AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Eymerioz və onun müalicəsi zamanı qaraciyərin amin turşu tərkibi



Yüklə 4,12 Mb.
səhifə27/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

7.5.Eymerioz və onun müalicəsi zamanı qaraciyərin amin turşu tərkibi
7.5.1.Cücələrin eymeriozu zamanı qaraciyərdə sərbəst amin turşuların dinamikası

Eimeria tenella-nın müxtəlif dozalarının cücələrin qaraciyərində amin turşu mübadiləsinə təsirini öyrənmək üçün sutkalıq qara cücələr 20 günlük yaşa qədər böyüdüldükdən sonra üç qrupa bölünmüşdür: 1) kontrol yoluxdurulmamış (20 cücə), 2) Eimeria tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş (20 cücə) və 3) 100 min oosista ilə yoluxdurulmuş (40 cücə). Qaraciyər toxumasında müəyyən edilən 17 sərbəst amin turşunun (lizin, triptofan, metionin, valin, leysin, izoleysin, fenilalanin, histidin, arginin, asparagin turşusu, serin, qlutamin turşusu, prolin, qlisin, alanin, tirozin, sistein) dinamikası öyrənilmişdir.

Eimeria tenella-nın 20 min oosistası ilə yoluxdurulan cücələrin qaraciyərinin sərbəst amin turşularının dinamikası haqqında məlumatlar cədvəl 7.16-da təqdim olunur.

Yoluxdurulan cücələrin qaraciyərin amin turşularının dinamikasına nəzər saldıqda məlum olur ki, amin turşuların dinamikasında ən çox dəyişikliklər qametoqoniya mərhələsində baş verir. Bu zaman tədqiq edilən 17 amin turşusundan 9-un mübadiləsində statistik dürüst dəyişikliklər baş verir. Parazitin inkişafının başa çatması ilə əlaqədar sahibin qaraciyərində amin turşuların mübadiləsi bərpa olunur. Bu dövrdə kontrol qrupun göstəriciləri ilə müqayisədə ancaq lizinin miqdarında dəyişiklik baş verir (P<0,01).

Cədvəl 7.16-dan göründüyü kimi digər günlərlə müqayisədə invaziyanın 5-ci günü daha çox amin turşuların miqdarında dəyişkənliklər baş verir. Bu zaman parazitin inkişafının prepatent dövrünün sonu, patent dövrünün əvvəllərində amin turşuların mübadiləsində rast gəlinməyən dəyişikliklər müşahidə olunur.

Leysinin miqdarının statistik dürüst artması ancaq invaziyanın 5-ci günü müşahidə olunur. İnvaziyanın 7-ci və 10-cu günləri bu amin turşunun miqdarında baş verən dəyişkənlik statistik dürüst olmur (P>0,05). Daha kəskin dəyişikliklərin prolin üçün xarakterik olduğu müəyyən edilmişdir.

Cədvəl 7.16

Eimeria tenella-nın 20000 oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin

qaraciyərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol 1q toxumada)




Amin turşular

Kontrol cücələrin göstəriciləri

İnvaziyanın

5-ci günü

7-ci günü

10-cu günü

Əvəzolunmayan amin turşular

1

Lizin

0,614±0,03

0,768±0,04

P<0,01


0,766±0,04

P<0,01


1,333±0,05

P<0,01


2

Triptofan

1,013±0,05

0,952±0,04

P>0,05


0,919±0,04

P>0,05


0,713±0,04

P>0,05


3

Metionin

0,506±0,04

0,296±0,04

P>0,05


0,286±0,04

P>0,05


0,305±0,04

P>0,05


4

Valin

0,268±0,04

0,543±0,04

P>0,05


0,643±0,03

P>0,05


0,573±0,05

P>0,05


5

Leysin

0,349±0,04

0,457±0,05

P<0,05


0,492±0,04

P>0,05


0,529±0,04

P>0,05


6

Izoleysin

0,564±0,04

0,402±0,04

P>0,05


0,364±0,04

P>0,05


0,366±0,04

P>0,05


7

Fenilalanin

0,322±0,04

0,296±0,04

P<0,05


0,271±0,04

P<0,05


0,298±0,04

P>0,05


Cəmi

3,636

3,714

3,741

4,117

Əvəzolunan amin turşular

8

Histidin

0,535±0,38

0,561±0,21

P>0,05


0,405±0,04

P>0,05


0,434±0,04

P>0,05


9

Arginin

0,402±0,37

0,395±0,04

P>0,05


0,303±0,04

P>0,05


0,431±0,04

P>0,05


10

Asparagin turşusu

1,637±0,04

1,585±0,04

P>0,05


1,625±0,039

P>0,05


2,036±0,04

P<0,05


11

Serin

2,169±0,38

3,642±0,04

P<0,01


2,425±0,04

P>0,05


2,469±0,04

P>0,05


12

Qlutamin turşusu

3,448±0,04

3,097±0,04

P<0,05


3,697±0,04

P>0,05


3,018±0,04

P>0,05


13

Prolin

1,720±0,12

3,110±0,04

P<0,01


1,147±0,04

P<0,05


2,489±0,04 P<0,01

14

Qlisin

1,802±0,58

2,355±0,04

P<0,01


2,215±0,03

P<0,01


2,621±0,04

P<0,05


15

Alanin

1,450±0,04

1,645±0,04

P<0,01


1,785±0,04

P>0,05


1,410±0,04

P>0,05


16

Tirozin

0,373±0,04

0,668±0,38

P<0,01


0,318±0,04

P>0,05


0,326±0,04

P>0,05


17

Sistein

1,087±0,04

1,182±0,04

P>0,05


0,909±0,08

P>0,05


1,511±0,04

P>0,05


Cəmi

14,623

18,240

14,829

16,745

Bütün amin turşuların cəmi

18,259

21,954

18,570

20,862

Məsələn, invaziyanın 5-ci günü qaraciyər toxumasında prolinin miqdarı 3,110 mkmol təşkil edirsə, 7-ci gün onun miqdarı 1,147 mkmol-a qədər azalır, 10-cu gün isə yenidən kəskin artaraq 2,489 mkmol-a qədər yüksəlir, müvafiq olaraq ((P<0,05 və P<0,01) (kontrol qrupda bu göstərici 1,720 mkmol təşkil edir)).

Yoluxdurulan cücələrin qaraciyərində leysinin, fenilalaninin, serinin, qlutamin turşusunun, prolinin, qlisinin alaninin və tirozinin miqdarında dəyişikliklər ikinci generasiyanın merontlarının yarandığı dövrə təsadüf edir, bunlarda leysinin, serinin, qlutaminin və tirozinin miqdarı prepatent mərhələsinin sonuna bərpa olunur.

Fenilalaninin miqdarında dəyişikliklər patent dövründə də baş verir və bu mərhələlərinin sonuna qədər onun miqdarı bərpa olunur. Lizin, prolin və qlisinin miqdarında müşahidə edilən dəyişikliklər isə xəstəliyin ilk mərhələlərində başlayıb bütün invaziya dövrü davam edir və hətta parazitinin inkişafı başa çatdıqdan sonra belə onların miqdarı normaya qayıtmır (cədvəl 7.16).

Məlumdur ki, zülalın tərkibində əvəzolunmayan amin turşuların kifayət qədər olması onun bioloji dəyərinin göstəricisidir. Qaraciyərdə əzəvolunmayan amin turşuların miqdarının öyrənilməsi göstərir ki, onun miqdarı yoluxdurulan cücələrdə invaziyanın 5-ci günü kontrol qrupun müvafiq göstəricilərinə nisbətən 0,078 mkmol azalır (bu göstərici kontrol qrupda 3,636, yoluxdurulmuş qrupda isə 3,714 mkmol olmuşdur). Əvəz olunan amin turşuların miqdarının da artdığı müşahidə olunmuşdur (kontrol qrupda 14,623 mkmol, yoluxdurulan qrupda isə 18,240 mkmol) (cədvəl 7.16).

Beləliklə, müəyyən edilmişdir ki, cücələrin E.tenella-nın 20 min sporlaşmış oosistası ilə yoluxdurulması zamanı qaraciyərdə bəzi amin turşuların miqdarında stabil və uzunmüddətli dəyişikliklər baş verir. Bu amin turşuların mübadiləsinin pozulması invaziyanın ilk günləri müşahidə olunur və invaziyanın sonuna qədər bu proses davam edir. Bəzən isə bu prosesin daha da kəskinləşməsi baş verir. Deyilənlər lizin, prolin və qlisinə aid edilə bilər.

Alınan məlumatlara əsasən demək olar ki, cücələrin 20000 sporlaşmış oosista ilə yoluxdurulması zamanı qaraciyər toxumasında sərbəst amin turşuların miqdarında baş verən dəyişkənliklər bütün amin turşulara aid olmayıb qısa müddətli xarakter daşıyır və invaziyanın sonuna qədər onların (lizin, prolin və qlisin istisna olmaqla) miqdarı normaya qayıdır. Bəzi amin turşuların (triptofan, metionin, valin, izoleysin, histidin, arginin və sistein) mübadiləsində bütün invaziya müddətində dəyişiklik baş vermir. Tədqiqatın nəticələri göstərir ki, lizinin, serinin, prolinin, qlisinin və alaninin miqdarının artması digər amin turşularının miqdarının azalması ilə müşaət olunur.

Müəyyən edilmişdir ki, 100000 sporlaşmış oosista ilə yoluxdurma 20000 oosista ilə yoluxdurmaya nisbətən çox sayda amin turşuların miqdarında dəyişikliklərə səbəb olur (cədvəl 7.17). Belə ki, birinci halda tədqiq edilən amin turşuların 88,23%-nin mübadiləsi pozulursa, ikinci halda isə tədqiq olunan amin turşuların 52,94%-nin mübadiləsi pozulur. Bu fərqə baxmayaraq yüksək və aşağı doza ilə yoluxdurma invaziyanın 7 və 10-cu günləri valin, serin, alanin və tirozin kimi amin turşuların miqdarında statistik dürüst dəyişkənliklərə səbəb olmur.



E.tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulması zamanı amin turşuların mübadiləsində baş verən kəskin dəyişkənliklər invaziyanın 5-ci günü baş verir. İnvaziyanın 5-ci günü əvəzolunmayan amin turşulardan lizinin və leysinin miqdarı artır, metionin, izoleysinin və fenilalaninin miqdarı isə azalır. Əvəzolunan amin turşulardan isə histidinin, serinin, prolinin və qlisinin miqdarı artır, arginin, qlutamin turşusu, tirozin və sisteinin miqdarı azalır. Bu əvəzolunan və əvəzolunmayan amin turşuların nisbətinin dəyişməsinə səbəb olur. Cədvəldə verilən məlumatlar əsasında demək olar ki, yüksək dozada yoluxdurma qaraciyərin normal funksiyasını pozmaqla amin turşu mübadiləsində özünü kəskin göstərir. Histidin və arginin kimi amin turşuların mübadiləsinin pozulması bu toxumanın qidalılıq dəyərini aşağı salır (hər iki halda P<0,001).

Müxtəlif dozada yoluxdurulan cücələrin qaraciyərinin amin turşu tərkibinin müqayisəli öyrənilməsi göstərir ki, aşağı doza ilə yoluxdurmaya nisbətən, yüksək dozada yoluxdurma ancaq eyni amin turşuların mübadiləsində dərin patoloji dəyişikliklər törətmir, eyni zamanda aşağı doza ilə yoluxdurma zamanı müşahidə olunmayan digər amin turşuları patoloji proseslərə cəlb edir (cədvəl 7.16 və 7.17).

Qeyd etmək lazımdır ki, hər iki doza ilə yoluxdurma qaraciyərdə amin turşuların miqdarında bir istiqamətdə dəyişkənliklərə səbəb olur, yəni hər iki halda onların miqdarı ya azalır, ya da artır. Ümumiyyətlə, eymerioz qaraciyərdə əsasən amin turşuların miqdarının artması ilə müşaət olunur.

Cədvəl 7.17



Eimeria tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulaz qara toyuq cücələrinin qaraciyərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol 1q toxumada)






Amin turşular

Kontrol cücələrin göstəriciləri

İnvaziyanın

5-ci günü

7-ci günü

10-cu günü

1

2

3

4

5

6

Əvəzolunmayan amin turşular

1

Lizin

0,614±0,04

0,736±0,01

P<0,01


0,743±0,01 P<0,05

1,306±0,01

P<0,01


2

Triptofan

1,013±0,05

0,374±0,01

P>0,05


0,276±0,01

P>0,05


0,406±0,01

P>0,05


3

Metionin

0,506±0,04

0,280±0,01

P<0,05


0,263±0,01

P<0,05


0,278±0,01

P<0,05


4

Valin

0,268±0,04

0,618±0,01

P<0,01


0,626±0,01

P>0,05


0,546±0,01

P>0,05


5

Leysin

0,349±0,04

0,607±0,01

P<0,01


0,466±0,01

P<0,05


0,506±0,01

P>0,05


6

Izoleysin

0,564±0,04

0,378±0,01

P<0,05


0,336±0,01

P<0,05


0,336±0,01

P<0,05


7

Fenilalanin

0,322±0,04

0,270±0,01 P<0,05

0,245±0,01

P<0,05


0,273±0,01

P>0,05


Cəmi

3,636

3,263

2,966

3,651

Əvəzolunan amin turşular

8

Histidin

0,535±0,38

0,329±0,01

P<0,001


0,380±0,01

P>0,05


0,410±0,01

P>0,05


9

Arginin

0,402±0,37

0,203±0,01

P<0,001


0,149±0,01

P<0,05


0,188±0,01

P<0,05


10

Asparagin turşusu

1,637±0,04

1,564±0,01

P>0,05


1,603±0,01

P>0,05


2,012±0,01

P>0,05


11

Serin

2,169±0,38

3,617±0,01

P<0,05


2,801±0,01

P>0,05


2,44±0,01

P>0,05


12

Qlutamin turşusu

3,448±0,04

3,072±0,01

P<0,05


3,672±0,01

P<0,05


2,991±0,01

P<0,05


13

Prolin

1,720±0,12

2,985±0,01

P<0,01


1,123±0,01

P<0,05


2,463±0,01

P<0,05


14

Qlisin

1,802±0,58

2,310±0,03

P<0,001


2,192±0,06

P<0,05


2,596±0,01

P>0,05


15

Alanin

1,450±0,04

1,620±0,03

P<0,001


1,760±0,02

P>0,05


1,388±0,04

P>0,05


Cədvəl 7.17-nin ardı

16

Tirozin

0,373±0,04

0,317±0,03

P<0,05


0,293±0,01

P>0,05


0,296±0,02

P>0,05


17

Sistein

1,087±0,04

0,217±0,04

P<0,05


0,230±0,02

P<0,05


0,346±0,05

P<0,05


Cəmi

14,623

16,234

14,203

15,128

Bütün amin turşuların cəmi

18,259

21,297

17,158

18,779

İnvaziyanın müxtəlif günlərində 20 min oosista ilə yoluxdurma zamanı 2 amin turşunun (fenilalanin və qlutamin turşusu) miqdarı azalır, 7 amin turşunun (lizin, leysin, serin, prolin, qlisin, alanin və tirozin) miqdarı isə artır, 100000 oosista ilə yoluxdurma zamanı isə 8 amin turşunun (metionin, izoleysin, fenilalanin, histidin, arginin, qlutamin turşusu, tirozin və sistein) miqdarı azalır, 7 amin turşunun (lizin, valin, leysin, serin, prolin, qlisin və alanin) isə artır. İki amin turşunun (triptofan və asparagin turşusu) miqdarında isə statistik dürüst dəyişkənlik baş vermir (cədvəl 7.17).

Alınan məlumatların analizi göstərir ki, xəstə quşların qaraciyərində mübadiləsi əsasən sidik cövhərinin sintezi ilə əlaqəli olan amin turşuların – arginin, asparagin turşusu miqdarı azalır. Qeyd etmək lazımdır ki, asparagin turşusunun miqdarı azalsada statistik dürüst deyil (cədvəl 7.17).

Tədqiq edilən amin turşulardan lizin, metionin, arginin, prolin, qlisin və sistein istisna olmaqla digər amin turşuların miqdarı invaziyanın 10-cu günü kontrol qrupun analoji göstəriciləri səviyyəsinə yaxınlaşır. Argininin miqdarının kontrol qrupun müvafiq göstəricisindən 2 dəfə aşağı olması, parazitinin inkişafının başa çatmasından sonra belə Krebs tsiklində baş verən dəyişkənliklərin hələ də tam bərpa olunmadığını göstərir.

Eymerioz zamanı cücələrin qaraciyərində dəyişikliyə uğrayan digər qrup amin turşuların mübadiləsi isə qlutamin turşusu və metionin mübadiləsi ilə əlaqədar olan amin turşulardır. Bu amin turşuların mübadiləsi hətta invaziyanın 10-cu günü də normaya qayıtmır (cədvəl 7.17). Qeyd etmək lazımdır ki, 20000 doza ilə yoluxdurma zamanı qeyd edilın amin turşuların mübadiləsində baş verən dəyişkənliklər müvəqqəti xarakter daşıyır və parazitin endogen inkişaf mərhələsinin başa çatması ilə kontrol qrpun göstəriciləri səviyyəsinə çatır. 10-cu gün artıq baş verən dəyişkənliklər statistik dürüst olmur.

Beləliklə, göstərmək olar ki, eymeriyalar və onların həyat fəaliyyəti məhsul-larının təsirindən baş verən patoloji proses cücələrin qaraciyərində müvafiq fermentlərin fəaliyyətinə təsir göstərməklə, biosintez proseslərinə də təsir göstərir ki, bu da öz növbəsində bütün amin turşu mübadiləsinə təsir edir. Bununla əlaqədar olaraq toxumaya daxil olan amin turşu istifadə olunmur, patoloji proseslərin mübadilə məhsulu kimi qaraciyər toxumasında toplanır. Bu zaman yoluxdurulan cücələrin qaraciyərdə amin turşuların normal nisbəti pozulur və onun qidalılıq dəyəri aşağı düşür.


7.5.2. Cücələrin eksperimental eymeriozunun müalicəsi zamanı qaraciyərdə sərbəst amin turşuların dinamikası

Bu təcrübələrdə E.tenella-nın 20000 və 100000 sporlaşmış oosistaları ilə yolux-

durulan və baykoksun 2ml/l dozası ilə müalicə edilən cücələrin qaraciyərində sərbəst amin turşuların dinamikası izlənilmişdir.

Cədvəl 7.18

Baykoks verilən sağlam cücələrin qaraciyərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol, 1q toxumada)






Amin turşular

Kontrol cücələrin göstəriciləri

Təcrübə cücələrinin göstəriciləri

1

2

3

4

Əvəzolunmayan amin turşular

1

Lizin

0,614±0,04

0,371±0,01

P<0,01


2

Triptofan

1,013±0,05

0,409±0,01

P<0,001


3

Metionin

0,506±0,04

0,220±0,01

P>0,05


4

Valin

0,268±0,04

0,494±0,01

P>0,05


5

Leysin

0,349±0,04

0,468±0,01

P>0,05


6

Izoleysin

0,564±0,04

0,303±0,01

P>0,05


7

Fenilalanin

0,322±0,04

1,256±0,01

P<0,05


Cəmi

3,636

3,521

Cədvəl 7.18-in ardı

1

2

3

Əvəzolunan amin turşular

8

Histidin

0,535±0,38

0,541±0,01

P>0,05


9

Arginin

0,402±0,37

0,180±0,01

P<0,05


10

Asparagin turşusu

1,637±0,04

1,940±0,01

P<0,05


11

Serin

2,169±0,38

2,189±0,01

P>0,05


12

Qlutamin turşusu

3,448±0,04

3,938±0,01

P<0,05


13

Prolin

1,720±0,12

1,718±0,01

P>0,05


14

Qlisin

1,802±0,58

1,823±0,01

P>0,05


15

Alanin

1,450±0,04

1,618±0,01

P>0,05


16

Tirozin

0,373±0,04

0,350±0,01

P>0,05


17

Sistein

1,087±0,04

1,249±0,01

P>0,05


Cəmi

14,623

14,546

Bütün amin turşuların cəmi

18,259

18,067

Yoluxdurulan cücələrin qaraciyərində baykoksun 2ml/l dozasının amin turşu mübadiləsinə təsiri qiymətləndirilməzdən əvvəl, ilk növbədə müalicə məqsədilə tətbiq edilən bu preparatın sağlam cücələrin qaraciyərində amin turşu mübadiləsinə təsiri öyrənilmişdir. Bu məqsədlə 20 günlük sağlam cücələr iki qrupa bölünmüş, 1-ci qrup kontrol saxlanılmış, ikinci qrupun cücələrinə isə 2,5%-li baykoksun 2ml/l dozası 2 gün müddətində verilmişdir (cədvəl 7.18).

Müəyyən edilmişdir ki, baykoks sağlam cücələrin qaraciyərində əvəzolunmayan amin turşulardan lizinin, triptofanın və fenilalaninin, əvəzolunan amin turşulardan isə arginin, asparagin və qlutamin turşularının miqdarında statistik dürüst dəyişkənliklərə səbəb olur. Qeyd edilən amin turşulardan fenilalanin, asparagin və qlutamin turşuları istisna olmaqla digər amin turşuların miqdarı azalır. Lizinin miqdarı kontrol qrupun göstəricilərindən 0,243 mkmol və ya 1,67 az olmuşdur (P<0,01), triptofanın miqdarı isə kontrol qrupun göstəricisindən 0,604 mkmol az olmuşdur (P<0,001). Fenilalani-nin miqdarı kontrol qrupun müvafiq göstəricisindən 0,934 mkmol və ya 3,9 dəfə çox olmuşdur. Asparagin və qlutamin turşusunun miqdarında da artma müşahidə edilmişdir (müvafiq olaraq 0,303 və 0,490 mkmol) (cədvəl 7.18).

Beləliklə, müəyyən edilmişdir ki, baykoksun 2ml/l dozası yaxşı müalicəvi effektə malik olmasına baxmayaraq sağlam cücələrin qaraciyərində bəzi amin-turşuların mübadiləsinin pozulmasına səbəb olur. Alınan nəticələrə əsasən belə bir fikir söyləmək olar ki, baykoks qaraciyərdə əsasən əvəzolunmayan amin turşuların mübadiləsinə təsir göstərir. Bu özünü lizinin, triptofanın və fenilalaninin mübadiləsində büruzə verir. Ayrı-ayrı amin turşuların miqdarında statistik dürüst dəyişkənlik baş verməsə də, onların miqdarının artıb azalması amin turşuların ümum miqdarına təsir edir. Amin turşularının ümumi miqdarı kontrol qrupda 18,259 mkmol olduğu halda, bu göstərici təcrübə qrupunda 18,067 mkmol olmuşdur (cədvəl 7.18).

Beləliklə, sağlam cücələrin qaraciyərinin amin turşu mübadiləsinə baykoksun iki gün müddətində təsirinin öyrənilməsi göstərdi ki, bu preparat tədqiq edilən əksər amin turşuların mübadiləsində dərin patoloji dəyişikliklərə səbəb olmur (cədvəl 7.18). Baş verən dəyişikliklər patoloji səviyyəyə qədər yüksəlmir. Lakin, baykoksun kontrol cücələrin qaraciyərinin bəzi amin turşularının mübadiləsinə qeyri-əlverişli təsir göstərdiyini nəzərə alsaq göstərmək olar ki, preparat sağlam cücələrin amin turşu mübadiləsinə təsir etdiyindən onun tətbiqi müddətini artırmaq məsləhət deyil. Digər tərəfdən fikrimizcə baykoksun çatışmayan cəhətlərindən biri də odur ki, o toxuma-larda əksər amin turşuların miqdarının azalmasına səbəb olduğundan onun uzun müddət tətbiqi orqanizmdə amin turşuların çatışmazlığına (defisitinə) səbəb ola bilər.

Müalicə məqsədilə yoluxdurulan cücələrə baykoksun 2ml/l dozasının verilməsi göstərir ki, bu antikoksidioz preparat yaxşı müalicə effektinə malikdir və qaraciyərdə xəstəlik zamanı amin turşu mübadiləsində baş verən patoloji dəyişkənliklərin qarşısını alır (cədvəl 7.19).

Müəyyən edilmişdir ki, müalicə edilən cücələrdə, yoluxdurulub müalicə edilməyən cücələrə nisbətən mübadiləsində dəyişkənlik baş verən amin turşuların sayı azalır. Baykoksun təsirindən invaziyanın 5-ci günündən leysinin, serinin, prolinin, qlisinin, alaninin və tirozinin mübadiləsi tənzimlənir. Fenilalaninin və qlutamin turşusunun mübadiləsi isə invaziyanın 7-ci gününə qədər, triptofan və asparagin turşusunun mübadiləsi isə invaziyanın 10-cu gününə qədər tənzimlənir.

Leysinin və tirozinin mübadiləsi müalicənin ilk günlərindən tənzimlənir. Lizinin mübadiləsi isə invaziyanın 10-cu günü belə tənzimlənə bilmir.

Qeyd etmək lazımdır ki, yoluxdurulan cücələrdə əvəzolunmayan amin turşu-lardan olan triptofanın, əvəzolunan amin turşulardan olan sisteinin miqdarında statistik dürüst dəyişkənlik baş vermədiyi halda, müalicə olunan qrupda bu amin turşularının miqdarında baş verən statistik dürüst dəyişkənlik preparatın verilməsi dayandırıldıqdan sonra da kontrol qrupun göstəriciləri səviyyəsinə yaxınlaşmir, bu proses patent dövrünün sonuna qədər davam edir (cədvəl 7.19).

Cədvəl 7.19



Eimeria tenella-nın 20000 oosistası ilə yoluxdurulmuş və baykoksla müalicə edilən qara toyuq cücələrinin qaraciyərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol 1q toxumada)






Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurulan cücələrin göstəriciləri

Müalicədən sonrakı günlər

invaziyanın

5-ci günü

7-ci günü

10-cu günü

Əvəzolunmayan amin turşular

1

2

3

4

5

6

7

1

Lizin

0,614±0,03

0,768±0,04

P<0,05


0,402±0,01

P<0,05


P1<0,05

0,920±0,01

P<0,05


P1<0,05

0,677±0,01

P<0,05


P1<0,05

2

Triptofan

1,013±0,05

0,952±0,04

P>0,05


0,232±0,01

P<0,05


P1<0,05

0,363±0,01

P<0,05


P1<0,05

0,908±0,01

P>0,05


P1<0,05

3

Metionin

0,506±0,04

0,296±0,04

P>0,05


0,258±0,01

P>0,05


P1>0,05

0,236±0,01

P>0,05


P1>0,05

0,275±0,01

P>0,05


P1>0,05

4

Valin

0,268±0,04

0,543±0,04

P>0,05


0,520±0,01

P>0,05


P1>0,05

0,525±0,01

P>0,05


P1>0,05

0,548±0,01

P>0,05


P1>0,05

5

Leysin

0,349±0,04

0,457±0,05 P<0,05

0,611±0,01

P>0,05


P1>0,05

0,519±0,01

P>0,05


P1>0,05

0,493±0,01

P>0,05


P1>0,05

6

Izoleysin

0,564±0,04

0,402±0,04

P>0,05


0,349±0,01

P>0,05


P1>0,05

0,322±0,01

P>0,05


P1>0,05

0,359±0,01

P>0,05


P1>0,05

7

Fenilalanin

0,322±0,04

0,296±0,04

P<0,05


0,357±0,01

P<0,05


P1>0,05

0,287±0,01

P>0,05


P1>0,05

0,371±0,01

P>0,05


P1>0,05

Cəmi

3,636

3,714

2,729

3,172

3,671

Cədvəl 7.19-ün ardı

1

2

3

4

5

6

7

Əvəzolunan amin turşular

8

Histidin

0,535±0,04

0,561±0,21

P>0,05


0,526±0,01

P>0,05


P1>0,05

0,503±0,01

P>0,05


P1>0,05

0,458±0,01

P>0,05


P1>0,05

9

Arginin

0,402±0,05

0,395±0,04

P>0,05


0,188±0,01

P<0,05


P1<0,05

0,187±0,01

P>0,05


P1>0,05

0,205±0,01

P>0,05


P1>0,05

10

Asparagin turşusu

1,637±0,04

1,585±0,04

P>0,05


1,324±0,01

P<0,05


P1<0,01

1,564±0,01

P<0,05


P1<0,05

1,943±0,01

P>0,05


P1>0,05

11

Serin

2,169±0,38

3,642±0,04

P<0,01


2,598±0,01

P>0,05


P1<0,01

2,973±0,01

P>0,05


P1<0,01

2,898±0,01

P>0,05


P1<0,01

12

Qlutamin turşusu

3,448±0,04

3,097±0,04

P<0,05


0,822±0,01

P<0,001


P1<0,01

3,630±0,01

P>0,05


P1<0,001

3,594±0,01

P>0,05


P1>0,05

13

Prolin

1,720±0,12

3,110±0,04

P<0,01


2,789±0,01

P>0,05


P1<0,01

1,756±0,01

P>0,05


P1<0,01

1,946±0,01

P>0,05


P1<0,01

14

Qlisin

1,802±0,58

2,355±0,04

P<0,01


1,672±0,01

P>0,05


P1<0,01

1,858±0,01

P>0,05


P1<0,01

1,800±0,01

P>0,05


P1<0,01

15

Alanin

1,450±0,04

1,645±0,04

P<0,01


1,317±0,01

P>0,05


P1>0,05

1,407±0,01

P>0,05


P1>0,05

1,250±0,01

P>0,05


P1>0,05

16

Tirozin

0,373±0,04

0,668±0,38 P<0,01

0,338±0,01

P>0,05


P1>0,05

0,318±0,01

P>0,05


P1>0,05

0,259±0,01 P>0,05

P1>0,05


17

Sistein

1,087±0,04

1,182±0,04

P>0,05


0,167±0,01

P<0,05


P1<0,05

1,270±0,01

P<0,05


P1<0,05

1,221±0,01

P<0,05


P1<0,05

Cəmi

16,379

18,240

13,741

15,466

15,674

Bütün amin turşuların cəmi

20,015

21,954

16,470

18,638

19,245

İnvaziyanın 5-ci günü preparatın təsirindən müalicə olunan qrupda kontrol qrupun göstəriciləri ilə müqayisədə argininin, asparagin turşusu və sisteinin miqdarında statistik dürüst dəyişkənlik baş verir. Bu zaman argininin miqdarı 0,214 mkmol, asparagin turşusunun miqdarı 0,314 mkmol, sisteinin miqdarı isə 0,920 mkmol azalır (cədvəl 7.19).

Xəstə quşların orqanizmində baykoksun amin turşu mübadiləsinə təsiri yuxarıda qeyd edilən dəyişikliklərlə kifayətlənmir. Bu preparatın təsirindən adətən yoluxdurulan cücələrdə müşahidə edilməyən bəzi amin turşuların miqdarında dəyişikliklər baş verir. Deyilənlər xüsusilə arginin, asparagin turşusu və sisteinə aid edilə bilər. Eymerioz bu amin turşuların miqdarında statistik dürüst dəyişkənliyə səbəb olmasa da, müalicə məqsədilə tətbiq edilən preparatın təsirindən sonra onların mübadiləsində kəskin dəyişkənliklər baş verir. Belə dəyişkənliyin səbəbi qeyd edilən amin turşuların mübadiləsinə paralel olaraq Eimeria tenella ilə birlikdə preparatın təsiri ilə izah edilə bilər. Çünki baykoksun sağlam cücələrin qaraciyər toxumasında amin turşu mübadiləsinə təsirinin öyrənilməsi zamanı preparatın argininin, asparagin turşusunun və sisteinin mübadiləsinə təsiri olduğu aşkar edilmişdir (cədvəl 7.18 və 7.19). Preparatın verilməsi dayandırıldıqdan 3 gün sonra bu amin turşularının mübadiləsinin tənzimlənməsi deyilən fikri bir daha təsdiq edir.

Beləliklə, baykoks bütün amin turşuların mübadiləsinə müsbət təsir göstərmir. Məsələn, baykoksun təsirindən lizinin, triptofanın, leysinin, arginin, asparagin turşusu və sisteinin mübadiləsində dəyişikliklər baş verir. Yoluxdurulan cücələrin qaraciyər toxumasında lizinin, leysinin, serinin, prolinin, qlisinin, alaninin və tirozinin miqdarı artır, fenilalaninin miqdarı isə azalır. Müalicə məqsədilə baykoksun tətbiqi invaziyanın 5-ci günü lizinin və qlutamin turşusunun miqdarının azalmasına, fenilalaninin miqdarının artmasına, serinin, prolinin, qlisinin, alaninin və tirozinin miqdarının isə bərpa olunmasına səbəb olur (cədvəl 7.19).

Yoluxdurulan cücələrin qaraciyərində arginin və asparagin turşusunun miqdarının azalmasına səbəb xəstəlik zamanı bu amin turşulara orqanizmdə tələbatın artmasıdır. Ona görə də qaraciyərdə onların miqdarının azalmasına patoloji hal kimi deyil, orqanizmin cavab reaksiyası kimi baxmaq lazımdır.

Cücələrin E.tenella-nın 100000 oosistası ilə yoluxdurulması və baykoksun 2ml/l dozası ilə müalicəsi dövründə və preparatın verilməsinin dayandırılmasından sonra da qeyd edilən amin turşuların miqdarında statistik dürüst dəyişkənliyin baş verməməsi yuxarıda bu amin turşular haqqında qeyd edilən fikirləri bir daha təsdiqləyir (cədvəl 7.20).

Cədvəl 7.18, 7.19 və 7.20-də verilən məlumatların müqayisəli analizi göstərir ki, müxtəlif dozada yoluxdurma və baykoksun eyni dozası ilə müalicə zamanı qaraciyərdə qlutamin turşusunun miqdarı kəskin azalır. Baykoksla müalicə bu amin

turşusunun mübadiləsinin bərpa olunmasına səbəb olmur.

Cədvəl 7.20

Eimeria tenella-nın 100000 sporlaşmış oosistası ilə yoluxdurulub müalicə olunan qara toyuq cücələrinin qaraciyərində sərbəst amin turşuların dinamikası

(M±Sd, mkmol 1q toxumada)







Amin turşular

Kontrol cücələrin göstəriciləri

Yoluxdurulan

cücələrin göstəriciləri



Müalicə olunan cücələrin göstəriciləri

baykoks

baykoks + A.absinthium

1

2

3

4

5

6

Əvəzolunmayan amin turşular

1

Lizin

0,614±0,04

0,768±0,042

P<0,01


0,789±0,04

P<0,05


0,706±0,01

P>0,05


2

Triptofan

1,013±0,05

0,952±0,04

P>0,05


1,345±0,05

P<0,05


0,388±0,01

P>0,05


3

Metionin

0,506±0,04

0,296±0,04

P>0,05


0,526±0,04

P<0,01


0,244±0,01

P>0,05


4

Valin

0,268±0,04

0,543±0,04

P>0,05


0,454±0,04

P>0,05


0,492±0,01

P>0,05


5

Leysin

0,349±0,04

0,457±0,05

P<0,05


0,755±0,04

P<0,01


0,567±0,01

P>0,05


6

Izoleysin

0,564±0,04

0,402±0,04

P>0,05


0,535±0,04

P>0,05


0,334±0,01

P>0,05


7

Fenilalanin

0,322±0,04

0,296±0,041

P<0,05


0,249±0,041

P<0,05


0,268±0,02

P>0,05


Cəmi

3,636

3,714

3,263

3,999

Əvəzolunan amin turşular

8

Histidin

0,535±0,38

0,561±0,21

P>0,05


0,535±0,38

P<0,051


0,517±0,01

P>0,05


9

Arginin

0,402±0,37

0,395±0,04

P>0,05


0,402±0,37

P>0,01


0,532±0,09

P>0,05


10

Asparagin turşusu

1,637±0,04

1,585±0,04

P>0,05


1,684±0,04

P>0,05


0,980±0,01

P<0,001


11

Serin

2,169±0,38

3,642±0,04

P<0,01


2,914±0,05

P>0,05


2,318±0,01

P>0,05


12

Qlutamin turşusu

3,448±0,04

3,097±0,04

P<0,05


1,486±0,04

P<0,05


2,517±0,01

P<0,001


13

Prolin

1,720±0,12

3,110±0,04

P<0,01


1,540±0,04

P>0,05


1,668±0,01

P>0,05


14

Qlisin

1,802±0,58

2,355±0,04

P<0,01


1,973±0,04

P>0,05


1,804±0,01

P>0,05


15

Alanin

1,450±0,04

1,645±0,04

P<0,01


0,758±0,04

P<0,05


1,161±0,01

P<0,05


16

Tirozin

0,373±0,04

0,668±0,38

P<0,01


0,328±0,04

P>0,05


0,338±0,01

P>0,05


17

Sistein

1,087±0,04

1,182±0,04

P>0,05


1,099±0,05

P>0,05


1,099±0,01

P>0,05


Cədvəl 7.20-in ardı




2

3

4

5

6

Cəmi

14,623

18,240

16,234

12,804

Bütün amin turşuların cəmi

18,259

21,954

21,297

16,803

Cücələrin yoluxdurulması və xəstə cücələrin baykoksla müalicəsi qaraciyərdə lizinin miqdarının kontrol qrupun göstəricilərinə nisbətən artması müəyyən edilmişdir.

Beləliklə, baykoksun tərkibində aktiv komponent olan toltrazuril lizinin mübadiləsini tənzimləyə bilmədiyi üçün tərkibində toltrazuril olan preparatlarla eymeriozun müalicəsi zamanı bu nəzərə alınmalıdır.

Bununla əlaqədar olaraq cücələrin eymeriozunun tərkibində toltrazuril preparatlarla müalicəsi zamanı quşların yemi lizin ilə zənginləşdirilməlidir.



E.tenella-nın 100000 oosistası ilə yoluxdurulub baykoksun (2ml/l) və acı yovşanın (15q/kq) kombinasiyası ilə müalicəsi zamanı 17 amin turşudan 3-nün (asparagin turşusu, qlutamin turşusu və alanin) miqdarında statistik dürüst dəyişkən-liyin baş verdiyi müəyyən edilmişdir (cədvəl 7.20).

Müəyyən edilmişdir ki, qara toyuq cücələrinin müalicəsi zamanı miqdarında statistik dürüst dəyişkənliklər baş verən amin turşular əvəzolunan amin turşular qrupuna daxildir.

Miqdarında statistik dürüst dəyişkənlik baş verən amin turşuların (qlutamin turşusu və alanin) miqdarı kontrol qrupun göstəricilərindən az, baykoksun 2ml/l dozası ilə müalicə olunan qrupun cücələrinin göstəricilərindən isə çoxdur. Asparagin turşusunun miqdarı həm kontrol və həm də baykoksun 2ml/l dozası ilə müalicə olunan cücələrin göstəricilərindən aşağı olmuşdur. Qeyd etmək lazımdır ki, asparagin turşusunun miqdarında nə yoluxdurulan qrupda parazitin, nə də yoluxdurulub müalicə edilən qrupda baykoksun təsirindən statistik dürüst dəyişkənlik baş verməmişdir. Sağlam cücələrə baykoksun verilməsi zamanı asparagin turşusunun miqdarında baş verən dəyişkənlik (P<0,05) deməyə əsas verir ki, cücələrin acı yovşan və baykoksun kombinasiyası ilə müalicəsi zamanı asparagin turşusunun miqdarında baş verən dəyişkənlik məhz baykoksun təsirindən ola bilər. Miqdarı azalan amin turşulardan asparagin turşusunun miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 0,657 mkmol, qlutamin turşusunun miqdarı 0,931 mkmol, alaninin miqdarı isə 0,389 mkmol azalır (cədvəl 7.20).

Cücələrin baykoksla müalicəsi zamanı onların yeminə acı yovşanın əlavə edilməsi əvəzolunmayan amin turşuların mübadiləsini tənzimləyir. Belə ki, 100000 oosista ilə yoluxdurulan cücələrin baykoksun 2ml/l dozası ilə müalicəsi zamanı əvəzolunmayan amin turşulardan 5-nin (lizin, triptofan, metionin, leysin və fenilalanin) mübadiləsi pozulursa, quşların yeminə acı yovşanın 1500 mq/kq dozada əlavə edilməsi miqdarında dəyişikliklər baş verən amin turşuların hamısının mübadiləsi tənzimlənir. Belə bir hal əvəzolunan amin turşuların mübadiləsində də müşahidə olunur. Lakin, baykoksla müalicə asparagin turşusunun mübadiləsinə təsir etməsə də quşların yeminə acı yovşanın əlavə edilməsi onun mübadiləsinin pozulmasına səbəb olur. Bu zaman onun miqdarı 0,980 mkmol-a qədər azalır (kontrol qrupda 1,637 mkmol).

Beləliklə, müəyyən edilmişdir ki, koksidiozun müalicəsində baykoksla birlikdə acı yovşanın tətbiqi amin turşu mübadiləsini tək baykoksla müalicəyə nisbətən daha yaxşı tənzimləyir.

Bu fəsildə təqdim olunan materialların analizi belə deməyə əsas verir ki, cücələrin eymeriya ilə yoluxdurulması onların qaraciyərində amin turşu mübadiləsinə əsaslı təsir göstərir. Baykoksun müalicə məqsədilə tətbiqi mübadiləsində dəyişikliklər baş verən amin turşuların mübadiləsini müəyyən dərəcədə tənzimləməklə biokimyəvi proseslərin normal getməsini təmin edir.

Baykoksla müalicə olunan cücələrin qaraciyərində sərbəst amin turşuların dinamikasının öyrənilməsi göstərir ki, baykoksun müalicə məqsədilə tətbiqi az sayda amin turşuların mübadiləsini tənzimləyir. Quşların yeminə acı yovşanın əlavə edilməsi isə əksər amin turşuların mübadiləsinin tənzimlənməsinə səbəb olur.

Müalicə olunan qrupda cücələrin 100%-nin sağ qalmasına baxmayaraq əksər amin turşuların miqdarı kontrol cücələrin göstəricilərindən azacıq fərqlənir. Preparatın iki günlük tətbiqi nəticəsində triptofanın və metioninin miqdarı kontrol qrupun göstəricilərindən aşağı olaraq qalır. Belə bir hal əvəzolunan amin turşulardan, orqanizmdə zülal mübadiləsində mühüm rol oynayan asparagin və qlutamin turşusunun miqdarında da müşahidə edilir.

Beləliklə, cücələrin koksidiozunun baykoksun 2ml/l dozası ilə müalicəsi zama-

nı preparat amin turşuların mübadiləsinə müxtəlif cür təsir göstərir. Müalicə prosesin-də tədqiq edilən amin turşularının bəzilərinin miqdarı fizioloji norma səviyyəsində saxlanılır, digərlərinin miqdarı isə yoluxdurulmuş cücələrin göstəricilərindən yuxarı və ya aşağı olur. Bunlar onu deməyə əsas verir ki, baykoksun qaraciyər toxumasında amin turşu mübadiləsinə təsiri bir neçə amin turşunu əhatə edir və bütün amin turşuların mübadiləsinə sirayət edə bilmir.

Alınan nəticələr belə deməyə əsas verir ki, baykoks qaraciyərdə amin turşu

mübadiləsinin tənzimlənməsində yüksək effektə malik deyil. Quşların yeminə acı yovşanın (15q/kq yemə) ununu əlavə etməklə preparatın effektini yüksəltmək olar.

Ümumilikdə müəyyən edilmişdir ki, yüksək dozada yoluxma zamanı xəstəliyin baykoksla müalicəsi beyində, əzələdə və qaraciyərdə az sayda amin turşuların mübadiləsinin tənzimlənməsinə səbəb olur. Bu orqanlarda əksər amin turşularının miqdarı yoluxdurulan cücələrdə olduğu kimi dəyişməz olaraq qalır ki, bu da müalicə məqsədilə tətbiq edilən preparatın orqanizmdə amin turşu mübadiləsinə təsirinin çox az olduğunu göstərir.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin