Yoluxdurmadan 5 gün sonra eymeriozun klinik əlamətləri müşahidə olunmuşdur. Həmən gündə cücələr ölüm vəziyyətində olduğu anda, biokimyəvi analizlər üçün cücələr dekapitasiya olunmuş, qaraciyər və əzələ toxumalarından analizlər üçün material götürülmüşdür. Bud əzələlərində və qaraciyərdə amin turşuların sərbəst və qeyri-sərbəst olmasını fərqləndirmədən ümumi miqdarı öyrənilmiş, tədqiqatın nəticələri isə cədvəl 7.21-də təqdim olunur.

Cədvəl 7.21-də verilən məlumatlardan görünür ki, kontrolla müqayisədə yolux durulmuş və baykoks verilən cücələrin qaraciyərdə amin turşuların miqdarında müəyyən kəmiyyət dəyişkənlikləri baş verir. Cücələrin 100000 dozada oosista ilə yoluxdurulması çox sayda amin turşuların miqdarında dəyişikliklərə səbəb olur. Bu zaman müəyyən olunun 16 amin turşusundan 12-nin mübadiləsi pozulur ki, bu da ümumi amin turşuların 75%-ni təşkil edir. Bu amin turşulara lizin, treonin, metionin, valin, leysin, fenilalanin, histidin, arginin, asparagin turşusu, serin, alanin və qlutamin turşusu aiddir.

Təcrübələrin nəticəsi göstərir ki, baykoksun müalicəvi dozası (2ml/l) da qaraciyər toxumasında bəzi amin turşularının mübadiləsinə təsir etməklə onların miqdarının azalmasına səbəb olur. Baykoks verilən cücələrin qaraciyərində altı amin turşusunun mübadiləsində statistik dürüst dəyişkənlik baş verir. Mübadiləsində dəyişikliklər baş verən amin turşulardan lizinin, treoninin, fenilalaninin, argininin və tirozinin miqdarı azalır, qlutamin turşusunun miqdarı isə artır (cədvəl 7.21).

Kontrol qrupun göstəriciləri ilə yoluxdurulan cücələrin və baykoks verilən qrupun cücələrinin qaraciyərinin amin turşularından metioninin, histidinin, serinin və qlutamin turşusunun göstəricilərini müqayisə etdikdə məlum olur ki, 100000 doza ilə yoluxdurma zamanı bu amin turşularının miqdarında statistik dürüst azalma müşahidə edilir. Baykoks verilən qrupdan olan cücələrin qaraciyərində preparatın təsirindən qeyd edilən amin turşulardan qlutamin turşusu istisna olmaqla (P<0,05) digər amin turşuların miqdarında statistik dürüst dəyişkənlik müşahidə olunmamışdır (cədvəl 7.21).

Cədvəl 7.21

Qara toyuq cücələrinin qaraciyər toxumasının amin turşu tərkibi

(М±Sd, mkmol 1q toxumada)




Amin turşular

Kontrol

100000 oosista ilə yoluxdurulan

2ml/L dozada vaykoks verilən

Əvəzolunmayan amin turşular

Lizin

106,60±0,17

103,40±0,21

P<0,01


100,98±1,01

P<0,01


Treonin

86,36±0,20

83,58±0,07

P<0,01


85,063±1,19

P<0,01


Metionin

37,27±0,09

34,67±0,01

P<0,01


38,12±0,97

P>0,05


Valin

96,25±0,07

95,87±0,06

P<0,05


97,85±1,16

P>0,05


Leysin

135,19±0,08

139,87±0,05

P<0,001


135,10±0,01

P>0,05


İzoleysin

74,48±0,15

74,83±0,07

P>0,05


75,03±0,98

P>0,05


Fenilalanin

59,94±0,03

66,33±0,18

P<0,001


58,96±0,77

P<0,05


Cəmi

596,06

598,55

591,103

Əvəzolunan amin turşular

Histidin

37,54±0,21

33,36±0,13

P<0,001


37,54±0,01

P>0,05


Arginin

108,54±0,16

88,48±0,16

P<0,001


106,99±0,83

P<0,05


Asparagin turşusu

130,20±0,13

145,98±0,58

P<0,001


130,00±0,66

P>0,05


Serin

102,20±0,42

99,62±0,15

P<0,001


102,18±0,79

P>0,05


Qlutamin turşusu

171,49±0,19

163,20±0,11

P<0,001


172,26±0,91

P<0,05


Prolin

80,28±0,23

81,09±0,25

P>0,05


83,10±1,01

P>0,05


Qlisin

130,35±0,21

131,48±0,22

P>0,05


131,37±0,94

P>0,05


Alanin

95,76±0,22

110,85±0,07

P<0,001


96,01±0,96

P>0,05


Tirozin

44,36±0,022

46,01±0,21

P>0,05


42,19±0,68

P<0,05


Cəmi

900,62

901,85

901,64

Bütün amin turşuların cəmi

1496,68

1500,40

1492,74

Qlutamin turşusunun mübadiləsinin biokimyəvi mexanizmi çox mürəkkəb olub, bütün peraminləşmə, dezaminləşmə, sidik cövhəri sintezi, purinlərin əmələ gəlməsi və s. reaksiyalarında iştirak edir.

Cədvəldə verilən məlumatlardan görünür ki, baykoks xüsusilə lizinin və tirozinin mübadiləsinə mənfi təsir göstərir. Baykoks verilən qrupda cücələrin qaraciyərində qeyd edilən amin turşularından lizinin miqdarı yoluxdurulan qrupun göstəricisindən də 2,42 mkmol, tirozinin miqdarı isə kontrol və yoluxdurulan qrupların cücələrin göstəricilərindən müvafiq olaraq 2,17 və 3,82 mkmol az olur.

Yoluxdurulan qrupda valinin, leysinin, fenilalanin, alanin və asparagin turşusundan başqa qaraciyər toxumasında digər amin turşuların miqdarı kontrol qrupun analoji göstəriciləri ilə müqayisədə statistik dürüst azalır (P<0,05-0,001). Cücələrin qaraciyərində izoleysin, qlisin və tirozinin də miqdarı artır, lakin baş verən bu dəyişkənliklər statistik dürüst deyil (P>0,05). 100000 doza ilə yoluxdurma qaraciyərdə lizinin, treoninin, metionin, valinin, leysinin, histidin, arginin, serin və qlutamin turşusunun miqdarının azalmasına səbəb olur.

Asparagin turşusunun mübadiləsinin öyrənilməsi göstərdi ki, yüksək dozada yoluxmalar zamanı bu əvəzolunan amin turşunun miqdarı artır (P<0.001).

Tədqiqatın nəticələri göstərir ki, eymeriyozlar zamanı qaraciyər toxumasında argininin miqdarı əhəmiyyətli dərəcədə (20,6 mkmol) azalır və hətta parazitin sahibin bağırsağında endogen inkişaf mərhələsinin başa çatmasına baxmayaraq normaya qayıtmır. Histidin və arginin kimi amin turşuların miqdarının azalması bu toxumanın qidalılıq keyfiyyətini aşağı salır. Argininin çatışmazlığı həmçinin quşların inkişafına da təsir göstərir.

Qaraciyərdə əvəzolunmayan amin turşuların miqdarının öyrənilməsi göstərdi ki, onun miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 2,49 mkmol artır (kontrol qrupda – 596,06 mkmol, yoluxdurulan təcrübə qrupunda – 598,55 mkmol). Əvəz olunan amin turşuların miqdarı da 1,23 mkmol artır ((kontrol qrupda – 900,62 mkmol, yoluxdurulan təcrübə qrupunda – 901,85 mkmol) (cədvəl 7.21)).

Müəyyən edilmişdir ki, baykoks xüsusilə əvəzolunan amin turşuların mübadiləsinə təsir göstərir. Belə ki, kontrol qrupun göstəriciləri ilə müqayisədə əvəzolunan amin turşuların miqdarı azalır, koksidioz isə əksinə qeyd edilən qrupa aid edilən amin turşuların miqdarının artmasına səbəb olur. Bu zaman baykoks verilən qrupda amin turşuların ümumi miqdarı kontrol qrupda 596,06, yoluxdurulan qrupda 598,55, baykoks verilən qrupda isə 591,103 mkmol olmuşdur. Göründüyü kimi baykoks verilən qrupda əvəzolunmayan amin turşuların ümumi cəmi yoluxdurulan qrupun göstəricisindən də aşağı olur (cədvəl 7.21).

Əvəzolunan amin turşuların miqdarına nəzər saldıqda aydın olur ki, bu qrupa daxil edilən amin turşuların mübadiləsinə həm xəstəliyin, həm də baykoksun təsiri demək olar ki eynidir. Bunu hər iki qrupda müəyyən edilən əvəzolunan amin turşuların ümumi miqdarı da sübut edir. Bu göstərici yoluxdurulan qrupda 901,85, baykoks verilən qrupda isə 901,64 mkmol olmuşdur (cədvəl 7.21).

Yoluxdurulan qrupda (1500,40 mkmol) əvəzolunmayan və əvəzolunan amin tur-

şuların ümumi miqdarı kontrol qrupun (1496,68 mkmol) göstəricilərindən yüksək olmasına baxmayaraq, baykoks verilən qrupda (1492,74 mkmol) demək olar ki, kontrol qrupun göstəricisi səviyyəsində olmuşdur.

Beləliklə, yoluxdurulan qrupda E.tenella və onun həyat fəaliyyətinin məhsulları tərəfindən törədilən patoloji proseslər cücələrin orqanizmində bütün amin turşu mübadiləsinə təsir göstərir, bu zaman baş verən dəyişkənliklər yoluxdurma dozasından və parazitin endogen inkişaf mərhələlərindən asılıdır.

100000 oosista ilə yoluxdurulan cücələrin bud əzələlərində müəyyən edilən 16 amin turşudan fenilalanin və prolin istisna olmaqla digər amin turşuların miqdarında statistik dürüst dəyişkənlik baş verir və alanin istisna olmaqla bütün amin turşuların miqdarı artır. Hətta miqdarında statistik dürüst dəyişkənlik baş verməyən fenilalanin və tirozinin miqdarı müvafiq olaraq 5,690 və 3,490 mkmol artır (P<0,05-0,01). Yoluxdurulan qrupda əvəzolunmayan amin turşulardan lizinin, treoninin, metioninin, valinin, leysinin və izoleysinin miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 8,92; 5,01; 4,83; 3,75; 9,69 və 4,98 mkmol artır(cədvəl 7.22).

Baykoks verilən cücələrin əzələlərində də kontrol qrupun göstəriciləri ilə müqayisədə əvəzolunmayan və əvəzolunan amin turşuların miqdarı qaraciyər toxumasında olduğu kimi azalır.

Cədvəl 7.22

Qara toyuq cücələrinin əzələ toxumasının amin turşu tərkibi

(М±Sd, mkmol 1q toxumada)


Amin turşular

Kontrol

100000 oosista ilə yoluxdurulan

2ml/L dozada baykoks verilən

Əvəzolunmayan amin turşular

Lizin

116,412±0,89

125,332±1,03

P<0,01


110,410±1,06

P<0,05


Treonin

83,212±0,26

88,222±0,37

P<0,05


83,210±2,99

P>0,05


Metionin

32,132±1,00

36,962±1,00

P<0,01


32,133±0,87

P>0,05


Valin

83,132±0,63

86,882±1,85

P<0,01


83,137±0,99

P>0,05


Leysin

122,882±1,03

132,572±1,09

P<0,001


122,822±0,98

P>0,05


İzoleysin

74,632±0,88

79,612±1,11

P<0,05


75,022±0,69

P>0,05


Fenilalanin

49,272±0,99

54,962±0,83

P>0,05


50,261±1,03

P>0,05


Cəmi

561,674

604,544

556,995

Əvəzolunan amin turşular

Histidin

36,622±0,99

39,062±0,66

P<0,05


39,006±0,92

P<0,05


Arginin

85,132±0,87

94,932±1,03

P<0,01


86,001±1,78

P>0,05


Asparagin turşusu

140,142±1,56

144,132±1,23

P<0,05


140,100±0,96

P>0,05


Serin

84,122±1,02

91,032±0,88

P<0,01


84,000±0,56

P>0,05


Qlutamin turşusu

203,662±2,07

216,382±1,99

P<0,01


202,555±0,63

P>0,05


Prolin

72,132±0,45

72,562±0,56

P>0,05


72,130±0,99

P>0,05


Qlisin

113,142±0,45

142,702±0,42

P<0,001


100,03±1,11

P<0,01


Alanin

117,092±1,13

100,922±1,22

P<0,001


117,032±1,21

P>0,05


Tirozin

44,692±0,88

48,182±0,92

P<0,05


44,756±0,91

P>0,05


Cəmi

896,738

949,908

885,610

Bütün amin turşuların cəmi

1458,412

1554,452

1442,605

Bu qrupdan olan cücələrin əzələ toxumasında lizinin, histidinin və qlisinin miqdarı kontrol qrupun müvafiq göstəricisindən 6,002; 2,384 və 13,122 mkmol az olduğu müəyyən edilmişdir. Digər amin turşuların miqdarında kontrol qrupun göstəricilərinə nisbətən azalmasının müşahidə edilməsinə baxmayaraq baş verən statistik dürüst olmamışdır. Baykoksun təsirindən amin turşuların miqdarında bir istiqamətdə dəyişikliyin baş verdiyi müəyyənləşdirilmişdir. Yəni əzələ toxumasında qaraciyər toxumasından fərqli olaraq bütün amin turşuların miqdarı, miqdarında statistik dürüst dəyişkənliyin baş verib verməməsindən asılı olmayaraq artır (cədvəl 7.22).

Əvəzolunmayan amin turşuların ümumi miqdarının öyrənilməsi göstərir ki, yoluxdurulan qrupda, kontrol qrupun göstəriciləri ilə müqayisədə əvəzolunmayan amin turşuların ümumi miqdarı artır, baykoks verilən cücələrdə isə azalır. Müəyyən edilmişdir ki, əvəzolunmayan amin turşuların miqdarı yoluxdurulan qrupda 42,870 mkmol artmış, baykoks verilən qrupda isə 4,679 mkmol azalmışdır. Əvəzolunan amin turşuların miqdarı isə müvafiq olaraq 53,170 mkmol artmış, 11,128 mkmol isə azalmışdır (cədvəl 7.22).

Beləliklə, təcrübələrin nəticələrinə əsasən göstərmək olar ki, qanda və digər orqanlarda sərbəst amin turşulardan əlavə, əzələ və qaraciyər toxumasında qeyri-sərbəst amin turşuların miqdarına da eymerioz və baykoks təsir göstərir. Koksidiozun təsirindən qaraciyər və əzələlərdə amin turşuların ümumi miqdarı artır, baykoksun təsirindən isə azalır. Baykoksun verilməsinin dayandırılmasından 3 gün sonra belə amin turşuların mübadiləsi tam bərpa olunmur. Deyilənlərə əsasən, təklif olunur ki, baykoksun verilməsinin dayandırılmasından yalnız 7-10 gün sonra onların məhsullarından istifadə olunsun.



VIII FƏSİL
EYMERİOZ VƏ ONUN MÜALİCƏSİ ZAMANI

FERMENTLƏRİN AKTİVLİYİ
Müxtəlif qrup parazitlərin öz aralarında və sahibləri ilə qarşılıqlı münasibətləri çox zərif biokimyəvi və molekulyar bioloji mexanizmə əsaslanır. Parazit-sahib münasibətlərinin mexanizmini dərindən öyrənmək üçün bu mexanizmlərin mahiyyəti hərtərəfli tədqiq edilməlidir. Orqan və toxumaların funksiyasında baş verən biokimyəvi pozğunluqları müəyyənləşdirməklə sahibin maddələr mübadiləsində, parazitin müxtəlif inkişaf mərhələlərinin təsirindən baş verən dəyişikliklərin mənzərəsini aydınlaşdırmaq olar. Bu da parazitar xəstəliklərin müalicə, profilaktika və diaqnostikasının elmi əsaslarını hazırlamağa zəmin yaradır.

Xəstəliyin patogenezinin öyrənilməsində və xəstəliyə qarşı müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanmasında fermentlərin aktivliyinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, fermentlərin iştirakı ilə sahibin toxumalarında və parazitdə mürəkkəb biokimyəvi proseslər həyata keçirilir. Parazitar xəstəliklər o cümlədən də koksidioz sahibin orqanizmində fermentlərin aktivliyinin dəyişməsinə səbəb olur [334, 22, 279, 289, 58, 57]. Fermentin aktivliyinə əsasən orqanizmin ümumi vəziyyəti, orqanizmdə gedən patoloji proseslər haqqında fikir söyləmək olar.




8.1.Eymerioz və onun müalicəsi zamanı qanda oksid-reduktaza qrupundan olan bəzi fermentlərin aktivliyi
20 günlük qara toyuq cücələri kontrol 3 qrupa ayrılmışdır. 2-ci və 3-cü qrupların cücələri Eimeria tenella parazitinin sporlaşmış 20000 oosistası ilə yoluxdurulmuşdur. Birinci qrupun cücələri yoluxdurulmamış – kontrol saxlanılmışdır. İkinci qrupun cücələrinə yoluxdurmadan 1 sutka sonra 2,5%-li baykoksun 2 ml-ni 1l suda həll etməklə 2 gün fasiləsiz verilmiş, 3-cü qrup isə yoluxdurulmuş kontrol saxlanılmışdır.

Biokimyəvi analizlər üçün invaziyanın 3, 5, 7 və 10-cu günlərinə uyğun olaraq hər qruplardan hər dəfə 5 cücə kəsilmişdir. Eritrositlərdə qlutationreduktaza (QR) (EC.1.6.4.2) və qlukoza-6-fosfatdehidrogenazanın (Q-6-FDH) (EC.1.1.1.49), qan zərdabında isə laktatdehidrogenazanın (LDH) (EC.1.1.1.27) aktivliyi öyrənilmişdir.

Oksid-reduktazalar sinfinə daxil olan fermentlərdən qlutationreduktaza, qlukoza-6-fosfatdehidrogenaza və laktatdehidrogenaza toxuma tənəffüsündə iştirak edir. Kimyəvi tərkibinə görə mürəkkəb zülallar qrupuna daxil edilən dehidrogenazalar bioloji oksidləşmənin başlanğıc mərhələlərində elektronların bir aralıq akseptordan alınıb, digər akseptora daşınmasını kataliz edir.

Cədvəl 8.1-də verilən məlumatlardan məlum olur ki, sağlam 23 günlük qara cücələrin qan zərdabında laktatdehidrogenazanın (LDH) aktivliyi 0,784 nmol/saat•l təşkil edir. Cücələrin yaşı artdıqca qan zərdabında LDH aktivliyi də artır. 30 günlük cücələrdə LDH aktivliyi 23 günlük cücələrin göstəricilərinə nisbətən 0,028 nmol/saat•l artaraq 0,812 nmol/saat•l təşkil edir.

Cədvəl 8.1

Qara toyuq cücələrinin eymeriozu və onun baykoks ilə müalicəsi zamanı qanda laktatdehidrogenazanın aktivliyinin dinamikası (nmol/saat·l, M±Sd)




İnvaziyanın

günləri


Kontrol qrupun cücələrinin göstəriciləri

Yoluxdurulan qrupun cücələrinin göstəriciləri

Müalicə olunan qrupun cücələrinin göstəriciləri

3

0,784±0,01

0,596±0,02

P<0,001


0,508±0,01

P<0,001


5

0,788±0,01

0,506±0,01

P<0,001


0,512±0,01

P<0,01


7

0,788±0,02

0,806±0,02

P>0,05


0,698±0,03

P<0,05


10

0,812±0,01

0,802±0,01

P>0,05


0,800±0,01

P>0,05



E.tenella-nın 20000 oosistası ilə yoluxdurulan qrupda laktatdehidrogenazanın aktivliyi azalır. İnvaziyanın 3-cü günü yoluxdurulan qrupun göstəriciləri kontrol qrupun göstəricilərindən 0,188 nmol/saat•l aşağı olur (P<0,001). Baykoksla müalicə olunan qrupun göstəriciləri isə həm kontrol, həm də yoluxdurulan qrupun göstəricisindən müvafiq olaraq 0,276 nmol/saat•l və 0,088 mkmol az olmuşdur. Göründüyü kimi baykoksun müalicə məqsədi ilə tətbiqinin ilk günləri preparat laktatdehidrogenazanın aktivliyinin yoluxdurulan qrupun göstəricilərinə nisbətən daha da azalmasına səbəb olur ki, bu preparatın əlavə təsiri ilə izah edilə bilər. Çünki preparatın verilməsi dayandırıldıqdan sonra (invaziyanın 5-ci günü) LDH-nın aktivliyi yoluxdurulan qrupun göstəricisindən 0,06 nmol/saat•l çox olur (cədvəl 8.1). Yoluxdurulan qrupdan olan cücələrin qan zərdabında laktatdehidrogenazanın aktivliyi invaziyanın 7-ci günü artmağa başlayır. Lakin, LDH-nın aktivliyi kontrol qrupun göstəricisindən 0,018 nmol/saat•l çox olmasına baxmayaraq statistik dürüst deyil (P>0,05). İnvaziyanın bu günü müalicə olunan qrupda laktatdehidrogenazanın aktivliyi kontrol və yoluxdurulan qrupun göstəricisindən aşağı, invaziyanın 5-ci gününün göstəricisindən isə 0,186 nmol/saat•l çox olur. Bu preparatın təsirindən LDH-nın aktivliyinin bərpa olunmağa başladığını göstərir. İnvaziyanın 10-cü günü həm yoluxdurulan və həm də müalicə olunan qrupda LDH-nın aktivliyi normaya qayıdır (cədvəl 8.1).

Beləliklə, müalicə məqsədilə baykoksun 2ml/l dozada tətbiqi merontların 1 və 2-ci generasiyası zamanı LDH-nın aktivliyinin bərpa olunmasına səbəb olmur.

Qlükoza-6-fosfatdehidrogenaza karbohidratların oksidləşməsinin pentozafosfat yolunda ilk fermentdir. Q6FDH-ya canlı orqanizmin bütün hüceyrələrində təsadüf edilməsinə baxmayaraq bu ferment ilə xüsusilə eritrositlər, piy toxuması, böyrəküstü vəzilərin qabığı, dalaq çəngələbənzər vəzi dana çox zəngindir. Q6FDH kataliz edən reaksiyanın gedişində eritrositlərin funksional aktivliyinin və tamlığının saxlanılması üçün zəruri olan NADF əmələ gəlir. Fermentin aktivliyinin azalması təbii ki, hüceyrənin enerji ehtiyatının tükənməsinə səbəb olur.

E.tenella ilə yoluxdurulmuş cücələrin eritrositlərində qlükoza-6-fosfatdehidro-genezanın aktivliyinin öyrənilməsi göstərir ki, invaziyanın bütün günləri Q-6FDH-nın aktivliyi azalır. Müəyyən edilmişdir ki, invaziyanın 3-cü günü Q-6FDH-nın aktivliyinin azalması statistik dürüst deyil (P>0,05). İnvaziyanın 5, 7 və 10-cu günləri də fermentin aktivliyi kontrol qrupun göstəricilərindən müvafiq olaraq 0,146, 0,408 və 0,208 mkmol/saat•qHb az olur (P<0,05) (cədvəl 8.2).

Müəyyən edilmişdir ki, kontrol qrupda sağlam cücələrin yaşı artdıqca Q-6FDH

nın aktivliyi də artır. Yoluxdurulan qrupda isə belə bir qanunauyğunluq aşkar edilməmişdir. Yəni invaziyanın 5 və 7-ci günləri Q-6FDH-nın aktivliyi azalır, 10-cu gün isə yenidən yüksəlir (P<0,05).
Cədvəl 8.2

Qara toyuq cücələrinin eymeriozu və onun baykoksla müalicəsi zamanı qanda

qlükoza-6 fosfatdehidrogenazanın aktivliyinin dinamikası

(mkmol/saat qHb, M±Sd, n=5)




İnvaziyanın

günləri


Kontrol cücələrin göstəriciləri

Yoluxdurulmuş cücələrin göstəriciləri

Müalicə olunan cücələrin göstəriciləri

3

2,800±0,01

2,688±0,01

P>0,05


3,300±0,01

P<0,01


5

2,814±0,03

2,398±0,01

P<0,05


3,398±0,01

P>0,05


7

2,800±0,01

2,392±0,01

P<0,05


2,694±0,01

P>0,05


10

2,804±0,02

2,596±0,01

P<0,05


4,200±0,01

P<0,001


Baykoksla müalicə olunan qrupda kontrol və yoluxdurulmuş cücələrin göstəri-

cisinə nisbətən qlükoza-6-fosfatdehidrogenazanın aktivliyinin artdığı (P<0,01) müəyyən edilmişdir (cədvəl 8.2).

İnvaziyanın 5 və 7-ci günləri Q-6FDH-nın aktivliyində statistik dürüst dəyişkənliyin baş verdiyi aşkar edilməmişdir. Bu zaman Q-6FDH-nın aktivliyi kontrol qrupun göstəricisindən 1,5 dəfə artıq olur.

Parazitin endogen inkişaf mərhələsinin sona çatmasına baxmayaraq (10-cu gün) Q-6FDH-nın aktivliyi nə yoluxdurulan, nə də müalicə olunan qrupda normaya qayıtmır.

Beləliklə, Q-6FDH-nın aktivliyi yoluxdurulmuş cücələrin eritrositlərində bir qədər azalır, müalicə olunanlarda isə əksinə onun aktivliyi artır.

Sağlam qara cücələrin eritrositlərində qlutationreduktazanın aktivliyinin öyrənilməsi göstərdi ki, cücələrin yaşı artdıqca fermentin aktivliyi azalır (cədvəl 8.3).

Müəyyən edilmişdir ki, eritrositlərdə qlutationreduktazanın aktivliyinin artması invaziyanın 3-cü günündən başlayır və bu proses invaziyanın 7-ci günü də davam edir. İnvaziyanın 3-cü və 5-ci günləri QR-in aktivliyi tədricən artsa da, 7-ci gün onun aktivliyi sürətlə artaraq 8,586 mkmol/saat•qHb-a qədər yüksəlir (kontrol qrupda 6,688 mkmol/saat•qHb). İnvaziyanın 10-cu günü QR-nın aktivliyi əvvəlki günə nisbətən 1,790 mkmol azalaraq kontrol qrupun göstəricisinə yaxınlaşır. Kontrol qrupun göstəricisi ilə müqayisədə baş verən dəyişkənlik statistik dürüst olmur (P<0,05).

Cədvəl 8.3

Qara toyuq cücələrinin eymeriozu və onun baykoks ilə müalicəsi zamanı qanın

eritrositlərində qlutationreduktazanın aktivliyinin dinamikası

(M±Sd, mkmol/dəqiqə·l)




İnvaziyanın

günləri


Kontrol cücələrin göstəriciləri

Yoluxdurulmuş cücələrin göstəriciləri

Müalicə olunan cücələrin göstəriciləri

3

6,692±0,14

7,378±0,14

P<0,05


6,490±0,14

P>0,05


5

6,690±0,14

7,294±0,14

P<0,05


6,498±0,14

P>0,05


7

6,688±0,13

8,586±0,14

P<0,01


6,884±0,13

P>0,05


10

6,686±0,14

6,796±0,14

P>0,05


7,788±0,14

P>0,05

Müalicə olunan qrupun cücələrinin qanının eritrositlərində isə invaziyanın bütün günləri baş verən dəyişkənlik statistik dürüst deyil (P<0,05). Yəni baykoksun 2 ml/l dozası eritrositlərdə eymeriozun müalicəsi zamanı, xəstəliyin təsirindən mübadiləsi pozulan QR-in aktivliyini bərpa edir (cədvəl 8.3).

Beləliklə, yoluxdurulan cücələrin eritrositlərdə qlutationreduktazanın aktivliyinin kontrola nisbətən artdığı müşahidə olunur. Onun aktivliyinin statistik dürüst artmasına invaziyanın 3-cü və 7-ci günləri təsadüf olunur (P<0,01). Müalicə olunan quşların eritrositlərində QR-ın aktivliyində statistik dürüst dəyişkənlik müşahidə olunmur (cədvəl 8.3).

Beləliklə, alınan nəticələrin təhlili göstərir ki, cücələrin eymeriozunun baykoksun 2ml/L dozası ilə müalicəsi quşların orqanizmində baş verən patoloji proseslərin qarşısını alır, qanın hematoloji göstəricilərin və qlutationreduktazanın aktivliyinin fizioloji norma hüdudunda saxlanılmasına səbəb olur. Preparatın müsbət təsiri ilə yanaşı onun 2ml/l dozası eritrositlərdə qlükoza-6-fosfatdehidrogenazanın aktivliyində əlavə dəyişikliklərə səbəb olur ki, bu da preparatın Q-6-FDH aktivliyinə mənfi təsiri ilə izah oluna bilər.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin