Posthemorragik anemiyalar



Yüklə 12,91 Kb.
tarix04.01.2017
ölçüsü12,91 Kb.
#4482
Posthemorragik anemiyalar

Buna qanitirmə nəticəsində baş verən anemuya da deyilir.Qanitirmələr kəskin və xroniki olduğu üçün anemiyalarda kəskin və xroniki olur.Posthemorragik anemiyalar zamanı qanda həm eritrositlərin həmdə hemoqlobinin miqdarı azalmış olur.

Kəskin posthemorrgik anemiyalar qısa müddətdə massiv xarici və ya daxili qanitirmələr nəticəsində inkişaf edir.Belə anemiyaları iri və ya orta kalibrli damarların tamlıqlarının pozulması ilə olunan odlu və soyuq silah yaralanmaları,küt travmalar,uçaqlıqdan kənar hamiləlik zamanı uşaqlıq borularının partlaması,mədənin və ya 12-barmaq bağırsağın xroniki xora xəstəliyi,mədə xərçəngi,ağciyərin vərəmi,ağciyər vərəmi,ağciyər xərçəngi,DYL-sindrom və s. hallarda rast gəlinir.

Anemiyaların bütün növləri içərisində kəskin posthemorragik anemiya daha çox rast gəlinir,əksər hallarda posthemorragik şokla,bu isəöz növbəsində ölümlə nəticələnir.Kəskin qanitirmənin nəticəsi və həyat üçün təhlükəlik dərəcəsi zədələnmiş damarların sayından və kalibrdən,arteriya və ya vena olmasından,ürəyə yaxın və ya uzaq olmasından və s. amillərdən asılıdır.Orta və kiçik kalibrli damarların zədələnməsi zamanı ölem adətən ümumi qanın yarıdan çoxunun itirilməsi,üzvvə toxumaların kəskin anemizasiyası,kəskin hipoksiyası nəticəsində baş verir.Bu zaman dəridə və selikli qişalarda avazıma,daxili üzvlərdə azqanlılıq görünür,meyit ləkələri gec başlanır və zəif inkişaf edirlər.Lakin bəzi hallarda- ürəyin və ya ürəyə çox yaxın damarların,məsələn aortanın,aşağı və ya yuxarı boş venanın zədələnmələri zamanı ölün bir litrdən çox qan itirilməsi zamanı baş verir.

Kəskin qanitirmədən ölümlər zamanı ürəyin sol mədəciyində endokard altında zolaqlı və nöqtəvari qansızmalar meydana çıxır.Buna Minakov ləkələri deyilir.Minakov ləkələrinin əmələ gəlmə səbəbi sol mədəciyin qanla dola bilməməsi,mədəcik daxili təzyiqin kəskin aşağı düşməsidir.Bu zaman diastola fazasında sol mədəciyin genişlənməsi yaranmış vakuumla əlaqədar endokard altındakı kapillyarların partlamasına və qansızmaların meydana çıxmasına səbəb olur.Bu ləkələrin inkişafında baş beynin kəskin anoksiyası və bunula da əlaqədar azan sinirin kəskin qıcıqlanmasının da rolu qeyd edilir.

Kəskin posthemorragik anemiyalar zamanı arterial kəskin aşağı düşdüyü orqanizmdə təcili olaraq bir sıra müdafiə xarakterli proseslər baş verirki,bunlardan biridə böyrəklərdə beyin və qabıq maddələr arasındakı arterio-venoz anastomozların açaılmasıdır.Sidiyin əmələ gəlməsinin dayandırılması üçün görülən bu tədbir arterila qanın qabıq maddeye getmədən venalara keçməsi və geriyə qayıtmasından ibarətdir.Lakin bu zaman qabıq maddədəki qıvrım kanalcıqların epitelləri aclıq və hipoksiya nəticəsində sürətlə nekrozlaşırlar.Buna nekrotik nefroz deyilir.Xəstələrdə anuriya,yəni kəskin böyrək çatışmazlığı inkişaf edir və belə şəxslərin bir qismi məhz anuriyadan ölürlər.

Kəskin hemorragik anemiya ölümlə nəticələnmədikdə itirilmiş qanın bərpası məqsədilə sümük iliyində sürətli regenerator proseslər başlanır.Bütün sümük iliklərində hemopoezin hüceyrələri proliferasiyaya uğrayır,qırmızı sümük iliyi ilə əvəz olunur.Bunlardan başqa sürətli qanyaranma məqsədilə orqanizmdə ekstramedulyar hemopoetik ocaqlar meydana çıxa bilir.

Xroniki posthemorragik anemiya qanın uzun müddət tədricən itirilməsi,yəni xroniki qanitirmələr nəticəsində baş verir.Anemiyanın bu növünə uşaqlıq qanaxmaları,hemorraidal qanaxmalar,mədə və 12-barmaq bağırsağın xora xəstəliyi və s.hallarda rast gəlinir.



Xroniki qanitirmələr zamanı inkişaf edən anemiyalar zamanı daxili üzvlərdə azqanlılıq,dərinin və selikli qişaların avazıması,borulu sümüklərdə sarı sümük iliyinin qırmızı sümük iliyinə çevrilməsi,bəzən isə hətta ekstramedulyar hemopoez ocalqlarının meydana çıxması aşkar olunur.Xroniki hipoksiya ilə əlaqədar selikli və seroz qişalarda,həmçinin daxili üzvlərdə nöqtəvari diapedez qansızmalar,daxili üzvlərdə parenximatoz piy distrofiyası inkişaf edir.
Yüklə 12,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin