AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 
A.Səhhətin romantikası 
 
Abbas Səhhət "Sınıq saz" kitabının müqəddiməsində yazır: 
"Şairlik iddiasını etməməkdən başqa, hələ onun məqami-büləndini 
vəsf və bəyan etməkdə olan ədəm iqtidarımı da kamali-icz ilə iqrar 
edirəm. Burasını Şeyx Nizami həzrətlərinin: 
 
Pişu pəsi daşt səfi kibriya,  
Pəs şüəra amədu piş ənbiya. 
Tərcüməsi: 
Mətanət meydanında kimlər tutdu gör səfi - 
Əvvəlcə peyğəmbərlər, sonra şairlər səfi
2

 
 
 
 
                                                 
1C.Cəbrayılbəyli. XX əsr  Şamaxı  ədəbi mühiti haqqında xatirələr, Nizami adına 
Ədəbiyyat İnstitutunun elmi arxivi, inv. №360. 
2Nizami. Lirika. Sirlər xəzinəsi, Şərəfnamə, Bakı, 1983, səh.115. 
 
 

 
275
beytindən gözəlcə anlamaq olar. Fəqət bununla belə təbiət və lətafəti 
- fərq və təmyiz etmək xassəsinə malikəm... Əsərlərim sınıq ürəkdən 
çıxan sızıltılar olduğu üçün fransızların  şairi-əzəmi "Zərfı-şikəstə" 
adlı  əsərinə
1
  və türklərin böyük şairi Tofiq Fikrət bəyin "Rübabi-
şikəstə"sinə təqlidən "Sınıq saz" deyə adlandırdım..."
2

Şairin sözlərindən aydın olur ki, əvvəla o, şairliyə, sənətkarlığa 
çox böyük əhəmiyyət verir. Nizamini izləyərək, Səhhət də  şeiri 
"peyğəmbərlik ilə" yanaşı tutur, onu yüksək, qeyri-adi, fitri bir 
istedad və vergi sayır. Ona görə bir az da təvazökarlıq edərək, özünə 
bu adı layiq bilmir. 
İkinci tərəfdən aydın olur ki, Abbas Səhhət sənətkarlıqda "təbiət 
və  sənayenin hüsn və  lətafətini" seçib qiymətləndirməyi vacib 
şərtlərdən sayır. Burada Səhhətin zövq incəliyinə,  şeirdə  zərifliyə, 
kəlamın gözəlliyinə  və hüsnünə  nə  qədər böyük məna verdiyi 
bəllidir. 
Səhhət ona görə kitabına "Sınıq saz" adı vermişdir ki, burada 
toplanan şeirlərin çoxu zəmanədən, mühitdən, istibdad quruluşundan 
şikayətdir,  şairin dediyi kimi, ürəkdən çıxan ixtiyarsız fəryaddır".
3
 
Bu  şikayətlər Abbas Səhhətin ilk dövr yaradıcılığı üçün səciyyəvi 
olub, yalnız fəryad, sızıltı  və göz yaşlarından ibarət deyildir. 
Səhhətdə  pərişanlıq vardır. Lakin bu pərişanlıq həyatdan üz 
döndərən, bədbinliyə aparan bir pərişanlıq deyil, töhmətlər, təkfirlər 
üzündən olan pərişanlıqdır.  Əlbəttə, həssas  şair məsləkinin, 
əsərlərinin təhsini və 
təqdiri 
əvəzinə öz mühitindən, 
vətəndaşlarından etinasızlıq, hətta töhmət və  təkfır gördükdə 
mütəəssir olmaya bilməzdi. Həmin bu mütəəssirlik Səhhətin ilk 
əsərlərində, xüsusilə  
                                                 
1Müəllif fransız şairi Sülli Pryudomu nəzərdə tutur. 
2Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.2-3. 
3Yenə orada, səh.3. 
 
 
 

 
276
"Oxucularıma", "Tərcümeyi-halım", "Bəyani-hal", "Şikayət" 
şerlərində özünü göstərməkdədir. 
Səhhət də Füzuli kimi sənətin,  şeir ustalarının tərifə  və afərinə 
layiq olduğu zamanları həsrətlə xatırlayır: 
 
Keçmişdə suxənvəran-ağah,  
Olmuş müdəmayi-məclisi-gah.  
Əşarun edən zaman qəraət,  
Şairlər alıb maaşu xələt,  
Yahər sözünə və vəqfi dilxah,  
Almışlar əqilli barəkallah.  
İndi dəyişib bütün qərinə,  
Almazlar onu bir afərinə.  
Təkfir olunur bu əsri-hazir.  
Hər kim ki ola ədibü sair
1

 
Səhhətin ilk şeirlərində ictimai mühit, zəmanə belə təsvir olunur. 
Həmin dövrdə  sənətin, sənətkarın pərişanlığının səbəbi çox doğru 
göstərilir. Ancaq bu səbəblər və bu vəziyyət şairi qorxutmur. 
Səhhətdə  pərişanlıqla yanaşı qüvvətli bir ümid çırpınır. Onun 
şeirinə qanad verən, onu həvəsləndirən, vücudunda "ildırımlar 
doğuran", "çətin sevdalar eşqinə salan" da həmin bu ümiddir. Səhhət 
gələcəyə, mədəniyyətin, sənətin qələbəsinə inandığı üçün 
məsləkində, yolunda möhkəm və  mətanətlidir.  Şair öz məsləkini 
belə izah edir: 
 
Şişə çəksəz də diriykən ətimi,  
Atmaram mən vətənü millətimi.  
Məsləkim tərcümeyi-halimdir,  
Lütfi-həq ğayeyi-amalimdir.
2
 
 
 
                                                 
1 Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.9. 
2 Yenə orada, səh.31. 
 
 

 
277
Səhhətin bütün şeirində  və  sənətində bu yol əsas bir qayə kimi 
seçilmişdir. O, ömrünü bu məqsəd uğrunda, vətənin, millətin tərəqqi 
və səadəti yolunda qoymuşdur. 
Səhhətin romantikası, onun bəslədiyi xəyal və arzu da məhz bu 
mətləblə izah oluna bilər. Şairin bütün meyl və çırpıntıları böyük və 
müqəddəs məsləki uğrundadır. Bu çırpıntılar bəzən yaralı quşun 
həzin, aciz, köməkçiz çırpıntılarına bənzəyir: 
 
İstərəm qoşmağı, lakin yük ağır, yol da yoxuş, 
Necə uçsun qanadı sınmış, əzilmiş bir quş? 
 
Başqa bir şeirində  şair bu imkansızlığı, aciz vəziyyətini belə 
ifadə edir: 
Fikri ali, bədəni xar, zəlil,  
Adı Səhhətkən özü xəstə, əlil.  
Qanlı əllərlə tıxanmış nəfəsi,  
Bağırır, çıxmayır əmma ki səsi
1

 
Bu  əhvali-ruhiyyə  Səhhətdə ötəridir, davamlı deyildir. O, 
dünyaya, qara qüvvələrə, istibdadın ağır və amansız qayda-
qanunlarına baxanda belə  vəziyyət alır. Lakin Səhhət, dumanlı 
şəkildə olsa da, nicat yolunu görür. Dərhal üzünü gələcəyə çevirir. 
Münəvvər adamların qəlbində alovlanan azadlıq, qurtuluş 
məfkurəsinə müraciət edir. Bu halda o özündə müqavimət, mübarizə 
hissi duyur. Səhhətin çox əsərlərində bu iki əhvali-ruhiyyənin, qüssə 
ilə sevincin, pərişanlıqla ümidin, köhnəliyə nifrətlə yenilik eşqinin 
yanaşı olaraq davam etdiyini görürük. 
 
 
 
 
 
 
                                                 
1
  Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.329. 
 

 
278
Mühitə  və köhnə dünyaya qarşı mübarizə  məqamında imkanlar 
ilə arzuların mütənasibliyinə və ya qeyri-mütənasibliyinə dair təsvir 
və surətlər xüsusilə bu əsrin  ədəbiyyatında çox verilmişdir. 
Fəxrəddin,  İsgəndər, Fərhad və  nəhayət, Rzaqulu xan bu 
mübarizənin qəhrəmanlarından idilər. 
Onların hamısı böyük ideal sahibləridir. Ancaq imkan və qüvvə 
etibarilə  məhduddurlar. Səhhətdə  də eynilə bu iki qütbün təsvirini 
görmək mümkündür. İlk  şeirlərinin çoxunda şair imkansızlıqdan, 
köməksizlikdən, düşmənin güclü olmasından  şikayətlənir, "ölü 
şəhər"lərin "müsəlman ürəfalarından" dad çəkir. 
Mübarizənin başqa qütbü, indilikdə  zəif və aciz olan işıqlı 
qüvvələr isə  şairin çox maraqlı  əsəri olan "Əhmədin qeyrəti" 
poemasında daha parlaq təsvir olunur. 
Əhməd vətəninin qeyrətli oğludur. O, azadlıq hərəkatını sevinc 
və ruh yüksəkliyi ilə qarşılayır. Ailəsini, ata-anasını, qazancını, 
istirahətini - hər  şeyini tərk edərək silah götürür, inqilabçı orduya 
qoşulub Səttarxana köməyə gedir. Əhməd, ancaq qalib gəldikdən, 
ana torpağı düşməndən təmizlədikdən sonra öz evinə qayıdır, 
müqəddəs borcunu ödənmiş hesab edir: 
 
Üç ay sonra, yazfəsliydi, gün düşmüşdü çöllərə,  
Gənc əsgərin dul anası dizin quçub inlərdi.  
Oturmuşdu astanada, cavan oğlun bəklərdi,  
Gəlib gedəndən sorurdu, göz dikmişdi yollara  
Birdən gördü oğlu gəlir, şadlığından ağladı,  
Ana-oğul, bacı-qardaş bir-birin qucaqladı.
1
 
 
Mübarizə belə sevincli və qalibiyyətli bir nəticə ilə qurtarır. 
Aydındır ki, poemada təsvir olunan gərgin, münaqişəli  
                                                 
1
   Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.44. 
 
 

 
279
qəhrəmanlıq həyatı  şairin ilk əsərlərində gördüyümüz pərişanlığa 
oxşamır. Bu romantika məhz mütərəqqi mübarizə  və  qələbə 
romantikasıdır.  Əhməd isə  şairin müsbət qəhrəman, ideal vətəndaş 
kimi təsvir etdiyi bir şəxsiyyətdir. Ümumiyyətlə, Səhhətin bu əsəri 
ədəbiyyatımızda fəhlə  həyatına həsr olunmuş ilk poemadır. Birinci 
dəfə  Səhhət neft fəhləsinin vətənpərvərlik mübarizəsini qələmə 
almışdır. Əhməd kimlə vuruşur? 
 
Gördü ancaq arvad-uşaq qalmış kənddə, obada,  
Kişiləri şah qırdırmış qan içən şahsevənə.  
Xanlar, bəylər talan etmiş rəiyyətin yurdunu,  
Eləyirlər mühafizə xain Iran qurdunu.  
Hər yer viran, səssiz, sanki matəm çökmüş çöllərə  
Vətənini belə görcək qeyrətindən ağladı,  
Uğurunda ölmək üçün belin möhkəm bağladı...
1
 
 
Poema ideya istiqaməti ilə bir çox başqa romantiklərin 
əsərlərindən üstündür. Çünki burada "ümumiyyətlə" mübarizə 
yoxdur. Mücərrəd "yenilik" də yoxdur, üz-üzə  gəlmiş iki müəyyən 
düşmən qüvvə var: şah ordusu və xalq. Şair bu orduların 
vuruşmasını verir və  xəyali rənglərdən çox təbii, həqiqi rənglər 
işlədir. Poemada təsvir olunan canlı, müasir həyat və hadisənin özü 
şairi mücərrəd xəyallardan uzaqlaşdırmışdır. Bu onun romantikasına 
daha möhkəm ictimai zəmin vermişdir. Əsərin dili, üslubu da məhz 
buna görə sadə və kütləvidir. 
A.Səhhət romantikasında, Hadidə olduğu kimi, ümumi, mücərrəd 
xəyallar, kainatı qavramaq meyli yoxdur. Əksinə, burada şairin öz 
dərdli hissləri ilə  uğraşması, dəruni tələb və arzuları ilə  məşğul 
olması vardır. Bu romantika olduqca hissi
 
 
 
 
 
                                                 
1
 
 Abbas Səhhət. Sınıq saz, Bakı, 1912, səh.41-42

 

 
280
şəxsi, fərdi romantikadır.  Şair hansı hadisə haqqında düşünür 
düşünsün, yazır yazsın, nəticə etibarilə hadisəni öz tərcümeyi-halına 
bağlayır. Müasir cəmiyyətin düşünən adamlara ağır olan işgəncə və 
amansızlıqlarını qələmə alır. Burada romantika lirika ilə, xəyal hiss 
ilə, arzu vəziyyətlə, gələcək indi ilə çarpazlaşmış, vəhdətli bir halda 
verilir. 
A.Səhhətin mühüm əsərlərindən olan "Şair,  Şeir pərisi və 
Şəhərli" poeması istiqaməti etibarilə  "Əhmədin qeyrəti"ndən fərqli 
daha çox hissi, fərdi, simvolik əsərdir. 
A.Səhhətin bu əsəri də müəyyən rəmzlərlə yazılmışdır. Burada 
üç surət vardır:  Şair,  Şeir pərisi və  Şəhərli. Bunların hər biri bir 
aləmi təmsil edir. 
Şair düşdüyü ictimai mühitdən incimiş, cəfalər çəkmiş, özündən, 
öz sənətindən doymuş, bədbin  əhvali-ruhiyyə keçirir. "Gözəl 
mənzərələrin seyrinə dalmaq", "çəmən-zarda qalmaq" istəmir. 
Getmək, dərdinə dərman axtarmaq, "sabahın fikrini çəkmək" istəyir. 
Lakin o nədənsə bu mənzərədən ayrıla bilmir. Hansı bir qüvvə isə 
onu buraya, bu sənət və gözəllik aləminə bağlamışdır. Bu qüvvə onu 
tərk etmək istəmir. Çox çəkmir ki, həmin ilahi və müqəddəs qüvvə - 
Şeir pərisi mələk simasında zühur edib, şairə musiqi aləti gətirir: 
 
Al bu santurumu çal, gəldi bahar əyyamı,  
Nəğmə əyyamı, mey əyyamı, xumar əyyamı...  
Vəcdə gəl, nəğməsəra olmağa ağaz edəlim,  
Gəl bərabər uçalım, göylərə pərvaz edəlim.
1
 
 
Şair bu çağırışları  rədd edir. Onda daha vəcd və  fərəh 
qalmamışdır. O, həvəs və işvədən, sevdadan uzaqdır: 
                                                 
1
Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.132. 
  
 

 
281
Ürəyimdə daha yox qönçə dodaqlar dərdi,  
Vardır ev dərdi, qadın dərdi, uşaqlar dərdi.
1
 
 
Şeir pərisi bu cavabdan hiddətlənir,  şairi nankor adlandırır. O, 
şeirə  təb, ilham, istedad, yüksək, ülvi bir zövq vermişdir.  Şair bu 
silahı  işlətməli,  şeir, sənət aləmində möcüzələr göstərməli ikən, 
"güzəran dərdi" ilə yaşayır.  Şair təşəkkür  əvəzinə  Şeir pərisindən 
narazılıq edir: 
 
Görməsəydim sənimən düşmənə kam olmaz idim,  
Uymasaydım sənə, mənfuri-avam olmaz idim.  
Mən də bir tacir olub toplar idim simu zəri,  
Xalqca varlığımın onda olardı dəyəri.  
Sənə dildadə olandan bəri bədbəxt oldum,  
Tay-tuşum içrə siyəhruzü siyəhrəxt oldum.
2
 
 
Şair taleyindən  şikayətlidir. Çünki sənətindən bir xeyir 
görməmişdir. Həmişə lənət və nifrət eşitmişdir. Ona görə də şeirdən 
üz döndərmək istəyir. Pəri isə həqiqəti ona belə təlqin edir: 
 
Sən gərək rahi-həqiqətdə cahandan keçəsən,  
Xanimandan keçəsən, baş ilə candan keçəsən.  
Şair oldur ki, həqiqətlərə dildadə ola,  
Şairin fikri, xəyalı gərək azadə ola
3

 
Şeir pərisi həqiqi mənada sənət və  şeiriyyət ilahəsidir. O, bir 
tərəfdən Səhhətin düşüncəsinə görə sənətin, bədiyyatın yüksəkliyini, 
gözəlliyini, xüsusiyyətini, ikinci tərəfdən sənətkarın ictimai qədir-
qiymətini, məfkurə müqəddəsliyini təmsil edir. Onun sözləri sənət 
haqqında ən həqiqi sözlərdir. 
 
                                                 
1 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.132. 
2 Yenə orada, səh.133. 
3 Yenə orada, səh.335 
 
 

 
282
Buna baxmayaraq şair etiraz edir. Ancaq bu, şairin narazılığı və 
ya inadı deyildir. Bu narazılıq  şairin çəkdiyi ictimai əzab və 
iztirablar üzündəndir. O, sənət kimi yüksək, böyük məfkurə  və 
məslək müqabilində mühitdən çəkdiyi  əzabları sayır və bunun 
dözülməz vəziyyət olduğunu göstərir. Heç təsadüfı deyil ki, əsərin 
axırında Şeir pərisinin yerini bir Şəhərli (insan) tutur. Şəhərli də Şeir 
pərisi kimi şairi məzəmmət edir, fəaliyyətə çağırır. Əgər şeir pərisi 
şairi yüksəklərə, göylərə aparmaq istəyirsə,  Şəhərli (insan) şairi 
mübarizəyə çağırır. O, cəmiyyətdəki zülm və haqsızlıqları  şairə 
göstərir.  Şairi millətə, xalqa, vətəndaşlara xidmətə çağırır. Səhhət 
burada,  şəhərlinin dili ilə  vətəndaşlıq vəzifəsini,  şairə olan zəruri 
ictimai sifarişi söyləyir. Müasir şeirə olan tələbi deyir, "odlu 
ürəkdən qopan", "ildırımlar saçan" şeir, sənət istəyir. Burada sənətə 
yeni münasibət,  ədəbiyyatın ictimai həyatda mövqeyi məsələsi 
qoyulmuşdur. 
Şair Şəhərlinin göstərdiyi mənzərələrdən xəbərsiz deyildir. Eyni 
zamanda, o, sənətkarın vicdanı borcunu bilməmiş deyildir. Şairin 
fəaliyyətisizliyinə, küskünlüyünə səbəb ayrı şeydir ki, bunu onun öz 
dilindən eşitmək olar. O, sənətkar səmimiyyəti ilə and içir. Şəhərliyə 
üz tutub düşdüyü çıxılmaz vəziyyəti belə izah edir: 
 
Həqqə, namusa, nicata, qələmə and olsun,  
Ərşə,fərşə, günəşə, sübhi-dəmə and olsun,  
Çox həqiqət mənə təlqin eləyir vicdanım,  
Yoxdur ondan birini söyləməyə imkanım. 
 
Danışarkən həqqi göydən yetişən buyruqla,  
Tıxanıb sözlərim, ağzımda qalır yumruqla.
1
 
 
    
 
  
                                                 
1
 
Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.134.
 

 
283
Şair həqiqəti, ürəyindəkini deməyə imkan tapmır. Çünki həqiqəti 
deyənlərin yumruq və zopa ilə qarşılandığını görür. Rəmzlər, 
işarələrlə başlayan və davam edən  əsərdə, nəhayət, həqiqətin, 
vəziyyətin açıq, müstəqim sözlə ifadəsi vardır. Bu da müəyyən 
dərəcədə  şairin və müasirlərinin öz tərcümeyi-halı ilə  əlaqədardır. 
Xüsusən əsərin meydana gəldiyi birinci dünya müharibəsi dövrünü - 
irticanın qüvvətləndiyi, milli ziyalılar üzərində çar gözətçilərinin 
çoxaldığı bir dövrü nəzərə alsaq, Abbas Səhhətin bu əsərdə nə qədər 
ictimai-real bir mənzərə çəkdiyini görərik. 
Əsərdə təsvir olunan şair xasiyyət və təbiəti etibarilə də müəllifə 
çox oxşayır. O, sənətdən gözlədiyini görməyən, xəyalpərvər bir 
adamdır. Qüvvəsinin, səbrinin tükəndiyini, düşmənin gücünü hiss 
etsə  də,  şair yenə dözüm, mətanət və inama üz çevirir, hər halda 
işıqlı qüvvələrin, müqəddəs məfkurələrin məğlub olmayacağına 
inanır. 
Səhhətin bu əsəri yalnız üslub və  məfkurəsi etibarilə yox, 
quruluşu etibarilə zamanına görə yeni əsərdir. Burada mükalimə 
şəklində üç şəxsiyyətin surəti çəkilir. Bu şəxsiyyətlərin hərəsi bir 
zümrənin nümayəndəsidir, hərəsinin özünə görə  məfkurəsi və 
müəyyən siması vardır. Bunlardan Şeir pərisi göylərə, yüksəkliklərə, 
cəmiyyətdən uzaq, romantik bir aləmə meyl edən  şəxsiyyətdir. 
Şəhərli ictimai zəminəyə əsaslanan, günün mübarizələrində yaşayan 
həqiqi insandır.  Şair isə müasir cəmiyyətin zülm və  işgəncələrini 
bütün ağırlığı ilə hiss edən xarakter bir sənətkardır. Bu üç şəxsiyyəti 
bir məqsəd birləşdirir. Bunların hər üçü, sənətin, şeirin tərəfdarı, şeir 
aşiqidir. Hər üçü sənət uğrunda fədakarlığı təbliğ edir. 
Səhhət romantikasının daha üstün bir cəhəti gələcəyə etimad və 
cəmiyyətdə hökm sürən fəlakətlərin silinəcəyinə  dərin ümid 
bəsləməkdir. Bu ümid bəzən  şairi bədbinlikdən, düşgünlükdən 
sağındıraraq, ruhlandırır, ona qüvvət verir, onu 
 
  

 
284
passivlikdən, "qəzavü-qədər"ə boyun əymək meyllərindən 
uzaqlışdırır: 
"Bəxt", "qismət" kimi əlfazı unut,  
Səy elə bazuyi-iqbalını tut.  
Nərəyə istər isən zorla apar,  
Mərkəzindən yeri lazımsa qopar.
1
 
 
Səhhət nəzəri cəhətdən cəmiyyətin inkişaf qanunları, tarixi 
inkişafın haraya istiqamətləndiyini doğru-düzgün bilməsə  də, 
təkamülə, dəyişməyə inanırdı. 
"Şair,  Şeir pərisi və  Şəhərli"  əsərində  şair mühitin burjua-
mülkədar cəmiyyətinin istedada, sənətə  məna və  əhəmiyyət 
vermədiyini, həyati çətinliklər altında qabiliyyətli adamların 
əzildiyini göstərmişdir. 
Səhhətin istər burada və istərsə başqa  əsərlərində yaratdığı 
romantika, xəyal fərdi,  şəxsi zəmindən yox, ictimai vətəndaşlıq 
məfkurəsindən qidalanan sağlam tərəqqipərvər bir xəyaldır. 
Şairin romantikasında gördüyümüz çırpınış tərəqqi, inkişaf üçün, 
xalqımızın səadəti yolunda ciddi-cəhddir. Səhhət də, Hadi kimi öz 
xalqını dünya miqyasında, müasir mədəniyyət aləmində görmək 
istəyir. O, "Milli ideallar" adlı məqaləsində
2
 bir sıra firəngiməab və 
mədəniyyətin zahirinə uyan müəllif və ziyalıları danlayır, milli 
şərəfımizi,  ədəbiyyatımızı, dilimizi, adətimizi unudan, "ərəbi və 
farsi yazmağı özlərinə bir fəxr, bir şərəf sayan" müəllifləri tənqid 
edir.  Şair  ədəbiyyatda milli şəkil və  rəngin vacibliyini göstərir. 
Səhhət öz əsərlərində bu yol ilə getmişdir. 
Səhhətin mövzuları onun yaradıcılıq istiqamətinə, üslubuna çox 
dərin təsir edir. Onun "Şair, Şeir pərisi və Şəhərli", 
 
 
  
                                                 
1 Abbas 
Səhhət. Əsərləri, Bakı, 1935, səh.137.
 
2 "İqbal", 1914, № 593. 
 

 
285
"Yad et!", "Yuxu" əsərlərindəki xəyal ilə "Əhmədin qeyrəti", "Qış", 
"Cəhalət səmərəsi"  şeirlərindəki romantika, xəyal qətiyyən bir 
deyildir. Birincilərdə  xəstə, yorğun arzular, sonrakılarda isə 
qabaqcıl, hərarətli mübariz fıkirlər irəli sürülür. 
Abbas Səhhətin böyük ədəbi xidmətlərindən biri də rus və 
Avropa klassiklərinin  əsərlərindən etdiyi mahir, sənətkaranə 
tərcümələrdir. O, bu tərcümələrini "Məğrib günəşləri" adlandırdığı 
iki kitabda nəşr etmişdir.
1
  Səhhət Bədii tərcüməyə böyük və vacib 
mədəniyyət işi kimi baxır. O, çalışır ki, oxucunu bəşər 
mədəniyyətinin zənginlikləri, müasir Avropa ədib və  şairlərinin 
yüksək hiss və  fıkirləri ilə tanış etsin: "Elm heç millətin malı 
deyildir. Hər kəs yiyələnınək istəsə onundur. Bu mətləb məni vadar 
etdi ki, Qərb  ədəbiyyatından bəqədri-qüvvə öz dilimizə  tərcümə 
etməklə əhalimizi onların əsərinə aşina edəm. Tainki o şümusi-elm 
və ürfanın  ənvari-əşüəsilə bizim də zülmətdə qalan duyğularımız 
işıqlansın".
2
 
Səhhət hamıdan qabaq bu zərurəti duymuşdu. Fransız dilini 
mükəmməl bilməsi, rus dilini səy ilə öyrənınəsi sayəsində Avropa 
klassiklərinin  ən yaxşı  əsərlərini seçib tərcümə etməyə müvəffəq 
olurdu. Xüsusilə Puşkin və Lermontovdan etdiyi tərcümələrdə 
("Qafqaz", "Msıri", "Hacı Abrek", "Üç xurına ağacı")  şairin 
yaradıcılıq qüdrəti özünü göstərir. Tərcüməsindəki şeiriyyət heç də 
orijinaldan geri qalmır. Səhhət Qafqazın bakir təbiətini
xüsusiyyətini,  Şərq ruhunu gözəlcə hiss etdiyi kimi, böyük rus 
şairlərinin yaradıcılıq meylini, istiqamətini də bilirdi. 
Azərbaycan oxucusu Səhhətin bu tərcümələrini həmişə sevə-sevə 
oxuyur. Hətta bir sıra  şairlər bu tərcümələrdən ilhamlanaraq 
"Qafqaz", "Dağlar", "Kazbek" və s. mövzularda 
 
 
 
 
                                                 
1 Abbas Səhhət. Məğrib günəşləri, I-II hissə, Bakı, 1912. 
2 Yenə orada, I hissə, səh.5. 
 
 

 
286
şeirlər yazmışlar. Səhhətin tərcümələri o zaman şeirimizə yeni 
qayda, yeni hiss və yeni hava gətirirdi. Uzun müddət qəzəl 
ədəbiyyatını  təqlid edən və bununla yaşayan  şairlər və onların 
oxucuları yavaş-yavaş yeni şeirdən, rus və  Qərb  şeirindən 
faydalanmağa başladılar. 
Səhhətin sənətə,  şeirə baxışı da yeni idi. O, şeirdə  təbii, insani 
hisslərin tərənnümünü vacib bilir, inandırıcı olmayan, qeyri-təbii 
mübaliğələri, məcazları faydasız sayırdı. Abbas Səhhətə görə şair və 
ədəbiyyat insana mərifət və ibrət dərsi verməli, insanın həyatına, 
idrakına kömək etməlidir. 1905-ci ildə "Həyat" qəzetində çap olunan 
"Ədəbiyyatımızın islahatına dair"
1
 adlı məqaləsində A.Səhhət köhnə 
şairlərin təsvir və ifadə vasitələrini tənqid edir, "qəddin sərv ağacma, 
üzün aya, kipriyin oxa, qaşın yaya" bənzədilməsinə gülür, bu 
təsvirlərin "təbii  əhvala müğayir" olduğunu göstərir. Səhhətin 
fikrincə: " Yazı yazdığımız vaxt hər şeydən müqəddəs hissiyata tabe 
olmaq gərək, tainki kəlamın oxucuların qəlbində  təsiri ola və 
başqasının hissiyatı-qəlbisini oyandıra". 
Səhhət  şeirdə, ümumən  ədəbiyyatda təbiət mənzərələrinə çox 
əhəmiyyət verir, hər  əsərində bir "lövhei-nəqqaş" çəkmək istəyir: 
"Məsəla lətif bir yaz axşamı, günəş qüruba mühəyya olur. Qürubun 
qaranlığı dağlara, dənizlərə yavaş-yavaş yayılır. Hər tərəf sakit və 
asudətövr. Axşamın bəxş etdiyi hissiyat hər zərrədə əyan olur. Bir az 
sonra günəş qürub edir, sahillərin üzərində  təməvvüc edən buxar 
zayil olur. Fəqət günün qürubuna mütəaqib ay çıxır. Biz də bu 
mənzərəni tamaşa edib hissiyatımızı əfkar, xəyalatımızı yazıb təşrih 
etdikdə,  əlbəttə ki, oxuyanlar qəlbinə artıcaq təsir bağışlayıb, 
başqasının hissiyati-qəlbisini oyandırır...".
2
 
 
                                                 
1
 
Abbas Səhhət. "Ədəbiyyatımızın islahatına dair", "Həyat", 1905, № 14.
 
2
 
Abbas Səhhət. "Ədəbiyyatımızın islahatına dair", "Həyat", 1905, № 14. 
 

 
287
Şair nəzəri cəhətdən dediyini əməli olaraq yaradıcılığında da 
həyata keçirirdi. Onun bir sıra aydm və parlaq mənzərə verən təsviri 
şeirləri vardır. "Bahar axşamı", "Dərya kənarı", "Yay gecəsi", "Ölü 
şəhər" və s. şeirlərdə aydın və parlaq mənzərələr verilir. Səhhət ən 
çox təbiət mənzərələrinə  məftundur.  Şair həyatın, kainatın 
gözəlliklərini qələmə alır, fəsillərin hər birinin insan üçün olan feyz 
və  mənfəətini söyləyir.  İctimai rəng, insani hiss və fikirlər burada 
əsasdır. "Ölü şəhər"in sərlövhəsindən də  məlumdur ki, bu şəhəri 
öldürən var. Bu şəhərdə canlı  həyatı, hissi, fikri, şüuru məngənəyə 
salıb sıxan qatı və qaba bir cəhalət, nadanlıq vardır. 
 
Diridilər əgərçi surətdə,  
Öldürürlər vəli, həqiqətdə. 
 
Eləcə  də "Olmalı"
1
 rədifli  şeirində  şair müsbət və  mənfi 
qüvvələrin mübarizəsini təsvir edir. Şeirdə təsvir olunan qış, pislik, 
məyusluq gətirən mənfi bir surətdir, bahar isə  işıqlı qüvvələrin 
timsalıdır. 
Səhhət ictimai həyatm inkişaf dinamikasını bilmirdi. Cəmiyyətin 
hərəkətverici qüvvələrini elmi surətdə heç yerdə  və heç kəsdən 
öyrənməmişdi. Ancaq həssas bir şair duyğusu ilə, dəqiq müşahidəsi 
ilə  cəmiyyətin inkişafa doğru getdiyini, bu gedişdə ziddiyyətlər, 
dəyişmələr, inqilablar baş verdiyini və bu dəyişmənin bir "qanun" 
olduğunu duyurdu. Şairin bu haqdakı təsəvvürlərini öyrənmək üçün 
"Tərəqqi və təbiətin qanunu"  
                                                 
1
A.Səhhət. "Cəmo bəyə məktub" (əlyazması), 1917, Nizami adına Ədəbiyyat İnstitutunın 
əlyazmalar şöbəsi, inv.№ 4098. A.Səhhətin bu əlyaz-masında üç şer vardır: "Olmalı", "Vəqta 
ki keçər bu leyli-zülmət..", "Vaveylayi-nifrət". Bu əsərlərin son ikisi "Sınıq saz"da çap 
olunmuşdur. "Vaveylayi-nifrət"  şeri bəzi  əlavələrlə 1923-cü ildə "Maarif və  mədəniyyət" 
jurnalında çap olunub. Şerin əvvəlinə və axırına olunan əlavələrə biz inanmadıq. 
 

 
288
adlı şer çox maraqlıdır. O, ətrafına, yaşadığı mühitə, vaxtilə əzəmətli 
saray olan "Qız qalası"nın xarabalarına baxıb düşünür və belə 
nəticəyə gəlir: 
 
Deyirdim ki, dünya bir şəxsə bənzər;  
Doğar, törər, nümüvv edər, yüksələr.  
İnsan kimi hər dövrə bir az yaşar,  
Sonra yavaş-yavaş ixtiyarlaşar...  
Bir müəyyən qanun üzrədir həyat,  
Bir doğuş, bir təkamül, bir inhitat!  
Beylə qoyulmuş aləmin binası,  
Dəyişməkdir tərəqqinin əsası.  
Dəyişmək olmasa, tərəqqi olmaz,  
Təbiətin bu qanunu pozulmaz
1

 
O zamanlar Azərbaycan mətbuatında təbiət elmlərinin 
inkişafından, xüsusilə Darvin nəzəriyyəsindən çox yazırdılar. Hətta 
Məhəmməd Hadi şeir kitabçasının müqəddiməsində  də bu alimin 
xidmətini qeyd edirdi.
2
 Ehtimal ki, Səhhət təkamül haqqındakı 
düşüncələrində bu böyük alimdən təsirlənməmiş deyildir. 
Abbas Səhhət romantiklər arasında məktəb, tərbiyə ilə  ən çox 
bağlı olan şairdir. Bir həkim olaraq o, nəinki təbiətə, insan əhvali-
ruhiyyəsinə, həm də  uşaqların ruhi inkişaf məsələlərinə vaqif idi. 
Səhhət də Hadi və Sabir kimi, gələcəyin gənclərinə, uşaqlara artıq 
ümid bəsləyirdi. O, gələcəyin, yüksək mədəniyyətin, gənc qüvvələr, 
yeni inqilabçı  nəsil vasitəsilə yaranacağına inanırdı. Ona görə  də 
əsərlərindəki  əxlaqi-tərbiyəvi məsələlərlə kifayətlənməyərək məhz 
uşaqlar üçün, məktəblilər üçün bir sıra əsərlər yazmışdır ("Cəhalət 
 
 
 
                                                 
1 Abbas Səhhət. Müntəxəbat, Bakı, 1928, səh.39.
 
2 Bax: Məhəmməd Hadi. Şükufəyi-hikmət, Bakı, 1914. 
 

 
289
səmərəsi", "Yaz günləri", "Quşlar", "Köç", "Ana və bala", 
"Güllərinbəhsi", "İkiuşaq"...). Səhhətin bu əsərləri Azərbaycan uşaq 
ədəbiyyatında  ən təbii,  ən səmimi  əsərlərdəndir. Burada şairin bir 
psixoloq olduğu, oxucunun yaş xüsusiyyətlərini gözəl bildiyi və 
nəzərə aldığı görünür. Səhhətin bu əsərlərində dil, ifadə, üslub 
sadəliyi diqqətəlayiqdir: 
 
Səhər-səhər yaz çağı,  
Köçür oba yaylağa.  
Gəlinlərin balağı  
Batır lilə, batdağa. 
 
*  * * 
Arvad, kişi, oğlan, qız,  
Gön çarıqlı, başmaqlı,  
Gedir qoruq - qaytaqsız,  
Gəlin, qızlar yaşmaqlı.
1
 
 
Yaxud: 
 
Quşlar, quşlar, a quşlar! 
Qaranquşlar, a quşlar!  
Cəh-cəh vurun burada,  
Gah yerdə, gah yuvada. 
 
* * * 
 
Qonun bu tək budağa,  
Çox getməyin uzağa.  
A quşlarım getməyin,  
Məni qəmgin etməyin
2

 
                                                 
1 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.141.
 
2 Abbas Səhhət. Əsərləri, Bakı, 1935, səh.153. 
 

 
290
Burada qəliz, çətin, yad olan bir kəlmə  də yoxdur. İfadənin 
səmimiliyi, uşaq ruhunun təbii tərənnümü üslubun da sadəliyinə və 
səlisliyinə səbəb olmuşdur. Şairin uşaq şeirləri uzun zamandan bəri 
dərsliklərimizdə oxuna-oxuna gəlmişdir. Bu gün də  məktəblilər bu 
şeirləri sevə-sevə əzbərləyirlər. 
Abbas Səhhət həm də səliqəli bir ədib, nasirdir. Doğrudur, onun 
nəsr  əsərləri xırda pyeslərdən və bir də bizə  gəlib çatan bir neçə 
hekayədən ibarətdir. Ancaq bu əsərlər yazıçının yaradıcılıq 
xüsusiyyəti haqqında təsəvvür verir. 
Şeirdə olduğu kimi, nəsrdə  də  həcv, istehza, gülüş  Səhhətə 
yaddır. O, nəsrdə  də  şairanə üslubunu saxlamaqdadır. Yığcam, 
müxtəsər cümlələr, canlı  təsvirlər, məişət səhnələri cəhalətdən, 
avamlıqdan  şikayət, "kiçik", kimsəsiz adamların, ehtiyac və 
çətinlikdə yaşayan, fəlakətlərə düşən adamların halı, mənəvi 
iztirabları, dərd və qüssələri Səhhətin nəsr  əsərləri üçün 
səciyyəvidir. Həlimə
1
 bədbəxt bir anadır. Köhnə həyat onu məhkum, 
məzlum yetirmişdir. Buna əlavə olaraq bir bəla kimi müharibə 
dəhşətlərinin gətirdiyi son məhrumiyyətlər Həlimənin vəziyyətini 
fəlakətə gətirib çıxarır. Müharibə Həlimənin vətənini dağıdır. Ayaq 
tutanlar qaçırlar. Həlimənin isə 70 yaşlı  əri ölüm yatağındadır. Bir 
terəfdən də balaları Zeynəbi,  Əhmədi xilas etmək lazımdır. Ana 
ölümdən qurtarınaq istədiyi balalarını zirzəmiyə endirir, qaranlıq bir 
lağımla baş alıb getmələrini tapşırır, özü xəstə ilə qalıb ölmək 
istəyir. Yazıçı bu fəlakətli lövhəni dərin bir insani kədərlə  təsvir 
etmişdir. 
Şairin  əsas xidmətlərindən biri də böyük Sabirin əsərlərini 
toplamaq və ilk dəfə kitab halında nəşr etmək olmuşdur.
2
 Sabirin 
tərcümeyi-halını birinci dəfə yazan, onun sənətinə layiqincə qiymət 
verən də Abbas Səhhətdir. Onun: 
 
 
 
                                                 
1 A.Səhhət. "Qara günlü Həlimə", "Qardaş köməyi", Bakı, 1917. 
2 Sabir Tahirzadə. Hophopnamə, Bakı, 1912. 
 
 

 
291
Sabir, ey ən sevimli şairimiz,  
Müqtədir, duzlu sözlü Sabirimiz.
1
 
 
Yaxud: 
 
Sabir, ey, aləmi-xəlqə tərcüman,  
Ey hər anda kasə-kasə zəhr udan.
2
 
 
- beytləri ilə başlayan ithafları Sabirin həyat yolunu hiss-
həyəcanla təsvir edən şeirlərdir. Abbas Səhhət məktəb, təhsil, maarif 
və ictimai tərbiyə  məsələlərinə dair bir sıra faydalı  məqalələr də 
yazmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
1 A.Səhhət. "Sabir", "Məktəb", 1913, № 11. 
2 A.Səhhət. Müntəxəbat, Bakı, 1928, səh.36. 
 
 

 
292
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin