AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   15   16   17   18   19   20   21   22   23

Abdulla Şaiq 
Talıbzadə 
 
(1881-1959) 
 
Tərcümeyi-halı 
 
Talıbzadə Abdulla Şaiq Axund Mustafa oğlu 1881-ci ildə 
Tiflisdə ruhani ailəsində doğulmuşdur. Atası Borçalıdandır. Anası 
Mehri xanım tiflisli Cəfərin qızıdır. Atası Tiflisdəki altı sinifli 
Rüşdiyə məktəbində şəriət və Şərq dilləri müəllimi idi. 
A.Şaiq yeddi yaşından məktəbə daxil olub dörd il oxumuş, fars 
və rus dillərini öyrənmişdir. Sonra anası ilə Xorasana gedib, orada 
təhsilini davam etdirmişdir. Xorasanda Mirzə Yusif adlı bir 
müəllimin yanında 5 il oxumuşdur. Fazili Yekçeşm adlı bir fars şairi 
hər gün öz şeirlərini gətirib Mirzə Yusifə oxuyar, Mirzə Yusif də 
ona məsləhətlər verərmiş. Gənc Abdulla Şaiq müəlliminin bu 
söhbətləri ilə maraqlanmış  və ilhamlanmışdı. O, bir gün 
İ.A.Krılovun "Sazandalar" təmsilini ruscadan farscaya tərcümə edir 
və müəlliminə göstərir. Müəllimi Abdulla Şaiqi təqdir edib, daha da 
həvəsləndirmiş, həmin  əsərin azərbaycancasını ona yazdırmışdır. 
Ancaq o zaman Şaiq farscanı türkcədən yaxşı yazarmış. 
1900-cü ildə Abdulla Şaiq Tiflisə qayıdır. Bir müddət orada 
qaldıqdan sonra böyük qardaşı ilə Bakıya köçüb altı sinifli  

 
334
məktəblərdən birinə ehtiyat müəllimi təyin edilir. 1911-ci ildə atası 
vəfat etdikdən sonra böyük bir ailənin ağır yükü Abdulla Şaiqin 
öhdəsinə düşür. 
Abdulla  Şaiq müəllimlik edərək, dərs kitabları  və proqramlar 
tərtib edib xalq maarifi sahəsində çalışmışdır. Eyni zamanda Bədii 
yaradıcılıq fəaliyyətini də davam etdirmişdir. 1910-cu ildə 
qəzetlərdə hissə-hissə  nəşr etdirdiyi "Əsrimizin qəhrəmanları" 
romanı oxucular tərəfindən təqdir edilmişdir. 
Abdulla  Şaiq uzun illər ali və orta məktəblərdə  ədəbiyyat 
müəllimi olmuşdur. 
Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə 
"Əməkdar incəsənət xadimi" adı verilmişdir. 
Abdulla  Şaiq Bədii yaradıcılığa gənc ikən, hələ Tiflisdə 
məktəbdə oxuyarkən başlayır. A.Şaiq "Köç", "Məktub yetişmədi", 
"Ağlaşma" və s. hekayələrin, "Xasay", "Vətən", "Nüşabə" və başqa 
pyeslərin müəllifidir. Uşaq  ədəbiyyatı sahəsində onun mühüm 
xidmətləri vardır. 
 
Yaradıcılığı 
 
Abdulla  Şaiq Süleyman Sani kimi peşəkar müəllim, fəal maarif 
xadimi idi. Əsrimizin ilk illərindən başlayaraq yeniliyi təbliğ edən 
kiçik şeirlər, hekayələr, pyeslər yazmışdır. Yaradıcılığının ilk dövrü 
sayılan bu illərdə (1905-1920) Şaiq "Bir quş", "Nişanlı  qız", "XX 
əsrə xitab", "Hürriyyət pərisi", "Yad et", "Birnəğmə", "Vərəmli 
həyat", "Həpimiz bir günəşin zərrəsiyiz", "Bir mələkə", "Fidan", 
"Dağlar sultanı", "İdeal və insanlıq" şeirlərinin, "Məktub yetişmədi", 
"Köç", "İntiharını, yaşamaqmı?", "Ağlaşma", "İblisin hüzurunda" və 
s. hekayələrin müəllifi kimi şöhrət qazanmışdır. 
 

 
335
Şaiqin bu zamankı şeirlərində əsasən kədərli lövhələrin (vərəmli 
qız, tənhalıq, həzin xatirə, sükunətdən  şikayətli qadın, yuvasından 
ayrı düşən quş  və s.) tərənnümündən ibarət olan lirika ilə yanaşı 
gələcəyə, səadətə və işığa xitab və müraciət ruhunda yazılmış, ümid 
doğuran parçalar da vardır. Bu iki xətt  şairin  əsərlərində mübarizə 
şəklində yox, müvazi şəkildə yaşamaqdadır.  Əgər birinci xəttə 
qəmqüssə lirikası demək mümkünsə, ikinci xəttə xoş bir xəyal, işıqlı 
bir romantika demək olar. 
A.Şaiq zəmanəsinin gözüaçıq ziyalılarından idi. Tiflis kimi 
Avropa təsiri olan bir şəhərdə yaşadığından, əsrin mədəni həyatı ilə 
az-çox tanış olduğundan o, yenilik, mədəni hərəkat eşqi ilə 
alovlanırdı. O da öz xalqının cəhalətdən xilas olmasına, 
mollaxanalar  əvəzinə yeni üsullu məktəblərin açılmasına çarələr 
axtarırdı. A.Şaiqin fikrini həmişə  məşğul edən azad, mədəni həyat, 
müasir ictimai məsələlər, xalqın dərd və ehtiyacları idi. 
Ona görə də Şaiqin şeirində gördüyümüz kədər təsadüfi deyildir. 
Bu kədər ictimai kədərdir, vətəndaşlıq kədəridir. Bu, həssas və 
qeyrətli bir vətəndaşın kədəridir. Xüsusilə 1907-1912-ci illər 
dövründə yazılmış  şeirlərdə bu kədər daha qüvvətlidir. Çünki bu 
zaman irtica bütün qüvvəsi ilə hökm sürməkdə, tərəqqipərvər 
adamları, fikir və duyğuları  vəhşicəsinə  təqib etməkdə idi. Şaiq, 
"Şəklində" adlı kiçik şeirdə öz duyğularını  və bunların nə  şəkildə 
təzahür etdiyini, onun ruhunu necə sıxdığını belə söyləyir: 
 
Üzümdə gərdi-təkəddür niqab şəklində,  
Gözümdə əşkitə-həssür hübab şəklində,  
Pejimdə heykəli-mazi və halbir kabus,  
Önümdə səfvəti-ati üqab şəklində.  
Başıında fövci-xəyalət axın-axın dolaşır,  
Üfüqdə parçalanan bir səhab şəklində... 

 
336
Uzaqda dalğalanan, parlayan geniş qumsal,  
Görünınədə gözümə bir sərab şəklində,  
Ümidü, yəs arasında yuvarlanan könlüm,  
Mələr içimdə qırıq bir rübab şəklində.
1
 
 
"Kərdi-təkəddür", "Heykəli-mazi", "Fövci-xəyalət", "Əşgi-
təhəssür" və s. dediyimiz ictimai kədərin  əlamətləridir. Bu kədər 
A.Şaiqin təsvir etdiyi ictimai lövhələrdə də görünür. 
"Nişanlı qız" adlı şeirində gənclik hissi ilə vüqarı tapdalanan, zor 
ilə bir vəhşiyə "həmsər" edilən bir müsəlman qızının faciə  və 
fəryadları göstərilir: 
 
Ey taleim etmə gəl mənə naz,  
Qan qusmağa neylərim qızıl tas.  
Mən yalnızam, ah, yox müinim,  
Dağ daşları sızladır əninim.  
Söndürdü atam çırağımı, ah!  
Bir qönçə tikanla oldu həmrah!...
2
 
 
Həmin fəryadı "Hürriyyət pərisi", "Yad et", "Bu da bir şeirifaniyi 
digər", "Vərəmli həyat" şeirlərində də hiss etmək mümkündür. Şairi 
qaranlıq, cəhalət, pərişanlıq və  qəmqüssə basmışdır. Bu qüssənin 
səbəbini A.Şaiq rübai şəklində yazdığı "Parçalar" şeirində belə izah 
edir: 
 
Sanma bu dərdü qüssəmin səbəbi  
Olmamaqdır bu dünya kamımca,  
Qəlbimi yandıran budur ancaq  
Vətəni görmədim məramımca…
3
 
 
 
                                                 
1
 Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.21. 
2
 Yenə orada, səh.7. 
3
 Yenə orada, səh.5. 

 
337
Bu,  şəxsi kədər, yaşayış, güzəran üçün olan həsrət deyil. Bu, 
vətənini yüksək mədəniyyət dünyasına layiq, xalqını əsrin qabaqcıl 
millətləri cərgəsində görmək istəyən bir vətəndaşın kədəri və 
həsrətidir. "Vətənini kamınca", yəni ürəyi istəyən  şəkildə 
görmədikdə A.Şaiq qüssələnir. Lakin bu qüssə onu bədbinliyə, 
ümidsizliyə  mərdümgirizliyə aparmır. Bu qüssə onu, hər  şeydən 
əvvəl düşündürür. Nəhayət, o, bir qığılcım şəklində olsa da, işıq və 
ümid görür. Bu ümid ona böyük təsəllidir və şairin gələcək mübarizə 
və  fəaliyyəti üçün istinadgahdır. Qəribədir ki, şairin bu dövrdə 
yazdığı bütün şeirləri əsasən bu ümidi tərənnüm edən ya günəşə, ya 
ulduza, ya gələcəyə, yaxud başqa qüdrətli hadisələrə xitab misraları 
ilə qurtarır. 
A.Şaiqin insanpərvərlik təbliğ edən məşhur  şeirlərindən biri 
"Həpimiz bir günəşin zərrəsiyiz" sərlövhəli, bir qədər mahnı 
ruhunda, oynaq vəzn və müvəffəqiyyətli ifadə vasitələri ilə yazılmış 
şeirdir. 1910-cu ildə yazılmış bu əsərdə insanlığa səmimi bir xitab 
vardır.  Şairin fikrincə  bəşər  əslən qardaş yaranmışdır.  İnsanlar 
hamısı bir günəşin  şüasından  əmələ  gəlmiş, bir ananın, təbiətin 
qoynunda böyümüşlər. Din, məkan, dövlət, əqidə, ayrılıq və ixtiläf 
sonradan  əmələ  gəlmədir və insanlar arasına sonradan salınmışdır. 
Şüurlu, mədəni insanlar bu ixtilaflara uymamalıdır.  İctimai 
məhəbbət və  bəşəri qardaşlıq daim insanları ümumi səadətə 
aparmalıdır: 
 
Həpimiz bir yuva pərvərdəsiyiz!  
Həpimiz bir günəşin zərrəsiyiz!  
Ayramaz bizləri təğyiri-lisan,  
Ayramaz bizləri təbdili-məkan.  
Ayramaz bizləri Incilü, Quran,  
Ayramaz bizləri sərhəddi-şəhan, 

 
338
Ayramaz bizləri ümmanü mühit,  
Ayramaz bizləri səhrayi-bəsit!  
Ayramaz bizləri həşmətli cibal,  
Ayramaz: şərq, cənub, qərb, şimal!..
1
 
 
Bu  şeirdə A.Şaiqin humanizmi bütün qüvvəti ilə ifadə 
olunmuşdur. A.Şaiqin bu əsəri ruhən L.Tolstoyun "birbirinizə 
məhəbbət edin" tövsiyəsi ilə  Əli bəy Hüseynzadənin bu dövrə aid 
olan "Nicat məhəbbətdədir", Tofıq Fikrətin "Torpaq vətənim, 
növibəşər millətim"! və  "İnandım" sərlövhəli  əsərləri ilə müəyyən 
dərəcədə həmahəng səsləşir. 
1914-cü ildə müharibə alovları bütün elm və sənət adamların və 
bütün zəhmətkeşlərin arzu və iradəsinin ziddinə olaraq dünyanı 
bürüyəndə A.Şaiq və onun kimi bir sıra  şairlər inkisarixəyala 
uğradılar. Şaiq aşkar görürdü ki, özünün və özü kimi bir çox qələm 
sahiblərinin təbliğatı insan qırğınının qarşısını ala bilmir. Bu zaman 
Şaiq simvolizmə əl atir, bəşəriyyəti pis və qaranlıq yollara çəkən şər 
qüvvələri axtarır, sağlam insan zəkasının bu şər qüvvələrlə 
mübarizəsini düşünür. "İdeal və insanlıq", "İblisin hüzurunda" 
əsərləri də bu dövrün və bu əhvaliruhiyyənin məhsuludur. 
Bu  əsərlərin hər ikisi simvolika ilə yazılmışdır və eyni dövrə 
aiddir. Hər ikisi əhvalat təsvir edən, müəyyən tiplər göstərən 
əsərlərdir. "İdeal və insanlıq" xeyirlə şər, yaxşılıqla pislik, səadətlə 
fəlakət arasındakı münaqişəni göstərir.  İnsanlıq, ideal, vicdan, 
ədalət, mərhəmət səadət bir cəbhənin tərəqqi və yaxşılıq cəbhəsinin 
adamlarını, zülm və pislik isə  fəlakət cəbhəsinin adamlarını  təmsil 
edir.  İdeal bəşəriyyətin arzusu, yüksək xəyallarıdır. Mühit, şərait, 
daha doğrusu, müharibə onu da ölümcül hala salmışdır, dirilməsinə 
ümid çox azdır.  İnsanlıq isə bir ana kimi onun başına dolanır, 
müalicə 
 
                                                 
1
 Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.42. 
 

 
339
edir, sağaltmaq istəyir. Təəssüf ki, şeytan, fəlakət və qaranlıqlar 
onun üstünü almışdır.  İnsanlıq nə  qədər yalvarırsa, yazıq xəstəyə 
mərhəmət edən olmur. Nəhayət, səadət, mərhəmət və vicdan gəlib 
idealı müalicə edir, düşmənləri qovurlar. Hamı xəstənin qalxmasını 
gözləyir. Xəstə (ideal) isə bu qalibiyyətə inanmır və "barmaqlarım 
arasından baxın" deyir: 
 
Qan içində üzür sərasər afaq,  
Yer, göy, bütün atəş, dumandır, qandır.  
Zülmün dəmirpəncəsi hökmürandır,  
Vuran, ölən, boğan, əzən, əzilən,  
Qovan, qaçan, düşən, kəsən, kəsilən,  
Həpsi insan, həpsi sənin övladın,  
Çəkməyiniz hələ səadət adını!
1
 
 
İdeal belə bir hökm ilə  cəmiyyəti tərk edib getmək istərkən 
vicdan idealdan bir çarə, bir tədbir istəyir. İdealın tədbiri belədir: 
 
Var əvət, var bu dərdə yalnız dərman,  
İslah etsin kəndini hər bir insan
 
Şair, mücərrədləşdirdiyi və simvolikləşdirdiyi məsələlərin həllini 
beləcə yanlış  və  zərərli bir nəticə ilə qurtarır. A.Şaiq müharibə  və 
mübarizələrin ictimai sinfi köklərini və  səbəblərini ayıq, diqqətlə 
tədqiq etmir. Onun fikrincə, müharibənin müqəssiri, səbəbi, 
imperalistlər, habelə bu və ya başqa sinif və bu ya başqa ehtiraslar 
deyil, insanlardır. İnsanların hamısı öz vicdanını təmizləsə, hər kəs 
özünü islah etsə, guya cəmiyyət düzələr, zülm, istibdad və 
müharibələrə son qoyular. 
                                                 
1
 
Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.78.
 
 

 
340
 
"İblisin hüzurunda" adlı kiçik simvolik səhnədə həmin məsələ bir 
az da açıq  şəkildə verilmişdir.  İblis bəşəriyyətin bugünkü halına 
baxır. Müharibələri, aclığı, fəlakəti, qızışan  ədavəti görüb 
balalarından və xadimlərindən razılıq edir. Xennas (İblisin balası) öz 
müvəffəqiyyətlərini belə izah edir: "Saçdığımız toxumlar o qədər 
dərin rişə atmış və qurduğumuz tor əlayaqlarını elə sarımış ki, insan 
bütün  şərəf və  mənliyini unutmuşdur.  Əsrlərcə onların  ətrafına 
dolaşmasaq belə almış olduqları adətlərindən  əl çəkməzlər. Bir də, 
biz onların içində o qədər iblislər yetişdirmişik ki, onlar bizim 
yerimizi tuta bilər".
1
 
İnsanın alçaldığına və  şeytani  əməllərə uyduğuna inanan iblis, 
yer üzündə  şər işlərin artıq dərəcədə kök saldığını  və insanların 
əksəriyyətində  şeytani sifətlərin üstün olduğunu, insanların "kağız 
və  mədən parçalarına" (pula) səcdə etdiyini görüb sevinir və 
oğlanlarını xidmətdən azad edir. 
Əgər "İdeal və insanlıq"da mübarizə var idisə, inşan və ideal bir 
cəbhə  təşkil edərək zülm və  fəlakətlə vuruşurdusa, burada elə bir 
mübarizə  və vuruşma yoxdur. Burada insan aciz qalıb təslim olur, 
İblis tam qalib və hökmrandır. Burada xeyirxah qüvvələri təmsil 
edən surətlər yoxdur. Yalnız xəsis və bir şahı pulundan keçməyən 
insan var ki, bu da bəşər nümayəndəsi olaraq İblislə mübarizə etmir, 
əksinə, öz hərəkəti ilə onu sevindirir. 
Bunlar  Şaiqin müharibə  dəhşətlərindən aldığı  təsirdən doğmuş 
naümidlik  əhvaliruhiyyəsi ilə yazılan, ümumən  şairin yaradıcılığı 
üçün səciyyəvi olmayan əsərlərdir. 
Bu dövrdə A.Şaiqin başqa ruhda, təbiəti, kənd həyatı və məişətini 
tərənnüm edən  şeirləri də vardır. Misal üçün "Dağlar soltanı", 
"Fidan"ı göstərınək olar. İctimai-siyasi aləmdə gedən qanlı 
vuruşmalara qarşı bu əsərlərdə "sakit, xoş və saf 
 
  
                                                 
1
Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.204.  

 
341
bir həyat duyulmaqdadır. A.Şaiq yorulduğu, üz döndərdiyi ictimai 
mübarizələrə qarşı köhnə  həyat səhnələrini təsvir edir. Birinci 
şeirində şair çobanları yüksək bir məhəbbətlə tərənnüm etmişdir: 
 
Bu yerlərin sultanıdır çobanlar,  
Həm bəyidir, həm xanıdır çobanlar. 
 
A.Şaiqin bu əsəri dillərin əzbəri idi və çobanlıq həyatının həqiqi 
mənzərələrini, kənddən alman duyğuları verirdi. 
"Fidan" da belə hissi, lirik bir şeirdir.  Şair  ən kiçik, zəif, 
müqavimətə iqtidarı olmayan bir kolda, bir balaca ağacda da böyük 
həyat hissi, həyat  əzəməti duyur. İnsanın borcu, harada olur-olsun 
həyata xidmətdir. Fidan balaların, yeniyetmələrin timsalıdır. Onu 
küləkdən, tufandan qorumaq hər kəsin borcudur. A.Şaiqin 
şeirlərində bəzi süni ifadə və kəlmələr tapılsa da, (xırda pul əvəzinə  
pozuq para kimi) dili əsasən sadə, anlaşılan dildir. 
 
Nəsri 
 
A.Şaiqin "Məktub yetişmədi" və "Köç" hekayələri nəsrimizdə 
yeni və orijinal bir hadisə idi. Sabirin fəhlənin hüquqsuzluğunu və 
istismar olunmasını  təsvir edən  şeirlərindən sonra fəhlə  məişətinə 
dair hekayələrə olan ehtiyac qanuni idi. 1905-ci il inqilabının ilk 
illərində Seyid Musəvinin "Mis mədənində", "Çaqçuq", "Təzə 
həyatın tüluunda" adlı  əsərləri yeni ədəbiyyatın,  ədəbiyyatda yeni 
vəzifələr axtaran yeni dünyanın səsi idi. A.Şaiqin "Məktub 
yetişmədi"  əsəri də yeni mövzuda yazılmış son dərəcə  gərəkli bir 
əsər idi. İrandan gəlmiş  fəhlə Qurban mədənlərdə çalışır. Onun işi 
çox,  əmək haqqı az, vəziyyəti isə çox ağırdır. Lakin Qurban 
dözməlidir, əlacı yoxdur, "əhli-əyal" sahibidir. O, İranda ərbabın və 
şah 
 

 
342
mülazimlərinin zülmündən qaçıb burada iş tapıb, bir parça çörək 
pulu qazanınağa gəlmişdir. Qurban nainsaf Hacı Qulunun 
mədənində  kənkanlıq edir. O, bir tikə çörək üçün vətənindən,  əziz 
balalarından, xanımanından ayrı düşmüşdür. "Bir qədər pul 
toplamaq "məqsədi ilə çalışır, yeməyinə də qənaət edib əlinə keçəni 
uşaqları üçün yığır. "Anaxanıma, Məmişə  qırmızı güllü dəsmal 
almaq" xəyalındadır. Qurban arvadına yazdırdığı məktub qoynunda 
olduğu halda fantan vuran neft quyusunda məhv olur. 
Qurbana ölüm gətirən fantan, Hacı Qulu üçün bayram olur. 
A.Şaiqin təsvir etdiyi bu əhvalat o zaman neft mədənlərində 
təsadüfi deyil, adi gündəlik bir hadisə idi. Bu fikri Qurbanın yoldaşı 
belə  təsdiq edir: "Bax, bu yerlərin hər guşəsinə ayaq bassan, hər 
ovuc torpağına qazma vursan, işçi gəmiyi görər, işçi fəryadı 
eşidərsən...".
1
 
Şaiqin bu hekayəsi realist bir əsərdir. Köhnə Bakıdakı  fəhlə 
həyatı burada təbii və inandıncı boyalarla göstərilmişdir. Obyektiv 
təsvir və göstərınə üsulu ilə yazılan bu hekayədə sahibkar da, fəhlə 
də inandıncı münasibətlər əsasında verilmişdir. 
İnqilab  ərəfəsindəki Bakıda iki cür fəhlə var idi: biri siyasi 
cəhətdən  şüurlu, fəhlə  təşkilatlan ilə  əlaqə saxlayan, inqilabi 
mübarizə ruhu ilə yaşayan fəhlə, biri də öz məzlumluğunu bir "tale" 
kimi qəbul edən, ancaq öz əməyinə gücü çatan, fərdi həyatı ilə 
yaşayan, geridə qalmış  fəhlə. Qurban ikinci növ fəhlələrin tipik 
nümayəndəsi kimi ustahqla yaradılmış maraqlı bir surətdir. 
Qurbanın faciəli həyatını, Hacı Qulu kimi sahibkarların isə bu 
faciəyə laqeyd, vicdansız münasibətini göstərməklə A.Şaiq 
istismarçılara qarşı nifrət duyğusu oyadır. 
A.Şaiqin bu dövrdə yazdığı ikinci və daha qüvvətli hekayəsi 
kənd həyatından alınınış "Köç"dür. Bu əsərdə Azərbaycanın  
                                                 
1
 Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.113. 
 

 
343
bir çox kənd və  şəhərləri üçün xas olan mövsümi köçərilik həyatı 
təsvir olunur. Yazda "elin yaylağa çıxması, payızda yaylaqdan 
qayıtmağı" keçmiş zamanda adət idi və bu adətlə əlaqədar yaranan, 
əsrlərcə davam edən ənənələr vardır ki, Şaiqin hekayəsində öz Bədii 
ifadəsini tapmışdır.  Əsər birinci şəxsin dilindən, xatirə üslubunda 
yazılmışdır. Mütəkəllim uşaq ata-ananın  əziz oğludur. Səhər 
yuxudan oyananda o, ailənin köçə hazır olduğunu görür. Bu hadisəni 
diqqətlə izləyərək bir mərasim kimi başdan-başa  şirin dil ilə 
söyləyir. "Oba", "Alaçıq", "Tarlalar", "Düzənliklər", "Ov", "Sümsü", 
"Qızıl it", "Kərim baba", "Ayrım qızı", "Biçin", "Yağmur" əhvalatı 
maraqlı mənzərələrdir. 
A.Şaiq bu əhvalatı, köhnə köçəri həyatmı  həqiqi realist bir 
qənaətlə, həm də dərin bir məhəbbət və məftunluqla təsvir edir. Bu 
hekayədə hadisədən çox təsvir,  əhvalatdan çox canlı  təbiətməişət 
mənzərələri nəzərə çarpmaqdadır. Bütün bunlar münaqişə, təzadlar 
yolu ilə yox, mülayim, təbii həyat yolu ilə gəlib gözümüz önündən 
ötür. "Yavaş-yavaş  nəfəs alan səhərlərin, axşamların qanadları 
ucundan yayılan sərinlik, dağ çiçəklərinin, çökə  ağaclarının 
qoruqlarda, tarlalarda biçilmiş  təzə otların gözəl  ətri, ormanın 
axşamlara, səhərlərə  məxsus rütubət qoxusu, bulaqların  şırıltısı, 
irmaqların çaqqıltısı, quşların bağırtısı, quzuların, buzovların 
mələşməsi, itlərin hürüşməsi bir-birinə qarışaraq obaya başqa bir 
rəng, başqa bir şəkil verirdi".
1
 Bu mənzərələr şəhərin tozlu havasma, 
gurultusuna, insanı  məşğul edən qayğılara qarşı qoyulur. Burada 
təbiət qoynunda dağlar, meşələr,  ətirli çiçəklər, sərin bulaqlar 
yurdunda insan dincəlir, rahat və  sərbəst nəfəs alır. Yalnız təbiəti 
yox, buradakı insanları, köçəri kəndliləri də A.Şaiq çox saf, təmiz 
təsvir edir. Kəndlilər avam, savadsız, müasir mədəniyyətdən uzaq 
olsalar da, atababa ənənələri ilə, öz əllərinin  əməyi ilə yaşayırlar. 
Tütəkdə çaldığı bir mahnı ilə qoyunlara "dur!" əmri verib, bütün 
sürünü qaytaran çoban Oruc, çöllərdə daim bəxtiyar yaşamış olan 
üzü  ətli, yanaqları  qıp-qırınızı, vücudu sap-sağlam Kərim baba, ay 
kimi yuvarlaq üzlü, gur səsli, həmişə çalışan, şələşələ odun daşıyan, 
çörək bişirən, inək, qoyun sağan, nəhrə çalxalayan, yağ, pendir 
                                                 
1
Abdulla Şaiq. Seçilmiş əsərləri, Bakı, 1936, səh.120 
 

 
344
tutan, yorulmaq nə olduğunu bilməyən Ayrım qızı bu aləmin 
səciyyəvi simalarıdır. 
A.Şaiq bu həyatı aludəliklə, elə xoş  və arzu olunan boyalarla 
göstərir ki, bizdə istəristəməz köçəriliyə  həsrət duyğusu doğur. 
Əlbəttə,  ədibin boyaları  həqiqi, təbii olsa da, birtərəflidir.  Əşirət 
həyatının, həmin o Kərim babaların, Ayrım qızlarının, çoban 
Orucların min bir dərdi var ki, ədib bu hekayədə ondan sərfinəzər 
etmişdir. A.Şaiq köçəri məişətinin ətraflı təsvirini, bu həyatın daxili 
ictimaisiyasi mahiyyətini açmağı  məqsəd qoymamışdır.  Ədib dağ, 
yaylaq həyatının, adi kəndlilərin bir şəhərli uşağına buraxdığı təsiri, 
daha doğrusu, kənd məişətinin uşaq zehnindəki  əksini vermiş  və 
bununla kifayətlənmişdir. 
A.Şaiqin bu dövrdəki realst hekayələrində nağıl üsulu səlis, 
mənzərələr parlaq, təbii, insanlar canlı  və maraqlı, dil rəvan və 
təmizdir.  Əgər "Məktub yetişmədi" hekayəsində keçmişin ağır, 
məhkum əməyinin təsviri verilir, oxucuda dərin bir kədər oyadırsa, 
burada təbiətin, kənd məişətinin maraqlı  və xoş bir lövhəsi çəkilir, 
oxucuda həmin həyata meyl, rəğbət oyadılır.  Şaiqin hekayələrində 
də S.S.Axundovda olduğu kimi uşaqların zövqü və  tələbi nəzərdə 
tutulmuşdur. "Köç" hamıdan çox uşaqlar üçün maraqlıdır. Çünki bu 
hekayə onlara yalnız ləzzət deyil, həm də  kənd həyatı  və  təbiət 
haqqında zəngin bilik verir. 
A.Şaiqin  ən çox çalışdığı  uşaq  ədəbiyyatı sahəsi xüsusilə 
inqilabdan qabaq çətin və yeni bir sahə idi. S.Ə.Şirvaninin, 
Q.Zakirin bəzi şeir və təmsillərindən başqa bir şey yox idi. 

 
345
Azərbaycanlı  uşaqların səviyyəsinə, təbiətinə uyğun, marağını 
oxşayan sistemli bir ədəbiyyat yaratmaq Süleyman Sani, Abdulla 
Şaiq kimi ədib və müəllimlərin öhdəsinə düşən çətin, lakin şərəfü 
vəzifə idi. A.Şaiq istər  şeir, istərsə  də  nəsr  şəklində gözəl təmsil 
nümunələri yaratmışdır. 
"Tülkü həccə gedir", "Cəfər və  Bəşir", "Tıq-tıq xanım", "Gözəl 
Bahar", "Alma oğrusu" kimi əxlaqi-tərbiyəvi məqsədlə, uşaq əhvali-
ruhiyyəsinə uyğun yazılmış  əsərlər azərbaycanlı  uşaqlar tərəfindən 
həmişə maraq və həvəslə oxunur. 
A.Şaiqin bu nümunələrində ilıq bir yumor, təbii bir gülüş vardır. 
Alleqoriya üsulu ilə verilən  əhvalat boyu heyvanlar (tülkü, toyuq) 
canlı bir duyğu, bir ehtiras kimi iştirak edir, hər çıxışda və 
mükalimədə uşaqların zehninə nüfuz edirlər. Şaiq də Sədi və Krılov 
kimi təmsil qaydasına riayət edərək,  əsərlərinin axırında, yaxud 
münasib yerlərində  əxlaqi nəticə verir, uşaqlara müraciətlə diqqəti 
bu nəticəyə cəlb edir. 
A.Şaiqin istər  şeirində, istər nəsrində  təhkiyədən çox təsvir, 
söyləmədən çox duyma, hərarət və lirika vardır. Bu nə  Səhhətdə 
olan kimi kədər lirikası, nə  qəzəl  şairlərində ölduğu kimi aşiqanə 
lirika, nə də Hadidə olduğu kimi siyasi lirikadır. Bu əxlaqi, didaktik 
prinsipləri təbliğ edən, məktəbliləri övlad kimi sevən, xalqının 
gələcəyini onlardan gözləyən, öyrətdiyi hər bir söz, hər bir dərs üçün 
ürək çırpıntısı  çəkən bir müəllimin həyəcanlarıdır. A.Şaiquşaqları 
lövhələrlə düşündürməyi bacarır. O, vətən sevgisi, bəşəri məhəbbət, 
əmək sevgisi, ailə sevgisi, ata-ana məhəbbəti, yoldaşlıq hissi, 
sədaqət, doğruluq, saflıq, mərdanəlik, etibar, alicənablıq kimi 
xasiyyətləri təbliğ edən  əsərlərinin heç birində bu duyğuları 
müstəqim dil ilə  təriflənir, canlı insan və ya alleqorik surətlər, 
maraqlı sərgüzəştlər vasiətsilə verməyə çalışır. A.Şaiq müqtədir bir 
ədib, müəllim, ictimai xadim olaraq dərs kitablarının yaranmasına 
da çox çalışmışdır. 

 
346
 
 
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin